Məhkəmə qərarları › İş №2(009)-1099/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1099/2021

22.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1099/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X7 Xidmətinin Bakı şəhər İdarəsi cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı əmək haqqının, son haqq-hesabın, əmək kitabçasının verilməsini ləngitdiyinə görə əvəzin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X7 Xidmətinin Bakı şəhər İdarəsi cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən (qanuni təmsilçisi-X1) əmək müqaviləsi əsasında işlədiyi lakin ödənilməmiş 4(dörd) ay üçün 1276 manat əmək haqqının, son haqq-hesaba (istifadə etmədiyi məzuniyyət günlərinə) görə 319 manat və əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsini ləngitdiyi 10 ay 15 günə görə 3349 manatın, ümümilikdə 4944 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, o, 2019-cu ilin aprel ayının 3-də Cavabdehnə ambardar vəzifəsinə işə qəbul edilmiş və həmin MMC-nin qanuni təmsilçisi olan işəgötürən X5 ilə aralarında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Aralarında bağlanılmış əmək müqaviləsinə əsasən onun vəzifə maaşı 319 manat təşkil edirdi. Onun əmək funksiyasına MMC-nin müxtəlif təşkilatlardan (o cümlədən xarici ölkələrdən) aldığı mühərrik yağlarını ambara mədaxil etmək və sonradan həmin yağları təqdim edilmiş sənədlər əsasında müştərilərə çatdırılması üçün ambardan məxaric etməkdən ibarət olmuşdur. O həmin vəzifədə çalışaraq əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmişdir. O həmin işdə 2020-ci ilin may ayına qədər işlədi. İşəgötürən həmin vaxt ona və digər əməkdaşlara hal-hazırda iş yükünün az olması səbəbindən bir müddət işə çıxmalarına lüzum olmadığını, iş yükü artan zaman yenidən öz işlərinə davam edəcəklərini bildirdi. Onlar da onun sözlərinə inanaraq bir müddət işə çıxmadılar. Bununla yanaşı, onunla tez-tez əlaqə saxlayaraq vəziyyətin dəyişib-dəyişdmədiyini, nə vaxt işə çıxacaqlarını öyrənəndə, o ona “narahat olma hər şey qaydasındadır, sən bir neçə günə işə çıxacaqsan, onsuz da sənin günlərin işdə oldüğun kimi qey olunur və sən öz əmək haqqını alacaqsan” deyə onu rahat edirdi. Bu məsələ uzandıqca o narahat olmağa başladı. Sonra o, MMC-yə müraciət edərək işlədiyi lakin əmək haqqını almadığı 2020-ci ilin yanvar ayından 2020-ci ilin may ayına kimi əmək haqqını istədikdə, o müxtəlif bəhanələrlə bu gün-sabah deyərək əmək haqqını ödəməkdən yayınırdı. Onunla danışıq aparmağın nəticəsiz olduğunu başa düşərək o, əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ərizə ilə müraciət etdi. X7 Xidmətinin Bakı şəhər İdarəsində onun müraciəti əsasında araşdırma aparılımış və ona belə cavab verilmişdir: “Araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən Sizinlə MMC arasında bağlanmış əmək müqaviləsinə 01.05.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığına) əsasən xitam verildiyi müəyyən edilmişdir. Müraciətinizlə əlaqədar Sizin əmək müqavilənizə AR ƏM-nin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyini nəzərə alaraq Cavabdeh MMC-nin rəhbərliyinə əmək müqavilənizə xitam verilməsi ilə bağlı ərizəniz və digər sənədlərin göndərilməsi ilə bağlı məktub göndərilmişdir. Lakin cəmiyyətin rəhbərliyi tərəfindən əmək müqavilənizin xitam verilməsi ilə əlaqədar olaraq heç bir cavab verilməmişdir. Bu səbəbdən əmək müqavilənizə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu məlum olmuşdur. Eyni zamanda Sizin X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyiniz əmək haqqı ilə bağlı bank çıxarışınızdan və izahatınızdan məlum olmuşdur ki, əmək müqavilənizə xitam verilərkən AR ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq-hesabınız sonuncu iş günü işəgötürən tərəfindən Sizə ödənilməmişdir. X4 barəsində tərəfimizdən AR İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Son haqq-hesabınızın qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsi barədə tərəfimizdən Cavabdeh MMC-nin direktoru Ceyhun Nəcəfova rəsmi məktub göndərilmişdir. Razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır”. X7 Xidmətinin Bakı şəhər İdarəsindən veilmiş cavabdan da bir daha aydın olur ki, "Cavabdeh” MMC-nin direktoru Ceyhun Nəcəfov tərəfindən onun əmək hüquqları kobudcasına pozularaq, ona 2020-ci ilin yanvar ayından qeyri-qanuni işdən çıxarıldığı vaxta qədər – 2020-ci ilin may ayına qədər olan dövr üçün (4 ay) əmək haqqı ödənilməmiş, son haqq-hesabı və əmək kitabçası verilməmişdir. Belə ki, o, yuxarıda göstərdiyi kimi, MMC-nə işə qəbul edilmiş və MMC-nin qanuni təmsilçisi Ceyhun Nəcəfovla aralarında müddətsiz əmək müqaviləsi bağlanmışdır (müqavilənin nüsxəsi ona verilməmişdir). MMC tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam veriildiyi ona yalnız X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş cavabdan sonra məlum olmuşdur. Bundan sonra o, MMC-nin qanuni təmsilçisi Ceyhun Nəcəfovdan əmək müqaviləsinə qanunsuz olaraq xitam verdiyini, əmrin surətini, əmək kitabçasını, işlədiyi son 4 ay (01.01.2020-ci il tarixindən-01.05.2020-ci il tarixinə kimi) üçün əmək haqqısını və son haqq-hesabını tələb esə də, o yenə də, müxtəlif bəhanələrlə bunları etməkdən yayınır. Əmək kitabçasının ona verilməməsi səbəbindən o bu günə kimi başqa işə qəbul edilməmiş və hal-hazırda da işsizdir. Beləliklə göstərilənlərə əsasən işəgötürən Cavabdeh MMC (qanuni təmsilçisi-X5) tətəfindən ona əmək müqaviləsinə qanunazidd olaraq xitam verildiyi günədək işlədiyi lakin ödənilməmiş (2020-ci ilin yanvar ayı daxil olmaqla 01.0 5.2020-ciilədək) 4 ay üçün (319 manat x 4 ay) 1276 manat əmək haqqının, əmək kitabçasının qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməməsinə görə işə düzələ bilmədiyi müddət- 10 ay 15 gün (01.05.2020-ci ildən-15.03.2021-ci ilədək) üçün 3349 manat orta əmək haqqı, istifadə etmədiyi məzuniyyət günləri üçün orta aylıq əmək haqqı 319 manat miqdarında, ümumilikdə 1276 manat +319 manat + 3349 manat = 4944 manat məbləğində pul ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh “Cavabdeh“ MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələblərini qəbul etməyərək onların əsassız olduğundan təmin edilməməsini xahiş etdi və izah etdi ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən Cavabdeh MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki AR İXMnin 192.4-cü maddəsinin tələbləri ondan ibarətdir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə cərimə tənbehi tətbiq edilir. Qeyd olunanlar onu sübut edir ki, Cavabdeh MMC-nin direktoru X5 İddiaçı ilə aralarında olan əmək münasibətləri ilə bağlı olan hüquqpozmaya görə cərimə edilmişdir. Əlavə olaraq bildirir ki, əmək kitabçasını iddiaçı MMC-nin direktorunun köməkçisindən 2020-ci ilin yay aylarında şəxsən qəbul etmişdir. Əmək kitabçasının ona verilməsi barədə MMC-yə və ya məhkəmə orqanlarına hər hansı müraciəti mövcud deyildir. Həmin müddət ərzində iddiaçının digər iş yerinə işə götürülməsi ilə bağlı müraciəti və müraciətinə əmək kitabçasının olmaması əsası ilə imtina olunması barədə hər-hansı sübutu mövcud deyildir. Bununla yanaşı, iddiaçıya əmək kitabçasının təqdim edilməsi, son haqq-hesabın verilməsinə dair cavabdehdə məhkəməyə təqdim etmək üçün hər hansı sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 bildirmişdir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış müraciət əsasında X7 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı ilə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə 01.05.2020-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verildiyi müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verildiyini nəzərə alaraq, Cavabdeh MMC-nin rəhbərliyinə əmək müqavilənizə xitam verilməsi ilə bağlı İddiaçı ərizəsinin və diğər sənədlərin göndərilməsi ilə bağlı məktub göndərilmişdir. Lakin cəmiyyətin rəhbərliyi tərəfindən qeyd olunan əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar bu günədək heç bir cavab verilməmişdir. Bu səbəbdən İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu məlum olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində göstərilən müddət keçdiyindən Cavabdeh MMC-nin rəhbərliyinə törətdiyi inzibati xətaya görə inzibati tənbehin verilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışdan və izahatından məlum olmuşdur ki, onun əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq-hesabı sonuncu iş günü işəgötürən tərəfindən ona ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Cavabdeh" MMC-nin direktoru X4 barəsində X7 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda İddiaçı son haqqhesabının qanunvericiliyinin tələblərinə uyğun olaraq ödənilməsi barədə Cavabdeh MMCnin direktoru X3 rəsmi məktub göndərilmişdir. Məhkəmə işə baxb, tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən dəlilləri müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Təqdim olunmuş Cavabdeh MMC-nin direktoru C.M.Nəcəfovla İddiaçı arasında bağlanmış 03.04.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 03 aprel 2019cu il tarixdən 2 ay sınaq müddəti ilə anbardar vəzifəsinə işə qəbul edilmiş əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşçinin əmək haqqı 208 manat müəyyən edilmişdir. Təqdim olunmuş Cavabdeh MMC-nin direktoru C.M.Nəcəfovun 17-k nömrəli, 03.04.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı 03.04.2019-cu il tarixdən anbardar vəzifəsinə qəbul edilmişdir. Təqdim olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin 23.01.2020-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi rəisi H.T.Əhmədovun MN ******* saylı, 10.08.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı müraciətinə baxılarkən işəgötürən Cavabdeh MMC tərəfindən AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə Cavabdeh MMCnin direktoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi müəyyən edildiyindən X4 barəsində 1000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı 30.06.2020-ci il tarixli müraciətinə dair ona ünvanlanmış məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış müraciət əsasında X7 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı ilə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə 01.05.2020-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verildiyi müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verildiyini nəzərə alaraq, Cavabdeh MMC-nin rəhbərliyinə əmək müqavilənizə xitam verilməsi ilə bağlı İddiaçı ərizəsinin və diğər sənədlərin göndərilməsi ilə bağlı məktub göndərilmişdir. Lakin cəmiyyətin rəhbərliyi tərəfindən qeyd olunan əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar bu günədək heç bir cavab verilməmişdir. Bu səbəbdən İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu məlum olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində göstərilən müddət keçdiyindən Cavabdeh MMC-nin rəhbərliyinə törətdiyi inzibati xətaya görə inzibati tənbehin verilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışdan və izahatından məlum olmuşdur ki, onun əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq-hesabı sonuncu iş günü işəgötürən tərəfindən ona ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Cavabdeh" MMC-nin direktoru X4 barəsində X7 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda K.Mirzəyebanın son haqq-hesabının qanunvericiliyinin tələblərinə uyğun olaraq ödənilməsi barədə Cavabdeh MMC-nin direktoru X3 rəsmi məktub göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfındən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı hissəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-də 03.04.2019cu il tarixdən anbardar vəzifəsinə işə qəbul edilmiş və onun əmək haqqısı 208 manat müəyyən edilmişdir. Cavabdeh MMC-nin 23.01.2020-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsində aparılan araşdırma nəticəsində iddiaçının əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq-hesabı sonuncu iş günü işəgötürən tərəfindən ona ödənilmədiyi və bununla əlaqədar Cavabdeh MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi müəyyən edildiyindən, 10.08.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarla Cavabdeh MMC-nin direktoru Ceyhun Nəcəfov barəsində 1000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaçıya işdən çıxarıldığı gün əmək haqqı, son haqq-hesab və əmək kitabçasının verildiyini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, iş üzrə digər sübutlarla kifayət qədər müəyyən olundu ki, iddiaçıya işdən çıxarıldığı gün əmək müqaviləsi əsasında işlədiyi lakin ödənilməmiş 4(dörd) ay üçün 1276 manat əmək haqqı, son haqq-hesaba (istifadə etmədiyi məzuniyyət günlərinə) görə 319 manat və əmək kitabçası verilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin cavabdeh tərəfindən əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsinin ləngitdildiyi 10 ay 15 günə görə 3349 manatın cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh əmək kitabçasının iddiaçıya təqdim edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən Ona həmin hissədə də iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən iddiaçının əmək müqaviləsi əsasında işlədiyi 4 (dörd) ay üçün ödənilməmiş 1276 (min iki yüz yetmiş altı) manat əmək haqqı, son haqq-hesaba (istifadə etmədiyi məzuniyyət günlərinə) görə 319 (üç yüz on doqquz) manat, əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsini ləngitdiyi 10 (on) ay 15 günə görə 3349 (üç min üç yüz qırx doqquz) manat, ümümilikdə 4944 (dörd min doqquz yüz qırx dörd) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar