Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1271/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta müqaviləsi üzrə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta müqaviləsi üzrə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ona məxsus avtomaşına dəymiş ziyanın sığorta üzrə ödənilməli olan 5000 manat hissəsinin və dövlət rüsumu hesabına ödənilmiş 70 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: 22 avqust 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus «VAZ-21214» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşın «AVİA A-21F» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və ona məxsus avtomaşın yararsız vəziyyətə düşmüşdür. Hadisə yerinə gələn yol-patrul xidməti əməkdaşları hadisəni araşdırmış və hadisənin «AVİA A-21F» markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təqsiri üzündən baş verməsi müəyyən edilmiş, hər iki tərəfin izahatı alınmış, hadisənin sxemi yerində tərtib edilmiş və «AVİA A-21F» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü olan X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. «AVİA A-21F» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC-də icbari sığorta olunduğundan həmin sığorta şirkətinə məlumat verilmişdir. Hadisə ilə bağlı əvvəlcə ona 5000 manat məbləğində sığorta ödənişi həyata keçiriləcəyi bildirilmiş, lakin bir neçə ay sonra qarışıq və anlaşılmayan cümlələrlə ona sığorta ödənişindən imtina edilməsi barədə bildiriş göndərilmişdir. Həmin bildirişdə baş vermiş yol-nəqliyyat hadisəsi barədə absurd fikirlər qeyd edilmiş və sığorta ödənişinin həyata keçirilməməsi üçün bir növ bəhanələr gətirilmişdir. Belə ki, bildirişə əsaslansaq ona məxsus avtomaşın aşdıqdan sonra «AVİA A- 21F» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, onun idarə etdiyi avtomaşının sürəti artıq olmuş, yol-patrul xidmətinin inspektoru hadisəni düzgün dərk etməmiş, düzgün araşdırma aparmamış və düzgün protokol tərtib etməmişdir. Bəzi sığorta şirkətləri əməkdaşları tərəfindən bu cür nöqsanlara yol verilməsi elə həmin sığorta şirkətlərinin nüfuzuna xələl gətirilməsinə və sığorta bazarında vətəndaşların sığorta şirkətlərinə inamsızlığının yaranmasına gətirib. O, «İcbari Sığorta Bürosu»na məsələ ilə bağlı müraciət etmiş, oradan isə məsələnin araşdırılacağı bildirilmiş, daha sonra isə müraciətinin Mərkəzi Banka yönləndirilməsi bildirilmiş, bugünədək heç bir cavab verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş, ekspert rəyi ilə razı olmadığını, ekspertizada müəyyən edilmiş qiymətlərin zavod dəyəri ilə hesablandığını, lakin həmin detalların mağazada 2 qat artıq qiymətə satıldığını bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etirazın dəlilləri: "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli, PSS********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “AVİA A-21F YÜK” markalı, 60BE206 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə gecə saat 01:00-da Tovuz- Qaralar yolunun 10-cu km-də, Bayramlı kənd ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi, həmin hadisə nəticəsində İddiaçı sahibliyində olan “VAZ 21214" markalı, 100K540 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsinə görə sığorta ödənişinin ödənilməsinə dair müraciət daxil olmuşdur. Məlumatı aldıqdan sonra cəmiyyətin əməkdaşı sığorta hadisələrini araşdıran mütəxəssis qəza komissarı hadisə yerinə getmiş, hadisənin baş vermə səbəblərini araşdırmış, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmiş, hadisə iştirakçılarından izahatlar almışdır. İddiaçının qanunsuz yolla sığorta ödənişi almaq üçün sığorta hadisəsi imitasiya etdiyi müəyyən olunduğundan hadisənin baş vermə səbəblərini daha dəqiq araşdırmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində 20 ildən çox işləmiş Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrindən qeydiyyatdan keçmiş müstəqil sığorta eksperti Bahadur Salmanovu ekspert rəyi verməsi üçün dəvət etmək etmişlər. Ekspert B.Salmanovun iştirakı ilə avtomobillərə yerində baxış keçirilmiş və hadisənin imitasiya edildiyi bir daha ekspert rəyi ilə təsdiqini tapmışdır. Belə ki, cəmiyyətə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 23 saylı "Yol nəqliyyat hadisələrinin hallarının tədqiqi” və “Nəqliyyat vasitələrinin üzərində və yolnəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi" haqqında ekspert rəyində hadisənin baş vermə səbəbləri təfərrüatı ilə açıqlanaraq qeyd edilmişdir ki, “1. Mövcud hadisə 22 avqust 2021-ci il tarixdə, saat 01:00 radələrində, Tovuz-Qaralar yolunun 10-cu km-də, Bayramlı kənd ərazisində baş vermişdir (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 18 oktyabr 2021-ci il tarixli müraciət). 2. Hadisə yerinin yol şəraiti: Tovuz istiqamətində hadisə baş verən yerə çatmamış yol sağa tərəf döngəlidir. Həmin döngəni keçdikdən sonra hadisənin baş verdiyi rabitə dirəyinə kimi olan məsafədə yol düzdür. Yolda hərəkət ikitərəflidir. Yolun hərəkət hissəsinin eni 6.8 metrdir. Yolun sağ və sol tərəfində torpaqçınqıl örtüklü yol çiyni (ehtiyat hissə) vardır. Hadisə yerində Tovuz istiqamətində yolun sağ çiynində rabitə dirəyi vardır. Hadisə sutkanın qaranlıq vaxtı baş vermişdir (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 18 oktyabr 2021-ci il tarixli müraciət və hadisə yerinin sxemi). 3. Sürücü K.M.Əşrəfov izahatında göstərmişdir ki, idarə etdiyi Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Qaralar yolunun 10-cu km-də, Bayramlı kəndi ərazisində üzü Əsrik Cırdaxan kəndi istiqamətində hərəkət edən zaman Bayramlı kəndində olan sərt döngəyə çatmamış yolun sağ istiqamətindən iri buynuzlu (inək) heyvanı qəflətən getdiyi hərəkət zolağına çıxdığı üçün sola çəkərək qarşı hərəkət zolağına keçən vaxtı Qaralar kəndi istiqamətindən üzü Tovuz rayonu istiqamətində sürətlə gələn VAZ-21214 markalı avtomobili sol tərəfindən vurmuş və VAZ-21214 markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun sol tərəfində olan rabitə dirəyinə dəyib aşmışdır (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 18 oktyabr 2021-ci il tarixli müraciət və K.M.Əşrəfovun Tovuz rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru Zaur Məmmədova verdiyi xx.xx.2021-ci il tarixli izahatı). 4. Sürücü İddiaçı izahatında göstərmişdir ki, idarə etdiyi VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Aşağı Quşçu kəndi istiqamətində hərəkətdə olduğu zaman Bayramlı kəndində olan sərt döngəni keçdiyi vaxt əks istiqamətdə hərəkətdə olan Avia A-21F markalı avtomobil qəflətən onun hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobilin sol tərəfindən vuran kimi idarəetməni itirmiş və avtomobili saxlaya bilməyərək yolun sağ tərəfində olan rabitə dirəyinə dəyib aşmışdır (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 18 oktyabr 2021-ci il tarixli müraciət və İddiaçı Tovuz rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru Zaur Məmmədova verdiyi xx.xx.2021-ci il tarixli izahatı). Toqquşma VAZ-21214 markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından 2 metr aralı məsafədə baş vermişdir (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 18 oktyabr 2021-ci il tarixli müraciət və hadisə yerinin sxemi). 5. VAZ-21214 markalı avtomobilin sürücüsü İddiaçı xx.xx.2021-ci il tarixdə avtomobillərə keçirilən baxış zamanı göstərmişdir ki, hadisə vaxtı VAZ 21214 markalı avtomobilin hərəkət sürəti 90-110 km/saat olmuşdur (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 18 oktyabr 2021-ci il tarixli müraciət). 6. Avia A-21F markalı avtomobilin sürücüsü K.M.Əşrəfov xx.xx.2021-ci il tarixdə avtomobillərə keçirilən baxış zamanı göstərmişdir ki, hadisə vaxtı Avia A-21F markalı avtomobili 50 km/saat sürətlə hərəkət etdirərkən, yoluna çıxmış heyvanları 3-5 metr məsafədən görərək sükanı sola burub idarə etdiyi avtomobili qarşı hərəkət zolağına çıxartmış və əks istiqamətdə gələn VAZ-21214 markalı avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 18 oktyabr 2021-ci il tarixli müraciət). Yuxarıda aparılmış trasoloji tədqiqata əsasən VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində əvvəlcə aşmaya xarakterik maili istiqamətlənmiş izlərin, daha sonra isə Avia A- 21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmadan yaranmağa xarakterik düzünə istiqamətlənmiş xətvari sürtünmə izlərinin yaranması izah edir ki, VAZ- 21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlcə dirəklə toqquşaraq aşmış və bundan sonra həmin avtomobilin sol yan tərəfi ilə Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin kiçik bucaq altında sürtünmə xarakterli toqquşması baş vermişdir. Halbuki, dirəyə dəydikdən sonra VAZ-21214 markalı avtomobil aşmış vəziyyətdə asfaltın üzərində qaldığından, həmin vəziyyətdə onun sol yan tərəfi ilə toqquşmanın baş verməsi də mümkün deyildir. Digər tərəfdən əgər Avia A-21F markalı avtomobil sürücülərin göstərdiyi kimi-yaxın məsafədən sola çıxmış olsaydı, bu halda toqquşma daha böyük bucaq altında baş verməli və bu zaman VAZ-21214 markalı avtomobilin sol tərəfində sürtünmə xarakterli izlər deyil, soldan sağa istiqamətlənmiş dərin ölçülü zədələr yaranmalı idi. Bu faktlar da hər iki sürücünün göstərdiyi hadisə mexanizmi ilə, yəni Avia A-21F markalı avtomobilin hərəkəti zamanı yolun soluna çıxaraq əks istiqamətdə hərəkətdə olan VAZ-21214 markalı avtomobillə toqquşması və bundan sonra VAZ-21214 markalı avtomobilin yolun sağ tərəfində olan rabitə dirəyinə dəyib aşması mexanizmi ilə ziddiyyət təşkil edir və həmin hadisə mexanizmi reallığa uyğun deyildir. Ona görə də qeyd olunan düzünə istiqamətlənmiş xətvari sürtünmə-cızılma izləri mövcud hadisədən sonra, yəni VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil dirəyə dəyib asfaltın üzərinə aşdıqdan sonra, həmin avtomobil təkərləri üstə qaldırılıb Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin sol tərəfinin VAZ-21214 markalı avtomobilin sol yan tərəfinə sürtülməklə yaradılmışdır. Aparılmış hesabatdan məlum olur ki, Avia A-21F markalı avtomobilin sürücü K.M.Əşrəfovun hərəkət zolağına çıxmış heyvanları gördüyü 3-5 metr məsafəni 50 km/saat sürətlə qət etmə müddəti 0,2:0,4 saniyədir. Həmin müddət sürücünün minimum reaksiya vaxtından (0,6 san.) xeyli kiçik olduğundan, sürücü K.M.Əşrəfovun hərəkət zolağına çıxmış heyvanları gördüyü andan həmin heyvanlara çatana kimi keçən müddət ərzində hər hansı tədbir görmək, o cümlədən avtomobilin hərəkət istiqamətini sola dəyişdirmək qeyri-mümkündür. Ona görə də həmin vəziyyətdə sürücü K.M.Əşrəfov hərəkət zolağına çıxmış heyvanları avtomobillə vurmalı idi. Lakin belə bir faktın mövcud olmaması, həmçinin trasoloji tədqiqatın nəticələri nəzərə alınmaqla, sürücü K.M.Əşrəfovun göstərdiyi hadisə mexanizmi realığa uyğun deyildir. Yəni VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil dirəyə dəyib asfaltın üzərinə aşması Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti (həmin nəqliyyat vasitələrinin kontaktı) ilə əlaqədar olmamışdır. Ona görə də qeyd olunan hadisə mexanizmi üzrə sürücü K.M.Əşrəfovun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri tədqiq olunmur. Sürücü İddiaçı izahatında göstərmişdir ki, idarə etdiyi VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Aşağı Quşçu kəndi istiqamətində hərəkətdə olduğu zaman Bayramlı kəndində olan sərt döngəni keçdiyi vaxt əks istiqamətdə hərəkətdə olan Avia A- 21F markalı avtomobil qəflətən onun hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobilin sol tərəfindən vuran kimi idarəetməni itirmiş və avtomobili saxlaya bilməyərək yolun sağ tərəfində olan rabitə dirəyinə dəyib aşmışdır. Hadisə yerinin sxeminə əsasən toqquşma VAZ-21214 markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından 2 metr aralı məsafədə baş vermişdir. Sürücü İddiaçı xx.xx.2021-ci il tarixdə avtomobillərə keçirilən baxış zamanı göstərmişdir ki, hadisə vaxtı VAZ-21214 markalı avtomobili 90-110 km/saat sürətlə idarə etmişdir. Yuxarıda aparılmış trasoloji tədqiqata əsasən sürücü İddiaçı göstərdiyi hadisə mexanizmi realığa uyğun olmamışdır. Yəni VAZ- 21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil dirəyə dəyib asfaltın üzərinə aşması Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti (həmin nəqliyyat vasitələrinin kontaktı) ilə əlaqədar olmamışdır. Ona görə də VAZ-21214 markalı avtomobilin yoldan kənara çıxması sürücü İddiaçı öz hərəkətləri ilə əlaqədar olmuşdur. Göstərilən vəziyyətdə sürücü İddiaçı VAZ-21214 markalı avtomobili yol şəraitinə, görünüş məsafəsinə uyğun elə sürətlə idarə etməli idi ki, lazım olduqda həmin görünüş məsafəsi daxilində avtomobilin dayandırılması və onun təhlükəsiz idarə olunması ilə əlaqədar digər əməliyyatların yerinə yetirilməsi mümkün olsun. Sürücü İddiaçı diqqətini daim dəyişməkdə olan yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmamalı, sükan vasitəsi ilə avtomobilin yoldan kənara doğru istiqamətlənməsinin, avtomobilin hərəkət zolağından kənara çıxmasının qarşısını vaxtında almalı idi. Həmçinin sürücü İddiaçı hərəkətin təhlükəsizliyini təmin etməyən manevr hərəkətlərinə də yol verməməli idi. Sürücü İddiaçı hərəkəti üçün ani anda, qəflətən (gözlənilmədən) təhlükə, maneəçilik yaranmadığından, yəni hadisə zamanı yolda heç bir maneə olmadığından, VAZ-21214 markalı avtomobilin yoldan kənara çıxmaqla hadisənin baş verməsi sürücü İddiaçı öz hərəkətləri (avtomobili yüksək sürətlə idarə etməsi, diqqətini yol şəraitindən ayırmaqla təhlükəsizliyə-təmin edən əməliyatları vaxtında yerinə yetirməməsi, hərəkətsizliyi) ilə əlaqədar olmuşdur. Ona görə də onun hərəkətlərində “Yol-hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qeyd olunur ki, “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndi hərəkətin təhlükəsizliyini təmin etməyən bütün halları, o cümlədən hərəkət zamanı diqqətini yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmağı, avtomobili təhlükəli şəkildə idarə etməyi sürücülərə qadağan edir. Göstərilən vəziyyətdə sürücü İddiaçı “Yolhərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərinə riayət etməklə, yəni hərəkət zamanı diqqətini yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamaqla və lazımi idarə olunma əməliyyatlarını vaxtında və düzgün yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə zamanı sürücü İddiaçı VAZ-21214 markalı avtomobili yaşayış məntəqəsində icazəveriləndən (60 km/saat-dan) yüksək, yəni 90-110 km/saat sürətlə idarə etmiş və bununla da onun hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur”. Cəmiyyət tərəfindən hadisənin imitasiya edilməsi və sığorta hadisəsi hesab edilməməsi səbəbindən İddiaçı “sığorta ödənişinin ödənilməsindən imtina edilməsi barədə” 21 oktyabr 2022-ci il tarixli, 21/745/1 saylı məktub göndərilmişdir. Göründüyü kimi araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən avtomobillərin iştirakı ilə baş vermiş hadisənin imitasiya edilmiş yol-nəqliyyat hadisəsi olduğu, yəni VAZ- 21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin dirəyə dəyib asfaltın üzərinə aşması Avia A- 21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti (həmin nəqliyyat vasitələrinin kontaktı) ilə əlaqədar olmadığı xüsusi biliyə malik olan müstəqil sığorta eksperti (ekspert B.Salmanovun sığorta eksperti kimi reyestrdən qeydiyyatdan keçməsini təsdiq edən link: https://www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillaryinsurance-and-independent-experts) tərəfindən müəyyən olunduğundan müvafiq hal sığorta hadisəsi hesab edilməmiş və cəmiyyətin İddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır. Beləliklə, xx.xx.2021-ci il tarixdə gecə saat 01:00-da Tovuz-Qaralar yolunun 10-cu km-də, Bayramlı kənd ərazisində baş vermiş müvafiq hal sığorta hadisəsi hesab edilmədiyi üçün “VAZ21214” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı cəmiyyətin heç bir öhdəliyi yaranmadığından İddiaçı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının Cəmiyyətə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və hadisənin imitasiya edildiyini bildirərərk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 21 oktyabr 2021-ci il tarixli 23 saylı rəyindən görünür ki, VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfindəki şaquli formalı zədə onun rabitə dirəyi ilə toqquşmasından yaranmağa xarakterikdir. Avtomobilin dam hissəsinin əzilməsi, həmin sahədə və sol yan tərəfdə olan maili istiqamətlənmiş sürtünmə izləri avtomobilin aşmasi zamanı yaranmasına xarakterikdir. VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfində olan düzünə istiqamətlənmiş xətvari sürtünmə-cızılma izləri isə Avia A-21E markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə kiçik bucaq altında toqquşmadan yaranmağa xarakterikdir. VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində əvvəlcə aşmaya xarakterik maili istiqamətlənmiş izlər, daha sonra isə Avia A-21E markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmadan yaranmağa xarakterik düzünə istiqamətlənmiş xətvari sürtünmə izləri yaranmışdır. Bu da hər iki sürücünün göstərdiyi hadisə mexanizmi ilə. yəni Avia A-21F markalı avtomobilin hərəkət zamanı yolun soluna çıxaraq əks istiqamətdə hərəkətdə olan VAZ-21214 markalı avtomobillə toqquşması və bundan sonra VAZ-21214 avtomobilin yolun sağ tərəfində olan rabitə dirəyinə dəyib aşması mexanizmi ilə ziddiyyət təşkil edir və həmin hadisə mexanizmi reallığa uyğun deyildir. Avia A-21F markalı avtomobillə kiçik bucaq altında toqquşmadan yaranmağa xarakterik olan düzünə istiqamətlənmiş xəlvari sürtünmə-cızılma izləri, VAZ- 21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil dirəyə dəyib asfaltın üzərinə aşdıqdan sonra, həmin avtomobil təkərləri üstə qaldırılıb Avia A-21F markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin sol tərəfinin VAZ-21214 markalı avtomobilin sol yan tərəfinə sürtülməklə yaradılmışdır. Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 göstərdiyi hadisə mexanizmi realığa uyğun deyildir. Yəni VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin dirəyə dəyib asfaltın üzərinə aşması Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti (həmin nəqliyyat vasitələrinin kontaktı) ilə əlaqədar olmamışdır. Ona görə də qeyd olunan hadisə mexanizmi üzrə sürücü K.M.Əşrəfovun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri tədqiq olunmur. VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İddiaçı VAZ-21214 markalı avtomobili yaşayış məntqəsində icazəveriləndən (60 km/saat-dan) yüksək (90-110 km/saal) sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - X1 izahatından görünür ki, idarə etdiyi Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Qaralar yolunun 10-cu km-də, Bayramlı kəndi ərazisində üzü Əsrik Cırdaxan kəndi istiqamətində hərəkət edən zaman Bayramlı kəndində olan sərt döngəyə çatmamış yolun sağ istiqamətindən iri buynuzlu (inək) heyvanı qəflətən getdiyi hərəkət zolağına çıxdığı üçün sola çəkərək qarşı hərəkət zolağına keçən vaxtı Qaralar kəndi istiqamətindən üzü Tovuz rayonu istiqamətində sürətlə gələn VAZ-21214 markalı avtomobili sol tərəfindən vurmuş və VAZ-21214 markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun sol tərəfində olan rabitə dirəyinə dəyib aşmışdır. - Sürücü İddiaçı izahatından görünür ki, idarə etdiyi VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Aşağı Quşçu kəndi istiqamətində hərəkətdə olduğu zaman Bayramlı kəndində olan sərt döngəni keçdiyi vaxt əks istiqamətdə hərəkətdə olan Avia A-21F markalı avtomobil qəflətən onun hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobilin sol tərəfindən vuran kimi idarəetməni itirmiş və avtomobili saxlaya bilməyərək yolun sağ tərəfində olan rabitə dirəyinə dəyib aşmışdır. - Hadisə yerinin sxemindən görünür ki, toqquşma VAZ-21214 markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından 2 metr aralı məsafədə baş vermişdir. - xx.xx.2021-ci il tarixli AP ******* saylı İnzibati xəta haqqında protokoldan və TP ******* saylı İnzibati tənbehvermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə və 327.2. əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozmağa görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı göndərilmiş “sığorta ödənişinin ödənilməsindən imtina edilməsi barədə” 21 oktyabr 2022-ci il tarixli, 21/745/1 saylı məktubdan görünür ki, iş materiallarında olan Sığorta ödənişindən imtinaya dair bildirişdən görünür ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq və ya bu məqsədlə ekspert dəvət etmək sığortaçının hüququdur. Cəmiyyət sözügedən yol-nəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmış, hadisəyə səbəb olmuş əmlaka baxış keçirmiş, hadisə iştirakçılarından videogörüntü ilə izahat almış və hadisəni araşdırıb qiymət vermək üçün məhkəmə vol-nəqliyyat hadisələri üzrə ekspert dəvət etmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertin cəmiyyətə təqdim etdiyi xx.xx.2021-ci il tarixli 23 saylı "Yol nəqliyyat hadisələrinin hallarının tədqiqi” və “Nəqliyyat vasitələrinin üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi" haqqında ekspert rəyində hadisənin baş vermə səbəbləri təfərrüatı ilə açıqlanaraq qeyd edilmişdir ki, “1. Mövcud hadisə 22 avqust 2021-ci il tarixdə, saat 01:00 radələrində, Tovuz-Qaralar yolunun 10-cu km-də, Bayramlı kənd ərazisində baş vermişdir (məlumatın mənbəyi: ekspertizanın təyin edilməsi haqqında 18 oktyabr 2021-ci il tarixli müraciət). 2. Hadisə yerinin yol şəraiti: Tovuz istiqamətində hadisə baş verən yerə çatmamış yol sağa tərəf döngəlidir. Həmin döngəni keçdikdən sonra hadisənin baş verdiyi rabitə dirəyinə kimi olan məsafədə yol düzdür. Yolda hərəkət ikitərəflidir. xx.xx.2021-ci il tarixli 23 saylı "yolnəqliyyat hadisələrinin hallarının tədqiqi", “Nəqliyyat vasitələrinin üzərində və yol nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi”nə dair ekspert rəyindən görunür ki, ekspertizanın təyini haqqında müraciətdə göstərilən məlumatlara və nəqliyyat vasitələrinin üzərində olan zədələrə görə aparılan nəqliyyat-trasoloji tədqiqata əsasən VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində əvvəlcə aşmaya xarakterik maili istiqamətlənmiş izlər, daha ən sonra isə Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmadan yaranmağa xarakterik düzünə istiqamətlənmiş xətvarı sürtünmə izləri yaranmışdır. Bu da hər iki sürücünün göstərdiyi hadisə mexanizmi ilə, yəni Avia A-21F markalı avtomobilin hərəkət zamanı yolun soluna çıxaraq əks istiqamətdə hərəkətdə olan VAZ-21214 markalı avtomobilin yolun sağ tərəfində olan rabitə dirəyinə dəyib aşması mexanizmi ilə ziddiyyət təşkil edir və həmin hadisə mexanizmi reallığa uyğun deyildir. Avia A-21F markalı avtomobillə kiçik bucaq altında toqquşmadan yaranmağa xarakterik olan düzün, istiqamətlənmiş xətvarı sürtünmə-cızılma izləri, VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil dirəyə dəyib asfaltın üzərinə aşdıqdan sonra, həmin avtomobil təkərləri üstə qaldırılıb Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin sol tərəfinin VAZ-21214 markalı avtomobilin sol yan tərəfinə sürtülməklə yaradılmışdır. VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İddiaçı VAZ-21214 markalı avtomobili yaşayış məntəqəsində icazə veriləndən (60 km/saat-dan) yüksək (90-110 km/saat) sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Göründüyü kimi araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən avtomobillərin iştirakı ilə baş vermiş hadisənin imitasiya edilmiş yol-nəqliyyat hadisəsi olduğu, yəni VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin dirəyə dəyib asfaltın üzərinə aşması Avia A-21F markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti (həmin nəqliyyat vasitələrinin kontaktı) ilə əlaqədar olmadığından Avia A- 21Fmarkalı avtomobillə kiçik bucaq altında toqquşmadan yaranmağa xarakterik olan düzünə istiqamətlənmiş xətvari sürtünmə-cızılma izlərinin VAZ-21214 markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil dirəyə dəyib aslalt üzərinə aşdıqdan sonra, həmin avtomobil təkərləri üstə qaldırılıb Avia A-21F markalı ** BF *** dövləl qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin sol tərəfinin VAZ-21214 markalı avtomobilin sol yan tərəfinə sürtülməklə yaradıldığı və onun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu müəyyən olunduğundan müvafiq hal sığorta hadisəsi hesab edilmir və Cəmiyyətin onun qarşısında heç bir öhdəliyi yaranmamışdır. Baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyi üçün həmin hadisə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Cəmiyyətin heç bir öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsi mümkün deyildir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Yekun Aktından görünür ki, “Vaz 2121” NİVA markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir prosesində əvəz olunmalı hissələr və onların dəyəri 1034 manat, təmir prosesində işçi personalı üçün 1480 manat olmaqla, cəmi 2514 manat məbləğində xərc müəyyən edilmişdir. - Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin məhkəmənin sorğusuna cavabından görünür ki, xx.xx.2023-cü il tarixli “Vaz 21214” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin qeydə alınıbalınmaması ilə bağlı məlumatın verilməsi barədə müraciətə baxılmışdır. xx.xx.2021-ci il tarixdə vətəndaş İddiaçı idarə etdiyi və özünə məxsus “Vaz 21214” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Tovuz-Qaralar yolunun 10-cu kilometrliyində, Bayramlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsinə dair məlumat DİN-in Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli 9/6641 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı "Vaz 2121” Niva markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2514,0 manat müəyyən edilir. - "xxxx" ASC-nin icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair çıxarışdan görünür ki, Avia A-21F markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı idarə etdiyi “Vaz 21214” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X3 idarə etdiyi Avia A-21F markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə İddiaçı idarə etdiyi “Vaz 21214” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə və 327.2- əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozmağa görə təqsirli bilinmiş və 60 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Avia A-21F markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta olunmuşdur. İddiaçı idarə etdiyi “Vaz 21214” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmiş və "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmamış və iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci bəndinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Göstərilən qanunvericilik aktı normalarının tələbindən də görünür ki, sığorta hadisəsi baş verdiyi halda (dəymiş zərər müəyyən edilməklə) sığortaçı tərəfindən sığorta ödənişinin zərərçəkmiş şəxsə, eləcə də faydalanan şəxsə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla İddiaçı idarə etdiyi “Vaz 21214” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22 avqust 2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində iştirak etməsi və nəticədə ona zərər dəyməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin məhkəmənin sorğusuna cavabından görünür ki, xx.xx.2023-cü il tarixli “Vaz 21214” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin qeydə alınıb-alınmaması ilə bağlı məlumatın verilməsi barədə müraciətə baxılmışdır. xx.xx.2021-ci il tarixdə vətəndaş İddiaçı idarə etdiyi və özünə məxsus “Vaz 21214” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Tovuz-Qaralar yolunun 10-cu kilometrliyində, Bayramlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsinə dair məlumat DİN-in Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində qeydə alınmışdır. Həmçinin müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə və 327.2- əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozmağa görə təqsirli bilinmiş və 60 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh tərəf isə etirazında “hadisənin imitasiya edilməsi və sığorta hadisəsi hesab edilməməsi” ilə bağlı göstərilən halları təsdiq edən heç bir mötəbər və tutarlı sübut növü məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən mübahisələndirilən digər bir hal dəymiş zərərin həcmi ilə bağlıdır ki, məhkəmə "Vaz 2121” Niva markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı mübahisənin obyektiv həlli baxımından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(009)-1271/2023 saylı qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2023-cü il tarixli 9/6641 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı "Vaz 2121” Niva markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2514,0 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2023-cü il tarixli 9/6641 saylı rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. İddiaçı cavabdehdən dəymiş zərərin əvəzi olaraq 5000 manat tutulmasını tələb etsə də, məhkəmə dəymiş zərərin həcmini ekspert rəyində göstərilən həcmdə müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 2514 (iki min beş yüz on dörd) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 25 (iyirmi beş) manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2514 (iki min beş yüz on dörd) manat məbləğində sığorta ödənişi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2514 (iki min beş yüz on dörd) manat məbləğində sığorta ödənişi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1271/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1271/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver