Məhkəmə qərarları › İş №2(009)-1426/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1426/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1426/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı – Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarının azaldılaraq övladları xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa 100 manat sabit pul mabləğində olmaqla üç uşağa ümumilikdə 300 manat sabit pul məbləğində alimentin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı – Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işlə iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə tərəflər eyni olmaqla eyni növlü işlər olduğundan bir icraata birləşdirilməli və həmin işlər üzrə iddialara birlikdə baxılmalıdır. Belə ki, bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılmasını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı – Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair 2(009)- 1426/2022 saylı və iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair 2(009)-1342/2022 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş işlər üzrə icraat 2(009)-1342/2022 №-si ilə aparılsın. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar