Məhkəmə qərarları › İş №2(009)-1347/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1347/2023

21.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1347/2023 21.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ‘"Azərpoçt” MMC-nin ona ödəmədiyi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 46 ildir ki, poçt sistemində işləyir. 40 il isə ‘"Azərpoçt” MMC-nin X8 çalışıb. Qeyd etməyi zəruri hesab edir ki, poçtun müdiriyyəti tərəfindən 6 ildir ki, təzyiqlərə məruz qalır. Belə ki, onu 6 il öncə tutduğu vəzifədən azad etmiş və onun yerinə başqa bir şəxsi pul müqabilində işə götürmüşdür. Lakin onu qanunsuz olaraq əmək müqaviləsi olmadan işində saxlamışlar, müdiriyyət tərəfindən ona aylıq əmək haqqı ödənilmişdir. Müdiriyyət 2022-ci ildə 65 yaşı tamam olması səbəbindən ona ərizə yazmağını və işdən könüllü çıxmağını bildirdikdə, o 1 il ərzində ona vaxt verilməsini və bu işə çox ehtiyacı olduğunu bildirmişdir. O, isə israrla işdən çıxmağı tələb etdi. Daha sonra isə ona məlum olmuşdur ki, müdiriyyət tərəfindən qərəzli olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işinə xitam verilmişdir. İşlədiyi illər ərzində heç vaxt əmək və icra intizamını pozmamış, əmək funksiyasını və əmək müqaviləsindən irəli gələn bütün öhdəlikləri həmişə yerinə yetirmiş və heç vaxt intizam tənbehi almamışdır. Onu bu maddə ilə işindən azad etmələri ancaq ona qarşı qərəzli mövqedə olmalarını bir daha sübut edir. Bildirir ki, oğlu və ailəsi onun himayəsindədir. Oğlu illərdir ki, böyrək xəstəliyindən əziyyət çəkir və 7 dəfə əməliyyat olunmuşdur. Hal-hazırda bir böyrəklə yaşayır, səhhəti heç də ürək açan deyil. Oğlunun işləmə qabiliyyəti olmadığı üçün onun pensiyası ilə ailəni və iki azyaşlı nəvəsini güclə saxlayır. Oğlunun əməliyyatı ilə əlaqədar banklara kifayət qədər borcu yaranmışdır. Yoldaşı da illər öncə rəhmətə getmişdir. Bu səbəbdən də, qeyd edilənləri nəzərə alaraq, ödənilməmiş əmək haqqının ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq bildirmişdir ki, işdən azad olunma barədə xx.xx.2022- ci il tarixli əmrdə qeyd edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin üzərindən götürülməsi və 2022-ci ilin dekabr ayından 2023cü ilin iyul ayınadək hər ay 300 (üç yüz) manat olmaqla ümumilikdə 2400 (iki min dörd yüz) manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq bildirmişdir ki, işdən azad olunma barədə xx.xx.2022- ci il tarixli əmrin ləğv edilməsi və 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayınadək hər ay 300 (üç yüz) manat olmaqla ümumilikdə 2400 (iki min dörd yüz) manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən «Azərpoçt” MMCnın nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini və məhkəməyə etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbi üzrə ərizəsində əmək haqqının ödənilməməsi ilə bağlı hər hansı əsaslandırıcı sübut və ya yazılı izah təqdim etməmişdir. Məlum olduğu kimi qanunvericiliyə görə işçilərlə bağlanmış əmək müqavilələrini müvafiq qayda və əsaslarla ləğv etmək işəgötürənin hüququdur. Məlumat üçün bildirir ki, İddiaçı rabitə sahəsində ümumilikdə 40 il iş stajına malik olmaqla, xx.xx.2022-ci il tarixinə qədər X9 (PF) Müştəri Xidmətləri Şöbəsinin (MXŞ) əməliyyatçısı vəzifəsində çalışmışdır. Cavabdeh MMC-nin X7 daxil olmuş xx.xx.2022-ci il tarixli 103/900/28234-22 nömrəli məlumatda filialın Müştəri Xidmətləri Şöbəsinin (MXŞ) əməliyyatçısı İddiaçı uzun müddət üzürsüz səbəbdən iş buraxdığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsi qaldırılmışdır. Məlumatla bağlı aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, MXŞ-nin əməliyyatçısı İddiaçı cari ilin 14 noyabr 2022-ci il tarixindən işə çıxmır. Dəfələrlə filialın aidiyyəti əməkdaşı tərəfindən onunla telefonla danışıldıqdan və işə çıxması və ya çıxmamasının səbəbini göstərməsi barədə onun yaşadığı ünvana xx.xx.2022-ci il tarixində Ns AZ0900/********** nömrəli teleqram göndərilsə də, onun tərəfindən heç bir geri dönüş edilməmişdir. 18 noyabr 2022ci il tarixində filialda işçilərinin davamiyyətinin yoxlanılması zamanı İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə Akt tərtib edilmişdir. Əlavə olaraq İddiaçı 21 noyabr 2022-ci il tarixində iş yerinə gəlsə də, üzrsüz səbəbdən iş buraxmasının səbəbi barədə filiala heç bir sənəd və ya izahat verməmiş və bu barədə 21 noyabr 2022-ci il tarixində filial əməkdaşlarının imzası ilə təsdiq edilmiş Akt tərtib edilmişdir. Bərdə poçt filialı rəisi tərəfindən “02” dekabr 2022-ci il tarixində, N° AZ0900/********** nömrəli teleqramla xx.xx.2022-ci il tarixinə kimi işə çıxmamasının səbəbini göstərməsi ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim etməsi, əks halda barəsində qanunvericilik çərçivəsində hüquqi tədbirlərin görüləcəyi barədə yaşadığı ünvana teleqram göndərilmiş, lakin İddiaçı teleqramı almaqdan imtina etmişdir. Yekun olaraq, X8 işçilərin davamiyyəti ilə bağlı keçirilən yoxlama zamanı Müştəri Xidmətləri Şöbəsinin (MXŞ) əməliyyatçısı İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər işə gəlməməsi, bununla bağlı heç bir səbəb göstərməməsi və təsdiqedici sənəd təqdim etməməsi 13 dekabr 2022-ci il tarixində tərtib edilmiş Aktla öz təsdiqini edilmişdir. Əmək qanunvericiliyinin tələbinə əsasən 25 noyabr 2022-ci il tarixində Bərdə X3 İttifaqı Komitəsinə (HİK) İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına HİK tərəfindən münasibət bildirilməsi ilə bağlı müraciət ünvanlanmış və Bərdə X3 ittifaqı Komitəsi 29 noyabr 2022-ci il tarixli, Ne 2 nömrəli iclas protokolu ilə İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına etiraz etməmişdir.İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək, vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun işdən azad olunmasına hüquqi əsas yaratmışdır. Beləliklə, İddiaçı 14 noyabr 2022-ci il tarixindən hazırkı tarixə qədər üzrsüz səbəbdən işə gəlmədiyinin zəruri hüquqi sənədlərlə təsdiq edildiyini, əmək qanunvericiliyində (AR ƏM mad.72-nin “a” bəndi) üzrsüz səbəbdən işburaxma faktının əmək vəzifələrinin kobud şəkildə pozulması halı olduğunu və buna görə işəgötürənin təşəbbüsü ilə işçinin işdən azad olunmasına hüquqi əsas yaratdığı, həmçinin göstərilən işburaxma faktı barədə filialın Həmkarlar İttifaqı Komitəsinin müvafiq rəyi nəzərə alınaraq, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, Ə-4058/22 saylı Əmri ilə AR ƏM- nin 70-ci maddəsinin “ç” bəndini bəndi rəhbər tutularaq “Azərpoçt" MMC-nin X9 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilmiş və qanunvericiliyin nəzərdə tutduğu qaydada son haqq-hesab aparılmişdir. Yuxarıdakı məqamları nəzərə alaraq onu qeyd edir ki, işəgötürənin hərəkətləri qanunverciliyin tələblərinə tam uyğundur və buna görə də İddiaçı 13 dekabr 2022-ci il tarixli, Ə-4058/22 saylı əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, həmin iddia ərizəsinin əsassız olması səbəbindən və bununla yanaşı iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi aşağıdakılara əsasən zəruri hesab edir: 1.İddia müddətinin tətbiq edilməsi ilə bağlı iddiaçının iddia ərizəsi Səbail Rayon Məhkəməsinə “13” iyun 2023-cü il tarixində təqdim edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixinə qədər Cavabdeh MMC-nin X9 (RF) Müştəri Xidmətləri Şöbəsinin (MXŞ) əməliyyatçısı vəzifəsində işləmişdir. İddiaçı işlədiyi dövr ərzində üzürsüz səbəbdən iş buraxdığına görə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərpoçt' MMC-nin xx.xx.2022-ci il tarixli, Ə-4058/22 nömrəli əmri ilə İddiaçı ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə AR ƏM maddəsinin 72-nin “a” bəndi əsas götürülməklə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində xx.xx.2022-ci il tarixli, Ə-4058/22 nömrəli əmrin surətini almışdır. AR Əmək Məcəlləsinin 296-ci maddəsinin birinci bəndinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. AR Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsinə əsasən, Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Eyni Məcəllənin 296-cı maddəsinin üçüncü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Belə ki, İddiaçı işdən çıxarılması ilə bağlı xx.xx.2022-ci il tarixli, Ə-4058/22 nömrəli əmrdən aldığı tarixdən 3 (üç) təqvim ayı müddətində, yəni “13” aprel 2023-cü il tarixinə kimi şikayət vermək hüququna malik idi. Lakin iddia ərizəsi Səbail Rayon Məhkəməsinə beş təqvim ayı keçdikdən sonra “13” iyun 2023-cü il tarixində təqdim edilmişdir. Bütün bunlar iş üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi deməkdir. İddia müddətinə aid Konstitusiya Məhkəməsinin «AR Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci - iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri- müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü - iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti ilə bağlı analoji hüquqi mövqedən çıxış edən müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) presedentlərində nəzərdə tutulmuşdur. Avropa Məhkəməsi, Stanyo Belçikaya qarşı iş üzrə (7.07.2009) qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə (xx.xx.2000) qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə hesab edirəm ki, İddiaçı işə bərpa ilə bağlı iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli akdan görünür ki, xx.xx.2022-ci il tarixdə MXŞ-də İşçilərin işə gəlmə davamiyyətinin yoxlanılması aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MXŞ-nin əməliyyatçısı İddiaçı heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. Bundan əvvəlki günlərdə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yenə də İddiaçı işə davamiyyətinin pozulduğu qeyd olunmuşdur. - xx.xx.2022-ci il tarixli akdan görünür ki, MXŞ-də əməliyyatçı vəzifəsində işləyən İddiaçı işə çıxmamağı barədə izahat tələb olunsa da, o heç bir izahat verməyəcəyini bildirərək çıxıb getmişdir. İddiaçı heç bir üzülü səbəbi olmadan işə gəlməmiş izahat verməmiş və əvvəlki günlərdə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yenə də İddiaçı işə davamiyyətinin pozulduğunu qeyd olunmuşdur. - teleqramlardan görünür ki, İddiaçı dəfələrlə zəng edib işə gəlməməsinin səbəbini öyrənməyə çalışsalar da, o, bu barədə nə məlumat nə də ki, bir səbəb bildirməmişdir. - xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı işə gəlməməsi barədə filiala əsaslı sənəd təqdim edilməsi barədə teleqram ünvanlanmışdır, o isə teleqramı oxuyaraq “almaqdan imtina edirəm” yazaraq qeri qaytarmışdır. Bunu təsdiq edən “Güloğullar” poçt şöbə rəisinin 21.12.22-ci il tarixli izahatı işdə mövcuddur. - AR Rəqəmsal İnkişaf və Nəqliyyatı Nazirliyi Cavabdeh MMC Milli Operatorun Bərdə X3 İttifaqı Komitəsinin sədri Əkbər Talıbova ünvanladığı xx.xx.2022-ci il tarixli 103-9\2\28509- 22 məktubundan görünür ki, X7 Cavabdeh MMC-yə daxil olmuş xx.xx.2022-ci il tarixli 103- 900/28234-22 nömrəli məlumatda filialın Müştəri xidmətləri şöbəsinin (MXŞ) əməliyyatçısı İddiaçı uzun müddət üzürsüz səbəbdən iş buraxdığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsi qaldırılmışdır. Məlumatla bağlı aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, MXŞ-nin əməliyyatçısı İddiaçı cari ilin noyabr ayının 14ü tarixindən işə çıxmır. Dəfələrlə filialın aidiyyəti əməkdaşı tərəfindən onunla telefonla danışıldıqdan və işə çıxması barədə onun yaşadığı ünvana teleqram göndərildikdən sonra 21 noyabr tarixində İddiaçı iş yerinə gəlsə də, üzürsüz səbəbdən iş buraxmasının səbəbi barədə filiala heç bir sənəd və izahat verməmişdir. İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun işdən azad olunmasına hüquqi əsas yaradır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına filialın Həmkarlar İttifaqı Komitəsinin iclasında baxıb nəticəsi barədə müvafiq rəyin Cavabdeh MMC-yə təqdim edilməsi Sizə tapşırılır. Həmçinin, bildirilir ki, göstərilən məsələnin müzakirəsi zamanı Həmkarlar Komitəsinin iclasındakı çıxışlar, səslənən fikirlər iclas protokolunda geniş və ətraflı əks olunmalı, qəbul olunacaq qərar iclasda iştirak edən komitə üzvlərinin hər biri tərəfindən imza edilməli, yol verilmiş nöqsanın sübutu üçün tələb olunan zəruri sənədlər (akt, izahat) protokola əlavə olunmalıdır. - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC Filialının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Bərdə PF-nin MXŞ də Əməliyyatçı vəzifəsində işləyən İddiaçı üzürlü, səbəbdən işə gətmədiyinə görə onun barəsində inzibati tənbeh tədbiri görülməsi məsələsi barədə İnzibati şöbənin rəisi X5 MXŞ-nın əməliyyatçısı İddiaçı barədə Cavabdeh MMC-yə daxil olmuş xx.xx.2022-ci il tarixli 103-900/28234-22 saylı məktubu iştirakçılara oxuyaraq Bərdə X3 İttifaqı Komitəsi MXŞ-də Əməliyyatçı vəzifəsində işləyən İddiaçı heç bir səbəb olmadan işə çıxmadığı üçün onun 21 noyabr 2022-ci il tarixdə işə çıxmamağı barədə izahat verməməsi “Əmək vəzifələrinin kobut şəkiidə pozulması hesab edilən hallar’’ tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ ç " bəndinə əsasən, işdən azad edilməsi məsələsinə baxılması və tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. - İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, “Azərpoçt" MMC-nin X9 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilmiş və İddiaçı (xx.xx.2022xx.xx.2022-ci illər üzrə istifadə edilməmiş 3 təqvim günü əmək məzuniyyətinə görə kompensasiya son haqq-hesabın ödənilməsini təmin edilməsinə dair əmr verilmişdir. - Əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, Ə-4058/22 nömrəli əmrin surətini xx.xx.2023-cü il tarixində imzalayaraq qəbul etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin X7 daxil olmuş xx.xx.2022-ci il tarixli 103/900/28234-22 nömrəli məlumatda filialın Müştəri Xidmətləri Şöbəsinin (MXŞ) əməliyyatçısı İddiaçı uzun müddət üzürsüz səbəbdən iş buraxdığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsi qaldırılmışdır. Məlumatla bağlı aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, MXŞ-nin əməliyyatçısı İddiaçı cari ilin 14 noyabr 2022-ci il tarixindən işə çıxmır. Dəfələrlə filialın aidiyyəti əməkdaşı tərəfindən onunla telefonla danışıldıqdan və işə çıxması və ya çıxmamasının səbəbini göstərməsi barədə onun yaşadığı ünvana xx.xx.2022-ci il tarixində Ns AZ0900/********** nömrəli teleqram göndərilsə də, onun tərəfindən heç bir geri dönüş edilməmişdir. 18 noyabr 2022-ci il tarixində filialda işçilərinin davamiyyətinin yoxlanılması zamanı İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə Akt tərtib edilmişdir. Əlavə olaraq İddiaçı 21 noyabr 2022-ci il tarixində iş yerinə gəlsə də, üzrsüz səbəbdən iş buraxmasının səbəbi barədə filiala heç bir sənəd və ya izahat verməmiş və bu barədə 21 noyabr 2022-ci il tarixində filial əməkdaşlarının imzası ilə təsdiq edilmiş Akt tərtib edilmişdir. Bərdə poçt filialı rəisi tərəfindən “02” dekabr 2022-ci il tarixində, N° AZ0900/********** nömrəli teleqramla xx.xx.2022-ci il tarixinə kimi işə çıxmamasının səbəbini göstərməsi ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim etməsi, əks halda barəsində qanunvericilik çərçivəsində hüquqi tədbirlərin görüləcəyi barədə yaşadığı ünvana teleqram göndərilmiş, lakin İddiaçı teleqramı almaqdan imtina etmişdir. Yekun olaraq, X8 işçilərin davamiyyəti ilə bağlı keçirilən yoxlama zamanı Müştəri Xidmətləri Şöbəsinin (MXŞ) əməliyyatçısı İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər işə gəlməməsi, bununla bağlı heç bir səbəb göstərməməsi və təsdiqedici sənəd təqdim etməməsi barədə akt tərtib edilmişdir. Bərdə X3 ittifaqı Komitəsi 29 noyabr 2022-ci il tarixli, Ne 2 nömrəli iclas protokolu ilə İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına etiraz etməmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, Ə-4058/22 saylı Əmri ilə AR ƏM- nin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutularaq “Azərpoçt" MMC-nin X9 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, qanunvericiliyin nəzərdə tutduğu qaydada son haqq-hesab aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin tələblərini, o cümlədən işçinin və işəgötürənin qarşılıqlı hüquq və vəzifələrini nəzərə alaraq, işəgötürənin hərəkətlərində hər hansı bir qanunpozuntusuna yol verilməməsi və iddiaçının bununla bağlı dəlillərinin əsassız olması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf iddianı əsaslandırdığı halları təqsdiq edəcək hər hansı sübut növü məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tələb irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materialları ilə təsdiq olunur ki, iddiaçı işdən azad olunması barədə əmri 17 yanvar 2023-cü il tarixində almış, lakin əmri qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötdükdən sonra mübahisələndirmiş və bunun səbəblərini əsaslandırmamışdır. Bununla da, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddianın əmrin mübahisələndirilməsi hissəsi iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə eyni zamanda iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddia əmrin mübahisələndirildiyi hissədə iddia müddəti tətbiq edilərək rədd edildiyindən, iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi isə törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından iddia həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar