Məhkəmə qərarları › İş №2(009)-1203/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1203/2021

28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1203/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «əlavə xərclərə görə aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «əlavə xərclərin tutulması» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03.01.2013-cü il təvəllüdlü X2 şikəst olmasına görə müalicəsinə və saxlanmasına çəkilən əlavə xərclərin ödənilməsinə cəlb olunması və cavabdehdən əlavə xərclərə görə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 23 aprel 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 03 yanvar 2013-cü il tarixdə Ülkər adlı uşaqları anadan olmuşdur. Səbail rayon Məhkəməsinin 1274/2015 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşağın saxlanılması üçün cavabdehdən cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Uşaq anadangəlmə sağlamlıq imkanları məhdud doğulmuşdur. Uşağın 18 yaşınadək bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi, iflic, dayanıqlı yayılmış hiperkinezləri, nəzərəçarpan koordinasiya pozulmaları olan sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuşdur. İddiaçının artıq maddi imkanı uşağın müayinəsini davam etdirməsinə imkan vermir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan: AZ- İ № 219927 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah 17 sentyabr 2015-ci il tarixdə pozulmuşdur. AZ-İİİ № 020046 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 03 yanvar 2013-cü il tarixdə X5 anadan olmuşdur. AR Səhiyyə Nazirliyinin komissiyasının 02 iyun 2017-ci il tarixli iclasının 4 saylı protokolundan çıxarışda qeyd edilmişdir ki, 2013-cü il təvəllüdlü X4 aşağı ətrafların parafarezi diaqnozu qoyulmuşdur. 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumat vərəqəsində qeyd olunmuşdur ki, X1 bifida, L1-L3 fəqərə səviyyəsində Spinal bifida həmin səviyyədə intradural intramedulyar həcmli törəmə, cərrahi əməliyyatdan sonra isə aşağı ətrafların parafarezi diaqnozu qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş 03.01.2013-cü il təvəllüdlü X5 bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi, iflic, dayanıqlı yayılmış hiperkinezləri, nəzərəçarpan koordinasiya pozulmalarından əziyyət çəkir və mütəmadi həkim nəzarətinə və müalicəyə ehtiyacı vardır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə 03.01.2013-cü il təvəllüdlü X2 xəstəliyinin ağırlığını və onun daim müalicəsi üçün cavabdehin əlavə xərclərə cəlb edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, Cavabdeh hər ay əlavə olaraq X2 müalicə xərcləri üçün 100 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03.01.2013-cü il təvəllüdlü X2 müalicəsi üçün əlavə olaraq hər ay 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar