Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1437/2020 29.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxx 2005-ci il təvəllüdlü Kərim Abdulməcid Rövşən oğlu, xx xxxx 2008-ci il təvəllüdlü Kərimli Sumeyya Rövşən qızı və xx xxxxxxx 2013-cü il təvəllüdlü Kərim İbrahim Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından 3 övladları var: xx xxxxxx 2005-ci il təvəllüdlü Kərim Abdulməcid Rövşən oğlu, xx xxxx 2008-ci il təvəllüdlü Kərimli Sumeyya Rövşən qızı və xx xxxxxxx 2013-cü il təvəllüdlü Kərim İbrahim Rövşən oğlu. Cavabdeh uşaqların maddi təminatı üçün heç bir xərci ödəmir. Uşaqları maddi cəhətdən təmin etmək valideyn kimi onun vəzifəsidir. Cavabdeh könüllü olaraq bu vəzifəsini yerinə yetirmədiyindən uşaqlarının saxlanması üçün ondan məhkəmə qaydasında aliment tutulması zəruridir. Cavabdeh hazırda Baker Huğhes şirkətində işləyir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan AZ-T 021233 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx xxxxxxxx 2004-cü il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli AZ-İİİ 211886 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kərim İbrahim Rövşən oğlu xx xxxxxxx 2013-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İş materiallarında olan xx xxxxxx 2008-ci il tarixli, AZ-İİ 189457 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimli Sumeyya Rövşən qızı xx xxxx 2008-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İş materiallarında olan xx xxxx 2011-ci il tarixli, AZ-İİİ 474868 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kərim Abdulməcid Rövşən oğlu xx xxxxxx 2005-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından üç övladları vardır: xx xxxxxx 2005-ci ildə anadan olmuş Kərim Abdulməcid Rövşən oğlu, xx xxxx 2008-ci ildə anadan olmuş Kərimli Sumeyya Rövşən qızı və xx xxxxxxx 2013-cü ildə anadan olmuş Kərim İbrahim Rövşən oğlu. Tərəflərin azyaşlı uşaqları iddiaçı X1 himayəsində olmaqla onunla birlikdə yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın və başqa gəlirlərin yarısı miqdarda aliment tutulur. Qeyd olunanlara əsasən uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx xxxxxx 2005ci ildə anadan olmuş Kərim Abdulməcid Rövşən oğlu, xx xxxx 2008-ci ildə anadan olmuş Kərimli Sumeyya Rövşən qızı və xx xxxxxxx 2013-cü ildə anadan olmuş Kərim İbrahim Rövşən oğlunun saxlanılmaları üçün iddiaçının xeyrinə cavabdehdən hər ay üçün qazancının və başqa gəlirlərinin yarısı miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2005-ci ildə anadan olmuş Kərim Abdulməcid Rövşən oğlu, xx xxxx 2008-ci ildə anadan olmuş Kərimli Sumeyya Rövşən qızı və xx xxxxxxx 2013-cü ildə anadan olmuş Kərim İbrahim Rövşən oğlunun qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay üçün qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında almentin tutularaq X3 verilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1‑ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki‑Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki‑Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki‑Prosessual Məcəlləsinin 216- 220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, xx xxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2005-ci il təvəllüdlü Kərim Abdulməcid Rövşən oğlu, xx xxxx 2008-ci il təvəllüdlü Kərimli Sumeyya Rövşən qızı və xx xxxxxxx 2013-cü il təvəllüdlü Kərim İbrahim Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1437/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1437/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver