Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-102/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı İddiaçı cavabdeh X2 qarşı “pul tələbi, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının vəkili Vəkil2 şikayətinə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsinə əsasən müəyyən edilmiş 150000 manat məbləğində kompensasiyanın, təmir-tikinti işlərinin aparılmasına, mebellərin quraşdırılmasına və digər təmir və yaxşılaşdırma işlərinin həyata keçirilməsinə çəkilən 250000 manat məbləğində xərclərin, əldən çıxmış faydaya görə 60000 manat məbləğində pulun, 20000 manat məbləğində mənəvi zərəriun, toplamda 480000 manat məbləğində pulun cavabdeh X1 tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının vəkili Vəkil2 məhkəməyə mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatət ünvanlayaraq, vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh X3 vergi ödəyici kimi Dövlət Vergi Xidmətində VÖEN ********** nömrə ilə qeydiyyatdadır və vergi ödəyicisidir. Eyni zamanda bildirir ki, İddiaçı da vergi ödəyicisidir və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bununla bağlı müəyyən edilir ki, iddiaçı və cavabdeh vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar və bu iddia da tamamilə sahibkarlıq fəaliyyətindən irəli gəlir. Qeyd olunanlara əsasən mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işin aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair iddiaçının vəkili Vəkil2 vəsatətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçının vəkili Vəkil2 xx.xx.2022-cu il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Səbail rayon Məhkəməsinin 2(009)-102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, mülki işin aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllədə yer alan məhkəmə aidiyyəti məsələsi pozulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətində VÖEN ********** nömrə ilə qeydiyyatdadır və vergi ödəyicisiclir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətindən çıxarışın surətindən görünür ki, AZ 1029, ünvan 2 ünvanıdır və ********** nömrəli VÖEN-ə sahibdir. Eyni zamanda İddiaçı də vergi ödəyicisidir və sahibkarlıq fəalliyyəti ilə məşğuldur. Bununla bağlı müəyyən edilir ki, iddiaçı və cavabdeh vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar və bu iddia da tamamilə sahibkarlıq fəaliyyətindən irəli gəlir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə tamamilə sahibkarlıq fəaliyyətindən irəli gəldiyi üçün tərəflər arasında yaranan mübahisənin həlli üçün mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi labüddür. Eyni zamanda tərəflər arasında bağlanan icarə müqaviləsinin birinci maddəsinə əsasən Müqavilənin Predmeti və Əmlakın Təsvir hissəsində qeyd olunmuşdur: İcarəyə verən bununla ünvan 3 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində 380 m2 sahədən (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən 155 kv.m.) ibarət 19, 20, 21 və 22 saylı mənzilləri İcarəçiyə icarəyə verməyi, icarəçi isə həmiıı əmlakı icarəyə götürməyi və icarə Müqaviləsi ilə müəyyən olunmuş icarə haqqını İcarəyə verənə ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanan icarə müqaviləsinin dördüncü maddəsinə əsasən İcarə Haqqı hissəsində qeyd olunmuşdur: İcarəyə verilmiş Əmlakın icarəsi müqabilində icarəçi İcarəyə verənə 1 Mart 2017-ci il tarixindən hesablanmaqla, 1000 (min) manat icarə haqqı ödəyəcək. Bu məbləğə vergi daxil deyil, icarəçi icarə haqqı üçün ödənilməli olan 14% (on dörd faiz) dərəcə ilə vergini hesablayıb ödəməlidir, İcarə haqqı Azərbaycan Manatı ilə ödəniləcək. İcarəçi ilk 6 ayın icarə haqqını, hər ay üçün icarə haqqı 1000 (min) manat olmaqla, ümumilikdə 6000 manat məbləğində pulu müqavilə imzalanandan, qalan məbləği bərabər şəkildə aylıq olaraq aşağıdakı 4.3-cıı bəndə əsasən ödəyəcək. Sonrakı ödənişlər, yəni 7-ci aydan etibarən, hər ayın 10-dək əvvəlcədən həyata keçirilir. Beləliklə, tərəflər arasında icarə müqaviləsinə əsasən cavabdeh, yəni icarəçi Cavabdeh isə həmin əmlakı icarəyə götürməyi və icarə Müqaviləsi ilə müəyyən olunmuş, 14% vergini ödəməyi,, icarə haqqını İcarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumunun. xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz, MPM-in 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilinəsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgiin verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilən Qərarın 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-cı maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, ham də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxııd birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, mülki işin aidyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, şikayət əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarında izah etmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı vergi ödəyicisidir və sahibkarlıq fəalliyyəti ilə məşğuldur. Cavabdeh da vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətində VÖEN ********** nömrə ilə qeydiyyatdadır və vergi ödəyicisiclir. Tərəflər arasında olan mübahisə onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 263-264, 268-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının vəkili Vəkil2 şikayəti şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının vəkili Vəkil2 vəsatəti təmin edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-102/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-102/2022
04.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver