Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7654/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Oktay qızına qarşı "alimentin miqdarının artırılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Oktay qızına qarşı "xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat məbləğində alimentin cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 saxlanması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3995/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin artırılaraq hər ay hər uşaq üçün 235 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, tərəflərin xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı ümumi uşaqları var. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətanaməsi ilə azyaşlı uşaqlar onun himayəsinə verilmişdir. Cavabdeh Oktay qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə həbs edilmiş, lakin 1 ildir ki həbsdən çıxmışdır. Cavabdeh uşalarla maraqlanmır, evə gəlmir, harada olduğu bilinmir. O, azyaşlı övldlarına təkbaşına baxır, cavabdeh heç bir köməklik etmir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, uşaqlar iddiaçının yanındadır, cavabdeh isə aliment ödəmir. Təyin olunmuş alimentin məbləği artıq kifayət etmir, uşaqların xərcləri artır. Cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçılə Cavabdeh Oktay qızının xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı ümumi uşaqları vardır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-39/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, İddiaçılə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli nikah pozulmuş və nikah pozulduqdan sonra hər iki uşağın ataları İddiaçı yanında saxlanılması qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3995/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci ildən hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan AZ-İİ seriyalı 642017 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2011-ci ildə doğulmuş X3 atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan AZ-İİ seriyalı 642018 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2011-ci ildə doğulmuş X2 atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 244104 nömrəli "Nikahın pozulması haqqında şəhadətnamə"nin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2016-cı ildə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan başqa, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, sadalanan normalarının mənasına görə, alimentin artırılması institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin artırılması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. İşdən görünür ki, iddiaçı alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat məbləğində müəyyən olunmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclaslarına gəlməmiş və tələbə münasibətini bildirməmişdir. Məhkəmə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 235 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddiada artırılması tələb edilən alimentin bir illik miqdarı (470 manat – 200 manat = 270 manat x 12 ay) 3240 manat təşkil edir. Bu iddiaya görə 52,40 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə dövlət rüsumu cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3995/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə tutulan 100 manat alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 52,40 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X7.
Məhkəmə qərarları › İş №2(008)-7654/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7654/2024
24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver