Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1280/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh və X1rşı «mənzilə olan istifadə hüquqlarına xitam verilmə və evdən çıxarılma» tələbi barədə iddiasına dair mülki işə Bakı şəhərində tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onun yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki,ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsiiddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh onun rəsmi nikahdan olan oğludur. Cavabdeh onu və qızını incidir və bir sıra problemlər yaradır. Odur ki, cavabdehin sözügedən mənzildə yaşaması iddiaçının mənafelərinə uyğun gəlmir. Sonradan iddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onun yaşayış sahəsindən çıxarılması və cavabdeh X2 ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki,anası və atası 1988-ci il tarixində rəsmi nikahda olmuş və həmin nikahdan o və bacısı X6 doğulmuşdur. 2004- cü ildə onların rəsmi nikahları pozulmuş, cavabdehin məhkəmə qətnaməsi ilə atasının himayəsində qalmağı müəyyən edilmişdir. 2006-cı ildən 2018-ci ilə kimi onun Rusiya Federasiyasında qaldığını və sonra Azərbaycana qayıtdıqdan sonra guya qeydiyyat ünvanı olmadığı üçün yuxarıda göstərilən, anasının adına olan yaşayış evinə qeydiyyata alındığı iddia edilir. Halbuki onun 2006cı ildə qeydiyyatı olmuşdur, oxumaq üçün Rusiya Federasiyasına getmiş, orada ali təhsil aldıqdan sonra Azərbaycanda həmin ünvanda yaşayaraq periodik olaraq müəyyən fasilələrlə Voronej şəhərində yaşamışdır. Atası ilə anasının boşanmasına baxmayaraq onlar bir ailə kimi daima bir yerdə olmuş və hər zaman anasına və bacısına pul vəsaiti göndərərək onlara maddi dəstək göstərmişdir. Hətta evin cari təmirini də özü etdirmişdir. Bakı səhərində olduğu dövrdə də onlara pul vəsaiti ilə daim dəstək olmuşdur. İddiaçı bildirir ki, “guya” aralarında olan danışıqlara görə o cavabdehə 9900 AZN, 7-ci mikrorayon Xarici Dairəvi küçəsi, 22 saylı binanın tinində 30 kv.m olan torpaq sahəsini və eləcə də bacısının vasitəsilə 15700 ABŞ dolları və sonradan 4000 ABŞ dolları toplam olaraq 19700 ABŞ dolları ona həmin göstərilən ünvandan qeydiyyatdan çıxmaq üçün kompensasiya əvəzi və eləcə də nənəsinə məxsus olan Quba rayonu Təngialtı kəndində yerləşən 18 sot torpaq sahəsi, ümumi sahəsi 229, 20 kv.m, yaşayış sahəsi 99,6 kv.m olan, köməkçi sahəsi 129, 6 kv.m olan fərdi yaşayış evini “mən onu bezdirdiyimə görə” ona hədiyyə etmişdir. Bunlar hamısı guya cavabdehin qeydiyyatda olduğu ünvandan çıxmağı üçün kompensasiya edilmişdir. Bildirmək istəyir ki, anası tərəfindən ona qarşı qaldırılmış iddia heç bir həqiqətə uyğun deyildir. Bildirmək istəyir ki, atası ilə anasının birgə nikah dövründə valideynlərinin ünvan 2 ünvanda atasının şəxsi vəsaiti hesabına 1-ci mərtəbədə atasının adına 3 otaq, ana nənəsi X4 adına isə yenə də atasının vəsaiti hesabına 2 otaqlı mənzil alınmışdır və hər iki mənzil birləşdirilərək, həmin mənzildə onlar bir ailə kimi yaşamışdırlar. Atamaı həmin dövrdə vəkillik fəaliyyəti ilə məşğul olsa da, həm də “İstintaq” qəzetinin təsisçisi və baş redaktoru kimi çalışırdı. Anası isə yaxınlıqda olan Xalq artisti Zeynəb Xanlarovaya aid aptekdə adi satıcı işləməklə bərabər, onların ailə işlərinə baxmış, bəzi hallarda isə heç gecələr də evə gəlməmişdir. Onları uşaqlıqdan nənəsi saxlamışdır. Bu da ailədə atası ilə anası arasında çox gərgin mübahisələrə səbəb olub. Həmin mübahisələr onların köhnə qonşularının hamısının gözü qarşısında olduğu üçün bunu onlar da təsdiq edə bilər. 2004-cü ildə atası ilə anası rəsmi nikahdan ayrıldığı vaxtı anasının bəzi əxlaqa sığmayan hərəkətlərindən atası duyuq düşdüyü üçün cavabdehi onun yanında deyil, öz himayəsində saxlamaq üçün məhkəmədə iddia qaldırmış, həmin məhkəmədə cavabdeh də atası ilə qalmağını bildirdiyi üçün məhkəmə də həmin iddianı təmin etmişdir. Mübahisəyə səbəb olan, atası tərəfindən nənəsinin adına alınmış 2 otaqlı mənzil satılaraq nənəsinə ayrılıqda Keşlə qəsəbəsində mənzil alındı ki, həmin mənzili də sonralar nənəsi başqa nəvəsinə “bağışlayaraq” yenə bu günkü günə qədər onlarla qalmağa üstünlük verdi. Həmin satışdan əldə olunan pul vəsaiti ilə atası və anası ümumi razılığa gələrək yuxarıda göstərilən ünvanda xalasının adına 6 sot torpaq alaraq orada tikinti işlərinə başladılar.(Xalası neytral qadın olduğu üçün sənədlər anamsının adına deyil, onun adına rəsmiləşdirildi ki, anası həmin torpağı nə girov qoya, nə də sata bilməsin) Valideynləri rəsmi məhkəmə qətnaməsi ilə boşansalar da, bir müddət atasının adına olan 3 otaqlı mənzildə nənəsilə birlikdə yaşamağı davam etdirirdilər. Cavabdeh isə həmin gördüyü mübahisələrə, məhkəmələrə, dedi-qodulara görə onlara etiraz əlaməti olaraq xalası Natellanın və ya başqa qohumlarının evində qalmalı olurdu. 2006-cı ildə atasının barəsində qaldırılmış cinayət işi ilə istintaq gedən dövrdə atası tərəfindən anasına verilmiş baş etibarnamə ilə anası atasının adına olan həmin evi də sataraq müəyyən hissəsini atamsının işi üçün, yerdə qalan məbləği isə yarımçıq qalmış evin tikintisinə qoyacağını bildirdi. 2007-ci ilin yay aylarında atası istintaqdan tam azad olduqdan sonra xalamızsının adına aldıqları Badamdar qəsəbəsindəki 6 sot torpaq sahəsində olan evin tikintisini və təmirini tam başa çatdırdılar və həmin ildən də cavabdeh ailəsilə birlikdə göstərilən ünvanda qeydiyyata düşdü. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili məhkəmədə iddianı müdafiə edib, iddia tələbinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Az. Resp. MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2013-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 4333 nömrəli vərəqində qediyyat aparılmışdır. Badamdar qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh 1990-cı il təvəllüdlü Cavabdeh ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsində 2011-ci il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya ühədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Quba rayonu, Təngəaltı kəndində yerləşən ümumi sahəsi 229,20 kv m. yaşayış sahəsi olan fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında da göstərilmişdir ki,Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, sözügedən mənzil 2013-cü il tarixdən iddiaçının mülkiyyətindədir və iddiaçının oğlu olan cavabdeh 2011-ci il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdehin hazırda sözügedən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun sözügedən mənzilə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməli və o, yaşayış sahəsindən çıxarılmalıdır. İddia tələbinin digər cavabdeh O.Məmmədzadənin mənzildən çıxarılma hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətini yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin (arvadı) əri, habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi cavabdehin sözügedən mənzilə istifadə hüququ yaranmadığından iddiaçının tələbi bu hissədə təmin olunmalı və cavabdeh X5 ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbi qismən təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya aid ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «mənzilə olan istifadə hüquqlarına xitam verilmə və evdən çıxarılma» barədə iddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilsin və Cavabdeh ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsindən çıxarılsın. X5 ünvan 1 A ünvanında yerləşən yaşayış sahəsindən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1280/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1280/2020
20.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver