Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1148/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.04.2005-ci il təvəllüdlü X1 üçün hər ay 250 manat, həmçinin əvvəllər ödənilməmiş 2018, 2019 və 2020-ci illər üçün 250 manat hesabı ilə 2018-ci il üçün 3000 manat, 2019cu il üçün 3000 manat 2020-ci il üçün 2500 manat həcmində aliment və 28.11.1999-cu ildə anadan olmuş, hal-hazırda Mersin Universitetində əyani təhsil alan X5 üçün hər ay 200 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 06.02.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşdular. Birgə nikahlarından 28.11.1999-cu il təvəllüdlü X5 və 15.04.2005-ci il tarixdə X6 doğulmuşdur. Məhkəmənin qərarı ilə 2014-cü il tarixdə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmişdir. Böyük qızı X2 şəhərində, Mersin Universitetində əyani təhsil alır. Cavabdeh zərgərdir, zərgərlik fəaliyyəti ilə məşğuldur. Aylıq qazancı 1100-1500 manat civarındadır. Nikah pozulduqdan sonra bu günə kimi dəfələrlə uşaqların saxlanması üçün aliment tələb etmiş, lakin müxtəlif bəhanələrlə cavabdeh aliment ödəməkdən imtina etmişdir. Hətta böyük qızı Atayeva Nərgizin 800 manat (3400 tl) təhsil haqqı və 300 manat (1000 tl) kirayə haqqı ödəməsinə kömək etməsini xahiş etdi, yenə də cavabdeh müxtəlif bəhanələrlə köməklik etməkdən imtina etdi. 18 iyun 2018-ci ildən bu günə kimi cavabdeh uşaqların saxlanılmasına bir manat belə aliment ödəməmiş və başqa formada köməklik etməmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, cavabdehlə aralarındaki nikah 2014-cü il tarixdən etibarən pozulmuşdur. Həmin dövrdə cavabdehin maddi imkanı yaxşı olmadığından ondan aliment tələb etməmişdir. Hal-hazırda isə cavabdeh artıq işlədiyindən, maddi vəziyyətinin yaxşı olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, aralarındaki nikah pozulandan indiyə qədər aliment ödəməsə də, mütəmadi olaraq öz uşaqlarına maddi baxımdan köməklik göstərmişdir, ödənişlər etmişdir. Etdiyi ödənişlər barədə qəbzlər də onun özündədir və məhkəməyə təqdim edir. Bu səbəbdən də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ №294985 saylı, 21 sentyabr 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə qeyd 01 iyun 2018-ci il tarixdə 90 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 062922 saylı doğum haqqında şəhadətnamənin (təkrar) təsdiq olunmuş surətindən görünür ki, X5 28.11.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 062923 saylı doğum haqqında şəhadətnamənin (təkrar) təsdiq olunmuş surətindən görünür ki, X6 15.04.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan tələbə biletinin surətindən görünür ki, X8 Universitetinin tələbəsidir. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən müxtəlif vaxtlarda Nərgiz Atayevanın hesabına pul köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsində əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyini nəzərə almaqla məhkəmə hesab edir ki, 15.04.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 01.04.2021-ci il tarixdən başlayaraq, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə 15.04.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 3 il əvvəlki dövr üçün, yəni 2018-ci ildən 2020-ci ilədək hər ay sabit pul məbləğində 250 manat alimentin tutulması ilə bağlı qeyd edir ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək hansı tədbirlər gördüyü, aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması halı müəyyən edilməmiş və bu fakt heç bir sənədlə təsdiqini tapmadığından iddianın həmin hissədə təmin edilməsi əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş X3 18 yaşı tamam olduğuna görə atası - Cavabdeh onu saxlamaq vəzifəsi xitam olunmuşdur. Valideynlərin yetkinlik yaşına çatmış uşaqlarını o hallarda saxlamaq vəzifəsi daşıyırlar ki, uşaqların əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun. Məhkəmədə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının 18 yaşı tamam olmuşdur və o, tam əmək qabiliyyəti olan şəxsdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfındən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qanunun məzmunundan göründüyü kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə, şikəst olması, habelə yetkinlik yaşı tamam olsa da əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halları daxildir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.04.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 01.04.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1148/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1148/2021
18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver