Məhkəmə qərarları › İş №2(009)-1185/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1185/2025

02.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1185/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Cavabdeh qarşı “aliment borclarına görə əmək haqqından tutulma faizinin azaldılması və ya aliment borclarının hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borclarına görə əmək haqqından tutulma faizinin azaldılması və ya aliment borclarının hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2955/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə toplanmış 16400 (on altı min dörd yüz) manat aliment borclarına görə əmək haqqından tutulma faizinin azaldılması və ya aliment borclarının hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edir ki, aliment borclarına görə əmək haqqından tutulma faizinin azaldılması və ya aliment borclarının hissə-hissə ödənilməsi icra icraatı qaydasında həll edilməli məsələ olduğundan hazırkı tələbə məhkəmədə - iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Buna görə də, iddiaçı hazırkı tələbi ilə bağlı müvafiq ərizə ilə icra icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda, İddiaçı Cavabdeh qarşı “aliment borclarına görə əmək haqqından tutulma faizinin azaldılması və ya aliment borclarının hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment borclarına görə əmək haqqından tutulma faizinin azaldılması və ya aliment borclarının hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, aliment borclarına görə əmək haqqından tutulma faizinin azaldılması və ya aliment borclarının hissə-hissə ödənilməsi ilə bağlı müvafiq ərizə ilə icraya nəzarət edən məhkəməyə icra icraatı qaydasında müraciət etmək hüququ var. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar