Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1216/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili R.F.Umudovun, Cavabdehin nümayəndəsi və vəkili A.M.Tağıyevin Cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi T.A.Dadaşovun, iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, “X1 Mərkəzi” MMC-yə qarşı ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, “X1 Mərkəzi” MMC-yə qarşı ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2132/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 28.750 manat məbləğində borcun iddiaçı Cavabdeh1 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı 0,02 ha torpaq sahəsi və üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, predmetin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və s.qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2132/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Cavabdeh4nə göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı Əli qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı 0,02 ha torpaq sahəsi və üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinin ilkin satış qiyməti 60.000 manat məbləği olmaqla açıq hərracdan satılması üçün Hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli bildirişdən müəyyən edilir ki, evin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 60.000 manat olmaqla xx.xx.2019-cu il tarixdə 11.00-da ilkin hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən edilir ki, evin açıq hərracdan satılması məqsədi ilə təkrar hərracda satış qiyməti 51.000 manat olmaqla xx.xx.2020-ci il tarixdə 11.00-da ilkin hərrac keçirilmişdir. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı “Market” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “X1 Mərkəzi” MMC tərəfindən Cavabdeh4nə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun məzmununda qeyd edilir ki, bağ evinin açıq hərracdan satılması ilə keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmamış, həmçinin ipoteka predmeti “İpoteka haqqında” Qanunun 43.7-ci və 43.8-ci maddəsində nəzərdə tutulmuş qaydada ipoteka saxlayan tərəfindən 30 gün ərzində əldə edilmədiyindən hərrac sifarişi icra qurumuna geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh4 “X1 Mərkəzi” MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, “qeyd edilən icra sənədi üzrə hərracın keçirilməsi üçün müvafiq sənədlər xx.xx.2019-cu il tarixdə Sizə göndərilmişdir. Bundan sonra tərəfinizdən göndərilən sənədlər xx.xx.2020-ci il tarixli 185 nömrəli məktubla geri qaytarılmışdır. Keçirilmiş hərracın nəticəsində əmlak satılmamış və əmlak tərəfinizdən Cavabdeh1 təklif olunmuşdur. Lakin həmin sənədin çatdırılmasını təsdiq edən rəsmi sənəd mövcud deyildir. Tərəfinizdən bununla bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən hərrac mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin tələbkar tərəfə rəsmi olaraq çatdırılmamış və o, öz növbəsində buna münasibət bildirmək hüququndan məhrum edilmişdir. Eyni zamanda tələbkar Cavabdeh1 bildirmişdir ki, ipoteka predmeti olaq torpaq sahəsi və onun üzərində yerləşən bağ evi ona təklif ediləcəyi halda təklifi qəbul etməyə razıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı 0,02 ha torpaq sahəsi və üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinin tələbkarın adına rəsmiləşdirilməsi ilə bağlı hərracın yekun protokolunu tərtib edib bizə göndərməyiniz xahiş olunur”. İddia ərizəsinə əlavə edilmiş “X1 Mərkəzi” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y-47 saylı Hərracın nəticələri haqqında protokoldan müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı 0,02 ha torpaq sahəsi və üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evi Cavabdeh1 satılmışdır. Hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin tələbinə əsasən iş üzrə iki (ilkin və təkrar) hərrac keçirmiş, KİV-də müvafiq qaydada elan dərc edilmiş və tərəflərə bildirişlər göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2132/2018 saylı,xx.xx.2018-ci il tarixli icra vərəqəsində tələbkar Cavabdeh1 qeydiyyat ünvanı ünvan 1 kimi qeyd edilmiş və tələbkar hal-hazırda da həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Hərrac təşkilatçısı tərəfindən Cavabdeh1 qeydiyyat ünvanı üzrə bildirişlər göndərilmişdir. Hesab edirlər ki, Cavabdeh1 bu işdə bilavasitə maraqlı olduğundan işi özü təqib etməli, zərurət olduğu halda isə icra məmuruna yeni yaşayış yeri barədə məlumat verməli idi. Belə bir məlumat əsasında icra məmuru hərraca sifariş verərkən tələbkarın yaşayış yeri barədə əlavə məlumatı hərrac təşkilatına ötürməli idi. Lakin Cavabdeh1 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2132/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icra ediləcəyini bildiyi halda icra vərəqəsinin sonrakı aqibəti ilə maraqlanmamış (işin hallarından belə görünür) və heç bir təşəbbüs göstərməmişdir. Həmçinin Cavabdeh1 onun üçün son dərəcə vacib olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2132/2018 sayl, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrasını hərrac təşkilatçısı tərəfindən verilmiş elanlar vasitəsi ilə təqib edə biləcəyi halda bunu etməmişdir. Cavabdeh4 “X1 Mərkəzi” MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, əmlakın əldə edilməsinə dair təklif məktubu Cavabdeh1 çatdırılmadığı üçün təklifə münasibət hüququndan “məhrum” edilmişdir. Hesab edirlər ki, bu yanaşma əsassız, qeyri-qanuni və absurddur. Ümumiyyətlə ipoteka haqqında qanunvericilikdə əmlakın əldə edilməsinə dair təklifin verilməsi barədə heç bir göstəriş yoxdur. “İpoteka haqqındaa” AR Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericiliyin tələblərindən də aydın olur ki, ipoteka saxlayana əlahiddə təklif verilməli deyil, KİV-də bu barədə elan dərc edilməlidir. Tələbkar isə “məhrum edilmiş” hüquqlarını qqəzetdə verilmiş elanları təqib edərək bərpa edə bilərdi. Həmçinin ipoteka saxlayan özünün mövcud və ehtimal olunan hər hansı bir maddi və prosessual hüququndan məhrum edilmiş hesab etsəydi hərrac təşkilatına qarşı hərracın nəticələrinin etibarsız hesab olunmasına dair iddia tələbi irəli sürə bilərdi. Göründüyü kimi, ipoteka saxlayan tərəfindən sözügedən hərracın nəticələrinin etibarsız hesab olunmasına dair hər hansı iddia tələbi irəli sürülməmişdir. Keçirilmiş hərracların nəticələrinin ipoteka qoyan və ipoteka saxlayan, eləcə də hər hansı üçüncü şəxs tərəfindən mübahisələndirilməməsi onun nəticələrinin mötəbərliyinə və etibarlılığına dəlalət edir. Lakin icra məmuru səlahiyyət həddini aşaraq faktiki olaraq ipoteka qoyan və ipoteka saxlayan tərəfindən mübahisələndirilməmiş hərracların nəticələrini məhkəmə hakimiyyətinin səlahiyyətlərini uzurfasiya edərək şübhə altına almışdır. Göründüyü kimi “İpoteka haqqında” 43.7-ci və 43.8-ci maddələrinin məzmunundan və həmin maddələrin şərhindən aydın olur ki, ipoteka saxlayan ikinci hərrac baş tutmadıqdan sonra ipoteka predmetini müstəqil şəkildə, birbaşa, ona bu barədə hər hansı bir əlavə oferta verilməsinə və ya bu ofertanı aksept etməsinə iehtiyac duymadan birbaşa əldə etmək imkanı qazanır. İddia ərizəsinə əlavə edilmiş təkzibedilməz sübutlardan müəyyən edilir ki, qeyd edilən protokol qanunvericiliyin tələblərinə zidd olaraq, sifariş hərrac təşkilatçısı tərəfindən sifarişçiyə geri qaytarıldıqdan, həmçinin 30 təqvim günü 2 dəfədən çox buraxıldıqdan sonra tərtib edilmişdir. Eyni zamanda iş üzrə materiallardan göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-2132/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tələbkar Cavabdeh1 tələbi 28.750 manat məbləğdən ibarət olmuşdur. İpoteka saxlayan Cavabdeh1 isə təkrar hərracın baş tutmamasından sonra qanunvericilikdə müəyyən edilmiş müddət 2 dəfə buraxıldıqdan sonra icra məmurunun təşəbbüsü və təkidi ilə tərtib olunmuş hərracın yekunlarına dair protokola əsasən 38250 manata əldə etsə də, əmlakın satış qiymətinin tələbi həcmindən artıq olan təxminən 10.000 manatlıq hissəsini ipoteka qoyana bu günə kimi qaytarmamışdır. Göründüyü kimi hazırki iş üzrə mübahisələndirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsini şərti olaraq fakt kimi qəbul etsələr belə mülki qanunvericiliyin tələbinə əsasən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin alış qiyməti 7 təqvim günü ərzində ipoteka qoyana tam ödənilmədiyindən həmin hərrac protokolu və alqı-satqı müqaviləsi ləğv edilməli və ipotekaya xitam verilməlidir. Başqa sözlə, hazırki vəziyyətdə hətta “İpoteka haqqında” Qanunun 43.7-43.8-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddətdən keçdikdən sonra ipoteka qoyan ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunlarına dair protokol əldə etsə də, bu dəfə “İpoteka haqqında” Qanunun 42.7-ci maddəsində nəzərdə tutulmuş əmlakın tam dəyərinin ödənilməsinə dair müəyyən edilmiş 7 təqvim günlük müddəti də ötürərək predmetin dəyərini tam ödəməmiş və bununla da nəticə etibarılə predmeti əldə etməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı 0,02 ha torpaq sahəsi və üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinə dair Cavabdeh1 xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı 0,02 ha torpaq sahəsi və üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatının ləğv edilməsi və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək məhkəmədən “X1 Mərkəzi” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y-47 saylı Hərracın nəticələri haqqında protokol və eyni tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı 0,02 ha torpaq sahəsi və üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinə dair Cavabdeh1 mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş müvafiq çıxarış ləğv edilməklə həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilməsi, həmin əmlak üzərində Cavabdeh1 xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatının ləğv edilməsi (ipotekaya xitam verilməsi) və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı Fazil qızı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd etdiyi hallar əsassızdır. O bildirir ki, həracların keçirilməsi barədə bildirişlər tələbkarın məlum ünvanına göndərilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında Cavabdeh1 hazırda da qeydiyyatda olduğu ünvan üzrə yaşamasını bildirmişdir. Həmin ünvan üzrə bildirişlərin alınmaması hərracın keçirilməsinə mane olan hal kimi qəbul edilə bilməz. Digər tərəfdən yekun protokol təkrar hərracın keçirilmə vaxtından 30 gündən sonar tərtib edilmişdir və həmin protokolun tərtib edilməsinin əsası kimi icra şöbəsinə qaytarılmış icra vərəqəsinin təkrar hərrac mərkəzinə göndərilməsi olmuşdur. Ümumiyyətlə qanunvericilikdə belə bir prosedur mövcud deyil, təkrar hərracdan 30 gün müddət keçibsə birmənalı şəkildə ipoteka predmeti yüklülükdən azad edilməlidir. Ona görə də qaldırılan iddianı əsaslı hesab edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, tələbkar daim məhkəmə qətnaməsinin icra olunması ilə bağlı maraqlanmış, bununla bağlı mütəmadi olaraq Cavabdeh4nə şifahi və yazılı müraciətlər etmişdir. Oradan ona icra hərəkətlərinin davam etməsinin ümumi şəkildə bildirmişlər. İcra ilə bağlı tələbkara dəqiq məlumat verilmədiyindən, tələbkar yuxarı instansiyalara şikayətlər etmişdir. Şikayətlər nəticəsində tələbkara məlum olmuşdur ki, hərrac mərkəzi tərəfindən bir neçə hərrac keçirilmiş, əmlakın alıcısı olmadığından və tələbkar tərəfindən əldə edilmədiyindən, icra sənədi geri qaytarılmışdır. Tələbkarın nə hərracın keçirilməsindən, nə də əmlakın ona təklif olunmasından məlumatı olmamışdır. Tələbkar icra sənədinin geri qaytarılması barədə məlumat əldə edəndən dərhal sonar həmin əmlaka yiyələnmək niyyətini bildirmiş və bunun əsasında hərrac mərkəzində yekun protokol tərtib edilmişdir. Tələbkar artıq ipoteka predmeti üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Cavabdehin nümayəndəsi qaldırılan ididanı əsassız hesab edərək onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul eməyərək öz izahatında göstərmişdir ki, hərracın keçirilməsi qanun çərçivəsndə olmuş, tərəflərə bildirişlər göndərilmiş, təkrar hərrac baş tutmadıqdan sonar tələbkara bununla bağlı təklif göndərilmiş və həmin müddətdən bir ay keçdikdən sonra icra sənədi icra şöbəsinə qaytarılmış, icra qurumu tərəfindən sonradan əmlakın tələbkar tərəfindən əldə olunması qeyd olunaraq yekun protokol tərtib edilməsi üçün təkrar onlra göndərilmiş və sifarişi yerinə yetirən təşkilat kimi onlar yekun protokolu tərtib etmişlər. ona görə də qaldırılan ididanı əsasısz hesab edir və onun rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və 3-cü şəxs Cavabdeh4 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-2132/2018 saylı icra vərəqəsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı Əli qızını cəlb edilməklə) müqavilə üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianın təmin edilməsi, cavabdeh X3 28.750 ABŞ dolları kurs üzrə manatla 1 ABŞ dolları=1,70 manat olmaqla 48.875 manat məbləğində borc iddiaçı Cavabdeh1 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinə (həmin torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı Cavabdeh1 borc tələbinin ödənilməsi, ipoteka predmetinin borc tələbini əhatə etmədiyi təqdirdə isə borc məbləği qalan hissədə cavabdehdən tutulması qət edilmişdir. İş üzrə “X1 Mərkəzi” MMC tərəfindən Cavabdeh4nə, tələbkar Cavabdeh1, borclular İddiaçı, X5 göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Cavabdeh4 14/16P saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinin ilkin satış qiyməti 60.000 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X1 Mərkəzi” MMC tərəfindən Cavabdeh4nə, tələbkar Cavabdeh1, borclular İddiaçı, X5 göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Cavabdeh4 14/16P saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinin satış qiyməti 51.000 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X1 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin Cavabdeh4nə, Cavabdeh1, İddiaçı təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, Cavabdeh4nə hərracın keçirilməsi barədə məlumat verilmişdir, lakin Cavabdeh1 onun bu ünvanda yaşamaması, İddiaçı isə onun ərazidə tapılmaması və qapı bağlı olması ilə bağlı bildirişlərin təqdim edilməsi mümkün olmamışdır. İş üzrə “X1 Mərkəzi” MMC tərəfindən Cavabdeh4nə ünvanlanmış 185 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, keçirilən hərrac zamanı alığı olmadığı üçün Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evi satılmamışdır. Buna görə də qanunvericiliyə uyğun qərar qəbul etmək üçün iş geri qaytarılmışdır. İş üzrə Cavabdeh4 tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-2132/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə həracın keçirilməsi üçün müvafiq sənədlər xx.xx.2019-cu il tarixdə “X1 Mərkəzi” MMC-yə göndərilmişdir. Bundan sonra “X1 Mərkəzi” MMC tərəfindən göndərilən sənədlər xx.xx.2020-ci il tarixli 185 nömrəli məktubla geri qaytarılmışdır. Keçirilmiş hərrac nəticəsində əmlak satılmamış və əmlak “X1 Mərkəzi” MMC tərəfindən Cavabdeh1 təklif olunmuşdur. Lakin həmin sənədin ona çatdırılmasını təsdiq edən rəsmi sənəd mövcud deyildir. Cavabdeh4 tərəfindən bununla bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən hərrac təşkilatından mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin tələbkar tərəfə rəsmi olaraq çatdırılmamış və o, öz növbəsində buna münasibət bildirmək hüququndan məhrum edilmişdir. Eyni zamanda tələbkar Cavabdeh1 bildirmişdir ki, ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən bağ evi ona təklif edildiyi halda təklifi qəbul etməyə razıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinin tələbkarın adına rəsmiləşdirilməsi ilə bağlı hərracın yekun protokolunu tərtib edib Cavabdeh4nə göndərilməsini xahiş olunmuşdur. İş üzrə “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-47 No-li protokolun kserosurətinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2132/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh4 14/16P saylı, xx.xx.2019cu il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 67c saylı bağ evi 0,02 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 60.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 38250 manata Cavabdeh1 satılmışdır. İş üzrə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-2132/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı Əli qızını cəlb edilməklə) müqavilə üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianın təmin edilməsi, cavabdeh X3 28.750 ABŞ dolları kurs üzrə manatla 1 ABŞ dolları=1,70 manat olmaqla 48.875 manat məbləğində borc iddiaçı Cavabdeh1 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinə (həmin torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı Cavabdeh1 borc tələbinin ödənilməsi, ipoteka predmetinin borc tələbini əhatə etmədiyi təqdirdə isə borc məbləği qalan hissədə cavabdehdən tutulması qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və mübahisəli əmlak açıq hərracdan satılması üçün “X1 Mərkəzi” MMC-yə təqdim edilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan evin açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə bildirişlər göndərilmişdir. Lakin iş materiallarında olan bildirişlərdən görünür ki, Cavabdeh1 göndərilən bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə hərrac mərkəzinə geri qaytarılmışdır. Cavabdeh1 hərracın keçirilməsi ilə bağlı bildirişlər çatdırılmasa da, təkrar hərracda da alıcı olmadığı üçün hərrac baş tutmamış elan edilmişdir. Hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində tələbkar tərəfindən ipoteka predmeti əldə olunmadığı üçün, müvafiq sənədlər xx.xx.2019-cu il tarixdə icra şöbəsinə geri qaytarılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, hərrac mərkəzi tərəfindən sənədlər icra şöbəsinə geri qaytarıldıqdan sonra, tələbkar hərracın keçirilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılmaması və sənədlərin icra şöbəsinə geri qaytarılması barədə məlumat əldə etmişdir. Həmin məlumatı əldə etdikdən sonra Cavabdeh1 əmlakın ona təklif olunduğu halda onu əldə etməyə hazır olduğunu göstərmişdir. Bu səbəbdən Cavabdeh4 tərəfindən “X1 Mərkəzi” MMC-yə xx.xx.2020-ci il tarixdə məktub göndərilmiş və tələbkar Cavabdeh1 əmlakı əldə etməyə razı olduğunu nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m sahəsi olan bağ evinin tələbkarın adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. Hərrac mərkəzi həmin məktub əsasında xx.xx.2020-ci il tarixdə Y-47 saylı protokol tərtib etmiş və əmlak Cavabdeh1 satılmışdır. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67c saylı 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 51,4 kv.m sahəsi olan bağ evi Cavabdeh1 aına daşınmaz əmlakın dövlət reyetsrində xüsusi mülkiyyət hüququ qeydiyyatdadır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, hərrac mərkəzi tərəfindən keçirilmiş hərrac baş tutmadığı üçün və ipoteka predmeti olan əmlak 30 gün ərzində tələbkar tərəfindən əldə edilmədiyi üçün, həmin əmlakın sonradan tələbkara təklif edilməsi və ona satılması qanunsuz olmuşdur. Digər tərəfdən icra sənədi üzrə tutulmalı olan pul məbləği 28750 manat təşkil etsə də, ipoteka predmetinin təkrar hərracdakı qiyməti 38250 manat olmuş və həmin qiymətə tələbkara təklif olunmuşdur. Lakin tələbkar həmin əmlakın qalıq qalan təxminən 10000 manat hissəsini ipoteka qoyana bu günə kimi qaytarmamışdır. Bu səbəbdən iddiaçı hərracın nəticələri haqqında protokolun və həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, iddiaçının mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın Cavabdeh1 xeyrinə olan ipoteka yüklülüyünə xitam verilməklə aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb hərracın özünün deyil, onun nəticələrinin ləğv edilməsinə yönəlmişdir. Yəni iddiaçı hərracın keçirilməsini deyil, hərrac baş tutmamış elan edildikdən və həmin müddətdən 30 gün keçdikdən sonra hərraca çıxarılmış əmlakın qanunla müəyyən edilmiş qaydada tələbkara təklif edilməsi prosedurunun pozulmasını mübahisələndirir. Məhkəmə hesab edir ki, hərracın yekunları barədə protokol və ipoteka saxlayanla bağlanılmış müqavilə tam qanuni əsaslarla bağlandığı üçün onların etibarsız hesab edilmələri üçün heç bir əsas yoxdur. “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Qeyd edilən qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka predmetini əldə etmək hüququ var. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Nəzərə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına dəlalət edir. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən hərracın keçirilməsi zamanı ipoteka saxlayan kimi hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini qanunla müəyyən edilmiş qiymətə əldə etmək imkanı olmasından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən gözlənilən mülkiyyət hüquqlarının pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 dəfələrlə icra şöbəsinə müraciət edərək icra sənədi üzrə hərracın keçirilməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. İş materialları ilə da tam təsdiq olunur ki, Cavabdeh1 hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatı tərəfindən göndərilən bildirişlər ona çatdırılmamışdır. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununun 43.8-ci maddəsinin tələblərinə görə təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipotekaya xitam verilir. İpotekaya xitam verilməsinin zəruriliyi ondan irəli gəlir ki, ipoteka ilə yüklü edilmiş əmlak açıq hərrac vasitəsi ilə satılmır, sonradan isə ipoteka saxlayan onu əldə etməkdən imtina edir. Nəticədə həmin əmlak artıq borcun təminat sırasından çıxır və bu səbəbdən həmin əmlak üzərində hər hansı yüklülüyün qalmasına lüzum qalmır. Məhz bu zərurətdən irəli gələrək qanunvericilik ipoteka predmeti həm açıq hərracda satılmadığı halda, həm ipoteka saxlayan tərəfindən 30 gün ərzində əldə edilmədiyi halda onun ipotekadan azad edilməsi və ipotekaya xitam verilməsini müəyyən etmişdir. Lakin ipoteka saxlayanın həmin hüququnun təmin edilməməsi, yəni ipotekanı əldə etmək üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməməsi ipoteka saxalyanın qanunla müəyyən edilmiş hüquqlarını pozulması ilə nəticələnir, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının qeyri-müəyyən müddətə təxirə salınaraq onun gələcəkdə başqa üsulla icrasını qeyri-müəyyən edir. Bu səbəbdən ipotekaya xitam verilməsi yalnız o, halda qanuni hesab edilə bilər ki, ipoteka saxlayan hərrac baş tutmamış elan verildikdən sonra ipotekanı əldə etməsinə iradə ifadəsini bildirməsin, yaxud məsuliyyətsizlik göstərərək ipoteka predmetini əldə etmək üçün müddəti ötürsün. Hazırki mübahisədən görünür ki, Cavabdeh1 ipoteka predmetini əldə etməkdən imtina etməmiş, hərrac baş tutmamış elan edildikdən 30 gün sonra ipotekanı əldə etməsi ilə bağlı icra məmuru tərəfindən göndərilən təklif ona çatdırılmadığı üçün, o həmin imkandan istifadə edə bilməmişdir. Lakin bununla belə hərracla bağlı sənədlər icra məmuruna xx.xx.2020-ci il tarixdə qaytarıldıqdan sonra Cavabdeh1 bu barədə məlumat əldə edən kimi ipoteka predmetini əldə etmək niyyətini icra məmuruna bildirmiş və icra məmuru qanunla müəyyən edilmiş bu hüququn təmin edilməsi ilə bağlı hərrac təşkilatına müraciət etmişdir. Qanunun tələbindən də göründüyü kimi ipotekaya xitam verilməsi o zaman baş verir ki, ipoteka saxlayan 30 gün ərzində onun əldə edilməsi ilə bağlı iradə ifadəsini bildirməsin. Digər tərəfdən qanunvericilik təkrar hərracın baş tutmaması ilə bağlı elan verilməsini nəzərdə tutur. Belə ki, “İpoteka haqqında” AR Qanununun 43-cü maddəsinin tələblərinə əsasən hərrac təşkilatı həm ilkin hərrac, həm təkrar hərrac barədə elan vermək vəzifəsi daşıdığı kimi, həmin hərracların baş tutmaması ilə bağlı da elan vermək vəzifəsi daşıyır. Təkrar hərracın baş tutmaması ilə bağlı elanın verilməsi ipoteka saxlayana münasibətdə çox əhəmiyyətli və vacib ona görə hesab edilir ki, ipoteka saxlayana münasibətdə ipoteka predmetini 30 gün ərzində əldə etmək üçün müddətin axımı başalyır. Belə elanın verilməməsi, ipoteka saxlayanın hərraca çıxarılmış əmlakı 30 gün ərzində əldə etmək imkanının məhdudlaşdırır. Yəni təkrar hərrac baş tutmadıqda, hərrac təşkilatı bununla bağlı elan verməli və həmin elan verildikdən 30 gün ərzində ipoteka saxlayan hərrraca çıxarılmış əmlakı əldə etməzsə ipotekaya xitam verilir. Məhkəmə iclasında hərrac təşkilatı tərəfindən hərracın baş tutmaması ilə bağlı hər hansı elan verilməsi müəyyən edilməmişdir və belə elanın verilməsi il bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən ipoteka predmetini əldə etmək üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin Cavabdeh1 tərəfindən ötürülməsi ilə bağlı iddiaçının dəlillərini məhkəmə əsaslı hesab etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh1 ipoteka saxlayan kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə xeyrinə həll olunmuş işin uğurla sonda həll olunması və ədalətin bərpa olunması gözləntisi olmuşdur. Cavabdeh əldən çıxmış mülkiyyətin (ona məxsus pul vəsaitinin) sonda ona qaytarılmasını uzun müddət gözləmiş və son mərhələdə, yəni hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetini əldə etmək imkanını həyata keçirməsi onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpa edilməsi kimi qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. İnsan Hüquqları üzrə Avropa məhkəməsinin xx xxxxxx 1996-cı il tarixi “LOİZİDU” (Lazidou) Türkiyəyə qarşı işində qeyd etmişdir ki, mülkiyyət hüququna müdaxilə şikayəti mülkiyyətə daxil olmaq hüququndan məhrum edilmə ilə məhdudlaşmayaraq, yaranmış situasiyanı daha geniş konteksdə əhatə edir. Məsələ bundan ibarətdir ki, xanım Loizidu öz mülkiyyətinə daxil olmaq hüququnu davamlı olaraq həyata keçirə bilmədiyinə görə, faktiki olaraq onun üzərində hər cür nəzarəti, o cümlədən ondan istifadə etmək, onu satmaq, miras qoymaq, öz torpağını yaxşılaşdırmaq və sadəcə onun üzərində sevinc hissi ilə yaşamaq hüququnu itirib. Məhkəmə cavabdeh tərəfindən ipoteka predmetini əldə edərkən onun qiymətinin tələb olunan borcdan 10000 manat çox olması və həmin pulun Cavabdeh1 tərəfindən ipoteka qoyana qaytarılmaması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, Nərimanov rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X9 Məmmədlinin xeyrinə 28750 ABŞ dolları kurs üzrə manatla 1 ABŞ dolları=1.70 manat olmaqla 48875 manat məbləğində pul tutulmuşdur. Hərracın yekunları barədə protokoldan isə görünür ki, iddiaçının mülkiyyətində olan əmlak 38250 manata satılmışdır. Göründüyü kimi hərracdan satılan əmlak cavabdehin xeyrinə tutulan borcdan artıq yox, əksinə az olmuşdur. Bu səbəbdən iddiaçının bu dəlillərini məhkəmə əsasısz hesab edir. AR Konstiutsiyanın 127-ci maddəsinin İİ hissəsində əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Beləliklə məhkəmə tərəfindən mübahisəli əmlakın satılması üçün hərraca çıxarılması və təkrar hərracın baş tutmaması ilə bağlı həmin əmlakın Cavabdeh1 təklif edilməsi ilə bağlı hərəkətlərin tam qanuni olması müəyyən edildiyindən, həmçinin hərracın yekunları barədə tərtib edilmiş protokolun və onun əsasında bağlanılmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, “X1 Mərkəzi” MMC-yə qarşı “X1 Mərkəzi” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y-47 saylı Hərracın nəticələri haqqında protokol və eyni tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67C saylı 0,02 ha torpaq sahəsi və üzərində yerləşən 51,4 kv.m. sahəsi olan bağ evinə dair Cavabdeh1 mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş müvafiq çıxarış ləğv edilməklə həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilməsi, həmin əmlak üzərində Cavabdeh1 xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatının ləğv edilməsi (ipotekaya xitam verilməsi) və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlərin aparılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1216/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1216/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver