Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-116/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “ipoteka müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə X2 arasında bağlanmış 10.06-3928/005710-Sİ saylı, 20.07.2010-cu il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ASC-nin 03.06.2010-cu il tarixli, 10.06-3928/005710 saylı kredit müqaviləsinə əsasən X4 48 ay müddətinə İllik 24% faiz olmaqla 260000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi mərhum X2nın mülkiyyətində olan ünvan 1 ünvanı ipoteka ilə “Bank Respublika" ASC-nin xeyrinə yüklü edilmişdir. X2 01.10.2017-ci ildə vəfat etmişdir. X4 dələduzluq edərək, onlarla bərabər 30 adamı aldatmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən məhkum edilərək azadlıqdan mərhum edilmişdir. Bununla bağlı zərəçəkmiş şəxsin hüquqi varisi kimi tanınmaqları ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmişlər və İddiaçı2 zərərçəkmiş X2nın hüquqi varisi qismində tanınmışdır. Göstərilənlərdən məlum olur ki, Cavabdeh ASC ilə X4 arasında bağlanan kredit müqaviləsinin təminatı kimi mərhum analarına məxsus ev ipoteka ilə yüklü edilmiş və bu tam qanunsuz və əsassız yolla edilmişdir. Belə ki, həmin əqd aldatma yolu ilə bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən mərhum analarının mülkiyyətində olan ünvan 1 ünvanı 20.07.2010-cu ildə bağlanmış 10.06-3928/005710-Sİ saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İddia ərizəsinə əlavə etdikləri sənədlərdən və işin faktiki hallarından görünür ki, X4 bankın əməkdaşı kimi özünü təqdim edərək onların mərhum anasını aldadaraq İddiaçı1 banka olan kredit borcunun uzadılması adı ilə müqavilə bağlayaraq faktiki olaraq kredit götürmüşdür. Onlar faktiki olaraq M.Rüstəmovun dələduzluq əməllərinə görə əmlaklarından məhrum olmuş olurlar. Bu səbəbdən onlar və onlar kimi aldadılmış onlarla şəxslərin şikayətləri əsasında M.Rüstəmov cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı2 zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır. İş hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Bütün bu hallar ipoteka müqaviləsinin etibarsız olduğunu sübut edir. Ona görə də, Cavabdeh ASC ilə X2 arasında bağlanmış 10.06-3928/005710-Sİ saylı, 20.07.2010-cu il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmiş, eləcə də, bildirmişdir ki, anasına məxsus mənzil ipoteka qoyulan zaman, o, müvəqqəti olaraq Azərbaycandan kənarda olduğu üçün onun razılıq ərizəsi alınmamış, lakin qardaşı İddiaçı2 mənzilin ipoteka qoyulmasına öz yazılı razılığını bildirmişdir. Lakin qardaşı İddiaçı2 ipoteka müqaviləsini mübahisələndirməməsi səbəbi barədə onda hər hansı məlumat yoxdur. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 102228/16 saylı 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə "Bank Respublika” ASC-nin cavabdehlər X3, İddiaçı1, İddiaçı2, X10, X15, X11 və X12 qarşı ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 118766.04 ABŞ dolları əsas kredit borcu, 45447.80 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 164313.84 ABŞ dolları məbləğində kredit borcunun ödəniş günü Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 tutularaq CavabdehSC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh X10 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmməduluzadə küçəsi, 8 nömrəli fərdi yaşayış evinə və X6 məxsus olan ünvan 1 ünvana yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, X10 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmməduluzadə küçəsi 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi, X6 məxsus olan ünvan 1 ünvanın ilkin satış qiymətinin 56100 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "Bank Respublika’’ASC-yə ödənilməsi, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində X5 və İddiaçı2 ünvan 1 ünvanından, X7, X13, X8 və X9 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Bakı Apeilyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2018 saylı, 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı2 və X7 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-10228/16 saylı, 18 iyul 2016-cı il tarixli qətnaməsi faiz borcunun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 26082.26 ABŞ dolları, əsas, faiz və cərimə borcunun cəmi isə 144878.01 ABŞ dolları müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 64000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 23 nömrəli evin 127 nömrəli mənzilin ilkin satış qiyməti isə 60000 manat müəyyən edilmiş, qətnamə cavabdehlər İddiaçı2 və X7 ayrı-ayrılıqda verdikləri apeilyasiya şikayətlərinə münasibətdə, mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Müiki Kollegiyasının 2(102)- 3403/2019 saylı 14.05.2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2018 saylı 07 sentyabr 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qeyd olunan işdə İddiaçı2 anası X6 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsinə razılıq verməsi səbəbilə cavabdeh tərəf olduğu halda, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 102228/16 saylı 18 iyul 2016-cı il tarixli qətnaməsindən apellyasiya və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2018 saylı 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versə də, 20.07.2010-cu il tarixli 1006-3298/005710/Sİ sayiı ipoteka müqaviləsinin qanuniliyini mübahisələndirməmişdir. İddiaçılar X2na məxsus ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsindən ipoteka müqaviləsi bağlanan gündən məlumatlı olmalarına baxmayaraq, yalnız 11 ildən artıq müddət keçdikdən sonra 20.07.2010-cu il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əqdin etibarsız hesab edilməsi barədə iddia müddəti 1 il təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 102228/16 saylı, 18 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Bank Respublika" ASC-nin cavabdehlər X3, X6, İddiaçı2n, X10, X15, X11 və X12 qarşı ipoteka predmetlərinə tutma yönəldilməsi, onların aşıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 118766,04 ABŞ dolları əsas kredit borcu, 45447,80 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 164313.84 ABŞ dolları məbləğində kredit borcunun ödəniş günü Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun X1 tutularaq “Bank Respublika" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh X10 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə və X6 məxsus olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, X10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin satış qiymətinin 85000.00 manat müəyyən edilməsi, X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 23 mənzil 127 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin 56100.00 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 8 nömrəli fərdi yaşayış evinin satışından qalan məbləğin cavabdeh X10, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 127 saylı mənzilin satışından qalan məbləğin X6 qaytarılması, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində X5 və İddiaçı2 ünvan 1 ünvanından, X7, X13, X8 və X9 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2018 saylı, 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı2 və X7 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-10228/16 saylı, 18 iyul 2016-cı il tarixli qətnaməsi faiz borcunun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 26082.26 ABŞ dolları, əsas, faiz və cərimə borcunun cəmi isə 144878.01 ABŞ dolları müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 64000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 23 nömrəli evin 127 nömrəli mənzilin ilkin satış qiyməti isə 60000 manat müəyyən edilmiş, qətnamə cavabdehlər İddiaçı2 və X7 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə münasibətdə, mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3403/2019 saylı, 14.05.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2018 saylı, 07 sentyabr 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ 899887 saylı, 04.10.2017-ci il tarixli ölüm haqqında şəhadərnamədən görünür ki, X14 01.10.2017-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçıların anası mərhum X6 məxsus ünvan 1 ünvanında yerləşən mənzil sonuncu tərəfindən Cavabdeh ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi 10.06- 3928/005710-Sİ saylı, 20.07.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən “Bank Respublika" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən cavabdeh bank tərəfindən borcun tutulması və tutmanın ipoteka əmlaklara yönəldilməsi barədə məhkəmədə iddia qaldırılmış və iddia tələbi qismən təmin edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarından görünür ki, İddiaçı2 həmin məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətləri vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh ASC-nin iddiası üzrə məhkəmə araşdırmaları 2016-cı ilin əvvəllərində başlanmışdır. Hazırki iş üzrə iddiaçılar Bankın iddia tələbi üzrə cavabdeh qismində iştirak etmiş, İddiaçı2 anası X6 məxsus mənzilin Cavabdeh ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsinə razılıq verməsi səbəbilə cavabdeh tərəf olduğu halda, Sabunçu Rayon Məhkəməsinin 2(008)-102228/16 saylı 18 iyul 2016-cı il tarixli qətnaməsindən apellyasiya və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2018 saylı 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versə də, 20.07.2010-cu il tarixli ipoteka müqaviləsinin qanuniliyini mübahisələndirməmiş, bununla əlaqədar qarşılıqlı tələb irəli sürməmişdir. Hazırki iddia tələbi ilə isə iddiaçılar yalnız 2021-ci ilin sentyabr ayında müraciət etmişlər ki, bu da onlar tərəfindən iddia müddətinin ötürüldüyünü təsdiq edir. Bununla yanaşı, iddiaçılar məhkəməyə vaxtında müraciət etməmələrini heç bir səbəblə əsaslandırmamışlar. Beləliklə, iddiaçılar X2na məxsus ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsindən ipoteka müqaviləsi bağlanan gündən məlumatlı olmalarına baxmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə yalnız 2021-ci ilin sentyabr ayında müraciət etmişlər ki, bu da onlar tərəfindən iddia müddətinin ötürüldüyünü təsdiq edir. Bununla yanaşı, iddiaçılar məhkəməyə vaxtında müraciət etməmələrini heç bir səbəblə əsaslandırmamışlar. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı ipoteka müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-116/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-116/2022
12.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver