Məhkəmə qərarları › İş №2(009)-1286/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1286/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1286/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsində cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 kimi göstərmişdir. Lakin məhkəmə tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsilə cavabdeh hüquqi şəxs Cavabdeh MMC-nin hüquqi ünvanının ünvan 3əyyən edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin hüquqi ünvanının aid olduğu yer Səbail rayonu deyil, Yasamal rayonuna aiddir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından, onun məhkəmə icraatı mümkün deyil və bu səbəbdən geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının qaldırdığı tələbə ərazi aidiyyatı üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsində baxılmalı olmaması səbəbi ilə geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 114,263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi barədə iddia ərizəsinin icraata qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən imtina edilsin və iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyət qaydalarına riayət etməklə ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2023-cü il tarixdə ödənilmiş dövlət rüsumu – 100 (yüz) manat (ödəniş qəbzinin nömrəsi 2********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar