Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1382/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sərhəd Xidməti Baş İdarəsinin rəisi Qiynaz Qaralovdan 50.000 manat mənəvi təzminat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi İddiaçı mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia icraatı qaydasında məhkəməyə müraciət etməli olduğu halda, xüsusi ittiham qaydasında şikayət vermişdir. Digər tərəfdən, ərizə hüquqi şəxsə qarşı verilsə də, xahiş edirəm hissədə mənəvi zərəri fiziki şəxsdən tələb edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bununla da, iddia ərizəsinin qanunla nəzərdə tutulmuş forma və məzmununa əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı xüsusi ittiham qaydasında şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1382/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1382/2022
08.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver