Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1374/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi iddiaçı İddiaçı Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Agaqulu qızının Cavabdeh qarşı «aliment tələbi» barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Agaqulu qızı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, onunla Cavabdeh birgə nikahlarından doğulan 11.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 13.01.2021-ci ildən etibarən hər ay 200 manat sabit pul məbləğində alimentin, X2 3 yaşına çatana qədər İddiaçı saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22.12.2019-cu il tarixində dini nikaha daxil olmuşlar, aralarında rəsmi nikah bağlanmamışdır. Birgə nikahlarından 11.04.2020-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. O, cavabdehlə ailə qurarkən Bakı şəhəri, R.Behbudov küçəsi 8 saylı evin 107 saylı mənzilinə gəlin köçmüş və cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Onların ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan ailə daxili münaqişələr baş vermişdir. Cavabdeh iddiaçıya qarşı fiziki və psixoloji şiddət göstərmişdir. O, evi tərk etmək məcuriyyətində qalmış və 13.01.2021-ci ildə evi tərk etdikdən sonra cavabdeh nə həyat yoldaşı, nə də ki, körpəsi ilə maraqlanmamış, onlara heç bir maddi və mənəvi dəstək göstərməmişdir. Cavabdeh bir ata olaraq öz atalıq vəzifələrini yerinə yetirməmişdir. Həmçinin cavabdeh onu hədələyir, təhqir edir. Cavabdehin anası onu bıçaqla hədələmişdir. O, yaşadıqları mənzili tərk edərkən bütün şəxsi, geyim, qızıl-zinət və cehiz əşyaları sözügedən mənzildə qalmış, cavabdeh həmin əşyaları evdən çıxarmağa ona icazə verməmişdir. O, dəfələrlə əşyalarını geri tələb etsə də, cavabdeh onun əşyalarını geri qaytarmamışdır. O da, cehiz və qızılzinət əşyalarının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiyi kimi, onların birgə nikahlarından övladları 11.04.2020-ci il tarixində dünyaya gəlmişdir. Ona görə də hesab edir ki, tərəflərin birgə nikahdan olan övladları üçün iddiaçının evi tərk etdiyi tarixdən-13.01.2021-ci ildən etibarən cavabdehdən aylıq 200 manat məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Tərəflərin birgə nikahından olan övladı azyaşlıdır və iddiaçı onu tək qoyuv əmək fəaliyyəti ilə məşğul ola, gəlir əldə edə bilmir. İddiaçının və uşağının bütün xərcləri valideynləri tərəfindən qarşılanır. Ona görə də, hesab edir ki, tərəflərin birgə nikahından olan övladı 3 yaşına çatana qədər 13.01.2021-ci il tarixdən etibarən cavabdendən iddiaçının saxlanılması üçün 100 manat aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdilər ki, iddiaçını evdən heç kim qovmayıb, o özbaşına evi tərk edərək çıxıb getmişdir. Cavabdeh əvvəllər taksi fəaliyyəti ilə məşğul olub, sonra isə xəstəliyi ilə əlaqədar işləyə bilməyib. Məhkəmə iddiaçının və cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İV 446893 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11.04.2020-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 386646 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 11 aprel 2020-cim ildə vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2020 ilin 06 ayının 01 günündə 121 № ilə qeyd edilmişdir. Məhkəmə bu qənaətə gələrkən uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların preyudusial əhəmiyyət kəsb etməsini nəzərə almışdır. Alimentin hansı qaydada tutulacağı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddiaçının cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək 100 manat sabit pul məbləğində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, 11.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Seyir-Hüseyn oğlundan hər ay 200 manat və uşağın 3 yaşına çatanadək 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı qızına ödənilməsi məqsədə uyğun deyil. Məhkəmə bu qənaətə gələrkən “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 11 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaga görə 175 manat sabit pul məbləğində almentin və 3 yaşına çatanadək hər ay 50 manat tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı qanunun qeyd edilən normasının tələbinə əsasən iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünədair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23.04.2021-ci il tarixdən başlayaraq, 11 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və uşaq 3 (üç) yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh oğlundan 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tələbi hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1374/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1374/2021
24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver