Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1235/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi X1 tərcüməçiliyi ilə, İddiaçı X8 və cavabdeh X3 iştirakları ilə, iddiaçı X8 - cavabdeh X2rşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X10 - cavabdeh X2rşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli 2(009)-1717/2020 saylı qətnaməsi əsasında ona təyin edilən 170 AZN məbləğində olan alimentin azaldılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 18.09.2020ci il tarixli 2(009)-1717/2020 saylı qətnaməsi ilə 25.06.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 AZN alimentin İddiaçı Fedoroviçdən tutularaq Cavabdeh Valeryevnaya verilməsi qət edilmişdir. İddiaçı epilepsiya xəstəsidir və eyni zamanda 3-cü qrup əlildir. Bundan başqa iddiaçı sağlamlığı üçün cüzi bir maaşa işləyir. 170 manat aliment ödəmək üçün kifayət qədər imkanı yoxdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli 2(009)-1717/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X7 25.06.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 məbləğində alimentin tutulması və iddiaçı (anası) Cavabdeh Valeryevnaya verilməsi, alimentin tutulmasının əvvəlinin 13.08.2020-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, X10 3-cü dərəcəli əlildir və buna görə 110 manat məbləğində aylıq sosial müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək əsas kimi 3-cü qrup əlil olmasını göstərmişdir. Lakin tərəflərin izahatlarından da aydın olur ki, iddiaçı məhkəmə tərəfindən onun barəsində alimentin miqdarı müəyyən olunduqdan əvvəl də 3-cü qrup əlil olmuşdur. Məhkəmə hesab edir ki, əmək qabiliyyətli iddiaçının işləməməsi onun uşaqların minimum yaşayış həddindən aşağı məbləğdə alimentin ödənilməsi üçün əsas ola bilməz. Məhkəmə işin faktiki hallarına qiymət verib, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtdan hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, ondan hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində tutulan aliment məlbəğinin azaldılması barədə iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 - cavabdeh X2rşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1235/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1235/2021
30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver