Məhkəmə qərarları › İş №2(008)-876/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-876/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-876/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12 mart 2014-cü il təvəllüdlü X3 və 29 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 300 manat, cəmi 600 manat sabit məbləğdə alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün ay ölkə üzrə müəyyə edilmiş minimum əmək haqqının 0.68 misli miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2013-cü il tarixdə Neftçala rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onların iki uşaqları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olmuşlar. Onlar 2013-cü ildən 2024-cü ilin aprel ayına kimi Bakı şəhərində birlikdə yaşamışlar. 2024-cü ilin aprel ayında cavabdeh onları atıb Neftçala rayonuna getmişdir. O vaxtdan hal-hazıra kimi onlarla maraqlanmır, uşaqların maddi tələbatını ödəmir. Mən heç bir yerdə işləyə bilmirəm. Uşaqların saxlanması onun üçün çox çətindir. O nikahlarının pozulmasını istəmirəm, ancaq uşaqların maddi tələbatını ödəyə bilmirəm, ona görə də mən məcbur olub aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdeh Neftçala rayonunda xəstəxanada işləyir. Bununla yanaşı o, başqa fərdi işlərlə də məşğul olub ayda xeyli pul qazanır. Həmçinin o, Mediasiya Şurasına ərizə ilə müraciət etmişdir. Ancaq cavabdeh ilkin mediasiya iclasına gəlməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyı gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 19 dekabr 2024-cü il tarxdə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qeyd etmək istəyir ki, iddiaçının iddia tələbinə münasibətdə bildirmək istəyir ki, iddiaçı iddia ərizəsində hər bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat cəmi 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirir ki, iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh Neftçala rayon Mərkəzi Xəstəxanasında işləyir və əlavə yerlərdən gəlir əldə edir. Bu fikirə münasibətdə bildirmək istəyir ki, TƏBİB-in Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın Əməyin mühafizəsi üzrə baş mühəndis-bölmə müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 491.83 manat təşkil edir. Buna görə də onların birgə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatana qədər saxlanılmasına görə cavabdehə bir uşağa görə 150 manat cəmi 300 manat aliment ödəmək imkanı mövcuddur. Hazırda anası və atası ilə birlikdə yaşayır evin dolanışıq səviyyəsində onun əmək haqqısının müstəsna rolu vardır. Həmçinin qeyd edir ki, o, iddiaçı ilə ailə münasibəti qurduqdan sonra Bakı şəhərinə köçüb birgə yaşamışlar. O, Bakıda AZFEN BM-da CNC operator vəzifəsində çalışırmış və aylıq orta hesabla 1350-1400 manat əmək haqqı alırmış və sonradan həmin şirkət fəaliyyətini dayandırdıqdan sonra o işdən ixtisara düşmüşdür. O, iddiaçıya Neftçala rayonuna qayıdıb birgə yaşamağı təklif etmiş və iddiaçı onunla Neftçala rayonuna gəlməyəciyini bildirdi və birgə nikahdan doğulmuş uşaqları da öz yanında saxladı. Hazırda uşaqları da iddiaçı ilə birlikdə Bakı şəhərində yaşayırlar. O, uşaqları ilə görüşmək və ünsiyyətdə olmaq üçün iddiaçının mobil telefonuna dəfələrlə əlaqə saxlayıb fikrini bildirsə də o ona yaşadığı ünvanını deməkdən imtina etmiş və uşaqları ilə görüşməyinə mümkün şərait yaratmamışdır. O, iddiaçı ilə whatsapp sosial şəbəkəsində əlaqə saxlamışdır. Hazırda isə iddiaçı qeyd etmişdir ki, guya o, öz ailəsini yəni uşaqları və yoldaşı yalnız buraxıb Neftçala rayonuna gəlmişəm amma həqiqət isə elə deyildir. Hazırda iddiaçı övladları psixologiyasında o, pis qələmə vermiş və onun guya övladları atıb gəldiyimi onlara öyrətmişdir. Halbuki uşaqları ilə telefon vasitəsilə əlaqə saxlayarkən iddiaçının onların ona qarşı çıxmaları üçün kənar təsir göstərdiyini dəfələrlə izləmişdir. Hörmətli Məhkəmə, xx.xx.2024-cü il tarix saat 16:30 da keçiriləcək məhkəmə iclası və digər məhkəmə iclaslarında işi əlaqədar üzürlü səbəbdən iştirak edə bilməyəcəkdir. Odur ki, keçiriləcək növbəti Məhkəmə iclaslarında iştirakımın mümkün olmadığı təqdirdə işə onun iştirakı olmadan baxılmasına etirazı yoxdur. Odur ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, İddiaçının iddia tələbinə münasibətdə, onların birgə nikahdan doğulmuş iki azyaşlı uşağının yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat cəmi 300 manat olmaqla alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Neftçala rayon Aşağı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi Nümayəndəli tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 267984 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 697050 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olumuş, atası Cavabdeh, anası İddiaçıdır. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ilə X7 xx.xx.2013-cü ildə nikaha daxil olmuş və bu barədə 185 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra ərə Niftəliyev, arvada Niftəliyeva soyadı verilmişdir. Neftçala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh hal-hazırda Neftçala Rayon Mərkəz Xəstəxanasında p.h.ş Əməyin mühafizəsi üzrə baş mühəndis-bölmə müditi vəzifəsində işləyir və aylıq əmək haqqısı 491,83 manatdır. İlkin mediasiya prosesində iştirak edilməməsi barədə MŞB/1/2024-00495 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində rüsumu və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il üçün minimum əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, 2024-cü iı üzrə minimum əmək haqqı məbləğinin 0,68 mislində sonrakı artırəımalae nəzərə alınmaqla (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Beləliklə məhkəmə cavabdehin əmək haqqının məbləğini nəzərə alalarq hesab edir ki, cavabdehdən tutulacak alimentin məbləği elə bir həddə müəyyən edilmlidir ki, onu həddən artıq çətin vəziyyətə salmasın və alimentin ödənilməsi real olsun. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ilə Cavabdehnın birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağ üçün ölkə üzrə müəyyə edilmiş minimum əmək haqqının 0.61 misli miqdarında sonrakı addımlar nəzərə alınmaqla(345x0.61=210.45) aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hesablanma tarixinə münasibət bildirərək qeyd edir ki, iddiaçı aliment tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdən müraciət etmiş olduğundan alimentin həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəməyalnıztərəflərintəqdimetdiyisübutlarıaraşdırmalıvəonlardanistifadəetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ilə Cavabdehnın birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay, hər uşağ üçün ölkə üzrə müəyyə edilmiş minimum əmək haqqının 0.61 misli miqdarında sonrakı addımlar nəzərə alınmaqla aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar