Məhkəmə qərarları › İş №2(009)-1049/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1049/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1049/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İlkin iddia üzrə iddiaçının, onun nümayəndəsi-vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdehin nümayəndəsi X1 və 3-cü şəxs Cavabdeh3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı – cavabdeh «xxxx» ASC-yə (Cavabdeh3 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbi barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı “əqdin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh «xxxx»ASC-yə (Cavabdeh3 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 62,330 manat sığorta ödənişinin, hər gecikdirilmiş gün üçün ümumi hesablanmış məbləğin 0,1 faizi həcmində 6,233 manat dəbbə pulunun, 1000 manat vəkil pulunun və 30 manat dövlət rüsumunun cavabdeh «xxxx» ASC tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03.05.2019-cu il tarixdə ** PH *** dövlət qeydiyyat nişanlı 2017-ci il buraxılışlı “X6 Rover” markalı avtomobil almışdır. Sonra avtomobilin dövlət qeydiyyat nişanı ** FS ***-ə dəyişdirilmişdir. 26.05.2020-ci il tarixdə sözügedən avtomobil cavabdeh şirkətdə “fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarına” əsasən sığorta olunmuşdur. 27.11.2020-ci il tarixdə Bakı-Qazax yolunun 243cü km-də nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törənmişdir. Müstəqil ekspert rəyinə əsasən zərər 62,330 manat məbləğində müəyyənləşdirilmişdir. Lakin cavabdeh şirkət zərərin əvəzini əsassız olaraq ödəməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda “xxxx” ASC İddiaçı qarşı “əqdin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin ********** saylı sığorta şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkətin “Scorinq” adlı layihəsi mövcuddur. Qeyd edilən layihədə sığorta müqaviləsinin buraxılış tarixindən öncəki son 3 il ərzində yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamış və cərimə balları ilə nəticələnən inzibati tənbeh edilməmiş, intizamlı sürücülərin nəqliyyat vasitələrinin bazarda mövcud orta sığorta tariflərindən daha aşağı tariflə “kasko” növü üzrə sığorta etməsi nəzərdə tutulur. Bu zaman sığortalıya izah edilir ki, “kasko sığorta üzrə qiymətləndirmə sistemi”ndə qeyd etmiş məlumatların qəsdən yalnış təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sığorta ödənişindən imtinaya səbəb ola bilər və həmin məlumatların yoxlanılması üçün sığortalı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndəriləcək və yalnız məlumatların düzgünlüyü təsdiq edildiyi halda sığorta ödənişi edilə bilər. İddiaçı ilə imzalanmış sığorta şəhadətnaməsinə uyğun olaraq “kasko sığorta üzrə qiymətləndirmə sistemi”ndə sığortalı tərəfindən qeyd edilmiş məlumatlara əsasən sığortalı 26.05.2020-ci il tarixə qədər son 3 il ərzində yol-nəqliyyat hadisəsində təqsirkar və ya zərər çəkən şəxs qismində iştirak etməmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, sığortalı sözügedən nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində müvafiq olaraq 02.08.2017-ci il və 14.06.2018-cil tarixlərdə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bununla da sığortalının “kasko sığorta üzrə qiymətləndirmə sistemi”ndə qəsdən yalnış məlumatı qeyd etməsi məlum olmuşdur. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianı qəbul etməyərək, ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs ilkin iddia tələbinin əsaslı olduğunu, qarşılıqlı iddia tələbinin isə əsasız olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. İş materiallarında olan: 26.05.2020-ci il tarixli ********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, ** FS *** dövlət nömrə nişanlı “X6 Rover” markalı nəqliyyat vasitəsi “xxxx” ASC-də sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. DYP-nin 036344 nömrəli arayışından görünür ki, ** FS *** dövlət nömrə nişanlı “X6 Rover” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 27.11.2020-ci il tarixdə Bakı-Qazax yolunun 243-cü km-də nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törənmişdir. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 03.03.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, sığorta şirkəti zərər məbləğindən 26.05.2020-ci il tarixli ********** saylı sığorta şəhadətnaməsinə əsasən razılaşdırılmış şərtsiz azadolma məbləği olan 300 manat çıxılmaqla, 27759,60 manat məbləği İddiaçı bank hesabına köçürməyə razılıq verir. BDYPi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 19.12.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, yol nəqliyyat hadisəsi törətdiyinə görə vətəndaş İddiaçı “Range Rover” markalı ** TX *** və “Range Rover” markalı ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə edərkən barəsində 02.08.2017-ci il tarixdə İXP ******* və 14.06.2018-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir: İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu və sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir. İlkin iddia üzrə iddiaçı sığorta hadisəsi nəticəsində ümumilikdə 62,330 manat ziyan dəyməsi ilə əlaqədar olaraq tələb olunan pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə məhkəməyədək mərhələdə dəymiş zərəri 28059,60 manat məbləğində olduğunu müəyyən etmiş, məhkəmə gedişində isə ümumiyyətlə əqdin etibarsız əqd olduğu qənaətinə gəldiyini bildirmişdir. Mülki Məcəllənin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın: 28.1.8-ci bəndinə əsasən avtokasko bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən risklərin məcmusudur. 29-cu bəndinə əsasən sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. 33.1-ci bəndinə əsasən sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real zərərin məbləğindən çox ola bilməz. 31.05.2021-ci il tarixli 9/2572№-li məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş rəyin nəticə hissəsindən aydın olur ki, 2017-ci il buraxılışlı «Range Rover» markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 55,019 manat müəyyən edilmişdir. Göründüyü kimi, 2017-ci il buraxılışlı «Range Rover» markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 55,019 manat olduğu təqdirdə cavabdeh “xxxx” ASC həmin avtomobilə dəymiş zərəri 28059,60 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, İddiaçı iddia tələbi qismən əsaslıdır, sığorta hadisəsi nəticəsində iddiaçıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 55,019 manat pul vəsaiti “xxxx” ASC-dən İddiaçı xeyrinə tutulmalı, iddia tələbinin qalan hissəsi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehdən sığorta ödənişinin verilməsinin gecikdirildiyi üçün 0,1 faiz məbləğində dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Mülki Məcəllənin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan, bu hal sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qəbul edilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda ilkin iddia tələbinin 1000 manat vəkil xərcinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəfindən vəkilə ödənilən xidmət xərcini təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir: “xxxx” ASC ərizəsində qarşı tərəfin sığorta şəhadətnaməsi alarkən onu aldatdığını, belə ki, sığortalının bilərəkdən nəqliyyat vasitəsinin son 3 il ərzində heç bir yol-nəqliyyat hadisəsində iştirak etmədiyini qeyd etdiyini göstərmiş və bu səbəbdən şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə sığortaçının sözügedən dəlilinə münasibətdə qeyd edir ki, sığortaçı sözügedən avtomobilin yol-nəqliyyat hadisəsində iştirak etməsi haqqında məlumatı BDYPİ-nin ona ünvanladığı 19.12.2020-ci il tarixli məktubla almasına baxmayaraq, 03.03.2021-ci il tarixli məktubla İddiaçı sığorta ödənişini ödəməyə hazır olduğunu bildirmişdir. Mülki Məcəllənin 339.2-ci və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə dilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəəsi yalnız o zaman ola bilər ki, digr tərəf vicdanla bunu gözləsin. Aldatma yolu il bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Məhkəmə iş materiallarında olan sübutlarla qanunvericiliyin tələbini yanaşı yoxlayaraq hesab edir ki, sığortaçı iddia etdiyi kimi sığortalının onu aldatdığını bilməsinə baxmayaraq, şəhadətnamənin şərtlərinə uyğun olaraq sığorta ödənişini etməyə hazır olduğunu sığortalıya bildirməklə əqdi bəyənmiş olduğunu və etibarlılığını qəbul etdiyini bəyan etmiş olur. Bu səbəbdən sığorta şəhadətnaməsinin etibarsızlığı tələbi əsassız hesab edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri hər iki iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan və 100 (yüz) manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu və 31.05.2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi üçün ekspertiza xərcini təşkil edən 100 manat məbləğində vəsait iddia tələbi qismən təmin olunduğundan işdə iştirak edən şəxslərə aid edilməli və onlardan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. “xxxx” ASC-dən 55,019 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilən dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi «xxxx» ASC-dən tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar