Məhkəmə qərarları › İş №2(009)-1174/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1174/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1174/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı sığorta müqaviləsinin ləğv edilməsi və həmin müqavilədən irəli gələn sığorta xərclərinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı sığorta müqaviləsinin ləğv edilməsi və həmin müqavilədən irəli gələn sığorta xərclərinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Göyçay rayonunda anadan olmuşdur, İ Qarabağ müharibəsi iştirakçısı olmaqla qazidir. Hal-hazırda da Göyçay rayonunda qeydiyyatda olmaqla yaşayır. "xxxx" ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ona qarşı olunan qanunsuz hərəkətlərə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, o, 2022-ci ilin əvvəllərində təsadüfən tanımadığı bir şəxsdən baş etibarnamə ilə “VAZ- 2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobil vasitəsini bir müddət etibarnamə ilə idarə etdikdən sonra xx.xx.2022-ci il tarixdə Göyçay şəhər sakini X1. Sonradan aldığı məlumata görə Qabil Ağayev də avtonəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olduğu üçün həmin avtonəqliyyat vasitəsini başqa bir şəxsə satmışdır. Bundan sonra məlum olmuşdur ki, həmin avtonəqliyyat vasitəsi 3-cü şəxsdə olduğu müddətdə qəza baş vermiş və onun məlumatı olmadan "xxxx" ASC “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobilin vasitəsini onun adına sığorta etdirərək müəyyən sənədləşdirilmə işləri aparmışdır. Ona qarşı olunan bu qanunsuz əməllərdən 2024-cü ilin may ayında özünə məxsus, istifadəsində olan “Lada Kalina” markalı, 90DF135 dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunması üçün sığorta şirkətinə müraciət etdikdə bilmişdir. Bundan sonra bu barədə "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada müraciətlər ünvanlamışdır ki, ona qarşı olunan qeyri-qanuni əməllər barəsində ona məlumat verilsin. Müraciətinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən araşdırma aparılmış, lazımi sənədlər "xxxx" ASC-dən alınmış, məlum olmuşdur ki, həmin avtomobil vasitəsi qanunsuz olaraq onun adına rəsmiləşdirilmiş və belə olan halda da həmin avtomobillə olunan qəza xərcləri onun adına yazılmışdır. Qeyd etməyi zəruri hesab edir ki, "xxxx" ASC tərəfindən onun adına formal olaraq qanunsuz sənədləşdirilmə işləri aparılsa da, əldə etdiyi və iddia ərizəsinə əlavə etdiyi sübutlar onu göstərir ki, "xxxx" ASC ilə onun arasında bağlanmış sığorta müqaviləsi tam qanunsuzdur. Dəfələrlə "xxxx" ASC-yə həmin müqavilənin surətinin və digər sənədlərin surətlərinin ona təqdim olunmasını bildirsə də, bu barədə ona heç bir köməklik olunmamışdır. Eyni zamanda o, Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankın ona ünvanladığı xx.xx.2024-cü il tarixli 6-1-26/2-M-xx-xx-12212/2024 saylı cavab məktubunun əsas hissəsində göstərilmişdir ki, "xxxx" ASC arasında “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən icbari sığortası olunmuşdur. Müvafiq sığorta şəhadətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi törətmiş və zərərçəkən üçüncü şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta ödənişləri ödənilmişdir. Bu səbəbdən adına olan Malus əmsalı artmış və bu da öz növbəsində sığorta haqqına təsir etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yekun sığrta haqqı 225,00 manat bonus-malus hesablanmış, hər il 3 manat azaldılma şərti ilə ödənilməsi təsdiq edilmişdir. "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına dəfələrlə tərəfindən ünvanlanmış müraciətlərə əsaslı şəkildə cavab verilməmişdir. Yuxarıda qeyd edilənlərə nəzər saldıqda məlum olur ki, burada ziddiyyətli məqamlar çoxdur. Ziddiyyətli məqamlar bundan ibarətdir ki, “VAZ-2106” markalı, 10OF546 nömrəli avtomobil vasitəsi onun tərəfindən xx.xx.2022-ci il tarixdə Göyçay şəhər sakini X2, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də sığorta olunmuş və xx.xx.2023-cü il tarixdə qəza olmuşdur. Hətta "xxxx" ASC tərəfindən onun adına qeyd olunan sığorta haqqında müqavilədə sürücülük vəsiqənin seriya nömrəsi fərqli nömrə qeyd olunmuşdur ki, bunun da onunla heç bir əlaqəsi yoxdur. Göründüyü kimi, qeyd olunmuş tarixlər və yaxud da əldə edilmiş digər sübutlar onu göstərir ki, ona qarşı iddia olunan tələb qanunsuzdur. Bütün sübutlar onu göstərir ki, "xxxx" ASC tərəfindən onunla bağlamış olduğu sığorta müqaviləsi əsassızdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının onun barəsində icbari sığorta üzrə sığorta haqqı məbləğlərinin hesablanaraq tələb etməsi ciddi qanun pozuntusudur. Hər iki halda prosesin bu format davam etməsi onun qanuni hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Hesab edir ki, qeyd etdikləri məhkəmə tərəfindən nəzərə alınmalıdır. "xxxx" ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankına etdiyi müraciətlərdən əsaslı cavab ala bilmədiyi üçün o, hüquqlarının bərpa olunması üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) cavab məktubunda göstərmişdir ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” “Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.1-ci maddəsinə əsasən Müvəkkil vəzifəsi Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçüe təsis edilmişdir. Odur ki, məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış sığorta müqaviləsinin ləğv edilməsinə və həmin müqavilədən irəli gələn sığorta xərclərinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun etibarnaməsində şəxsi məlumatları götürərək nəqliyyat vasitəsini satdığı Qabil sığorta təşkilatına icbari sığorta müqaviləsinin bağlanılması ilə bağlı müraciət etmiş, onun xəbəri olmadan müqavilə bağlanılmışdır. Sifariş edilən telefon nömrəsi də ona aid deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İş üzrə xx.xx.2022-ci il tarixli etibarnamənin surətinə əsasən X7 tərəfindən “VAZ-2106” minik markalı, 10OF546 dövlət nömrə nişanlı avtomaşının idarə edilməsi, bağışlaması, ipoteka qoyması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün 1 il müddətinə - xx.xx.2023-cü il tarixədək İddiaçı etibarnamə verilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli etibarnamənin surətinə əsasən X7 tərəfindən “VAZ-2106” minik markalı, 10OF546 dövlət nömrə nişanlı avtomaşının idarə edilməsi, bağışlaması, ipoteka qoyması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün 11 ay 28 gün müddətinə - xx.xx.2023-cü il tarixədək X5 etibarnamə verilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına, surəti İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı müraciəti ilə bağlı Cəmiyyət tərəfindən müvafiq araşdırma aparılmışdır. Mülkiyyətçi X7 tərəfindən verilən etibarnamə əsasında İddiaçı adına PGU********** saylı icbari sığorta müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, o, 2022ci ilin əvvəllərində tanımadığı bir şəxsdən etibarnamə ilə “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi almışdır. Həmin avtonəqliyyat vasitəsini bir müddət etibarnamə ilə idarə etdikdən sonra xx.xx.2022-ci il tarixdə Göyçay şəhər sakini X1. Sonradan aldığı məlumata görə Qabil Ağayev də avtonəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olduğu üçün sözügedən avtonəqliyyat vasitəsini başqa bir şəxsə satmışdır. Bundan sonra məlum olmuşdur ki, həmin avtonəqliyyat vasitəsi 3-cü şəxsdə olduğu müddətdə qəza baş vermiş, onun məlumatı olmadan "xxxx" ASC “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobilin vasitəsini onun adına sığorta etdirərək müəyyən sənədləşdirilmə işləri aparmışdır. Ona qarşı olunan bu qanunsuz əməllərdən 2024-cü ilin may ayında özünə məxsus olan “Lada Kalina” markalı, 90DF135 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta olunması üçün müraciət etdikdə bilmişdir. Hesab edir ki, həmin avtonəqliyyat vasitəsi üçüncü şəxsdə olarkən qəza edən vaxt sığorta təşkilatı bir neçə qanunsuz sənədləşmə işləri aparmışdır ki, bu da öz növbəsində mvafiq qanunvericiliyin tələblərini və onun konstitusion hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Ziddiyyətli məqamlar bundan ibarətdir ki, “VAZ-2106” markalı, 10OF546 nömrəli avtomobil vasitəsi onun tərəfindən xx.xx.2022-ci il tarixdə Göyçay şəhər sakini X2, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də sığorta olunmuş və xx.xx.2023-cü il tarixdə qəza olmuşdur. Göründüyü kimi qeyd olunmuş tarixlər ona qarşı iddia olunan tələblə üst-üstə düşmür. Bütün subutlar onu göstərir ki, "xxxx" ASC tərəfindən onunla bağlamış olduğu sığorta müqaviləsi əsassızdır. Odur ki, "xxxx" ASC tərəfindən dəymiş ziyana görə adına qanunsuz rəsmiləşdirilmiş sığorta müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli məktubun surətindən görünür ki, əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması. Sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəştəlavələr sistemi bonus-malus sistemi adlanır. Mərkəzi Bankın sorğusu üzrə “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən bir surəti də İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli, İSB/2-87/2024 saylı cavab məktubu, eyni zamanda LPO "xxxx" ASC tərəfindən bir surəti də İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə aydın olur ki, onunla LPO "xxxx" ASC arasında “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən icbari sığortası olmuşdur. Müvafiq sığorta şəhadətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi törədilmiş və zərərçəkən üçüncü şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta ödənişləri ödənilmişdir. Bu səbəbdən N.Məmmədovun adına olan Malus əmsalı artmış və bu da öz növbəsində sığorta haqqına təsir etmişdir. Əlavə olaraq qeyd etməlidir ki, Bonus-Malus əmsalının müvafiq dəyərdə hesablanması Azərbaycan Respublikası mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 25/1 saylı qərarı ilə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda nəzərdə tutulmuş göstəricilərə müvafiq şəkildə həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş PGU********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətinə əsasən sığortalı İddiaçı məxsus olan «VAZ-2106» markalı 10OF546 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2023-ci ildən xx.xx.2024-cü ilədək icbari sığorta növündə sığortalanmışdır. Sığorta məbləği 5000 manat, sığorta haqqı 74,71 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışının surətindən görünür ki, yekun sığorta haqqı 225 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 mülkiyyətində olan “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 2022-ci ilin əvvəlindən etibarnamə ilə idarəçiliyində olmuş (iddiaçı həmin avtomaşını etibarnamə əsasında aldığını bildirmişdir), həmin avtomobil iddiaçı tərəfindən bir müddət istismar edildikdən sonra xx.xx.2022-ci il tarixdə etibarnamə ilə X3 idarəçiliyinə verilmiş və iddiaçı həmin tarixdən sonra avtomobili istismar etməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli avtomaşın xx.xx.2022-ci il tarixdən sonra Qabil Ağayevin idarəçiliyində olsa da, iddiaçının adından 2023-cü il üçün cavabdeh sığorta təşkilatında sığorta müqaviləsi bağlanılmışdır. X8 tərəfindən idarə olunarkən 2023-cü ilin dekabrın 14-də yol-nəqliyyat hadisəsi, bununla da sığorta hadisəsi baş vermiş və sığorta təşkilatı tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Sığorta müqaviləsində tərəf kimi iddiaçının adı qeyd edildiyindən, iddiaçının idarə etdiyi digər nəqliyyat vasitəsi üçün icbari sığorta haqqı artıq ödənişlə həyata keçirilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, İ Qarabağ müharibəsi iştirakçısı olmaqla qazidir. O, 2022-ci ilin əvvəllərində təsadüfən tanımadığı bir şəxsdən baş etibarnamə ilə “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobil vasitəsini bir müddət etibarnamə ilə idarə etdikdən sonra xx.xx.2022-ci il tarixdə Göyçay şəhər sakini X1. Sonradan aldığı məlumata görə Qabil Ağayev də avtonəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olduğu üçün həmin avtonəqliyyat vasitəsini başqa bir şəxsə satmışdır. Bundan sonra məlum olmuşdur ki, həmin avtonəqliyyat vasitəsi 3-cü şəxsdə olduğu müddətdə qəza baş vermiş və onun məlumatı olmadan "xxxx" ASC “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobilin vasitəsini onun adına sığorta etdirərək müəyyən sənədləşdirilmə işləri aparmışdır. Ona qarşı olunan bu qanunsuz əməllərdən 2024-cü ilin may ayında özünə məxsus, istifadəsində olan “Lada Kalina” markalı, 90DF135 dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunması üçün sığorta şirkətinə müraciət etdikdə bilmişdir. Bundan sonra bu barədə "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada müraciətlər ünvanlamışdır ki, ona qarşı olunan qeyri-qanuni əməllər barəsində ona məlumat verilsin. Müraciətinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən araşdırma aparılmış, lazımi sənədlər "xxxx" ASC-dən alınmış və məlum olmuşdur ki, həmin avtomobil vasitəsi qanunsuz olaraq onun adına rəsmiləşdirilmiş və belə olan halda da həmin avtomobillə olunan qəza xərcləri onun adına yazılmışdır. "xxxx" ASC tərəfindən onun adına formal olaraq qanunsuz sənədləşdirilmə işləri aparılsa da, əldə etdiyi və iddia ərizəsinə əlavə etdiyi sübutlar onu göstərir ki, "xxxx" ASC ilə onun arasında bağlanmış sığorta müqaviləsi tam qanunsuzdur. Dəfələrlə "xxxx" ASC-yə həmin müqavilənin surətinin və digər sənədlərin surətlərinin ona təqdim olunmasını bildirsə də, bu barədə ona heç bir köməklik olunmamışdır. Eyni zamanda o, Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankın ona ünvanladığı xx.xx.2024-cü il tarixli 6-1-26/2-M-xx-xx-12212/2024 saylı cavab məktubunun əsas hissəsində göstərilmişdir ki, "xxxx" ASC arasında “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən icbari sığortası olunmuşdur. Müvafiq sığorta şəhadətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi törətmiş və zərərçəkən üçüncü şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta ödənişləri ödənilmişdir. Bu səbəbdən adına olan Malus əmsalı artmış və bu da öz növbəsində sığorta haqqına təsir etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yekun sığrta haqqı 225,00 manat bonus-malus hesablanmış, hər il 3 manat azaldılma şərti ilə ödənilməsi təsdiq edilmişdir. "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına dəfələrlə tərəfindən ünvanlanmış müraciətlərə əsaslı şəkildə cavab verilməmişdir. Yuxarıda qeyd edilənlərə nəzər saldıqda məlum olur ki, burada ziddiyyətli məqamlar çoxdur. Ziddiyyətli məqamlar bundan ibarətdir ki, “VAZ-2106” markalı, 10OF546 dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən xx.xx.2022-ci il tarixdə Göyçay şəhər sakini X2, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də sığorta olunmuş və xx.xx.2023-cü il tarixdə qəza olmuşdur. Hətta "xxxx" ASC tərəfindən onun adına qeyd olunan sığorta haqqında müqavilədə sürücülük vəsiqənin seriya nömrəsi fərqli nömrə qeyd olunmuşdur ki, bunun da onunla heç bir əlaqəsi yoxdur. Göründüyü kimi, qeyd olunmuş tarixlər və yaxud da əldə edilmiş digər sübutlar onu göstərir ki, ona qarşı iddia olunan tələb qanunsuzdur. Bütün sübutlar onu göstərir ki, "xxxx" ASC tərəfindən onunla bağlamış olduğu sığorta müqaviləsi əsassızdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının onun barəsində icbari sığorta üzrə sığorta haqqı məbləğlərinin hesablanaraq tələb etməsi ciddi qanun pozuntusudur. Hər iki halda prosesin bu format davam etməsi onun qanuni hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Bu səbəbdən iddiaçı onunla cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış sığorta müqaviləsinin ləğv edilməsinə və həmin müqavilədən irəli gələn sığorta xərclərinin silinməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli avtomaşın iddiaçının əməli idarəçiliyindən çıxdıqdan sonra, cavabdehlə yeni sığorta müqaviləsi elektron müraciət qaydasında bağlanılmışdır. Məhkəmə iddiaçıya məxsus məlumatların sığorta vasitəçisində və nəqliyyat vasitəsini etibarnamə ilə istifadə edən X4 olma mümkünlüyünü (iddiaçının adına verilmiş etibarnamənin surətində şəxsi məlumatlar mövcud olmuşdur), həmin avtomaşının 2022-ci ilin noyabr ayından sonra digər şəxs tərəfindən idarə olunmasını və hadisənin də həmin şəxs tərəfindən törədilməsini nəzərə alaraq hesab edir ki, 2023-cü ildə bağlanan sığorta müqaviləsi iddiaçının xəbəri olmadan və onun iradəsinə zidd olaraq bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən мüqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilən Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Qanunun yuxarıda göstərilən tələbindən aydın olur ki, tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulmuş hallarda ləğv edilə bilər. İddiaçı iddia tələbində sığorta müqaviləsinin ləğv edilməsinin əsası kimi həmin müqavilənin onun tərəfindən bağlanılmamasını və iradəsinə zidd olaraq bağlanılmasını göstərmişdir. Məhkəmə tərəfindən işə baxılarkən bu hal təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, işin faktiki halları tərəflər arasında “VAZ-2106” markalı, 10OF546 nömrəli nəqliyyat vasitəsi üzrə bağlanılmış sığorta müqaviləsinin etibarlı olunması üçün əsas olmadığından, yuxarıda qeyd edilən qanunvericiliklərin tələbləri pozulduğundan, iddiaçının həmin müqavilənin bağlanmasına iradə ifadəsinin olması tədqiq olunan sübutlarla müəyyən olunmadığından, "xxxx" ASC (hazırda ləğv prosesində olan) ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli sığorta müqaviləsi ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanılmış sığorta müqaviləsi ləğv edildiyindən, həmin müqavilədən irəli gələn sığorta xərclərinin silinməsi hissəsində də tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC (hazırda ləğv prosesində olan) ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi ləğv edilsin. Həmin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən irəli gələn sığorta xərcləri silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar