Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-114/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5, (Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Şəhəri Ərazi İdarəsi, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin və alğı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh X10 verilmiş 04 avqust 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışının ləğv edilməsi, Bakı şəhəri, Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 nömrəli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda İddiaçı mülkiyyətinə verilmiş 600 kv.metr torpaq sahəsindən cavabdeh X7 çıxarılması, həmin torpaq sahəsində aparılmış tikinti işlərinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və sahənin boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 131 saylı, 15.12.2005-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 ünvanda 600 kv.metr torpaq sahəsi alqı-satqı qaydasında İddiaçı Ranazan mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən istifadə etmək istəyərkən məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və orada hasar çəkilmiş, torpaq sahəsində tikinti işləri aparılmasına hazırlıq işləri görülür. Cavabdeh torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını, torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirmiş və həmin çıxarışın surətini ona təqdim etmişdir. Halbuki, həmin torpaq sahəsi qanunla müəyyən olunmuş qaydada iddiaçının mülkiyyətinə verilmiş və bələdiyyənin qərarı, alqı-satqı aktı, ödəmə sənədi və cizgi planı ilə rəsmiləşdirilmişdir. Cavabdehin hərəkətini qanunsuzdur və onun mülkiyyət hüquqularını pozur. Odur ki, cavabdehə verilmiş çıxarışın ləğv edilməli və cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı olduğunu sayır. Cavabdeh könüllü iddiaçıya ayrılmış torpaq sahəsindən çıxmadığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili 14 oktyabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəmədən cavabdehlər X4 adına tərtib olunmuş, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisinin etibarsız hesab edilməsi, X6 ilə Cavabdeh arasında bağlanmış AN-İ №0579909 nömrəli, 28 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 nömrəli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda İddiaçı mülkiyyətinə verilmiş 600 kv.metr torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində aparılmış tikinti işlərinin əvəzi ödənilmədən cavabdehin öz vəsaiti hesabına sökülməsi və sahənin boşaldılaraq İddiaçı təhvil verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı və onun qohumu X8 mülkiyyətində olan torpaq sahəsinə dair 15.12.2005-ci il tarixli 131 saylı və 16.12.2005-ci il tarixli 142 saylı Səbail Bələdiyyəsindən əldə etdikləri qərarın qanunsuz olduğu dəfələrlə məhkəmələrdə sübut olunmuş Qərarlara əsasən ona qarşı əsasız iddialar qaldırmaqla onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneələr yaratmışlar. Qeyd etdiyi kimi Bakı şəhər Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarı ilə iddiaçıya, Bakı şəhəri Səbail şossesi 32 ünvanda ona 600 kv m. torpaq sahəsi ayrıldığını əsas tutaraq İddiaçı qız ona və “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi” nə qarşı mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş ********** saylı çıxarışın ləğv edilməsi və onun torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli Sərəncamı ilə vətəndaş X5 həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. X1 həmin torpaq sahəsinə dair DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən **********82 saylı çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsini vətəndaş X3 alğı-satqı müqaviləsinə əsasən alıb. Bundan sonra təkrar ölçü işləri aparmaqla ona həmin torpaq sahəsinə dair ********** sayl çıxarış verilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi qanunsuz və əsasızdır, mülkiyyətində olan əmlakın üzərində hüquqlarını həyata keçirməyə süni maneələr yaratmaq üçün verilmiş bir iddiadır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını, nümayəndəsi və vəkilini, cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi torpaq sahəsinin yerləşmə cizgisinin etibarsız hesab edilməsi hissəsində xitam edilməli, digər hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon Bələdiyyəsinin 131 saylı, 15 dekabr 2005-ci il tarixli qərarından görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi cizgi əsasında alğı-satqı qaydasında vət.İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Torpaqların alğı-satqısına dair aktdan görünür ki, İddiaçı Bakı şəhər Səbail rayon Bələdiyyəsinə torpaq sahəsini almaq barədə ərizə ilə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinin inzibati ərazisində 600kv.m torpaq sahəsinin satılması barədə 15 dekabr 2005-ci il tarixli 131 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinin hesabına 2496 manat torpaq haqqı ödənilmişdir. İş materiallarında olan 170045 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinə 2496 manat ödənilib. İş materiallarında olan 19 fevral 2004-cü il tarixli torpaq sahəsinin yerləşmə cizgisindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı sərəncamı ilə vətəndaş X5 ayrılmış, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə çizgisi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Səbail rayon, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 saylı sahə xüsusi mülkiyyət kimi X4 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 28.07.2017-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X2 rayon, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m. torpaq sahəsini Cavabdeh 50000 manata satmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Səbail rayon, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli sahə Cavabdeh adına xüsusi mülkiyyət kimi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin yerləşmə cizgisi sərəncam əsasında tərtib olunduğundan yerləşmə cizgisinin etibarsız hesab edilməsi tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və bu səbəbdən ümumi məhkəmədə baxılmalı deyil. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. İşdən görünür ki, mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilmiş, hər-hansı nöqsana yol verilməmişdir. Cavabdeh torpaq üzərində xüsusi mülkiyyət hüququ 28.07.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında dövlət qeydiyyatına alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin X4 adına tərtib olunmuş, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməli, X6 ilə Cavabdeh arasında bağlanmış AN-İ №0579909 nömrəli, 28 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 nömrəli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda İddiaçı mülkiyyətinə verilmiş 600 kv.metr torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində aparılmış tikinti işlərinin əvəzi ödənilmədən cavabdehin öz vəsaiti hesabına sökülməsi və sahənin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində isə iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi X4 adına tərtib olunmuş, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin etibarsız hesab edilməsi hissəsində xitam edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-114/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-114/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver