Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1469/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndələri X1 və X6 iştirakları ilə, İddiaçı – cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “əldən çıxmış faydaya görə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “əldən çıxmış faydaya görə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən əldən çıxmış faydaya görə 42.500 (qırx iki min beş yüz) manat xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla “xxxxxxxxxx” ASC arasında xx.xx.2018-ci il tarixdə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxxxxxxxx” ASC ümumi dəyəri 380.292 (üç yüz səksən min iki yüz doxsan iki) manat olan 2 ədəd - 1 ədəd “New Holland TC 4.90” markalı, ********* şassi/zavod nömrəli, ********* nömrəli, AZ 90C 050 dövlət qeydiyyat nişanlı, TH 037544 dövlət qeydiyyat şəhadətnamə nömrəli, 190.146 (bir yüz doxsan min bir yüz qırx altı) manat dəyərində və 1 ədəd “New Holland TC 4.90” markalı, ********* şassi/zavod nömrəli, ********* nömrəli, AZ 90C 051 dövlət qeydiyyat nişanlı, TH 037545 dövlət qeydiyyat şəhadətnamə nömrəli, 190.146 (bir yüz doxsan min bir yüz qırx altı) manat dəyərində taxılyığan kombaynlar dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə onun istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən lizinq verən lizinq alanın müraciəti əsasında texnikanın sığortalanmasını həyata keçirir. Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsi zamanı təhlükəsizlik texnikasının və əməyin mühafizəsi qaydalarına riayət edir. Həmin müqavilənin 2.2.14-cü bəndinə əsasən lizinq alan texnikaya zərər dəydiyi andan ən geci 12 saat ərzində lizinq verənə məlumat verir. xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxxx” ASC arasında müxtəlif təyinatlı kombaynların sığortalanmasının satınalınması barədə 37/18 saylı müqavilə bağlanmış və həmin kombaynlar sığorta hadisələrindən sığorta edilmişdir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən sığorta müddəti ərzində baş verən sığorta hadisələri nəticəsində əmələ gələn zərərin qiymətləndirilməsi bazar qiymətini nəzərə almaqla sığortaçı və sığortalının əməkdaşları tərəfindən həyata keçirilir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən zərərin məbləği hadisə baş veridyi tarixdən 5 gün ərzində müəyyən edilir. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən zərərin məbləği tam müəyyənləşdirildikdən sonra müqavilənin şərtlərinə uyğun olaraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 933.1-ci maddəsində qeyd olunan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı tərəfindən həyata keçirilir. Həmin müqavilənin 11.2.2-ci bəndinə əsasən sığorta ödənişini müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəmək sığortaçının vəzifəsidir. Bundan sonra həmin kombaynlar onun tərəfindən qəbul edilmiş və xx.xx.2019-cu il tarixdən başlayaraq taxıl biçininə başlanılmışdır. Həmin vaxt o, kombaynlardan birini öz nəzarəti altında işlətmək üçün X7 həvalə etmişdir. Kombayn hər gün saat 10:00-dan saat 21:00-a qədər biçin aparmışdır. xx.xx.2019-cu il tarixdə saat 10:00 radələrində F.Hüseynov 90-C-051 dövlət qeydiyyat nişanlı kombaynla Haramı düzünün Xocavənd rayonu ərazisində biçinə başlamış və kombaynların işinə o, nəzarət etmişdir. Həmin gün saat 18:00 radələrində F.Hüseynovun idarə etdiyi kombaynda elektrik naqillərində olan nasazlığa görə yanğın baş vermiş, həmin vaxt Fikrət yanğını söndürmüş və o, yanğın olan yerə gəlmişdir. O, Fikrətdən yanğının səbəblərini soruşduğu zaman Fikrət kombaynın sahənin kənarında saxladığı zaman qəflətən jakta hissəsində yanğın baş verdiyini demişdir. Kombaynın yanmasına səbəb jakta hissədə olan elektrik naqillərinin qısaqapanması olmuşdur. Nəticədə kombayna maddi ziyan dəymişdir. Hadisə baş verən gün (xx.xx.2019-cu il tarixdə) yanğının baş verdiyi yerə “xxxxxxxxxx” ASC, “xxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxx” ASC, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlmişlər. Bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən onun istifadəsində olan “New Holland TC 4.90” markalı, AZ 90C 051 dövlət qeydiyyat nişanlı taxılyığan kombayna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Beyləqan Regional Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə baxış keçirilmiş və həmin kombaynın yanğın nəticəsində sıradan çıxmış hissələri - 1 ədəd qabaq işıqlandırıcı fara, 1 ədəd dönmə nişanı və kiçik işıqlandırıcı dəsti, 1 ədəd kabinanın ön aşağı örtüyü, 1 ədəd xederin kardanı, ümumi cərəyan naqilləri dəsti - bütöv dəst, xederin arxasındakı kitabça qoymaq üçün yeşik, 1 ədəd kondisioner borusu və filtri, 1 ədəd xederin arxasındakı şlanklar qoşulan qurğu, 3 ədəd yağ şlankı, 1 ədəd cəhrənin sürətini artırıb azaldan elektrik mühərriki, 1 ədəd əl əyləcinin məftili, 1 ədəd xederin hərəkət qayışı, 1 ədəd qəbuledici kameranın yan örtüyü, 1 ədəd kabinanın yuxarı örtüyü, 3 ədəd kabinanın yuxarı hissəsində kiçik işıqlandırma faraları, ön tərəf və qapının şüşələrinin rezinləri, 2 ədəd qabaq böyük şinlər, 1 ədəd kabinanın tavanının iç örtüyü, 2 ədəd qapının petlələri, 2 ədəd yanğın söndürən balonlar olmuşdur. Bununla bağlı xx.xx.2019-cu il tarixdə akt tərtib edilmiş və kombaynın yanmış hissələri həmin akt da göstərilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət X5 Dövlət Yanğın Nəzarəti Şöbəsi tərəfindən yanğın haqqında akt tərtib edilmişdir. Həmin aktda yanğın nəticəsində dəymiş ziyanın “xxxxxxxxxx” ASC-nin təqdim etdiyi arayışa əsasən “New Flolland TC 4.90” markalı, AZ 90C 051 dövlət qeydiyyat nişanlı taxılyığan kombayna yanğın zamanı 10407,23 (on min dörd yüz yeddi manat iyirmi üç qəpik) manat ziyan dəydiyi göstərilmişdir. Həmin aktda yanğının səbəbi - yanğın yerində alınmış izahatlara, eləcə də keçirilmiş baxışa əsasən kombaynın elektrik naqillərində baş vermiş qısa qapanma olduğu göstərilmişdir. Bundan sonra dəymiş ziyanın “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilməsi tələb olunsa da, dəymiş ziyanın məbləği müəyyən olunduğu vaxtdan 7 gün ərzində ödənilməmiş, nəticədə ziyan ödənilmədiyindən kombayn təmir olunmamış və belə olan halda o, kombayn bərpa olunacağı halda taxıl yığımından əldə edəcəyi gəlirdən məhrum olmuşdur.Belə ki, “xxxxxxxxxxxx” ASC sığorta ödənişindən yayınmaq məqsədilə əsassız olaraq onun baş vermiş yanğına görə təqsirkar olmasının müəyyən olunması üçün Xocavənd Rayon Polis Şöbəsinə müraciət etmiş, aparılmış araşdırma zamanı onun əməlində cinayət tərkibinin olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmişdir.Buna görə də biçin mövsümü müddətində kombayn bərpa olunmamış və nəticədə o, kombayndan istifadə edə bilmədiyindən əldə edəcəyi gəlirdən məhrum olmuşdur.2019-cu il tarixdə taxıl yığını mövsümü xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2019-cu il tarixədək davam etmişdir.“New Holland TC 4.90” markalı, AZ 90C 051 dövlət qeydiyyat nişanlı taxıl yığan kombaynla gündəlik taxıl yığımı 25 hektar olmuş və hər hektar taxılı yığımı 38 manat məbləğində aparılmışdır.Hadisə nəticəsində “New Holland TC 4.90” markalı, AZ 90C 051 dövlət qeydiyyat nişanlı taxılyığan kombayna dəymiş ziyanın məbləği xx.xx.2019cu il tarixdə müəyyən olunmuş, həmin gündən 7 gün müddətində dəymiş ziyan “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilməli olsa da, ödənilməmiş, nəticədə o, taxıl yığını mövsümündə həmin kombayndan istifadə etmədiyinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan 45 gün müddətində 42.500 (qırx iki min beş yüz) manat məbləğində gəlirindən (45x25x38=42.500) məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edib, tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, “xxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxxx” ASC arasında kənd təsərrüfatlı kombaynların sığortalanmasına dair 37/13 saylı müqavilə bağlanmışdır. Qeyd edilən müqavilənin tərəfləri sığortalı olaraq “xxxxxxxxxx” ASC, sığortaçı olaraq isə “xxxxxxxxxxxx” ASC-dir. Həmin müqavilənin 4 saylı əlavəsinə əsasən sığortalanmış taxılyığan “New Mollan TC 4.90” markalı AZ 90C 051 dövlət qeydiyyat nişanlı kombaynda xx.xx.2019-cu il tarixdə yanğın hadisəsi baş vermiş, sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq sığorta araşdırması aparılmışdır. Bu məqsədlə zərərin ilkin qiymətləndirilməsi həyata keçirilmiş və qanunvericiliyin tələbinə uyğun olaraq sığorta hadisəsinin baş verməsi faktının təsdiq edilməsi barədə sənədin alınması üçün səlahiyyətli dövlət orqanına sorğular ünvanlanmışdır. Baş vermiş yanğın hadisəsinin araşdırılması dövlət orqanı olaraq FHN və polis orqanlarının səlahiyyətindədir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi baş vermiş hadisə barədə səlahiyyətli dövlət orqanının yekun qərarı xx.xx.2019-cu il tarixində verilmişdir. Həmin qərar və digər müvafiq sənədlər “xxxxxxxxxxxx” ASC-yə təqdim edildikdən sığorta araşdırması yekunlaşmış və xx.xx.2019-cu il tarixli sığorta ödənişinə dair akt tərtib edilməklə “xxxxxxxxxxxx” ASC tərəfindən sığorta ödənişi qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. “xxxxxxxxxxxx’’ ASC-nin sığortaçı olaraq, baş vermiş hadisənin tənzimlənməsini qanunverciliyə uyğun olaraq aparmış və müqavilə tərəfi “xxxxxxxxxx” ASC qarşısında öz öhdəliklərini lazımınca icra etmişdir. Sadalanan faktlardan və qanunvericilik normalarından göründüyü kimi “xxxxxxxxxxxx” ASC sığortaçı olaraq qanunvericiliklə üzərinə düşən öhdəliyini tam icra etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı ilə “xxxxxxxxxxxx” ASC arasında hər hansı münasibət mövcud olmadığından “xxxxxxxxxxxx” ASC-nin İddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır. Sığortaçının öhdəlikləri 37/18 saylı müqavilə üzrə sığortalı “xxxxxxxxxx” ASC qarşısındadır ki, sonuncunun da sığorta ödənişinin tənzimlənməsi müddəti ərzində “xxxxxxxxxxxx” ASC-yə qarşı hər hansı bir iradı olmamışdır. İddiaçı hər nə qədər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsaslansa da, həmin maddə zərərin həcminin müəyənləşdirilməsinə yönəlik bir maddədir. Lakin iddiaçı iddia ərizəsində iddia etdiyi zərərin yaranmasında “xxxxxxxxxxxx” ASC-nin hansı əsasla məsuliyyət daşıdığını, “xxxxxxxxxxxx” ASC-nin iddia edilən zərərin əvəzini ödəmə öhdəliyinin yaranmasının maddi və hüquqi əsaslarını bildirməmişdir. İddiaçı iddia ərizəsində 2019-cu il tarixində taxıl yığını mövsümünün xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2019-cu il tarixədək davam etməsini və “New Holland TC 4.9” markalı, AZ 90C 051 dövlət qeydiyyat nişanlı kombaynın gündəlik taxıl yığımının 25 hektar olmasını və hər hektar taxılı yığımının 38 manat məbləğ təşkil etdiyini göstərmişdir. Öncəliklə, iddiaçının qeyd etdiyi taxıl yığımı mövsümünün yanlış qeyd etdiyini və hər hektara əsasən hesablanmış olan məbləği əsassız hesab edirlər. İddiaçının qeyd etdiyi dövrlər ərzində taxıl yığımı sezonunun məhsuldarlığı və həmin dövrləri əhatə etməsi məsələsi araşdırılmalıdır. İddiaçı iddia ərizəsində gəlirdən məhrum olması barədə heç bir əsas gətirməyərək əsassız şəkildə cavabdehdən 42.500 manat əldən çıxmış faydanın tutulmasını tələb edir. İddaçı tərəfindən kombaynın gündəlik taxıl yığımı 25 hektar olması və hər hektar yığımına əsasən 38 manat olmasını təsdiqləyən hər hansı sənəd təqdim Etməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 digər nümayəndə X1 izahatında qeyd etdiyi xüsusatları təsdiq edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “xxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli “xxxxxxxxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 1649- L/18 nömrəli müqavilədən görünür ki, “xxxxxxxxxx” ASC ümumi dəyəri 380.292 (üç yüz səksən min iki yüz doxsan iki) manat olan 2 ədəd - 1 ədəd “New Holland TC 4.90” markalı, ********* şassi/zavod nömrəli, ********* nömrəli, AZ 90C 050 dövlət qeydiyyat nişanlı, TH 037544 dövlət qeydiyyat şəhadətnamə nömrəli və 1 ədəd “New Holland TC 4.90” markalı, ********* şassi/zavod nömrəli, ********* nömrəli, AZ 90C 051 dövlət qeydiyyat nişanlı, TH 037545 dövlət qeydiyyat şəhadətnamə nömrəli, 190.146 (bir yüz doxsan min bir yüz qırx altı) manat dəyərində taxılyığan kombaynlar dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən lizinq verən lizinq alanın müraciəti əsasında texnikanın sığortalanmasını həyata keçirir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən lizinq alan texnikanı lizinq müddətinə sığorta edir. Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsi zamanı təhlükəsizlik texnikasının və əməyin mühafizəsi qaydalarına riayət edir. - “xxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli sığorta haqqının ödənilməsi barədə 311 nömrəli müqavilədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş Qaydalara uyğun olaraq 4 (dörd) ay müddətinə 2 ədəd “New Holland TC-4.90” markalı taxılyığan kombayn xx.xx.2018-ci il tarixli 1649-L/18 nömrəli lizinq müqaviləsinə əsasən sığorta haqqının ümumi məbləği 570.44 (beş yüz yetmiş manat qırx dörd qəpik) manat olmaqla sığortalanaraq lizinqə verilir. Lizinq alan 570.44 (beş yüz yetmiş manat qırx dörd qəpik) manat məbləğdə sığorta haqqını Lizinq verənə tam həcmdə ödəyir. Sığorta haqqı heç bir halda Lizinq alana qaytarılmır. Sığorta hadisəsi baş verdiyi təqdirdə lizinq alan dərhal lizinq verənə məlumat verməlidir. - “xxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli “xxxxxxxxxx” ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə aktdan görünür ki, 2 ədəd “New Holland TC-4.90” markalı taxılyığan kombayn xx.xx.2018-ci il tarixli 1649-L/18 nömrəli lizinq müqaviləsinə əsasən İddiaçı təhvil verilmişdir. - “xxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 316- GL/19 nömrəli “xxxxxxxxxx” ASC-yə məxsus texnikanın lizinq verilməsi barədə müqavilədən görünür ki, 2 ədəd “New Holland TC-4.90” markalı taxılyığan kombayn ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verir. - Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Beyləqan Regional Bölməsi tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli aktdan görürünr ki, İddiaçı məxsus “New Holland TC-4.90” markalı, AZ 90C 050 dövlət qeydiyyat nişanlı taxılyığan kombayna yerində baxış keçirilmiş və yanğın nəticəsində sıradan çıxmış ehtiyat hissələri araşdırılmış və 1 ədəd qabaq işıqlandırıcı fara, 1 ədəd dönmə nişanı və kiçik işıqlandırıcı dəsti, 1 ədəd kabinanın ön aşağı örtüyü, 1 ədəd xederin kardanı, ümumi cərəyan naqilləri dəsti - bütöv dəst, xederin arxasındakı kitabça qoymaq üçün yeşik, 1 ədəd kondisioner borusu və filtri, 1 ədəd xederin arxasındakı şlanklar qoşulan qurğu, 3 ədəd yağ şlankı, 1 ədəd cəhrənin sürətini artırıb azaldan elektrik mühərriki, 1 ədəd əl əyləcinin məftili, 1 ədəd xederin hərəkət qayışı, 1 ədəd qəbuledici kameranın yan örtüyü, 1 ədəd kabinanın yuxarı örtüyü, 3 ədəd kabinanın yuxarı hissəsində kiçik işıqlandırma faraları, ön tərəf və qapının şüşələrinin rezinləri, 2 ədəd qabaq böyük şinlər, 1 ədəd kabinanın tavanının iç örtüyü, 2 ədəd qapının petlələri, 2 ədəd yanğın söndürən balonların sıradan çıxdığı aşkar edilmişdir. - “xxxxxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikasının FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qarabağ Regional Dövlət X10 ünvanlanmış xx.xx.2019cu il tarixli, 0734/19 saylı məktubun surətindən görünür ki, xx.xx.2019-cu il tarixində Beyləqan rayonu, Haramadüzü ərazisində “xxxxxxxxxx” ASC-nə məxsus olan, “New Holland TC4.9” markalı 90C 051 dövlət qeydiyyat nömrəli taxılyığan kombaynda yanğın hadisəsi baş vermişdir. Faktla bağlı material idarənin icraatında olmuşdur. Göstərilən nəqliyyat vasitəsinin şirkət tərəfindən sığortalandığını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 924.3. maddəsinə hadisə ilə bağlı tərtib edilmiş sənədlərin (yanğın barədə akt və digər sənədlərin) surətlərinin şirkətə göndərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qarabağ Regional Dövlət X12 tərəfindən “xxxxxxxxxxxx” ASC-yə ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, xx xxxx 2019-cu il tarixində Xocavənd rayonu, Haramı düzü ərazisində İddiaçı məxsus “New-Holland TC4.90” markalı, 90-C-051 dövlət nömrə nişanlı taxıl yığan kombayında yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi ilə bağlı əməkdaşlar tərəfindən ilkin araşdırma aparılaraq toplanmış material aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin X2 göndərilmişdir. Odur ki, Fövqəladə Hallar Nazirliyinin X2 müraciət olunması xahiş olunmuşdur. - “xxxxxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikasının FHN X2 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 0761/19 saylı məktubun surətindən görünür ki, xx.xx.2019-cu il tarixində Beyləqan rayonu, Haramadüzü ərazisində “xxxxxxxxxx” ASC-nə məxsus olan, “New Holland TC4.9” markalı, 90C 051 dövlət qeydiyyat nömrəli taxılyığan kombaynda yanğın hadisəsi baş vermişdir. Faktla bağlı material idarənin icraatındadır. Göstərilən nəqliyyat vasitəsinin şirkət tərəfindən sığortalandığını nəzərə alaraq hadisə ilə bağlı tərtib edilmiş sənədlərin (yanğın barədə akt və digər sənədlərin) surətlərinin şirkətə göndərilməsi xahiş olunmuşdur. - Xocavənd RPŞ-nin İQ-nin müstəntiqi, polis baş leytenantı Bəhruz Səfiyarlı tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla İddiaçı məxsus “New Holland TC-4.90” markalı, AZ 90C 050 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynda yanğının baş verməsi faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Xocavənd RPŞ-nin İQ-nin müstəntiqi, polis baş leytenantı Bəhruz Səfiyarlı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1639 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı lizinq müqaviləsi ilə istifadəsində olan “New Holland TC- 4.90” markalı, 90-C-051 dövlət qeydiyyat nişanlı kombayında baş vermiş yanğının baş verməsi faktı əsasında toplanmış material üzrə Xocavənd RPŞ-nin İstintaq Qrupunda ilkin yoxlama aparılmış və material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ona həmin qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xocavənd rayon prokuroruna, yuxarı prokurora və yaxud məhkəməyə şikayət etmək hüquqları izah edilmişdir. - “xxxxxxxxxxxx” ASC-nin MVC 0110/19 saylı, xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, “New Holland TC-4.90” markalı, AZ 90C 050 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynda baş vermiş yanğınla əlaqədar 15841,62 manat məbləğində sığorta ödənişi “xxxxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. - “xxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış 37/18 nömrəli müxtəlif təyinatlı kombaynların sığortalanmasının satınalınması barədə müqavilədən görünür ki, sığortalı bu müqavilə ilə müəyyən olunmuş sığorta haqqını ödəməyi, sığortaçı isə qüvvədə olan qanunvericiliyə “xxxxxxxxxxxx" ASC-nin “xxxxxxxxxxxx" ASC “Avtomobillərin tam sığortası Qaydaları"na uyğun olaraq bu müqavilədə göstərilən sığorta hadisəsi baş verdikdə, sığortalının təqdim etdiyi siyahıda göstərilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan ona məxsus traktorlar və özüyeriyən kənd təsərrüfatı texnikalarına dəyən ziyan və zərərləri ödəməyi öhdələrinə götürürlər. - “xxxxxxxxxx” ASC tərəfindən İddiaçı nümayəndəsi və vəkili X4 ünvanlanmış məktubdan görünür ki, “xxxxxxxxxx" ASC-dən lizinqə götürdüyü “New Holland TC 4.90” markalı taxılyığan kombaynın sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin aparılması məqsədilə xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxxx" ASC-yə müraciət olunmuşdur. Xocavənd Rayon Polis Şöbəsinin İstintaq Qrupunun müstəntiqi, polis baş leytenantı Bəhruz Səfiyarlının cinayət işinin başlamasının rədd edilməsi barədə qərarında öz əksini tapan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 18090 nömrəli rəyinə əsasən New Holland TC 4.90 markalı taxılyığan kombaynda baş vermiş yanğın nəticəsində İddiaçı 21546 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsaslanaraq “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə MVC 0110/19 nömrəli sığorta aktı bağlanılaraq rəydə göstərilən məbləğdən 5704,38 (beş min yeddi yüz dörd manat otuz səkkiz qəpik) manat azadolma çıxıldıqdan sonra 15841,62 (on beş min səkkiz yüz qırx bir manat altmış iki qəpik) manat sığorta ödənişi Sığorta şirkəti tərəfindən ''xxxxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. Həmin sığorta ödənişindən İddiaçı ərizəsinə əsasən 7606,00 (yeddi min altı yüz altı) manat pul vəsaiti onun Cəmiyyətə olan borcuna silinmiş, qalan məbləğ isə ona geri qaytarılmışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli “xxxxxxxxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 1649-L/18 nömrəli müqaviləyə əsasən “xxxxxxxxxx” ASC ümumi dəyəri 380.292 (üç yüz səksən min iki yüz doxsan iki) manat olan 2 ədəd - 1 ədəd “New Holland TC 4.90” markalı, ********* şassi/zavod nömrəli, ********* nömrəli, AZ 90C 050 dövlət qeydiyyat nişanlı, TH 037544 dövlət qeydiyyat şəhadətnamə nömrəli və 1 ədəd “New Holland TC 4.90” markalı, ********* şassi/zavod nömrəli, ********* nömrəli, AZ 90C 051 dövlət qeydiyyat nişanlı, TH 037545 dövlət qeydiyyat şəhadətnamə nömrəli, 190.146 (bir yüz doxsan min bir yüz qırx altı) manat dəyərində taxılyığan kombaynlar dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə İddiaçı istifadəsinə verilmiş, “xxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli sığorta haqqının ödənilməsi barədə 311 nömrəli müqavilə bağlanmış, xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində F.Hüseynov idarə etdiyi 90-C-051 dövlət qeydiyyat nişanlı kombaynda elektrik naqillərində olan nasazlığa görə yanğın baş vermiş, Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Beyləqan Regional Bölməsi tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli aktdan görürünr ki, İddiaçı məxsus “New Holland TC- 4.90” markalı, AZ 90C 050 dövlət qeydiyyat nişanlı taxılyığan kombayna yerində baxış keçirilmiş və yanğın nəticəsində sıradan çıxmış ehtiyat hissələri araşdırılaraq bu barədə akt tərtib edilmiş, araşdırma davam etdirilərək Xocavənd RPŞ-nin İQ-nin müstəntiqi, polis baş leytenantı Bəhruz Səfiyarlı tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla İddiaçı məxsus “New Holland TC-4.90” markalı, AZ 90C 050 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynda yanğının baş verməsi faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu qərar qəbul edildikdən və cavabdehə təqdim edildikdən sonra “xxxxxxxxxxxx” ASC-nin MVC 0110/19 saylı, xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “New Holland TC-4.90” markalı, AZ 90C 050 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynda baş vermiş yanğınla əlaqədar 15841,62 manat məbləğində sığorta ödənişi “xxxxxxxxxx” ASC-nin hesabına ödənilmiş, həmin sığorta ödənişindən İddiaçı ərizəsinə əsasən 7606,00 (yeddi min altı yüz altı) manat pul vəsaiti onun Cəmiyyətə olan borcuna silinmiş, qalan məbləğ isə ona geri qaytarılmışdır. İddiaçı xx xxxx 2019-cu il tarixdə elektrik naqillərində baş vermiş qısa qapanma nəticəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq istifadəsində olan kombayna dəymiş ziyanın “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilməsi tələb olunsa da, dəymiş ziyanın məbləği müəyyən olunduğu vaxtdan 7 gün ərzində ödənilməməsinə, nəticədə ziyan ödənilmədiyindən kombaynın təmir olunmamasına və belə olan halda biçin mövsümü müddətində kombaynın bərpa olunmamasına və nəticədə onun kombayndan istifadə edə bilmədiyindən taxıl yığımından əldə edəcəyi gəlirdən məhrum olmasına, həmçinin taxıl yığını mövsümünün xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2019-cu il tarixədək davam etməsinə, “New Holland TC 4.90” markalı, AZ 90C 051 dövlət qeydiyyat nişanlı taxıl yığan kombaynla gündəlik taxıl yığımının 25 hektar olmasına və hər hektar taxılı yığımının 38 manat məbləğində aparılmasına, hadisə nəticəsində “New Holland TC 4.90” markalı, AZ 90C 051 dövlət qeydiyyat nişanlı taxılyığan kombayna dəymiş ziyanın məbləğinin xx.xx.2019-cu il tarixdə müəyyən olunmasına baxmayaraq 7 gün müddətində “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilməməsinə, nəticədə onun taxıl yığını mövsümündə həmin kombayndan istifadə etmədiyinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan 45 gün müddətində 42.500 (qırx iki min beş yüz) manat məbləğində gəlirindən (45x25x38=42.500) məhrum olmasına istinad edərək cavabdeh “xxxxxxxxxxxx” ASC-dən əldən çıxmış faydaya görə 42.500 (qırx iki min beş yüz) manat onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə iddi tələbinə münasibət bildiərək ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində “xxxxxxxxxxxx” ASC tərəfindən sığorta ödənişinin vaxtında ödənilməməsi nəticəsində onun taxıl yığını mövsümündə həmin kombayndan istifadə etmədiyinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan 45 gün müddətində 42.500 (qırx iki min beş yüz) manat məbləğində gəlirindən (45x25x38=42.500) məhrum olmasını iddia etsə də, bu halı təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verməkdə davam edərək qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından da müəyyən edildiyi kimi, xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxxx” ASC arasında müxtəlif təyinatlı kombaynların sığortalanmasının satınalınması barədə 37/18 saylı müqavilə bağlanmış və həmin kombaynlar sığorta hadisələrindən sığorta edilmişdir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən sığorta müddəti ərzində baş verən sığorta hadisələri nəticəsində əmələ gələn zərərin qiymətləndirilməsi bazar qiymətini nəzərə almaqla sığortaçı və sığortalının əməkdaşları tərəfindən həyata keçirilir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən zərərin məbləği hadisə baş veridyi tarixdən 5 gün ərzində müəyyən edilir. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən zərərin məbləği tam müəyyənləşdirildikdən sonra müqavilənin şərtlərinə uyğun olaraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 933.1-ci maddəsində qeyd olunan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 924.1-ci maddəsinə əsasən, sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. (MM-924.2) Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. (MM-924.3) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1-ci maddəsinə əsasən, Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. Qanunvericiliyin tələbindən də aydın olur ki, sığorta ödənişinin verilməsi əsaslarında biri də sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, məlumat verildikdən sonra aparılmış araşdırma nəticəsində həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəddir. Belə ki, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına məlumat verilir. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanları tərəfindən qəbul edilmiş qərarlar belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənəd hesab olunmaqla, həmçinin sığorta ödənişinin verilməsi üçün əsas da olur. İddiaçı iddia ərizəsində taxıl yığını mövsümünün xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2019-cu il tarixədək davam etməsini göstərərək, taxılyığan kombayna dəymiş ziyanın məbləğinin xx.xx.2019-cu il tarixdə müəyyən olunmasına baxmayaraq 7 gün müddətində “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilməməsi nəticəsində onun taxıl yığını mövsümündə həmin kombayndan istifadə etmədiyinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan 45 gün müddətində 42.500 (qırx iki min beş yüz) manat məbləğində gəlirindən məhrum olmasını iddia etsə də, işin araşdırılmış hallarından da göründüyü kimi, xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində F.Hüseynov idarə etdiyi 90-C-051 dövlət qeydiyyat nişanlı kombaynda elektrik naqillərində olan nasazlığa görə yanğın baş vermiş, İddiaçı məxsus “New Holland TC-4.90” markalı, AZ 90C 050 dövlət qeydiyyat nişanlı taxılyığan kombayna yerində baxış keçirilmiş və yanğın nəticəsində sıradan çıxmış ehtiyat hissələri araşdırılaraq bu barədə akt tərtib edilmiş, daha sonra müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən araşdırma davam etdirilərək, Xocavənd RPŞnin İQ-nin müstəntiqi, polis baş leytenantı Bəhruz Səfiyarlı tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qərarla İddiaçı məxsus “New Holland TC-4.90” markalı, AZ 90C 050 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynda yanğının baş verməsi faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu qərar qəbul edildikdən və cavabdehə təqdim edildikdən sonra “xxxxxxxxxxxx” ASC-nin MVC 0110/19 saylı, xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “New Holland TC-4.90” markalı, AZ 90C 050 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynda baş vermiş yanğınla əlaqədar 15841,62 manat məbləğində sığorta ödənişi “xxxxxxxxxx” ASC-nin hesabına ödənilmiş, həmin sığorta ödənişindən İddiaçı ərizəsinə əsasən 7606,00 (yeddi min altı yüz altı) manat pul vəsaiti onun Cəmiyyətə olan borcuna silinmiş, qalan məbləğ isə ona geri qaytarılmışdır. Qanunvericiliyin tələbini və işin araşdırılmış hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində iddiaçının hər hansı bir hüququnu pozan halın olması müəyyən edilməmişdir və iddiaçının iddia tələbini əsaslandırdığı dəlillər əsassızdır. Belə ki, iddiaçının tələblərinin maddi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü maddələri təşkil edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 21.3-cü maddəsi) Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qeyd edilən əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, ilk növbədə hər hansı iddia tələbi üzrə iddiaçının tələbinə uyğun olan iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (MPM-119.2) Beləliklə də, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “əldən çıxmış faydaya görə pulun tutulması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “əldən çıxmış faydaya görə pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlikedən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1469/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1469/2020
22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver