Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1097/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İlkin iddia üzrə İddiaçı, nümayəndəsi-vəkili X4 və ilkin iddia üzrə cavabdeh Kərimli (İmanova) Badamxanım Azər qızının nümayəndəsi-vəkili X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı - cavabdeh Kərimli (İmanova) Badamxanım Azər qızına qarşı «alimentin azaldılması» tələbinə dair ilkin, habelə qarşılıqlı iddia üzrə iddiaçı Kərimli (İmanova) Badamxanım Azər qızının cavabdeh İddiaçı qarşı “alimentin artırılması” barədə qarşılıqlı iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Kərimli (İmanova) Badamxanım Azər qızına qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləğinin azaldılaraq hər ay 70 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. İddiaçının aylıq əmək haqqısı 250 manat təşkil edir. Əmək haqqından başqa iddiaçının başqa yerdən heç bir gəliri yoxdur. Bundan əlavə iddiaçı atası, anası və ikinci qrup əlil qardaşına qulluq edir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Kərimli (İmanova) X3 Elvin Yahya oğlu qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün 120 manat alimentin tutulması qət edilmişdir. Elvinin iddia ərizəsində göstərilən bəhanələri qarşılıqlı iddia üzrə iddiaçı qəbul etmir. Belə ki, Elvinin anası uşaq baxçasında müəllimə işləyir. Atası isə daimi olaraq Salyan bazarında alver edir. Hazırda uşağı yaşayış minimumu dəfələrlə qaldırılmışdır. Odur ki, 120 manat pul vəsaiti hazırki vaxtda uşağın saxlanmasına kifayət etmir. Sonradan ilkin iddia üzrə iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək, ondan tutulan alimentin məbləğinin hər ay qazancının 1/4 hissəsi məbləğində müəyyən olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı məhkəmə iclasında ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın təmin olunmamasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili məhkəmə iclasında ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın təmin olunmamasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir İlkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkiliməhkəmə iclasında ilkin iddia ərizəsini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin olunması, ilkin iddia ərizəsinin isə təmin olunmaması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarından aydın olur ki, Salyan rayon Məhkəməsinin 2(057)-954/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin İddiaçı Yəhya oğlundan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. “MKT-Salyan” filialının xx xxxxxx 2020-ci il tarixli arayışında İddiaçı Yəhya oğlunun “MKT İK MMC”-nin “MKT-Salyan” filialında gözətçi vəzifəsində çalışdığı və aylıq əmək haqqısının 250 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladları qarşılıqlı iddia üzrə iddiaçının himayəsindədir və ilkin iddia üzrə iddiaçının aylıq qazancı az miqdarda olduğundan təyin edilmiş 120 manat məbləğində alimenti ödəməkdə çətinlik edir və bu səbəbdən ondan tutulan alimentin miqdarının hər ay qazancının 1/4 hissəsi məbləğində müəyyən edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh isə təyin olunan alimentin məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyinə istinad edərək alimentin həcminin artırılmasını xahiş edir. Az. Resp. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Azərbaycan Respublikası MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hal-hazırda yetkinlik yaşına çatmayan uşağın qarşılıqlı iddia üzrə iddiaçının himayəsində olmasını, ilk növbədə uşağın mənafeyini, eyni zamanda ilkin iddia üzrə iddiaçının aylıq əmək haqqısının miqdarını və qətnamənin gələcəkdə icrasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli,qarşılıqlı iddia tələbi təmin edilməməli, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Salyan rayon Məhkəməsinin 2(057)- 954/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi əsasında cavabdeh İddiaçı Yəhya oğlundan hər ay 120 manat sabit pul məbləğində tutulan alimentin həcmi azaldılmalı, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qarşılıqlı iddia üzrə cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan rayon Məhkəməsinin 2(057)-954/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi əsasında İddiaçı Yəhya oğlundan tutulan alimentin həcmi azaldılaraq hər ay qazancının 1/4 hissəsi məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) Kərimli (İmanova) Badamxanım Azər qızına verilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1097/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1097/2020
14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver