Məhkəmə qərarları › İş №2(008)-827/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-827/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-827/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X1 iştiraklraı ilə, İddiaçı İddiaçı Cavabdeh «xxxx» TASC-yə qarşı Mübahisə prelmeti barəsmində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı işə cəlb edilməklə dövlət sosial sığorta haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh «xxxx» TASC-yə (sonradan – zavod) qarşı məhkəmədə iddia qaldıraraq ödənilməli olan, lakin ödənilməmiş 1978,14 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (sonradan - DSMF) iddiaçının fərdi hesabına ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17.05.2006-cı il tarixdən 27.04.2012-ci il tarixədək zavodun metalkonstruksiya və mexaniki yığma sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Bu müddət ərzində zavodun mühasibatlığı ona 9611,51 manat əmək haqqı hesablamışdır. DSMF-yə müraciət edərək, işlədiyi müddətdə ona aid məcburi dövlət sosial sığorta ödənişlərinin işəgötürən tərəfindən necə ödənilməsi ilə maraqlanmışdır. DSMF-nin 01.10.2020-ci il tarixli məktubunda ona cəmi 9611,51 manat əmək haqqının və müvafiq olaraq 2402,88 sığorta haqqının hesablanması, lakin işəgötürən tərəfindən 424,74 manat məcburi dövlət sosial sığorta haqqının ödənilməsi, 1978,14 manatın isə indiyə qədər ödənilməmiş olaraq qalması barədə məlumat verilmişdir. Məhkəmə DSMF-ni mübahisə predmeti barəsmində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Cavabdeh zavod iddia ərizəsinə etirazı və sonradan ərizəni məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, zavodun fərdi qaydada ayrı-ayrı şəxslərə məcburi dövlət sosial sığorta haqqlarını ödəmək səlahiyyəti yoxdur. Zavod tərəfindən DSMF-yə işçilərə ödəmək üçün hər ay təxminən 70-80 min manat məbəlğində pul ödənilir. Tezliklə zavodun borcu tamamilə bağlanacaq və ayrı-ayrı şəxslərə, o cümlədən iddiaçıya borc məbləği ödəniləcəkdir. Odur ki, iddiaçının tələb etdiyi pul məbləğinin zavod tərəfindən fərdi qaydada ödənilməsi mümkünsüz olduğundan iddianın rədd edlməsini xahiş edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. DSMF-nin nümayəndəsi X3 iş üzrə izahat verərək qeyd etdi ki, zavod tərəfindən fərdi qaydada iddiaçının adına müəyyən məbləğin ödənildiyi haldı həmin məbləğ məhz iddiaçının şəxsi hesabına oturmayacaq. Belə ki, işəgötürən tərəfindən hər hansı pul mələğinin ödənildiyi halda həmin məbləğ proporsianal şəkildə ardıcıllıqla bütün işçilərə ödənilir. Hazırki iddianın təmin edilyi təqdirdə qətnamənin icrası mümkün olmayacaq. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). İddiaçı İddiaçı 17.05.2006-cı il tarixdən 27.04.2012-ci il tarixədək zavodun metalkonstruksiya və mexaniki yığma sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir (0263252 №-li əmək kitabçası). Həmin dövr üçün iddiaçıya 9611,51 manat əmək haqqı, sığorta haqqı 2402,88 hesablanmış, işəgötürən tərəfindən 424,74 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir (DSMF tərəfindən təqdim edilən sığortaolunan hesabı). Eyni məlumatı DSMF iddiaçıya ünvanladığı 01.10.2020-ci il tarixli, **********4 №-li məktubunda da vermişdir. Hazırda iddiaçı ödənilməmiş 1978,14 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının DSMF-yə iddiaçının fərdi hesabına ödənilməsi öhdəlməsini istəyir. Zavod tərəfindən DSMF-yə 2021-ci ilin yanvar, fevral, mart ayları üçün müxtəlif məbləğlərdə məcburi dövlət sosial sığorta haqqları ödənilir (ödəniş tapşırıqları). Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. İşəgötürən zavod tərəfindən 1978,14 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının hesablanması, lakin ödənilməməsi işin mübahisə edilməyən halıdır. «Sosial Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. «Sosial Sığorta haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə» 2018-ci il 30 noyabr tarixli 1360-VQD nbmrəli Azərbaycan Respublikası Qanunu 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanunun 18-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.10.2018-ci il tarixli, 440 №-li Qərarı ilə təsdiq edilmiş büdcə gəlirlərinin və xərclərinin funksional,iqtisadi və inzibati təsnifatından ibarət vahid budcə təsnifatından görünür ki, «işəgötürənlərin əməyin ödənişi fondundan hesablanan sosial ayırmalar» 121100 nömrə ilə qeyd edillmişdir. Yəni, hər hansı işəgötürənin fərdi qaydada hər hansı işçinin adına məcburi dövlət sosial sığorta haqqının ödəməsi mümkün deyil. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi 1978,14 manat ödənilməmiş məbləğ mübahisəsiz haldır, cavabdeh də bu məbləği inkar etmir və yaxında tam ödəməyinə təminat verir. Lakin, hazırki iddia ilə bu mübahisə həllini tapmayan mübahisədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı cavabdeh «xxxx» TASC-yə qarşı ödənilməli olan, lakin ödənilməmiş 1978,14 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda iddiaçının fərdi hesabına ödənilməsi öhdəliyinin qoyulması barədə tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar