Məhkəmə qərarları › İş №2(008)-7498/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7498/2025

04.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7498/2025 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 774/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2792/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində indeksasiya olunmuş aliment məbləğinin azaldılaraq ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2792/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bu ilin iyul ayında Cavabdeh tərəfindən “alimentin indeksasiyası” ilə bağlı məhkəməyə ərizə verilmiş, həmin ərizə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-774/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2792/2015 nömrəli, xx.xx.2015-ci qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində indeksasiya olunması qərara alınmışdır. Məhkəmə indeksasiyanı həddini müəyyənləşdirərkən obyektiv araşdırma aparmadan 2015-ci ildə müəyyən olunmuş minimum əmək haqqının (105 manat) həmin il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumdan (108 azn) az olması halını nəzərə almadan 1,02 misli həddi müəyyən etmişdir. Halbuki, sonrakı illər üzrə minimum əmək haqqının və yaşayış minimumunun statistikasına baxdıqda minimum əmək haqqının 2019-cu ildə iki dəfə artırılaraq 250 manat həddində müəyyən edilməsi, yaşayış minimumunun həmin il ürə 160 manat təşkil etdiyini görürük. Bildiyiniz kimi, məhkəmənin də istinad etdiyi Ali Məhkəmənin Plenum xx.xx.2024-cü il tarixli qərarı qəbul edilənədək məhkəmələr alimentin artırılması ilə bağlı işlərə baxarkən yaşayış minimumu haqqında qanunu rəhbər tuturdular. Hal-hazırki işdə indeksasiya həddinin ölkə üzrə minimum əmək haqqının 1 misli həddində alimentin müəyyən edilməsi aliment ödəyən başqa vətəndaşlarla müqayisədə onun vəziyyətini ağırlaşdırır. Məsələn bu il üzrə minimum əmək haqqı 400 manat təşkil edir. Həmin məbləğin 1,02 misli həddində yəni 408 manat məbləğində alimenti qarşı tərəfə ödəməyi nə dərəcədə ədalətli və qanunidir?! Bəs aliment ödəyən ata necə yaşamalı gündəlik tələbatlarını necə ödəməli?! Onun maddi vəziyyətini nəzərə almadan vəziyyətini ağırlaşdıran həmin qərardaddan verdiyi şikayəti də təəssüflər olsun ki, apellyasiya instansiya məhkəməsi tərəfindən təmin olunmamış və həmin qərardad qanuni qüvvəyə minmişdir. Hal-hazırda onun ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində yəni 408 manat məbləğində aliment verməyə imkanı yoxdur. Hal-hazırda işləsə də, aldığı 964 manat əmək haqqı ilə çox çətinliklə dolanır. Anası insult xəstəsidir, onun himayəsindədir, onun bütün müalicə xərclərini özü edir. Öz səhhətində də problem var davamlı müalicə alır. İşlədiyi yerdə xidmət göstərdi nəqliyyat vasitəsi təmirə aparıldıqda ümumiyyətlə çox aşağı maaş alır. Belə olan halda mən 408 manat alimenti ödəmək iqtidarında deyil. O, uşağın saxlanılması xərclərini maddi gücünün çatdığı həddə təmin edə bilər. Hal-hazırda alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində yəni 408 manat məbləğində alimenti ödəmək iqtidarında deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmaını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-774/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 2(008)-2792/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş aliment məbləğinin indeksasiyası aşağıdakı qaydada aparılaraq, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-503/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-774/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9/2025-01346 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 50 (əlli) manat mediasiya xərci ödənilmişdir. xx.xx.2055-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2015-ci il üçün minimum əməkhaqqının 105 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-cü il üçün minimum əməkhaqqının 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 245 manat məbləğində müəyyən edilmişdir. Beləliklə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 774/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 2(008)-2792/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş aliment məbləğinin indeksasiyası aşağıdakı qaydada aparılaraq, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2792/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi qəbul edilərkən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği 105 manat olduğundan, sözügedən qətnamə ilə tutulan alimenti məbləği əmək haqqına münasibətdə indeksasiyalaşdırılarkən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.02 misli miqdarında müəyyən edilmişdir. Lakin hazırki dövürdə minimum əmək haqqının məbləği 400 manat olduğundan və indeksasiye edilən məbləğ hər il müəyyən edilən minimum əmək haqqına uyğun hesablandığından iddiaçıdan tutulan alimentin məbləği hazırki tarix üçün 408 manat müəyyən edilir. Bu isə iddiaçının həddən artıq çətin vəziyyətə salınmasına gətirib çıxarır. Belə olan halda məhkəmə iddiaçının ailə vəziyyyətini, başqa gəlir mənbəyinin olmaması nəzərə alınaraq hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 774/2025 nömrəli 25.0706.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş məbləğ azaldılmalı, hazırki dövürdə uşağlar üçün müəyyən edilmiş minimum əmək haqqına münasibətdə hesablanmalıdır. Belə ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 246 manat olmasını nəzərə alınmalı, iddia tələbi təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-774/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2792/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 nömrəli Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-774/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün indeksasiya edilmiş edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlansın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar