Məhkəmə qərarları › İş №2(009)-1303/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1303/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1303/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı Həsənov Nurəddı̇ n Surxay oğlunun, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Həsənov Nurəddı̇ n Surxay oğlunun Cavabdehnə qarşı «mənziin yüklülükdən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Həsənov Nurəddı̇ n Surxay oğlu Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, girov predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilinin yüklülükdən azad ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ABB-nin Xətai filialından 694 nömrəli 17 iyun 2008-ci il tarixli kredit müqaviləsinə əsasən, 1 il müddətinə faiz dərəcəsi 18 faiz olmaqla 30000 manat kredit götürmüşdür. Eyni zamanda öz yaşadığı mənzilinin tam mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı bank qarşısında girov qoymuşdur. Kredit öhdəliklərini lazımınca ödəmiş, müqavilədə qeyd olunmuş 30000 manat borc pul müqabilində bankın hesabına 43000 manat pul ödəmişdir. Müqavilə öhdəliyini tam yerinə yetirdikdən sonra girov predmeti olan mənzil çıxarışının ona geri qaytarılmasını tələb etdikdə cavabdeh ABB borcun 30000 manat deyil, 37000 manat olduğunu qeyd etmişdir. İddiaçı bildirir ki onun adından banka saxta ərizə ilə müraciət olunmuş və onun adına 7000 manat kredit borcuna dair əlavə kredit xətti üzrə pul ayrılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək müqavilədə qeyd olunmuş 30000 manat borc pul müqabilində bankın hesabına 43000 manat pul ödədiyini bildirmiş, iddianın əsaslı olduğu üçün təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, tərəflərin arasında bağlanan kredit müqaviləsi vardır, həmin kredit müqaviləsindən də görünür ki, iddiaçı 37000 manat məbləğində kredit götürmüşdür. Özünün imzası ilə ərizəsi də vardır, 37000 məbləği ödəyə bilmədiyi üçün yeni qrafikin verilməsi ilə bağlı. İddiaçı əsas məbləğ olaraq 30000 manat ödəmişdir. Əsas borc olan 42435 manat məbləğin 30000 manatını ödəmiş və qalan borc məbləği onlara keçmişdir. Hal-hazırda qalıq borcu 10911 manat təşkil edir. Bu səbəbdən də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir: İş materiallarında olan No 694 17 iyun 2008-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən xxxxn Xətai Filialı ilə borc alan İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, borcverən borcalana tikinti materiallarının alınması məqsədilə 37000 manat məbləğindəkredit verməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalana verilən kredit vəsaitindən istifadə müddəti 12 ay nəzərdə tutlmuşdur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına hər gün illik 18 %-lə hesablanır. İş materiallarında olan 03.06.2008-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona tikinti materiallarının alınması məqsədilə 12 ay müddətinə 37000 manat məbləğində kredit xəttinin açılmasını xahiş etmiş və X4 məxsus Bakı şəhəri Səbail rayonu Əlibəyov qardaşları küçəsində yerləşən 50 saylı evin 14 saylı mənzilini girov kimi təklif etmişdir. İş materiallarında olan No19-5/11822, 19.12.2017-ci il tarixli kredit reyestrinin çıxarışından görünür ki, kreditin verilmə tarixi 20.06.2008, ilkin müqavilə üzrə bitmə tarixi 19.6.2009, son müqavilə ilə bitmə tarixi 19.06.2009, tam ödənilmiş kreditlərin cəmi məbləği isə 30000 manat olmuşdur. İş materiallarında olan No 19-5/2552, 02.03.2018-ci il tarixli kredit reyestrindın çıxarışından görünür ki, borcalan haqqında Mərkəzi Kredit Reyestri Xidməti tərəfindən 19.12.2017 və 03.04.2017 tarixlərində 2 dəfə sorğu qəbul olunmuşdur. İş materiallarında olan ABB-nin No1187, 06.10.2020-ci il tarixli sorğu cavabından görünür ki , müştəri İddiaçı 20.06.2008-ci il tarixdə ABB Xətai filialından 30000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 03.06.2009-cu il tarixli ərizədən görünür ki, iddiaçı Həsənov Nurəddı̇ n Surxay oğlu kreditə yenidən ehtiyacı olduğu üçün 7000 manat vəsait ödəmək şərti ilə onun adına açılmış kredit xəttindən 30000 manat məbləğində kredit qalığının istifadə müddətinin 12 ay uzadılmasını xaiş etmişdir. İş materiallarında olan 07.02.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı Həsənov Nurəddı̇ n Surxay oğlu Cavabdeh MMC-yə qarşı mənzilin yüklülükdən çıxarılmasını tələb edir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin No 2(009)-1043, 17.03.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Həsənov Nurəddı̇ n Surxay oğlunun Cavabdeh MMC-yə qarşı mənzilin yüklülükdən çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2011-ci il tarixli, 2(102)-2165/2011 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 noyabr 2010-cu il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov, İş № 2(009)-3382/2010) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər İddiaçı və X6ma qarşı iddiası təmin edilərək, İddiaçı “xxxx” ASC-nin Xətai filialının xeyrinə 30000 manat əsas borc, 7915 manat faiz borcu, 4500 manat dəbbə pulu, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 42435 (qırx iki min dörd yüz otuz beş) manat borcun tutulması, tələbin ipoteka qoyulmş Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsindəki 50 saylı evin 14-cü mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə edilən pulun hesabına Həsənov X1 “xxxx” ASC-nin Xətai filialına olan borcun ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsindəki 50 saylı evin 14-cü mənzili açıq hərracda satıldıqdan sonra İddiaçı və X3 onlarla yaşayan ailə üzvləri ilə birlikdə bir aydan gec olmayaraq mənzili tərk etməsələr həmin mənzildən çıxarılmaları və onların həmin mənzilə hüquqlarına xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nm 25 fevral 2011-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Qurbanov, (sədrlik edən və məruzəçi) M.A.Məmmədov və M.A.Bağırova, İş № 2(103)- 1062/2011) Səbail rayon məhkəməsinin 13 noyabr 2010-cu il tarixli qətnaməsi qismən cavabdehlər İddiaçı və X3, onların ailə üzvlərinin ipoteka predmeti olan mənzilə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması hissəsi ləğv edilib, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək cavabdehlər İddiaçı və X3 ailə üzvləri ilə birlikdə ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 50 saylı evin 14-cü mənzilinə olan hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə iddia tələbləri rədd edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, ******************** saylı hesab nömrəsinə 22.10.2012-ci il tarixdə 1500 manat, 08.04.2013-cü il tarixdə 1000 manat, 15.11.2013-cü il tarixdə 2900 manat, 06.03.2012-ci il tarixdə 8000 manat, 14.05.2012-ci il tarixdə 3000 manat, 12.07.2012-ci il tarixdə 2000 manat, 17.07.2012-ci il tarixdə 1400 manat, 05.09.2011-ci il tarixdə 4000 manat, 10.11.2011-ci il tarixdə 3200 manat, 30.01.2012-ci il tarixdə 3100 manat, 06.02.2017-ci il tarixdə 150 manat, 17.03.2017-ci il tarixdə 150 manat, 26.07.2017-ci il tarixdə 100 manat pul ödənilmişdir. İş materiallarında olan 03.09.2019-cu il tarixli ******************** saylı hesabdan çıxarışdan görünür ki, 05.09.2011-ci il tarixdə 4000 manat, 10.11.2011-ci il tarixdə 3200 manat, 30.01.2012-ci il tarixdə 3100 manat, 06.03.2012-ci il tarixdə 8000 manat, 14.05.2012-ci il tarixdə 3000 manat, 12.07.2012-ci il tarixdə 2000 manat, 17.07.2012-ci il tarixdə 1400 manat, 22.10.2012-ci il tarixdə 1500 manat, 08.04.2013-cü il tarixdə 1000 manat, 15.11.2013-cü il tarixdə 2900 manat, 03.02.2014-cü il tarixdə 1000 manat, 06.02.2017-ci il tarixdə 150 manat, 17.03.2017-ci il tarixdə 150 manat, 26.07.2017-ci il tarixdə 100 manat pul ödənilmişdir. (cəmi 31500 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İcra haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İpoteka haqqında Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı bankın xeyrinə ümumilikdə 42435 (qırx iki min dörd yüz otuz beş) manat borcun tutulması və tələbin ipoteka qoyulmş Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsindəki 50 saylı evin 14-cü mənzilinə yönəldilməsi qət edilmişdir. İddiaçı borcun tam ödənilməsini qeyd etsə də, bu hal iş materiallarında öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid dilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar