Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1228/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş ziyan tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş ziyan tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsində iddiaçı cavabdeh "xxxx" ASC -nin ünvanı kimi Bakı şəhəri, Səbail rayonu Sahil Plaza, Useynov prospekti 61 kimi göstərmişdir. Lakin “Məhkəmə Elektron Sistemindən” əldə olunan məlumatlardan görünür ki, "xxxx" ASC (VÖEN **********) hüquqi ünvanı ünvan 2nın qeyd etdiyi cavabdehin ünvanı faktiki fəaliyyət göstərdiyi ünvandır. İddia isə cavabdehin faktiki fəaliyyət göstərdiyi ünvanı üzrə deyil, hüquqi ünvanı üzrə yerləşən məhkəməyə təqdim edilməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçı qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutaraq cavabdeh - hüquqi şəxsə qarşı qaldırdığı tələbi üzrə iddia ərizəsini "xxxx" ASC-nin hüquqi ünvanı üzrə yerləşən məhkəməyə- Nəsimi rayon Məhkəməsinə deyil, faktiki yerləşdiyi yer üzrə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia onun faktiki fəaliyyət göstərdiyi ünvan üzrə deyil, hüquqi ünvanı üzrə məhkəməyə verilir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Hakim qeyd edir ki, iddia ərizəsi qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 35.2 və 152.1.3 maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən “Hökumət ödəniş Portalı” vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2025-ci il tarixdə ödənilmiş dövlət rüsumu – 130 (yüz otuz) manat (mədaxil qəbzi ****************************) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1228/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1228/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver