Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-113/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qala Sığorta” ASC tərəfindən ABŞ-da olarkən müalicəsinə xərclədiyi 30253.88 ABŞ dolları sığorta haqqının, 2020-ci ilin 24 fevralından məhkəməyə müraciət olunan tarixə, 25 avqust 2021-ci il tarixə kimi 540 gün üçün hər günə 0,1 faizi dəbbə pulu, cəmi 16335 ABŞ dolları və vəkil üçün ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 30 manat döblət rüsiminun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X1 ABŞ-nın Boston şəhərində Maşaşutes Universitetini bitirib və uzun illərdir ki, ABŞ-da yaşayır və ailəlidir, 2 nəvəsi orada yaşayır. 2019-cu ilin mart ayında həyat yoldaşı X2 ilə nəvələrinin yayına getmişlər. Səyahətə çıxmamışdan əvvəl hər il səyahət sığortası bağlayırlar ki, qəfil xəstəliklər, bədbəxt hadisələr baş verərsə ailə üzvləri çıxılmaz vəziyyətdə qalmasın. Bu dəfə də səyahət sığortasını Beynəlxalq sığorta fəaliyyətini həyata keçirən "xxxx" ASC ilə bağladılar və həyat yoldaşı ilə hər biri 50.000 ABŞ dolları məbləğində sığortalandılar və Tİ- OG23140 saylı, xx.xx.2019-cu il tarixli “Səhayət Sığortası Şəhadətnaməsi” aldılar. Həmin müqavilədə sığortanın müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müəyyən edilmişdir. Tİ-OG23140 saylı xx.xx.2019-cu il tarixli “Səhayət Sığortası Şəhadətnaməsi”ndə sığorta riskləri bölməsində sığortalının qəfil xəstəliyə məruz qalması, və ya bədbəxt hadisə nəticəsindıə sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərin yaranması, bədən xəsarəti alması, və ya ölməsi, baqajın itməsi, hava nəqliyyatı vasitəsinin reysinə gecikmə, xarici pasportun, sürücülük vəsiqəsinin və ya yol sənədinin itirilməsi və oğurlanması daxil edilmişdir. "xxxx" ASC-nin “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası Qaydaları”nın 4.2-ci yarım bəndinə əsasən “Sığorta hadisəsi” anlayışı aşağıdakıları ehtiva edir: - Qəfil xəstəliyə məruz qalması və ya; - Bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərin yaranması, bədən xəsarəti alması və ya ölməsi. "xxxx" ASC-nin “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası Qaydaları”nın 4.2-ci yarım bəndinə əsasən “Sığorta hadisəsi” anlayışı konkret göstərilmişdir. Bunlardan da biri və birincisi qəfil xəstəliyə məruz qalmasıdır. Bu o halda sığorta hadisəsi hesab olunur ki, qeyd olunan hallar Sığorta olunanın sığorta təminatının qüvvədə olduğu müddətdə sığorta müqaviləsində göstərilmiş xarici ölkənin ərazisində olduğu və ya həmin ölkəyə səfər etdiyi və ya oradan qayıtdığı zaman, Azərbaycan Respublikasının sərhədlərindən kənar baş vermiş olsun. Qaydalarda həmçinin “Qəfləti xəstəlik» dedikdə sığorta təminatının qüvvədə olduğu müddət ərzində gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal nəzərdə tutulur; «Bədbəxt hadisə» dedikdə qəfil, gözlənilmədən baş vermiş Sığorta olunanın zədələnməsinə (bədən xəsarəti almasına) və ya ölümünə səbəb olan hal nəzərdə tutulur. O, oğlunun evində ABŞ-da qonaq olarkən, 2020-ci ilin fevral ayının 24-də, qəfildən halı pisləşdi, temperaturu yüksəldi və onlar təcili yardıma müraciət etdilər və tibbi yardım briqadası gələrək onların sığorta şəhadətnamələrini yoxladıqdan sonra təcili yardım maşını ilə dərhal ilkin tibbi yardım üçün “X8 Center” tibb mərkəzinin damar cərrahiyəsi bölməsinə yerləşdirdilər. Sığorta müqaviləsində göstərilən telefonla bütün dünya üzrə tibbi xidmətin təmin etmək imkanı olan Xidmət mərkəzinə məlumat verildi. O, xəstəxanada müalicəni bitirəndən sonra müalicəsinin xərcləri ilə bağlı bildirişlər verildi və 30253.88 ABŞ dolları təşkil etdiyi həmin bildirişlərdə göstərilmişdir. Həmin bildirişlər əsasında müxtəlif vaxtlarda 30253.88 ABŞ dolları məbləğdə sıorta haqqqını məcbur ödəməli oldular. Həmin ödənişin məbləği ilə bağlı da sığorta şirkəti ilə mübahisə yoxdur. Sənədlərin əsli onların tələbi ilə sığorta şirkətinə təqdim olunmuşdur. Həmçinin xəstəxanadan ona bildirdilər ki, onların sığorta müqaviləsində sığorta məbləği 50.000 ABŞ dolları müəyyənləşdirilmişdir. Müalicə xərclərininin ödənilməsi üçün onun sığorta təşkilatına dəfələrlə müraciət etsələr də, onlara heç bir cavab verilməmişdir. Onlar ilk dəfədir ki, sığorta şirkətinin öz sığortalısına qarşı belə laqeyid olduğunu görürlər. Bütün dünya dövlətlərindən orada müalicə alanlar olub. Sığorta şirkətləri müalicə xərclərini müraciət edərkən problem yaratmadan ödəyirlər. Ona görə də, onlar da özlərinin sığorta şirkətilə problemlərini həll etməli, müalicə və əməliyyat xərclərini ödəməlidirlər. O bütün qohumlardan, dost tanışdan xahiş etdi ki, onun xəstəxanaya müalicə və əməliyyata çəkilən xərcinin ödənilməsinə bacardıqları köməkliyi etsinlər, sonra o, Azərbaycana qayıdıb sığorta şirkətindən pulunu alıb borclarını qaytarar. Beləliklə, o, 30253.88 ABŞ dolları borc alıb həmin xəstəxanaya qaytardı ki, ölkəyə qayıda bilsin. O, Azərbaycana qayıdandan sonra ölkədə karonavirusla bağlı qapanmalar olduğundan dəfələrlə onlayn müraciət etsə də, telefonla bu gün sabah deməklə onu aldatmaqda davam etdilər. Nəhayət xx.xx.2021-ci il tarixində sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi və sığorta miiqaviəsinə əsasən onların öhdəlikləri yerinə yetirməməsi səbəbindən müalicəsi üçün xərclənən “X8 Center” tibb mərkəzinə ödədiyi pulun ödənilməsini cavabdeh "xxxx" ASC-nin ofisinə gedərək xahiş etdi. Ondan bütün sıorta ödənişlərinin və xəstəxananın sənədlərinin əslini 59 vərəqdən ibarət aldılar və sığorta məbləği barədə də mübahisə yaratmadılar, bü gün sabah baxıb pulunuzu ödəyərik dedilər. Lakin cavabdeh "xxxx" ASC onların hüquqlarını pozmaqda davam edərək, aşağıdakı məzmunda qanunvericiliyin tələblərini pozaraq onlara qanunsuz və əsassız olaraq xx.xx.2021-ci il tarixində, 1012/21 saylı məktubla rədd cavabı vermişlər. Hətta yazdıqları cavab məktubunun məzmununa belə fikir vermədən, onun 24 fevral 2020-ci il tarixdə xəstəxanaya daxil olmağının marağında olmadan, xx.xx.2020-ci il tarixində qeyd etmişlər. Bu onu göstərir ki, bunlar üçün heç nəyin fərqi yoxdur. xx.xx.2021-ci il tarixli, 1012/21 saylı həmin cavab məktuunda yazılmışdır: ”Bildiririk ki, Cəmiyyətimizə ünvanladığınız xx.xx.2021-ci il tarixli müraciətinizdə TİOG 23140 saylı sığorta şəhadətnaməsinə əsasən səyahət sığortası növü üzrə sığortalı olduğunuzu bildirmiş və xx.xx.2020-ci il tarixində sol ayağın nekrotik fassiiti ilə əlaqəli təcili yardımla yerləşdiyiniz ABŞ-da yerləşən Bethİsrael Deacons Center (Boston, MA) tibb mərkəzində icra edilmiş əməliyyatın xərclərinin ödənilməsini xahiş etmişsiniz. Qeyd olunan müraciətinizə və əlavə edilmiş sənədlərə tərəfimizdən baxılmış və müvafiq araşdırmalar aparılmışdır. Qeyd etmək isdəyirik ki, təqdim olunan sənədlərə əsasən Sizə “aşağı ətrafların xronik xoraları” diaqnozun qoyulduğu müəyyən edilmiş və sizin uzun müddət şəkərli diabet xəstəsi olduğunuz aşkar olunmuşdur. Həmçinin Siz xx.xx.2019-cu il tarixində “X8 Center” tibb mərkəzinin damar cərrahiyəsi bölməsinə müraciət etmiş və bu müraciət zamanı Sizə “Sağalmayan diabet yaraları’’ diaqnozu qoyulmuşdur. Qeyd olunan müraciət zamanı biri sağ aşağı ətrafda, digər ikisi sol aşağı ətrafda olmaqla üç yara aşkar edilmişdir. Müayinə zamanı Sizdə damar problemlərinin aşkar edilməməsi və yaraların şəkərli diabet xəstəliyinin nəticəsi olması qeyd olunur. Bu səbəbdən cərrahiyə prosedurunu icra edən həkimlərin tələbi ilə Siz həmçinin X6 tibb mərkəzi tərəfindən də müayinə edilmişsiniz. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası Qaydaları”na əsasən baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina edilir.Göründüyü kimi, onun qəfləti xəstəliyini cavabdeh tərəf sığorta hqqını ödəməkdən yayınmaq üçün öz düşündükləri kimi yozmağa çalışmışlar. Qaydalarda konkret göstərilmişdir ki, “Qəfləti xəstəlik” dedikdə sığorta təminatının qüvvədə olduğu müddət ərzində gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal nəzərdə tutulur. Belə olan halda cavabdeh "xxxx" ASC öz müqavilə öhdəliklərini yerinə yetirməlidir. Bu sığorta hadisəsidir. O, cavabdehin həmin cavabını qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq xəstə olduğundan işin baxılmasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia tələbini aşağıda göstərilən səbəblərdən əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində “Qala Sığorta ASC-də Tİ OG 23140 saylı sığorta şəhadətnaməsinə əsasən səyahət sığortası növü üzrə sığortalı olduğunu bildirmiş və xx.xx.2020-ci il tarixində ABŞ-da yerləşən X8 Center (Boston, MA) tibb mərkəzində sol ayağında icra edilmiş əməliyyatın xərclərinin ödənilməsini tələb etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, baş vermiş hal qəfil xəstəlik olub gözlənilmədən baş vermiş və buna görə də Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydalarına uyğun olaraq 30253,88 (otuz min iki yüz əlli üç dollar səksən səkkiz sent) ABŞ dolları sığorta ödənişi ödənilməsini xahiş etmişdir. Təqdim olunan sənədlərə əsasən iddiaçıya “aşağı ətrafların xronik xoraları” diaqnozunun qoyulduğu müəyyən edilmiş və onun uzun müddət şəkərli diabet xəstəsi olduğu aşkar edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində X8 Center tibb mərkəzinin damar cərrahiyyəsi bölməsinə müraciət etmiş və bu müraciət zamanı ona “Sağalmayan diabet yaraları” diaqnozu qoyulmuşdur. Qeyd olunan müraciət zamanı biri sağ aşağı ətrafda, digər ikisi sol aşağı ətrafda olmaqla üç yara aşkar edilmişdir. Müayinə zamanı iddiaçıda damar problemlərinin aşkar edilməməsi və yaraların şəkərli diabet xəstəliyinin nəticəsi olması qeyd olunur. Bu səbəbdən cərrahiyyə prosedurunu icra edən həkimlərin tələbi ilə iddiaçı həmçinin X6 tibb mərkəzi tərəfindən də müayinə edilmişdir. Qeyd olunan halların dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Bundan sonra iş üzrə iddiaçının özünün də iştirakı ilə məhkəmə-tibbi ekspertizası baş tutmuş və “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən T 306/2022 saylı ekspert rəyi təqdim edilmişdir. Ekspert iddiaçıda olan “aşağı ətraflarıq xronik xoraları” və “sağalmayan diabet yaralarının endokrin xəstəlik – şəkərli diabet mənşəli olduğu və həmin xəstəliklərin qəfil xəstəlik nəticəsində deyil, ducar olduğu uzun müddət davam edən şəkərli diabet xəstəliyi səbəbindən yarandığı barədə nəticəyə gəlmişdir. Burdan da aydın olduğu kimi, iddiaçıda olmuş xəstəliklər endokrin xəstəlik - şəkərli diabet mənşəli olub qəfil xəstəlik hesab edilmədiyindən Sığorta Şirkəti tərəfindən Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən sığorta ödənişinin verilməsindən imtina qərarı tam əsaslıdır. Belə ki, həmin Qaydaların 4.2-ci yarımbəndinə əsasən, “Sığorta hadisəsi” anlayışı aşağıdakıları ehtiva edir: -sığorta olunanın qəfil xəstəliyə məruz qalması, və ya - bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi. Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən 4.2-ci bənddə göstərilən hallar epilepsiya xəstəliyi ilə bağlı qıc olma, endokrin xəstəliklər və onların fəsadları səbəbindən baş verərsə, sığorta hadisəsi sayılmır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Normanın məzmunundan da göründüyü kimi, sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta hadisəsi baş vermiş olmalıdır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Tİ-OG23140 saylı xx.xx.2019-cu il tarixli “Səhayət Sığortası Şəhadətnaməsi”ndə sığorta riskləri bölməsində sığortalının qəfil xəstəliyə məruz qalması, və ya bədbəxt hadisə nəticəsindıə sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərin yaranması, bədən xəsarəti alması, və ya ölməsi, baqajın itməsi, hava nəqliyyatı vasitəsinin reysinə gecikmə, xarici pasportun, sürücülük vəsiqəsinin və ya yol sənədinin itirilməsi və oğurlanması daxil edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən sığortalı İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, sığortalı İddiaçı xx.xx.2021-ci il tarixdə cəmiyyətə müraciət edərək, Tİ OG 23140 saylı sığorta şəhadətnaməsinə əsasən səyahət sığortası növü üzrə sığortalı olduğunu bildirmiş və xx.xx.2020-ci il tarixində sol ayağın nekrotik fassiiti ilə əlaqəli ABŞ-da yerləşən X8 Center (Boston, MA) tibb mərkəzində icra edilmiş əməliyyatın xərclərinin ödənilməsini xahiş etmişdir. İddiaçı müraciəti ilə əlaqədar onun müraciətə əlavə etdiyi sənədlərə baxılmış və müvafiq araşdırmalar aparılmışdır. Təqdim olunan sənədlərə əsasən İddiaçı “aşağı ətrafların xronik xoraları” diaqnozunun qoyulduğu müəyyən edilmiş və onun uzun müddət şəkərli diabet xəstəsi olduğu aşkar olunmuşdur. Həmçinin sığortalı İddiaçı xx.xx.2019-cu il tarixində X8 Center tibb mərkəzinin damar cərrahiyyəsi bölməsinə müraciət etmiş və bu müraciət zamanı ona “Sağalmayan diabet yaraları” diaqnozu qoyulmuşdur. Qeyd olunan müraciət zamanı İddiaçı biri sağ aşağı ətrafda, digər ikisi sol aşağı ətrafda olmaqla üç yara aşkar edilmişdir. Müayinə zamanı İddiaçı damar problemlərinin aşkar edilməməsi və yaraların şəkərli diabet xəstəliyinin nəticəsi olması qeyd olunur. Bu səbəbdən cərrahiyyə prosedurunu icra edən həkimlərin tələbi ilə İddiaçı həmçinin X6 tibb mərkəzi tərəfindən də müayinə edilmişdir. "xxxx" ASC-nin “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydalari”nın 4.2-ci yarımbəndinə əsasən “Sığorta hadisəsi” anlayışı aşağıdakıları ehtiva edir: - qəfil xəstəliyə məruz qalması, və ya bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi. Əlavə edilmiş sənədlərdən hadisənin qəfil xəstəlik nəticəsində deyil, İddiaçı uzun müddət mövcud olan diabet xəstəliyi səbəbindən baş verdiyi aydın olmuşdur. Həmçinin “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən 4.2-ci bənddə göstərilən hallar epilepsiya xəstəliyi ilə bağlı qıc olma, endokrin xəstəliklər və onların fəsadları səbəbindən baş verərsə, sığorta hadisəsi sayılmır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydaları”na əsasən baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən İddiaçı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 887-ci maddəsinə əsasən şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. Həmin Məcəllənin 922-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh sığorta məbləğinin ödənilməsindən imtinasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydalari”nın 4.2-ci yarımbəndinə əsasən “Sığorta hadisəsi” anlayışı aşağıdakıları ehtiva edir: - qəfil xəstəliyə məruz qalması, və ya bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi. Əlavə edilmiş sənədlərdən hadisənin qəfil xəstəlik nəticəsində deyil, İddiaçı uzun müddət mövcud olan diabet xəstəliyi səbəbindən baş verdiyi aydın olmuşdur. Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən 4.2-ci bənddə göstərilən hallar epilepsiya xəstəliyi ilə bağlı qıc olma, endokrin xəstəliklər və onların fəsadları səbəbindən baş verərsə, sığorta hadisəsi sayılmır. Baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən müayinə və müalicə xərcləri Sığorta Şirkəti tərəfindən ödənilmir. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, T306/2022 saylı rəyindən görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq komissiya aşağıdakı nəticəyə gəlir: vətəndaş İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən “nekrotik fassiit” streptokok infeksiya, “aşağı ətrafların xroniki xoraları” və “sağalmayan diabet yaraları” endokrin xəstəlik-şəkərli diabet mənşəlidir. Qanda qlükozanın yüksək səviyyədə və həmin səviyyənin nəzarətinin çətin, eləcə də hiperlipidemiya olması vətəndaş İddiaçı ABŞ-in “X7 Medical Center” Tibb Mərkəzi tərəfindən qoyulmuş “aşağı ətrafların xroniki xoraları” və “sağalmayan diabet yaraları” diaqnozunun qəfil xəstəlik nəticəsində deyil, dücar olduğu uzun müddət davam edən şəkərli diabet xəstəliyi səbəbindən yaranması haqqında fikir söyləməyə əsas verir. Səfər Sığortası Qaydalarının 4.2-ci bəndinə əsasən sığorta olunanın - qəfil xəstəliyə məruz qalması, və ya - bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi sığorta hadisəsi hesab olunur. Səfər Sığortası Qaydalarının 5.1.5-ci bəndinə əsasən 4.2-ci bənddə göstərilən hallar epilepsiya xəstəliyi ilə bağlı qıc olma, endokrin xəstəliklər və onların fəsadları səbəbindən baş verərsə, sığorta hadisəsi sayılmır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən qəfləti xəstəlik və ya bədbəxt hadisə ilə bağlı olmayan hallarda sığorta olunanın aldığı tibbi xidmətlərə, profilaktik tədbirlərə və ümumi tibbi baxışlara çəkilən xərcləri sığortaçı ödəmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tərəflər arasında bağlanmış səhayət sığortası müqaviləsinin şərtlərinə uyğun olduğundan və imtina zamanı tərəflər arasında bağlanmış müqavilənin və qüvvədə olan sığorta qanunvericiliyinin tələbləri pozulmadığından, iddia tələbinin təmini üçün əsas mövcud deyildir. Ona görə də, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-113/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-113/2022
07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver