Məhkəmə qərarları › İş №2(009)-1121/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1121/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1121/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 və cavabdeh “xxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - cavabdeh “xxxxxxxxxxxxx” QSC-yə qarşı “ipoteka öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh “xxxxxxxxxxxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxx” QSC ilə İddiaçı arasında olan ipoteka öhdəliyinə xitam verilməsi və Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1956/1989-cu məhəllədəki 26 saylı evin 604cü mənzilinin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,2008-ci il tarixdə “xxxxxxxxxxxxx” ASC və İddiaçı arasında 24 aylıq kredit müqaviləsi bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı məxsus Bakı şəhəri, H.Əliyev prospektindəki 73/1 saylı evin 29-cu mənzili “xxxxxxxxxxxxx” ASC qarşısında eyni tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir.xx xxx 2013-cü il tarixdə bağlanmış müqavilə ilə ipotekadakı mənzil Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1956/1989-cu məhəllədəki 26 saylı evin 604-cü mənzili ilə dəyişdirilmişdir. 2016-cı ilədək kredit üzrə iddiaçı ödənişlər etmiş və hesablamalarına görə borcunu bağlamışdır. Lakin bugünlərdə iddiaçıya məlum olmuşdur ki, mənzili yüklülükdən azad olunmamışdır. İddiaçı banka müaciət etmiş və bankdan ona bildirmişdirlər ki, ödənişlərdə gecikmələr olduğuna görə ödənişlər cərimə və faizlərə silindiyindən, iddiaçının borcu tam bağlanmamışdır. Cavabdehin iddiaçıdan tələb etdiyi borc qanunsuzdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izhat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “xxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclaslarında verilmiş izahatları nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan xx xxx 2013-cü il tarixli “xxxxx” MMC, İddiaçı və “xxxxxxxxxxxxx” QSC arasında bağlanmış üçüncü şəxsin xeyrinə müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən “xxxxx” MMC ona məxsus olan Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1956/1989-cu məhəllədəki 26 saylı evin 604-cü mənzilini tam və İddiaçı ona məxsus olan Bakı şəhəri, H.Əliyev prospektindəki 73/1 saylı evin 29 saylı mənzilini tam dəyişmişlər. Həmin müqavilə ilə eyni zamanda “xxxxxxxxxxxxx” ipoteka predmetini dəyişərək Bakı şəhəri, H.Əliyev prospektindəki 73/1 saylı evin 29 saylı mənzilin yüklülüyünü müəyyən etmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxx” QSC-nin xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə “xxxxxxxxxxxxx” QSC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən 20,230 manat məbləğində kredit verilmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, İddiaçı sözügedən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə “xxxxxxxxxxxxx” QSC qarşısında 5277,97 manat əsas, 18919,44 manat faiz borcu vardır. İddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürərkən faktiki əsas kimi cavabdeh qarşısında üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetiridiyini, hüquqi əsası qismində isə Mülki Məcəllənin 551-ci, 552-ci və 554-cü maddələrini göstərmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Normanın məzmunundan göründüyü kimi, kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun ( kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatının əsas öhdəliyini müqavilə ilə nəzərdə tutulmuş həcmdə pulun borcluya verilməsi təşkil edir. Hazırkı mülki işin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı cavabdeh bank ilə kredit müqaviləsi bağlayaraq bankdan borc almış və həmin borcun təminatı qismində Bakı şəhəri, H.Əliyev prospektindəki 73/1 saylı evin 29 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. İddiaçı cavabdeh qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirdiyini bildirsə də, bu hal iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Belə olan halda isə iddiaçı öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirmədiyindən cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehdən borc almış olduğu pul vəsaitinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş özünə məxsus mənzilin yüklülükdən azad edilməsinə əsas yaranmır. Bu hal isə ona dəlalət edir ki, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilə bilməz. Mülki Məcəllənin: 294.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mülki işdə isə İddiaçı cavabdeh qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirdiyinə istinad etsə də, bu halı təsdiqləyən hər hansı mötəbər və mümkün sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azər. Resp. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırki iddia tələbi təmin olunmadığında isə hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı “ipoteka öhdəliyinə xitam verilməsi”tələbinə dair iddiası təminedilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar