Məhkəmə qərarları › İş №2(009)-1048/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1048/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1048/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «pul» barədə iddia tələbinə dair mülki işə 06 may 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33,000 manat sığorta ödənişinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatət göndərərək, vəsatəti onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1şin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan aydın olur ki, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 3un inzibati ərazisinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh Paşa Həyat Sığorta » ASC-nin hüquq ünvanı Nəsimi rayonu ərazisinə aid olduğu üçün, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Ona görə də hazırkı mülki iş aidiyyəti üzrə cavabdehin hüquqi ünvanının yerləşdiyi ünvana görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44-45, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı– cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair 2(009)-1048/2022 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar