Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1387/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 04 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2144,21 avro məbləğində sığorta ödənişinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində Almanya Federativ Respublikasına səfər etmişdir, səfər etməmişdən öncə "xxxx" Sığorta Şirkətində səfərini 30,000 EVR tam sığorta etdirmişdir. Almanya səfəri zamanı qəfildən səhətində yaranan kəsgin və ağrılardan Almanya Federativ Respublikasında Sığorta Şirkətinə müraciət etdi, və Sığorta Şirkəti ona Avropa nümayəndəliyinə müraciət etməyini bildirdilər nümayəndəliyin vaistəsi ilə Almanyada Sığorta şirkəti onu nəzərdə tutulmuş xəstəxanaya göndərdilər və həmin xəstəxanada səyahətə cıxmazdan öncə Atəşgah Sığorta Şirkətində Səyahət sığortanı və tələb olunan sənətləri təqdim etdikdən sonra xəstəxana tərəfindən sağlamlığında yaranmış qəfil xəstəliyin müayinə və müakicəsi üçün xx.xx.2022- ci il tarixindən xx.xx.2022- ci il tarinədək stasionar müalicə və müayinələr aldı. Almanya Federativ Respublikasında səhhətində yaranmış problemlə əlaqədar 2644 avro 21 sent xərc çıxmışdır və bu vəsait onun Səyahət etməmişdən öncə Atəşgah Sışorta Şirkəti tərəfindən sığortalanmağınla Almanyada təqdim etdiyi sənədlər əsasında aparılmışdır.Almanyadan qayıdandan sonra səfər zamanı xəstələnməyi barədə sığorta olunduğu "xxxx" Şirkətinə məlumat verdi və tələb olunan lazımı sənətləri təqdim etsə də "xxxx" Şirkəti üzərinə düşən öhdəliyin yerinə yetirməkdən boyun qaçıraraq səfər zamanı xəstələnməyi ilə əlqaədar çəkilən xərcləri xəstəxananın hesabına ödəməməklə boyun qaçırırlar. xx.xx.2022- ci il tarixindən xx.xx.2022- ci il tarixinədək xəstəxanada müayinə və müalicələri zamanı 2644 avro 21 sentdən vəsaiti "Atəşgah Sığorta Şirkəti tərəfindən onun kart hesabına 842.38 manat 38 qəpik ödənilmişdir ki, buda çəkilən xərcin bir hissəsi deyildir. Hal hazırda xx.xx.2022- ci il tarixində Almanyada xəstəliyi zamanı sağlamlığında yaranmış qəfil ağrılar üçün müalicə və müayinəsi zamanı Almanya Sığorta Şirkəti tərəfindən çəkilmiş xərcin ödənilməsini tələb etsələrdə Atəşgah Sığorta Şirkəti qalıq məbləğin ödənilməsindən boyun qaçırırlar, və həmin məbləğin ödənilməsi hər ay onun aldığı pensiya təqaüdümdən çıxılır. Almanya Federativ Respublikasına səfəri zamanı sağlamlığında yaranmış qəfil problemlərin aradan qaldırılması üçün Almanya Şığorta şirkəti tərəfindən qarşılanmış müalicə və müayinə xərclərinin subutu olaraq Sığorta Şirkətinin tələb etdikləri lazımı müayinə və müalicə sənətlərini Almanyadan alıb Sığorta Şirkətinə təqdim etsə də hal hazıra kimi qalıq ödənişlərini ödəməkdən bilərək yayınırlar. "Atəşgah Sığorta Şirkəti tərəfindən xx.xx.2023- cü il tarixli SŞ000600/2- 92/2023- saylı məktubunda belə qeyd etmişdir ki, onun Almanya Fedarativ Respublikasına səfər zamanı səhhətimdə yaranmış qəfil xəstəlikdən müalicə və müayinəm üçün 2644.21 EURdəyərində qəbizlər təqdim edilmişdir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında SS-09232938 saylı səfər sığortası müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Almaniya Federativ Respublikasına səfər etmişdir. Səfərdə olarkən səhhətində yaranan şikayətlər səbəbindən xx.xx.2022-ci il tarixdə həkimə müraciət etmiş və xx.xx.2022-ci il tarixə qədər müalicə almışdır. Təqdim edilən tibbi sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının tibb müəssisəsinə müraciəti qəfil xəstəliklə bağlı olmamış və xroniki xəstəliyin təsiri ilə bağlı yaranan ağrılarla əlaqəli olmuşdur. Diaqnozlardan məlum olur ki, şikayətlər spondiartroz, artrozla bağlı olmuş, onurğada köhnə deformasiya olmuş, kəskin qarın sindromu istisna edilmişdir. Tibbi praktikada qeyd edilən hallar qəfil xəstəlik kimi deyil, uzun müddət davam edən xroniki xəstəlik kimi xarakterizə olunur.Sığorta şirkətinin xroniki xəstəlikləri ödəmək öhdəliyi yaranmır. Bununla belə, cavabdeh kəskin ağrı və ya sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı keçirilən təxirəsalınmaz tədbirlərə, yəni iddiaçıda olan ağrıların aradan qaldırılması, KT, UZİ prosedurları üçün 500 avro məbləğində tibbi müayinə və müalicə xərclərinin manat ekvivalentini şərtsiz azadolma məbləği tətbiq olunmaqla iddiaçıya ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, tibb müəssisəsinə müraciət etməsinin səbəbi heç də xroniki xəstəliklərlə bağlı olmamışdır. Almaniyada tibb müəssisəsində ona bildirmişdirlər ki, hansı tibbi xidmətlər sığorta ödənişinin təsir dairəsinə düşürsə, məhz həmin xidmətləri ona göstərmişlər. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: SS-09232938 saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi daşınma xərcləri, repatriasiya xərclərindn "xxxx" ASC-də sığorta olunmuşdur. X1 tibbi rəyində qeyd edilmişdir ki, stasionar müalicə olunan İddiaçı gün ərzində 4 dəfəyə qədər Metamizol 500 mg həb və Novalgin 500 mg preparat istifadə edilmişdir. Bundan başqa erkən diaqnostika aparılmış, müalicə ilə bağlı söhbətlər aparılmışdır. Ümumi ödənilməli məbləğ 2644,21 avro təşkil edir. Mülki Məcəllənin 885.2-ci maddəsinə əsasən həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir. “Sığorta fəaliyyəti haqqında” Qanunun 14.3.1.2-1-ci bəndinə əsasən sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığının pozulması ilə əlaqədar zəruri olan tibbi xərclərin, habelə sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan səfər sığortası qeyri-həyat sığortasına aiddir. Məhkəmə iclasına müəyyən edilmişdir ki, iddiaçı ölkə xaricinə səfər etmiş və səfərdə olan zaman səhhətində qəfil narahatçılıq yaranması səbəbindən tibb müəssisəsinə müraciət etmişdir. İddiaçı səfərə getməzdən öncə cavabdeh ilə səfər sığortası barədə razılıq imzalamışdır. Həmin razılığa əsasən səfərdə olarkən qəfil xəstəliklər zamanı tibbi daşıma və repatriasiya xərcləri sığorta şirkəti tərəfindən qarşılanmalıdır. İddiaçı səhhətində yaranmış narahatçılıq səbəbindən tibb müəssisəsində ilkin tibbi yardım almış və ölkəyə qayıtdıqdan sonra göstərilən tibbi yardımın xərcinin ödənilməsini sığorta şirkətindən tələb etsə də, şirkət həmin məbləğdən yalnız 500 avro məbləğində iddiaçıya ödəniş etmişdir. Cavabdeh imtinanın əsas səbəbi kimi göstərmişdir ki, iddiaçı onda olan xroniki xəstəliklər səbəbindən tibb müəssisəsinə müraciət etmişdir və bu səbəbdən bu hal sığorta ödənişinin ödənilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan tibb müəssisəsinin tibbi rəyindən görünür ki, iddiaçı müəssisədə xroniki xəstəliklər ilə bağlı heç bir müalicə almamışdır. Əksinə iddiaçının səhhətində yaranmış qəfil narahatçılıq səbəbindən tibb müəssisəsinə müraciətdən sonra iddiaçı KT, UZİ müayinələrindən keçmiş və ona 2 adda preparat tətbiq olunmuşdur. Göstərilənlər isə iddiaçının xroniki xəstəlikdən müalicə olunduğunu deyil, əksinə səhhətində qəfil yaranan narahatçılıq səbəbindən müəssisə tərəfindən ilkin tibbi yardımın göstərildiyini təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya ödənilməli olan sığorta məbləğinin cavabdeh tərəfindən ödənilmiş 500 avro məbləğində hissəsi çıxılmaqla qalan 2144,21 avro məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2144,21 avro məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. 41 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1387/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1387/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver