Məhkəmə qərarları › İş №2(008)-8362/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8362/2025

30.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8362/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin İş № 8(008)-1224/2025, xx.xx.2025-ci il tarixli qərardadına əsasən cavabdehin xeyrinə xx.xx.2016-cı ildə anadan olmuş X1 üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan xx.xx.2016-cı ildə anadan olmuş X1 üçün hər ay 2025-ci il üçün minimum alimentin 246 (iki yüz qırx altı) manatın 0.88 misli miqdarında aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, cavabdeh Eyyubova X3 rayonu, Topalhəsənli kəndi ünvanında qeydiyyatdadır. İddia ərizəsində cavabdehin faktiki ünvanı Bakı şəhəri, Sabunçu rayonu qeyd edilsə də, bunu təsdiq edəcək heç bir sübut təqdim edilməmiş və ünvan tam qeyd edilməmişdir. Odur ki, iddia ərizəsinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması üçün heç bir əsas olmadığından, iddia ərizəsinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması mümkün deyil və hazırki iddia cavabdehin qeydiyyat olduğu ünvan üzrə Kürdəmir Rayon Məhkəməsinə təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, hesab edirəm ki, hazırki iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. xx.xx.2025-ci il tarixli, ********** ödəniş nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** ödəniş nömrəli qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar