Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7409/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 sentyabr 2012-ci il təvəllüdlü X2, 01 dekabr 2014-cü il təvəllüdlü X1 və 11.11.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği olaraq hər bir uşağa 200 (iki yüz) manat, toplam olaraq 600 (altı yüz) manat pul məbləğinin cavabdehdən Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə aralarında 01 mart 2012-ci ildə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydə alınmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 mart 2012-ci il tarixli AZ-İ 738278№li qeyd edilmişdir. Birgə nikahdan üç uşaqları 12 sentyabr 2012-ci il təvəllüdlü X6, 01 dekabr 2014-cü il təvəllüdlü X4 və 11.11.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Aralarında olan müxtəlif zəminli anlaşmamazlıqlara görə cavabdehlə bir yerdə yaşamırlar. Cavabdeh uşaqları ilə maraqlanmır, valideyn kimi üzərinə düşən vəzifə və öhdəlikləri yetərincə icra etmir. Lakin, uşağın gələcəyi naminə bu nikah münasibətlərinə son qoymaq istəmir. Məhkəmədən xahişi cavabdehin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulmasından ibarətdir. Ona görə də, hesab edir ki, azyaşlı uşağların saxlanılması üçün ondan qanunla müəyyən edilmiş qaydada gəlirinin müvafiqi hissəsi tutulmalıdır, əlavə olaraq bildirmişdir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan gəlirləri sabit deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 mart 2012-ci il tarixli AZ-İ 738278 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 03 fevral 1984-cü ildə Bakı şəhərində anadan olmuş Cavabdeh ilə xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş Əli-zadə Kəmalə Nəcəf qızı 01.03.2012-ci ildə, 178 saylı akt qeydi ilə nikahlarını bağlamışlar. Ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. - 4 saylı Bakı “Asan Xidmət” X5 tərəfindən verilmiş 06 dekabr 2014-cü il tarixli AZ-İİİ 448063 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 01 dekabr 2014-cü il tarixdə doğulmuş X4 adlı övladları vardır. Atası Cavabdeh, anası isə İddiaçıdır. - 4 saylı Bakı “Asan Xidmət” X5 tərəfindən verilmiş 19 noyabr 2016-cı il tarixli AZ-İİİ 863363 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 11.11.2016-cı il tarixdə doğulmuş X7 adlı övladları vardır. Atası Cavabdeh, anası isə İddiaçıdır. - Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2012-ci il tarixli AZ-İİ 957966 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 12.09.2012-ci il tarixdə doğulmuş X6 adlı övladları vardır. Atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Məhkəmə cavabdehin rəsmi iş yeri barədə məlumatın olmadığını, 3 uşaq üçün tutulan aliment miqdarının cavabdehin maddi maraqlarına toxunacağını nəzərə alaraq qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli,tərəflərin birgə nikahından 12 sentyabr 2012-ci il təvəllüdlü X2, 01.12.2014-cü il təvəllüdlü X1 və 11.11.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx ) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia ərizəsi 23.09.2021-ci il tarixdə verildiyindən, aliment həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23.09.2021-ci il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 12 sentyabr 2012-ci il təvəllüdlü X2, 01.12.2014-cü il təvəllüdlü X1 və 11.11.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx ) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7409/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7409/2021
27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver