Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1110/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı sığorta pulunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı sığorta pulunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1 teleqram ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən sığorta ödənişi kimi 5000 manat pul iddiaçıya tam ödənilmişdir. Bu səbəbdən iddia tələbindən imtina edirlər. Məhkəmə müraciəti nəzərə alaraq hesab edir ki, işin icraatına xitam verilməlidir. AR MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi hüquq və azadlıqların və ya qanuni mənafeyin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə mülki işin başlanılması üçün əsas olan iddianın verilməsi iddiaçının birtərəfli iradə ifadəsi olduğu üçün, həmin iddia üzrə mülki işin davam etdirilməsi də bir qayda olaraq iddiaçının belə bir arzusunun olmasından asılıdır. İddiaçının iddiadan imtina etməsi onun iddiasına əsasən başlanılmış işin məhkəmə icraatını davam etdirmək arzusunun olmadığını təsdiq edir. İddianın verilməsi kimi iddiadan imtina da iddiaçının hüququdur. İddiaçı iddiadan imtina etməklə irəli sürdüyü tələbin məhkəmədə müdafiəsi hüququndan da imtina edir. Məhz bu səbəbdən qanunvericilik iddiadan imtinanın məhkəmə tərəfindən qəbul olunmasını həmin iddiaya əsasən başlanılmış mülki işin icraatına xitam verilməsini prosessual hüquqi əsası kimi müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə tərəfindən qəbul edilməli və işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 261.0.4, 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı sığorta pulunun tutulması tələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1110/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1110/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver