Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7655/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh Rəfai oğluna qarşı «aliment-uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rəfai oğluna qarşı «aliment-uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Sabunçu rayon Məhkəməsini 2( 008)-4719/2023 saylı 15 avqust 2023-cı il tarixli Qətnaməsi ilə onun himayəsində saxlanılmış xx.xx.2014-cii il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi xəstəliklərinin müalicəsi ilə əlaqədar hər ay ödənilən 100 (yüz) manat məbləğində vəsaitin Cavabdeh Rəfael oğlundan tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2013cü ildə el adəti ilə toy edərək ailə qurmuşdur. Onların aralarında rəsmi nikahları isə xx.xx.2014-cü ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeyd kitabında 362 № ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından iki övladı anadan olmuşdur: xx.xx.2014-cii il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X14. Sonradan cavabdeh öz ailəsinə baxmamış və aralarında yaranan narazıçılığı nizamlamaq mümkün olmadığından o, məcbur olub məhkəməyə müraciət emişdir. Bakı şəhəri Sabunşu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-6568/19 sayl Qətnaməsi ilə cavabdehdən hər ay hər bir uşağa görə 160 manat olmaqla iki uşağa 320 manat, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 xəstəliklərinin müalicəsi məqsədi ilə hər bir uşağa görə 50 manat olmaqla , cəmi hər ay 100 manat pul tutularaq ona verilməsi qət edilmişdir. Həmin işdən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-3039/2020 saylı Qətnaməsi ilə iş üzrə Bakı şəhəri Sabunşu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-6568/19 sayl Qətnaməsi ilə hər uşağa görə (cəmi 100) manat məbləğində pulun tutulması hissəsində ləğv edilmiş, alimentin ödənilməsi cəmi 320 manat hissədə dəyişdirmədən saxlamışdır. Həmin işdən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasımı 2( 102)-1487/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarı ilə təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-4719/2023 saylı Qətnaməsi ilə Bakı şəhəri Sabunşu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)- 6568/19 saylı Qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş , Cavabdeh qətnamənin qanuni mindiyi gündən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi hər bir uşağa görə hər ay 220 manat olmaqla , cəmi 440 manat aliment tutularaq İddiaçı qızma ödənilməsi qət edilmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi X17 iddia tələbininin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X11 18 yaşına çatanadək xəstəliklərinin malicəsi üçün hər ay 300 manat məbləğidndən pulu Cavabdeh Rafael oğlundan tutularaq İddiaçı qzınına ödənilməsini məhkəməən xaiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X17 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X18 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə xx.xx.2025-ci il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, o, uşaqlarını çox sevir, ancaq Aytən xanım uşaqları ona qarşı çox pis tərbiyyə edir. Əvvəllər neçə dəfə o və valideynləri uşaqlara yaxınlaşmaq istəsək də Aytən xanım buna qarşı çıxaraq onu və valideynlərini çox pis təhqir edib qovub. Bacısı dəfələrlə onlara yaxınlaşmaq istəyib ancaq uşaq anlamadığı söyüşlərlə təhqir edərək aralanıb. Bundan görünür ki, uşaqları çox pis tərbiyyə edir. Möhtərəm hakim hələ onlar ailəli olarkən uşaqlardan alət kimi istifadə edərək onu aldadırdı. Dərdi pul əldə etməkdir. Uşaqlara baxmaq deyildi: - 2-ci uşaq olandan sonra ona acıq aydın deyirdi ki, səndən boşanacam. Azad yaşayacam. Məhkəmə yolu ilə səndən artıqlaması ilə pul alacam: - Sən mənim üçün işləməlisən. Məhkəmədə adamınız var! Möhtərəm hakim o, 879 manat əmək haqqı alır, indeksiyadan sonra iki işağa görə 502 manat aliment ödüyür. Aliment ödədiyinə görə peşman deyil. O, uşaqlarına həsrət qalmışdır. Aytən xanım Şər böhtan qadın olduğu üçün uşaqlara yaxınlaşmaq olmur. İcraçılara müraciət etsədə yenə də onunla üz-üzə gəlməli olur. Açığı Polis olduğu üçün qorxur. Eyni zamanda qeyd etmişdir ki,uşağın xəstəliyi ilə əlaqədar bu işə məhkəmələrdə dəfələrlə baxılıb. Əsasız olduğu üçün rədd edilib. Qətnamələri sizə göndərirəm. Möhtərəm hakim o, ikinci dəfə ailə qurmuşdır. Bir övladı var. Onuda o biri övladlarım kimi saxlamalıdı. Hal hazırda Hepatit C virusu qarşı müalicə alır. Atası ankoloji xəstədir.- Ximya qəbul edir. Bunların hamısı böyük problemdir. Çox çətinlik çəkir. Aytən xanım ondan əlavə pul almaq üçün müxtəlif yollara əl ataraq uşaqlardan alət kimi istifadə edir. Hörmətli hakim 30 avqust 2014-cü il təvəllüdlü X1 problemlərin olması Ailə Məcəlləsinin 81.1 -ci maddəsinin təsiri altına düşmür. X2 olan problemin müstəsna hal (ağır xəstəlik) olmasını təsdiq edən sənəd yoxdur. Ailə məcəlləsinin 81.3-cü maddəsinə görə cavabdehin- atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz,çünki həmin maddənin tələbinə görə məhkəmə valideynləri faktiki çəkilmiş,əlavə xərclərə,eləcədə gələcəkdə çəkilmiş zəruri olan xərclərə cəlb edə bilər. Onuda qeyd etmişdir ki, onun əmək haqqı 879 manatdır. Əlavə gəlirim yoxdur. O, əmək haqqının 3-dəl hissəsini uşaqlarına ödəməli olduğu halda hər uşağında sabit pul məbləğində 246+246=492 Manat ödəyir. Aliment ödəməyinə də peşman deyil. Aytən xanım şər böhtan olmasa hərəkətlərinə fikir versə o, uşaqlarına yaxınlaşar və əlavə gücü çatan köməkliyi göstərər. O, övladlarını çox sevirəm! Bacısıgilin yaxınlığında olduğu üçün bacısı demək olar ki, ona onlar haqqında məlumat verir və nəzarətdə saxlayır. Möhtərəm Hakim onun əmək haqqının (879manat) az olmasını, 500 manat aliment ödəməyimi, əlavə gəlirin olmadığı. Hepatit C virııslu xəstə olduğunu, yeni ailə qurduğunu. Atasının ankoloji xəstə olaraq miitəmadi ximya aldığını nəzərə alaraq X7 əlavə xərcələrin ödənilməsinə dair verdiyi iddia ərizəsi rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü ildə verilmiş AZ-İİİ seriyalı 448038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. “Narınc” X8 diaqnostikasından görünür ki, X16 həftədə 3 dəfə “Narınc” X9 müalicə alır. “Narınc” X8 diaqnostikasından görünür ki,X19 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müayinədən keçmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli tövsiyyə vərəqələrindən görünr ki, X13 istifadə edilməsi üçün dərmanlar yazılmışdır. xx.xx.2023-cü il tarixli Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən təqdim edilən arayışdan görünür ki, X16 mərkəzdə müayinə olunmuş, 3 ay sonra müayinə və müalicə mütləqdir. Baş Dövlət YolPolis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 2024-cü il üzrə əməkhaqqına əlavə gəlirlər ilə birlikdə cəmi 9585.08 manat pul ödənmişdir. Xızı Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-80/2-5644/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh Xızı rayon Polis şöbəsinin X28 Bölməsinin yol patrulkxidməti inspektor vəzifəsində xidmət edir, onun aylıq əmək haqqı 879 manatdır Həmin əmək haqqından 440 manat aliment borcuna görə tutulur. Digər daimi xarakter daşıyan gəlirləri barədə məlumat qeydə alınmamışdır. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X16 xx.xx.2015-ci ildə mərkəzə müraciət etmiş, mütamadi olaraq mülaicələr almış, xx.xx.2016-cı il tarixdə “çəpgözlüyün cərrahi korreksiyası” cərrahi əməliyyatı olmuşdur. Pasient daha sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator müayinələrdə olmuşdur. Ambulator xəstənin fərdi vərəqəsindəki qeydə əsasən Binokulyar görmənin bərpası üçün periotik ambulator müalicələrə ehtiyac duyulur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3039/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 noyabr 2019-cu il tarixli qətnamə, “iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaqların müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək bu tələb təmin edilməmişdir. Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamənin qalan hissəsi, yəni “iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh ilə cavabdehin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa gərə 160 (cəmi 320) manat sabit pul məbləğində alimentin, xx.xx.2018-ci il təvəllüdlü Reyhan 3 yaşına çatana kimi iddiaçının özü üçün 50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsi” hissəsi dəyişdirilmədən saxlanılması qırara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-7197/2023 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4719/2023 nömrəli 15 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədədəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-558/2025 nömrəli 29.058.2025ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2{008)- 4719/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi İlə xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşağ üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunsun. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə ilk növbədə onu bildirmək isdəyir ki, iddiaçı hazırki tələb ilə yəni xx.xx.2014-cü il təvəllüdlü X6 18 yaşına çatanadək xəstəliklərinin malicəsi üçün hər ay alimentin” tutulması ilə bağlı iki dəfə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3039/2020 nömrəli xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4719/2023 nömrəli 15 avqust 2023-cü il tarixli qətnamələri ilə iddia tələbləri bu hissələrdə təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin əmək haqqının artmış olduğunu, xx.xx.2014-cü il təvəllüdlü X6 daimi mülicəyə ehtiyac olduğunu əsası ilə yenidən məhkəməyə müraciət edərək uşağın müalicəsi üçün hər ay 300 manat sabit pul məbləğində alimetin tutulmasını xahiş etmişdir. Məhkəmə tələbə hüquqi qiymət verərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 gözünün daimi müayinələrə və müalicələrə ehtiyacı olması müəyyən edilsədə, uşağın gözündə olan narahatçılıqlar artması müəyyən edilmir. Yəni xx.xx.2014-cü il təvəllüdlü X6 gözündə olan narahatçılıq ağır xəstəlik hesab edilə bilən müstəsna hal olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə onuda iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-558/2025 nömrəli 29.058.2025-ci il tarixli qərardadından da görünür ki, hazırki dövürdə cavabdehdən uşağların saxlanması üçün aliment məbləği tutulur. Belə ki, sözügedən alimentin tutulması əsası uşağların saxlanması olduğundan, uşağın gözündə olan narahtçılığa çəkilməli olan xərc də elə məhz alimentin məbləğinə aitdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7655/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7655/2025
11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver