Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1110/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 aprel 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2014cü il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 235 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: oğlu İddiaçı cavabdeh X7 ilə 10 iyun 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları var - xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə oğlu ilə cavabdeh arasında nikah ləğv olunmuşdur. Uşaqların anaları olan cavabdehin yanında qalması və oğlundan aliment tutulması qət edilmişdir, lakin cavabdeh onun oğlundan aliment tələbi ilə bağlı imtina etmiş və uşaqları cavabdeh onun üstünə ataraq çıxıb getmişdir, uşaqların atasının da harada olması ona məlum deyil. Neçə müddətdir ki, uşaqlar onun yanında qalırlar, uşaqlara o baxır, lakin maddi cəhətdən çox çətinlik çəkir. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də ona məhəl qoymamış, evə gəlməmişdir. Cavabdeh uşaqlarına baxmır. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nümayəndəsi Səfərova Şərqı̇ yə Hüseynxan qızı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 aprel 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 235 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi, 11 aprel 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2014-cü il təvəllüdlü X4 iddiaçının himayəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, Abşeron Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi və uşaqların fikirləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, uşaqlara o və onun anası baxır, lakin təminatlarını özü həll edir. Onlar birlikdə yaşayırlar. Nikah pozulan zaman uşaqlar ananın himayəsinə verilsə də, uşaqlar onlarla yaşamağa davam etmişlər, anaları isə gəlib onları aparmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında fikri dinlənilən 11 aprel 2013-cü il təvəllüdlü X5 ifadəsində bildirmişdir ki, onun 12 yaşı var, 6-cı sinifdə oxuyur. Onun qardaşı var, qardaşıyla vaxt keçirir, dostları var, dərslərini yaxşı oxuyur, evdə özü dərslərinə hazırlaşır. O, nənəsi, babası, atası və qardaşı ilə birlikdə yaşayırlar. Anası çıxıb getmişdir, 2 ildir onu görmür, anasıyla telefonla danışmır, danışmaq istəmir. Valideynləri boşandıqdan sonra anasıyla yaşamamış, anası onları aparmamışdır, həmin vaxtdan atası ilə yaşayır. O, atasıyla qalmaq istəyir. Məhkəmə iclasında fikri dinlənilən 12 sentyabr 2014-cü il təvəllüdlü X8 ifadəsində bildirmişdir ki, onun 11 yaşı var, 5-ci sinifdə oxuyur. O, dərslərini yaxşı oxuyur, özü hazırlaşır. O, nənəsi, babası, atası və qardaşı birlikdə yaşayırlar. 3 ildir anasıyla görüşmür, anası onlara zəng etmir, anasıyla danışmaq istəmir. Əvvəllər birlikdə yaşamışlar. Valideynlərinin nikahı pozulandan sonra anası onu aparmamış, o, həmişə yaşadığı evdə qalmış, anasıyla görüşməmişdir. Bundan sonra da atasıyla qalmaq istəyir. Məhkəmə iddiaçının izahatını və uşaqların fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(009)- 1875/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında bağlanmış 10 iyul 2012-ci il tarixli, 325 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 anası X3 yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər uşaq üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh sərhəddən xx.xx.2024-cü il tarixində keçmiş, ölkəyə girişə dair məlumat aşkar edilmir. Abşeron Rayon İcra Hakimiyyəti “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə Komissiyanın 19 sentyabr 2024-cü il tarixli, 5-29/2-712/2024 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan 11 aprel 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2014-cü il təvəllüdlü X4 atası İddiaçı yanında qalması onların mənafeyinə uyğundur. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh X7 10 iyul 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 11 aprel 2013-cü il təvəllüdlü X5 və 12 sentyabr 2014-cü il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1875/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, 11 aprel 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2014-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 11 aprel 2013-cü il təvəllüdlü X5 və 12 sentyabr 2014-cü il təvəllüdlü X8 hazırda iddiaçı-atası İddiaçı yanında yaşayır. Cavabdeh ölkəni xx.xx.2024-cü il tarixində tərk etmiş, ölkəyə girişə dair məlumat aşkar edilmir. Ona görə də iddiaçı hazırda uşaqların onun himayəsinə verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, valideynlərin qanunvericiliklə uşaq barəsində olan hüquq və vəzifələri bərabər olduğundan, uşaqların maraqlarına toxunan hər bir məsələ məhkəmə tərəfindən həll olunarkən ilk növbədə valideynlərdən hər hansı birinin yox, məhz uşaqların mənafeyi rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. - 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsulyyət daşıyırlar (maddə 58.2). - 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. - 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli, şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən onun yaşayış yerinin müəyyən edilməsi ilə də təmin edilir. Uşağın yaşayış yerinin müəyyən edilməsi zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və manəfelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 25-ci maddəsinə əsasən hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlər arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi bütün dövlət orqanları öz fəaliyyətlərində uşaqlarla bağlı məsələlərdə onların mənafelərini üstün tutmalı, uşaqların yüksək maraqlarına xüsusi əhəmiyyət verməli və onların hüquqlarının təmin olunması üçün şərait yaratmalıdır. Məhkəmə qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyəti “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə Komissiyanın rəyində Komissiya belə nəticəyə gəlmişdir ki, yetkinlik yaşına çatmayan 11 aprel 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2014-cü il təvəllüdlü X4 atası İddiaçı yanında qalması onların mənafeyinə uyğundur. Məhkəmə qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyəti “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə Komissiyanın rəyi məhkəmə üçün məcburi və üstünlük hüququna malik olmasa da, həmin rəy sübut növlərindən biri olmaqla, həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə iclasında fikri dinlənilən 11 aprel 2013-cü il təvəllüdlü X5 ifadəsində bildirmişdir ki, o, nənəsi, babası, atası və qardaşı birlikdə yaşayırlar. Anası qaçıb getmiş, 2 ildir onu görmür, anasıyla telefonla danışmır, danışmaq istəmir. Valideynləri boşandıqdan sonra anasıyla yaşamamış, anası onları aparmamışdır. O, atasıyla qalmaq istəyir. Məhkəmə iclasında fikri dinlənilən 12 sentyabr 2014-cü il təvəllüdlü X8 ifadəsində bildirmişdir ki, o, nənəsi, babası, atası və qardaşı birlikdə yaşayırlar. 3 ildir anasıyla görüşmür, anası onlara zəng etmir, anasıyla danışmaq istəmir. Əvvəllər birlikdə yaşamışlar. Valideynlərinin nikahı pozulandan sonra anası onu aparmamış, həmişə yaşadığı evdə qalmış, anasıyla görüşməmişdir. Bundan sonra da atasıyla qalmaq istəyir. Məhkəmə, Komissiyanın rəyi ilə yanaşı tərəfin izahatını, həmçinin uşaqların üstün mənafeyini, onların yaşlarını və fikirlərini, eləcə də onların artıq uzun müddətdir ki, atalarının yanında yaşamasını, analarının uzun müddətdir ki, ölkə ərazisindən xaricdə olması ilə yanaşı uşaqları ilə maraqlanmamasını, uşaqların ananın himayəsinə verilməsinə baxmayaraq onların tərbiyəsində və təhsilində iştirak etməməsini nəzərə alaraq, onların hazırda atalarının himayəsinə verilməsini daha məqsədə müvafiq hesab edir. Məhkəmə bu qənaətə gələrkən valideynlərin qanunvericiliklə uşaq barəsində olan hüquq və vəzifələrinin bərabər olduğunu nəzərə alır, lakin uşağın mənafeyini üstün tutur. Məhkəmə tərəflərin uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması məsələsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırkı qətnamə ilə uşaqların atanın himayəsinə verilməsi qənaətinə gəldiyindən hesab edir ki, onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması məsələsinə də qiymət verilməlidir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, iddia tələbinin həcmini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşaqları 11 aprel 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədəuyğundur. Məhkəmə, hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmasına dair qanuni qüvvəyə minmiş qətnamə olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 11 aprel 2013-cü il təvəllüdlü X5 və 12 sentyabr 2014-cü il təvəllüdlü X8 Cavabdeh himayəsindən alınaraq İddiaçı himayəsinə verilməli, 11 aprel 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11 aprel 2013-cü il təvəllüdlü X5 və 12 sentyabr 2014-cü il təvəllüdlü X8 İddiaçı himayəsinə verilsin. 11 aprel 2013-cü il təvəllüdlü X2 və 12 sentyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh Abbasova (Səfərova) Vəfa Nizami qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1110/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1110/2024
25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver