Məhkəmə qərarları › İş №2(009)-1056/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1056/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1056/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-dən «Audi A6» minik markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə 38.000 (otuz səkkiz min) manat sığorta ödənişinin, cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün, hazırkı iddia verilən vaxtadək 6308 (altı min üç yüz səkkiz) manat dəbbə pulunun, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 38 manat) hesablanmaqla dəbbə pulunun, maddi zərərin əvəzi olaraq 8300 (səkkiz min üç yüz) manatın, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tulularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan bütünlükdə imtina etdiklərini bildirmiş, imtinanın qəbul edilməsi və icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə tərəflər işin baxılmasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada ərizə tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməli, MPM-in 262.4-cü maddəsinin tələbləri iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçılara izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar