Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-954/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh Əşrəf qızına qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əşrəf qızına qarşı məhkəməyə iddia və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə verərək Nizami rayon Məhkəməsinin 2(007)-685/2017 №-li işi üzrə qəbul edilmiş 11.01.2017-ci il tarixli icra sənədinə əsasən 21.09.2016-ci il tarixdə doğulmuş X1 üçün alimentin miqdarının azaldılması və hər ay 200 manat miqdarında sabit alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, aliment təyin olunan vaxt subay idi, ali təhsil almırdı və ipotekası yox idi. 20.09.2021-ci il tarixdə nikaha daxil olub, 2020-ci ildən ADBTİA-da ödənişli əsaslarla təhsil alır, 2017-ci ilin avqust ayında ipoteka ilə ev almışdır. Bundan başqa aktiv kredit borcu var (aylıq 195,50 manat). Hazırda RİNN X2 mütəxəssis vəzifəsində işləyir, vəzifə maaşı 937 manat, vergi çıxdıqdan sonra 780 manat təşkil edir. Digər gəlir yeri yoxdur. X6 ilə əlaqədar Prezidet Administrasiyası tərkibində yaradılmış İdarələr arası əlaqələndirmə işçi qrupu tərkibinə. Buna görə, qeyri-iş günləri işə çıxmağıyla əlaqədar əlavə ödəniş olunur. Ailə vəziyyətinin dəyişməsi ilə əlaqədar öz ailəsinə ancaq 100 manat ayıra bilir, valideynləri kömək edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda qeyd etdi ki, əmək haqqı və əlavələr nəzərə alınmaqla, hər ay dəyişkən olaraq 300 manat civarında ondan aliment tutulur. Əvvəllər keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Əşrəf qızı qətiyyən iddianı qəbul etməyərək, qeyd etdi ki, özünün 1300 manat əmək haqqı ilə bankda işləməyinə baxmayaraq, onunda kreditləri var, səhhətində problemlər var və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Cavabdeh Əşrəf qızı ilə olan nikahları 23.12.2017-ci il tarixdə ləğv edilmişdir (Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmişAZ-İ seriyalı 293437 №-li nikahın pozulması haqqında şəhadətnamə). Onların uşaqları X11 21.09.2016-ci il tarixdə doğulmuşdur (4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.11.2016-cı il tarixli doğum haqqında şəhadətnamə). Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən 13.02.2017-ci il tarixdə Nizami rayon Məhkəməsinin 2(007)-685/2017 №-li iş üzrə verilmiş 11.01.2017-ci il tarixli icra sənədinə əsasən icrat başlamaq haqqında qərar qəbul edilmişdir. Qeyd olunan icra sənədində 15.12.2016-cı il tarixdən başlayaraq 21.09.2016-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq, X4 verilməsi nəzərdə tutulmuşdur. 21.09.2021-ci il tarixli Çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X2 mütəxəssis vəzifəsində işləyir, aylıq əmək haqqı 937,75 manat təşkil edir. 20.09.2021-ci il tarixdə İddiaçı və X5 nikahlarını bağlamışlar. Bakı Teyran Tibb Mərkəzi tərəfindən verilmiş ultrosonoqrafiyayaya əsasən X5 12.11.2021-ci il tarixdə 3-4 həftəlik hamilə olmuşdur. 21.09.2021-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı DİM-in əmri ilə 2020/2021 tədris ilində ödənişli əsaslarla Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasına bakalavriat səviyyəsində qəbul olunmuşdur. İddiaçının banklarda iki aktiv krediti var: Yapı-Kredi Bankda 01.09.2018-ci il tarixdən 01.08.2043-cü il tarixədək aylıq ödəniş ortalama 192 manat; həmin bankda 16.03.2021-ci il tarxdən 16.02.2024-cü il tarixədək aylıq ödəniş təxmini 196 manat. Hazırda iddiaçı ondan tutulmuş aliment məbləğinin azaldılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsasla olduğu qənaətinə gəllmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, iddiaçı maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən kifayət qədər sübut məhkəməyə təqdim etmişdir. Belə ki, qeyd edildiyi kimi, iddiaçının ailəsi var, uşağı dünyaya gəlməlidir, iddiaçı ödənişli əsaslarla tələbədir, banklarda iki aktiv krediti var. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ödəmək istədiyi aliment 2022-ci il üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan az deyil. Belə ki 23.12.2021-ci il tarixdə qəbul edilmiş və 01.01.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Nizami rayon Məhkəməsinin 2(007)-685/2017 №-li iş üzrə qəbul edilmiş 11.01.2017-ci il tarixli icra sənədinə əsasən 21.09.2016-ci il tarixdə doğulmuş X1 üçün alimentin miqdarı azaldılmalı və İddiaçı hər ay 200 manat miqdarında 21.09.2016-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit aliment tutularaq Cavabdeh Əşrəf qızına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Nizami rayon Məhkəməsinin 2(007)-685/2017 №-li iş üzrə qəbul edilmiş 11.01.2017-ci il tarixli icra sənədinə əsasən 21.09.2016-ci il tarixdə doğulmuş X1 üçün alimentin miqdarı azaldılsın və İddiaçı hər ay 200 manat miqdarında 21.09.2016-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit aliment tutularaq Cavabdeh Əşrəf qızına ödənilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-954/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-954/2022
08.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver