Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8439/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən, X2 üçün hər ay 200 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və X11 oğlu X6 atası tərəfdən baba və nənəsidir. Belə ki, 20 sentyabr 2018-ci il tarixində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6549/18 saylı qətnaməsi ilə cavabdehlərin oğlu X12 ilə aralarında olan nikah pozulmuş və oğlunun onun yanında saxlanılması, yetkinlik yaşına çatana qədər hər ay 154 manat və uşağın müalicə xərcinin ödənilməsi üçün hər ay 50 manat ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı icraya yönəlməmiş X12 ölkəni tərk etmiş və bugünə qədər oğluna heç bir köməklik göstərməmişdir. 20 sentyabr 2018-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6549/l 8 saylı qətnaməsinin icrası ilə bağlı borclu barəsində axtarış elan olunmuşdur. 30 iyul 2021-ci il tarixində X7 qeydiyyatı üzrə Masallı rayon icra və probasiya şöbəsinə qətnamənin icrası ilə bağlı müraciət etsə də bugünə qədər müraciətinə cavab verilmişdir. Yardıma ehtiyacı olan sağlamlıq imkanları məhdud, yetkinlik yaşına çatmayan nəvə hazırda saxlanmaq üçün öz valideynindən maddi yardım (atası tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətanaməsi icra olunmur.) almaq imkanı yoxdur. Cavabdehlərin nəvəsinə kömək etmək üçün yetərincə maddi vəsaiti var. Belə ki, cavabdehlərin hər ikisi əmək pensiyası alır və nəvəsini saxlaya bilər, (Masallı DSMF ünvanladığım müraciət əlavə olunur) ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyillər. Qanunvericiliyin tələbinə əsasən mübahisəni məhkəməyə qədər mediasiya qaydasında həll etməyə çalışsa da, cavabdehlər ilkin mediasiya sessiyasına gəlməmişlər. 02.11.2021-ci il tarixdə iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək X1 üçü cavabdehlərdən hər ay 300 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək , özünün müəllimə olduğunun, məktəbdə işlədiyini lakin aldığı maaşın uşağın saxlanılmasına kifayyət etmədiyini bildirərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6549/2018 nömrəli, 20 sentyabr 2018-ci il tarixli qətnaməyə əsasən İddiaçı ilə X12 arasında Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsində 02.05.2014-cü il tarixdə bağlanmış və 118 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş, 22.04.2015-ci il təvəllüdlü X13 nikahın pozulmasından sonra anası İddiaçı yanında saxlanılmış, X5 22.04.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilmiş, cavabdeh X5 22.04.2015-ci il təvəllüdlü X6 müalicəsi üçün hər ay 50 manat əlavə xərc tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - 4 saylı Bakı “ASAN xidmət” X4 AZ İİİ seriyalı, 605819 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, 22.04.2015-ci il tarixdə X13 doğulmuşdur. X3, anası isə X10r. - Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin Vİİ-ЖГ seriyalı, 439060 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28 avqust 1981-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh2, anası isə X8r. - Uşaq Nevroloji xəstəxananın epikrizinin surətindən görünür ki, X9 uşaq serebral iflici (tetraparetik forma) diaqnozu qoyulmuşdur. - Spero Hospital klinikasının 33150 nömrəli epikrizin surətindən görünür ki, 22.04.2015-ci il təvəllüdlü X9 10.11.2021-ci il tarixdə “Budların yaxınlaşdırıcı, diz oynaqların bükücü əzələlərinin tenotomiyası. Axil vətərlərinin və pəncələrin İ-İİ barmaqların bükücü vətərlərin tenotomiyası” cərrahi əməliyyat icra olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. «Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Məhkəmə idddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, qanunvericiliyin mənasından da görünür ki, yardıma ehtiyacı olan nəvə öz valdeyinlərindən aliment alması mümükün olmadığda baba və ya nənənin buna zəruri imkanı olduğu halda nənə və babadan nəvənin xeyrinə aliment tutula bilər. Lakin hazırkı mülki işdən də məlum olur ki, 22.04.2015-ci il təvəllüdlü X6 valdeyinlərinin hər ikisinin əmək qabliyyəti mövcuddur və onların övladlarının saxlamaq vəzifəsinin icra etməyə maneə olan hal yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilə bilməz. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-8439/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8439/2021
17.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver