Məhkəmə qərarları › İş №2(009)-1266/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1266/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1266/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili T.Y.Hüseynovanın, Cavabdehin nümayəndəsi E.Y.Cəfərlinin iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı əmlaka və sağlamlığa vurulan zərərə görə sığorta ödənişi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı əmlaka və sağlamlığa vurulan zərərə görə sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində o, idarə etdiyi “VAZ-21099” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilə hərəkətdə olarkən X5 idarə etdiyi “Mercedes-180” markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomobilə toqquşmuş və nəticədə “Mercedes-180” markalı avtomobilin sürücüsü xx.xx.1991-ci il təvəllüdlü X8 çiyin nahiyyəsinin travması, “VAZ-21099” markalı avtomaşının sürücüsü xx.xx.1991-ci il təvəllüdlü İddiaçı1 qarın nahiyyəsinin travması və eyni zamanda “VAZ-21099” avtomaşının salonunda olan sərnişinlər xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2 alın nahiyyəsinin travması, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4 kəllə beyin travması və xx.xx.1998-ci il təvəllüdlü İddiaçı3 çənə nahiyyəsinin travması xəsarətləri alaraq, Ağdaş RMX-na müraciət etmişdir. Faktla bağlı Ağdaş RPŞ tərəfindən AR CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış, üçüncü şəxs X8 təqsirləndirilən şəxs qismində işə cəlb olunmuşdur. Cinayət işi üzrə qeyd olunan faktlar iş üzrə təqsirləndirilən şəxs X5, zərərçəkmiş şəxslər hazırki iddia üzrə iddiaçıların ifadələri, iş üzrə təyin edilmiş məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə tam təsdiq olunmuşdur. Buna görə də müvafiq sığorta ödənişi tələbi ilə aidiyyatı üzrə cavabdeh orqana – "xxxx" ASC-yə cəmiyyətdə sığortalanmış “Daimler Benz C-180” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi, həmin hadisə nəticəsində sağlamlıqlara və “VAZ-21099” markalı, 22BY626 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsinə görə sığorta ödənişinin ödənilməsi xahişi ilə müraciət etmişlər. Cavabdeh "xxxx" ASC sığorta ödənişindən imtina edərək onlara rəsmi olaraq bildirmişdir ki, “İcbari Sığorta Haqqında” AR Qanununun 21 və AR MM-nin 935.1.10-cu maddələrinin tələbinə əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onlara dəymiş zərər Nurlan Musayev tərəfindən tam şəkildə qarşılandığından və o, yol hərəkəti qaydalarını pozmasına görə (İXM-nin 327-ci maddəsi) inzibati məsuliyyətə cəlb edilmədiyindən dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı baş vermədiyinə görə sığorta ödənişindən imtina edilir. Məlumat üçün bildirirlər ki, Ağdaş rayon Polis Şöbəsi tərəfindən qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət təqibinə xitam verilməsi barədə heç bir məlumat verilməmiş, müvafiq qərarın surəti onlara təqdim olunmamışdır. Ona görə də həmin qərardan şikayət etmək imkanları olmamışdır. Ağdaş RPŞ-nin qərarından yalnız "xxxx" ASC-nin onlara ünvanlanmış cavab məktubundan sonra məlumatları olmuşdur. Hadisəni törədən və haqqında cinayət təqibi başlanılan şəxs olan X8 tərəfindən onlara heç bir ziyan ödənilməmiş və əmlaka vurulmuş zərər onun tərəfindən aradan qaldırılmamış, təmir-bərpa ilə bağlı tədbir görülməmişdir. Aralarında barışıq olmamışdır. Polis Şöbəsinə yazdıqları ərizə ilə müstəntiqin əgər ərizə verməsələr onlara sığorta ödənişi mümkün olmayacaq deyərək onları aldatması ilə bağlı olmuşdur. Hesab edirlər ki, Ağdaş RPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı tamamilə qanunsuz və əsassız olduğuna görə həmin qərara əsaslanaraq, cavabdeh orqanın onlara verilməli olan sığorta ödənişinin mümkünsüz olması barədə mövqeyi yanlışdır, iddiaçılar tərəfindən başqa yolla aradan qaldırılması imkanları xaricindədir. Odur ki, mübahisənin mənafeylərinə uyğun həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunan sığorta hadisəsi zamanı ona məxsus (İddiaçı1) “VAZ-21099” markalı, 22BY626 dövlət qeydiyyat nişanlı avtomobil ehtiyat hissələrinə 3460 manat, təmir xərci 2700 manat olmaqla, cəmi 6160 manat zərər dəymişdir. Bundan başqa hadisə baş verən avtomobildə olan zərərçəkmiş şəxslərə hazırki iş üzrə iddiaçılara sağlamlıqları ilə bağlı aşağıdakı kimi zərər vurulmuşdur: İddiaçı1 – sağlamlığa ağır zərər vuran xəsarətlər, İddiaçı2 – sağlamlığa yüngül zərər vuran xəsarətlər, İddiaçı3 – sağlamlığa az ağır zərər vuran xəsarətlər, İddiaçı4 – sağlamlığa az ağır zərər vuran xəsarətlər. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdeh "xxxx" ASC tərəfindən onların xeyrinə əmlaka dəyən zərərə görə 6160 manat, sağlamlığa dəyən zərərə görə hər birinə 1000 manat olmaqla, cəmi 10160 manat sığorta ödənişi ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili X9 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birgə iddiaçıların nümyaəndəsi həmçinin göstərmişdir ki, sığorta təşkilatı tərəfindən sığorta ödənişinin verilməsindən imtina qanunsuz olmuş, sığorta hadisəsinn baş verməsi fakt üzrə cinayət işinin mövcud olması və başlanması ilə təsdiq olunur, nümayəndəsi olduğu şəxslərin hüquqi savadsızlığı və cinayət işinin istintaqını aparan müstəntiqin təkidi ilə heç bir maddi ziyan təqsirkar sürücü tərəfindən qarsılanmadığı halda, barışıq və guya ziyanın ödənilməsi barədə ərizə alınmış, həmin ərizə formal alınmış, nəticədə təqsirkar sürücü cinayət məsuliyyətindən azad edilmiş, lakin zərərçəkənlərə hər hansı maddi köməklik göstərilməmişdir. Bu faktı təqsirkar sürücünün məhkəməyə ünvanlandığı ərizə də təsdiq edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı4 məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə cavabdehin nümayəndəsinin işə birgə iddiaçılardan İddiaçı4 iddiasına mahiyyəti üzrə baxılması barədə tələbini və yazılı ərizəsini nəzərə alaraq işə İddiaçı4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, Cəmiyyətə xx.xx.2021-ci il tarixli, PSS********** No-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Daimler Benz C180” markalı, 90OG322 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi, həmin hadisə nəticəsində İddiaçı1 və digər şəxslərin sağlamlığına və “VAZ 21099” markalı, 22BY622 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsinə görə sığorta ödənişinin ödənilməsinə dair müraciət daxil olmuşdur. Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdaş rayon Polis Şöbəsinə hadisə ilə bağlı göndərilmiş yazılı sorğuya əsasən həmin şöbənin İQ-nin müstəntiqi polis leytenantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar və digər sənədlər cəmiyyətə təqdim edilmişdir. Həmin sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, İddiaçı1 və digər zərərçəkmiş şəxslərin polis idarəsinə təqdim etdiyi ərizələrinə əsasən X5 dəymiş ziyanı tam ödəməsi və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və maddi tələbinin olmaması ilə əlaqədar sonuncunun barəsində cinayət təqibinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarının 2-ci bəndi tətbiq edilməklə onun əməlinə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (bu Məcəllənin 327.1-327.6,328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsi ilə inzibati qaydada tədbir görülməsinə xitam verilmişdir. Cəmiyyət tərəfindən həm dəymiş ziyanın tamamilə ödənilməsi, həm də X5 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi səbəbindən İddiaçı1 və digər zərərçəkmiş şəxslərə “sığorta ödənişinin ödənilməsindən imtina edilməsi barədə” xx.xx.2022-ci il tarixli, 22/873 saylı məktub göndərilmişdir. İddiaçılardan İddiaçı1 Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı şikayətə əsasən Mərkəzi Bankın Cəmiyyətə göndərdiyi xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-18326 saylı məktuba cavab məktubunda da yuxarıda qeyd edilən xüsusatları bildirmişlər. Mərkəzi Bank tərəfindən İddiaçı1 məktub ünvanlanaraq cəmiyyətinin sığorta ödənişindən imtina barədə məktubunun qanunamüvafiq olduğu, sözügedən hadisənin sığorta hadisəsi hesab edilməsi üçün yekun inzibati tənbeh vermə barədə qərarın qəbul edilərək cəmiyyətə təqdim edilməli olduğu qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, həm Azərbaycan Respublikası CPM-nin 39.1.11 və 40.3-cü maddələri, həm də Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasa və dəymiş zərəri tam ödəməsə onun cinayət məsuliyyətindən azad edilməsi qeyri-mümkündür. Odur ki, Cəmiyyət tərəfindən həm dəymiş ziyanın tamamilə ödənilməsi, həm də X5 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi səbəbindən İddiaçı1 və digər zərərçəkmiş şəxslərə “sığorta ödənişinin ödənilməsindən imtina edilməsi barədə” xx.xx.2022-ci il tarixli, 22/873 saylı məktub göndərilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə də sığorta ödənişindən imtina verilə bilər. X8 törətmiş olduğu İnzibati Xətalar Məcəlləsinin 327.1-327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə həmin Məcəlləyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəyi və barəsində inzibati tənbeh vermə barədə qərar qəbul ediləcəyi təqdirdə onun İddiaçı1 dəymiş ziyanı tamamilə ödəyib-ödəməməsi məsələsi Cəmiyyət tərəfindən araşdırıla və İddiaçı1 sığorta ödənişinin ödənilməsinə dair müraciətinə yenidən baxıla bilər. Hazırki halda X2 Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati tənbeh edilmədiyindən mülki məsuliyyətin yaranması faktı yekun inzibati tənbeh vermə barədə qərarla təsdiq olunmadığı üçün onun iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. İddiaçı1 sağlamlığına dəymiş zərərin ödənilib-ödənilməməsinin araşdırılması və ona sığorta ödənişinin ödənilməsi barədə qərar qəbul edilməsi “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 52.1-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında qeyd olunan göstərişlərə zidd olacaqdır. İddiaçılardan İddiaçı1 Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı şikayətə əsasən Mərkəzi Bankın cəmiyyətə göndərdiyi xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-18326 saylı məktuba cavab məktubunda da yuxarıda qeyd edilən xüsusatları bildirmişlər. Mərkəzi Bank tərəfindən İddiaçı1 məktub ünvanlanaraq cəmiyyətinin sığorta ödənişindən imtina barədə məktubunun qanunamüvafiq olduğu, sözügedən hadisənin sığorta hadisəsi hesab edilməsi üçün yekun inzibati tənbeh vermə barədə qərarın qəbul edilərək cəmiyyətə təqdim edilməli olduğu qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddia ərizəsində 3-cü şəxs qismində göstərilən X11, Ağdaş rayon Polis Şöbəsinin nümayəndəsi və məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş X8 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş X8 məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədə göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə 20.00 radələrində idarə etdiyi “Daimler Benz C180” minik markalı, 90OG322 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanında İddiaçı1 idarə etdiyi “VAZ- 21099” minik markalı, 22BJ626 dövlət nömrə nişanlı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Lakin maddi imkanı olmadığından “VAZ-21099” minik markalı, 22BJ626 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanla bağlı və zərərçəkmiş şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 sağlamlıqlarına dəyən ziyanla bağlı heç bir köməklik göstərməmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “VAZ-21099” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşın X3 adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən X6 tərəfindən “VAZ- 21099” minik markalı, ** BJ *** dövlət nömrə minik avtomaşının idarə edilməsi, bağışlaması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün xx.xx.2022-ci il tarixədək İddiaçı1 etibarnamə verilmişdir. İş üzrə Ağdaş RPŞ-nin İQ-nin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X5 barəsində cinayət təqibinə xitam verilmiş, təqsirləndirilən şəxs X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsilə inzibati qaydada tədbir görülməsinə xitam verilmiş, sürücü İddiaçı1 əməlində inzibati məsuliyyətin tərkibi yaratmadığından onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Həmin qərarı ilə müəyyən edilmişdir ki, X8 xx.xx.2021-ci il tarixdə saat 20.00 radələrində özünə məxsus idarə etdiyi “Daimler Benz C180” minik markalı, **-OG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində geriyə doğru manevr etmək istəyən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkətə başlamazdan yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu halda, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunlara əməl etməyərək yolun sağından soluna doğru manevr edən zaman həmin yolla üzü Ağdaş şəhər istiqamətinə hərəkətdə olan İddiaçı1 idarə etdiyi “VAZ-21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ-21099” markalı avtomobilin sürücüsü İddiaçı1 döş qəfəsinin qapalı travması, sağ X-Xİ qabırğaların yerdəyişməmiş sınığı, hemopnevmotoraks, döş qəfəsinin sıxılma sindromu, burun sümüyünün sınığı, sol diz oynağının əzilməsi, sol diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vuran, həmin avtomobildə olan sərnişinlər xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4 sağ bazu oynağının və sağ diz oynağının əzilməsi ilə nəticələnən sağlamlığa az ağır vuran, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı3 isə qapalı kəllə beyin travması, sağ diz oynağının və sağ aşıq daban oynağının əzilməsi, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığa az ağır vuran xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə X8 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmçinin Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 263.1-ci və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbayan Respublikasının İXM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. HK-1/1664 saylı material üzrə X1 barəsində Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən AR CM-nin 263.1-1-ci maddəsilə başlanılmış ********* saylı cinayət işinə xitam verilməlidir. X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri olsa da, lakin barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsinə xitam verilməlidir. Bundan başqa, iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1415 saylı rəyində göstərilmişdir ki, sürücü İddiaçı1 avtomobili hərəkət surəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən artıq, yəni 55 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Lakin AR İXM-nin 328.1-ci (Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) inzibati məsuliyyət nəzərdə tutulduğundan, sürücü İddiaçı1 isə sürət həddini 5 km/saat həddində aşması onun əməlində inzibati məsuliyyətin tərkibi yaratmadığından, inzibati məsuliyyətə cəlb edilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Həmin qərarı ilə həmçinin müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Notariat Ofisində təsdiq edilmiş ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək, sürücü X4 heç bir şikayətlərinin və tələblərinin olmamasını göstərmişlər. İş üzrə "xxxx" ASC-nin Ağdaş filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən «VAZ-21099» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə servis tərəfindən baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 6160 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdaş rayon polis şöbəsinin İQ-nin müstəntiqi polis leytenantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına əsasən müəyyən edilmişdir ki, polis idarəsinə təqdim etdiyi ərizələrə əsasən X5 onlara dəymiş ziyanı tam ödəməsi və ondan heç bir şikayət və maddi tələblərin olmaması ilə əlaqədar X5 barəsində cinayət təqibinə və onun əməlinə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (bu Məcəllənin 327.1-327.6, 328 və 330 maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsi ilə inzibati qaydada tədbir görülməsinə xitam verilmiş, sonuncu dəymiş zərəri ödəməsi səbəbindən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsə də, digər yol hərəkəti qaydalarını (İnzibati Xətalar Məcəlləsinin 327.1-327.6cı maddələri) pozmasına görə ümumiyyətlə inzibati məsuliyyətə cəlb edilməmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyytin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə də sığorta ödənişindən imtina verilə bilər. Yuxarıda qeyd olunanlara, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.10-cu maddələrinin tələblərinə əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 və qeyrilərinə dəymiş zərər Nurlan Musayev tərəfindən tam şəkildə qarşılandığından və o, yol hərəkəti qaydalarını (İnzibati Xətalar Məcəlləsinin 327.1-327.6cı maddələri) pozmasına görə inzibati məsuliyyətə cəlb edilmədiyindən dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı yaranmadığı üçün onlara sığorta ödənişinin ödənilməsindən imtina edilir. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdaş rayon Polis Şöbəsinə hadisə ilə bağlı göndərilmiş yazılı sorğuya əsasən həmin şöbənin İQ-nin müstəntiqi, polis leytenantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar və digər sənədlər cəmiyyətə təqdim edilmişdir. Həmin sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, İddiaçı1və digər zərərçəkmiş şəxslərin polis idarəsinə təqdim etdiyi ərizələrinə əsasən X5 dəymiş ziyanı tam ödəməsi və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və maddi tələbinin olmaması ilə əlaqədar sonuncunun barəsində cinayət təqibinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsin dair” qərarının 2-ci bəndi tətbiq edilməklə onun əməlinə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsi ilə inzibati qaydada tədbir görülməsinə xitam verilmişdir. Nəzərə almaq lazımdır ki, həm Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci və 40.3-cü maddələri, həm də Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasa və dəymih zərəri tam ödəməsə onun cinayət məsuliyyətindən azad edilməsi qeyrimümkündür. Odur ki, cəmiyyət tərəfindən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 19.4-cü maddəsinin tələbi əsas götürülməklə həm dəymiş ziyanın tamamilə ödənilməsi, həm də X5 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi səbəbindən İddiaçı1 və digər zərərçəkmiş şəxslərə “sığorta ödənişinin ödənilməsindən imtina edilməsi barədə” xx.xx.2022-ci il tarixli, 22/873 saylı məktub göndərilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə də sığorta ödənişindən imtina verilə bilər. X8 törətmiş olduğu İnzibati Xətalar Məcəlləsinin 327.1-327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə həmin Məcəlləyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəyi və barəsində inzibati tənbeh vermə barədə qərar qəbul ediləcəyi təqdirdə onun İddiaçı1 dəymiş ziyanı tamamilə ödəyib-ödəməməsi məsələsi Cəmiyyət tərəfindən araşdırıla və İddiaçı1 sığorta ödənişinin ödənilməsinə dair müraciətinə yenidən baxıla bilər. Hazırki halda X2 Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati tənbeh edilmədiyindən mülki məsuliyyətin yaranması faktı yaranmadığı üçün İddiaçı1 sağlamlığına dəymiş zərərin ödənilib-ödənilməməsinin araşdırılması və ona sığorta ödənişinin ödənilməsi barədə qərar qəbul edilməsi “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2 və 52.1-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında qeyd olunan göstərişlərə zidd olacaqdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə X8 tərəfindən idarə olunan və "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Daimler Benz C180” markalı, 90OG322 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman İddiaçı1 tərəfindən idarə olunan “VAZ 21099” markalı, 22BJ626 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə İddiaçı1 və onun idarə etdiyi avtomaşında olan sərnişinlər hazırki iş üzrə digər iddiaçıların sağlamlığına və “VAZ-21099” markalı, 22BJ626 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Ağdaş rayon Polis Şöbəsi İQ-nun müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi üzrə xitam verilməsi haqqında qərarına əsasən İddiaçı1 və digər zərərçəkmiş şəxslər İddiaçı3, İddiaçı2 və İddiaçı4 polis şöbəsinə təqdim etdiyi ərizələrinə əsasən X8 tərəfindən onlara dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və maddi tələbinin olmaması ilə əlaqədar AR CM-nin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş hala istinad etməklə (cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanın tamamilə ödənilməsi onu cinayət məsuliyyətindən azad edir) N.Musayev barəsində başlanılmış cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən dəymiş ziyanın ödənilməsi və Nurlan Musayevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi səbəbindən İddiaçı1 və digər zərərçəkmiş şəxslərə sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onların sağlamlığına zərər dəymiş, həmçinin İddiaçı1 məxsus “VAZ 21099” markalı, 22BJ626 dövlət qeydiyyat nişanlı avtomobilinə 6160 manat məbləğində ziyan dəymişdir. Sağlamlıqlarına və nəqliyyat vasitəsinə vurulmuş ziyan təqsirkar sürücü tərəfindən ödənilməmişdir. Ziyanla bağlı sığorta şirkətinə müraciət etmiş, lakin sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onlara dəymiş zərər Nurlan Musayev tərəfindən tam şəkildə qarşılandığından və sonuncu yol hərəkəti qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilmədiyindən dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı baş vermədiyinə görə sığorta ödənişindən imtina edilmişdir. Nurlan Musayev tərəfindən onlara heç bir ziyan ödənilməmiş və əmlaka vurulmuş zərər onun tərəfindən aradan qaldırılmamış, təmir-bərpa ilə bağlı heç bir tədbir görülməmiş, aralarında barışıq olmamışdır. Bu səbəbdən iddiaçılar əmlaka və sağlamlığa vurulan zərərə görə sığorta ödənişinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə ilk növbədə baş vermiş hadisənin sığorta hadisəsi olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Həmin Qanunun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqaviləsi üzrə də sığorta ödənişindən imtina verilə bilər. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Göstərilən Qanunun 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətlərində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi üzrə təqsirləndirilən X1 barəsində başlanılmış cinayət təqibinə xitam verilməsinə dair Ağdaş rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarda həmin şəxsin əməlində AR İXMnin 327.8-ci maddəsi ilə inzibati qaydada tətbiq görülməsinə xitam verilmiş, eyni zamanda onun əməlində inzibati məsuliyyətin tərkibi yaranmadığından, onun inzibati məsuliyyətinə cəlb edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, təqsirkar sürücü X8 cinayət məsuliyyətindən azad edilsə də, inzibati məsuliyyətə cəlb edilmədiyi üçün, yəni onun barəsində inzibati tənbeh tətbiq edilmədiyi üçün, bununla da hadisə ilə əlaqədar mülki məsuliyyətin yaranma faktı yekun inzibati tənbeh vermə barədə qərarla təsdiq olunmadığından, sığorta təşkilatı tərəfindən haqlı olaraq N.Musayevin iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilməmiş və bu əsasla sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyi ilə inzibati xətalara dair qanunvericiliyin vəzifələrinin eyniliyinə baxmayaraq, Cinayət Məcəlləsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması (Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələri) cinayətini törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə cinayət məsuliyyətindən azad olunmasına imkan verdiyi halda, İnzibati Xətalar Məcəlləsi həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə (İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi) inzibati məsuliyyətdən azad olunmağın belə əsasını nəzərdə tutmamışdır. Göründüyü kimi, cinayət və inzibati-delikt qanunvericiliklərinin qeyd olunan müddəalarının sistemləşdirilmiş uyğunluğuna baxmayaraq, barışıq imkanı ilə əlaqədar məsələ fərqli şəkildə həll olunur. X14 eyni zamanda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsində təqsirkar sürücü Nurlan Musayevin inzibati məsuliyyətə cəlb edilmədiyi halda zərərçəkənlərə dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsi barədə sığorta təşkilatı tərəfindən qəbul ediləcək qərar Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum Qərarında formalaşan hüquqi mövqeyə zidd olacaqdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, yol-nəqliyyat hadisəsində təqsirkar X1 barəsində başlanılmış cinayət təqibinə xitam verilməsinin hüquqi əsası həmin hadisə nəticəsində zərərçəkmiş şəxslərlə onun barışması və zərərçəkənlərə vurulmuş maddi ziyanın tam ödənilməsi olmuşdur. Yəni qanunvericilik yalnız təqsirləndirilən şəxs tərəfindən zərərçəkənlərə dəymiş maddi ziyanın tam ödənilmə zamanı onun cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutur. Mövcud halda məhz barışığın və ziyanın ödənilməsi halı istintaq orqanı tərəfindən müəyyən edildiyindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərə baxımından təqsirkar şəxs cinayət məsuliyyətindən azad edilmişdir. AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar başlanılmış cinayət işi üzrə Ağdaş rayon Polis Şöbəsinin İQ-da araşdırma aparılsa da, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən, araşdırma nəticəsində ziyanın tam ödənilməsi və barışığın əldə olunması müəyyən edildiyindən, həmin hal hazırki işə baxarkən qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından preyudisial əhəmiyyət kəsb edən sübut kimi qəbul edilməlidir. Bu səbəbdən məhkəmə yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxs – X5 məhkəməyə notarial qaydada təsdiqlənmiş nə avtomaşına dəyən ziyanın, nə zərərçəkmişlərin sağlamlığına dəyən ziyanın onun tərəfindən ödənilməməsi barədə ərizəsini mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda istintaq orqanına ziyanın ödənilməsi barədə hazırki iddiaçılar tərəfindən ərizələrin verilməsindən sonra ziyanın ödənilməməsi barədə sığorta təşkilatına, imtina edildikdən sonra isə məhkəməyə müraciət edilməsini məhkəmə məntiqli hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.7-ci maddəsinə əsasən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir. Göründüyü kimi qanunvericilik də dəymiş ziyanın təqsirli şəxs tərəfindən ödənilməsi halında sığorta təşkilatına sığorta ödənişinin verilməsindən imtina edilməsini nəzərdə tutur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə 6160 manat, sağlamlığa dəyən zərərə görə hər birinə 1000 manat olmaqla, cəmi 10160 manat sığorta ödənişi ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar