Məhkəmə qərarları › İş №2(009)-1485/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1485/2021

21.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1485/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə mərhum X1 arasında bağlanmış 10.06-3928/005710 saylı, 03.06.2010-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin 03.06.2010-cu il tarixli 10.06-3928/005710 kredit müqaviləsinə əsasən X2 48 ay müddətinə illik 24% faiz olmaqla 260.000 (iki yüz altmış min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi onların mərhum anası X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ev ipoteka ilə Cavabdeh ASC-nin xeyrinə yüklü edilmişdir. X1 01.10.2017-ci ildə vəfat etmişdir. X2 dələduzluq edərək, onlarla bərabər 30 adamı aldatmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən məhkum edilərək azadlıqdan mərhum edilmişdir. Bununla bağlı zərəçəkmiş şəxsin hüquqi varisi kimi tannınmaqları ilə bağlı Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə müraciət etmişlər və İddiaçı2 zərərçəkmiş X1nın hüquqi varisi qismində tanınmışdır. Göstərilənlərdən məlum olur ki, X2 ilə bağlanan kredit müqaviləsi qanunsuz və əsassızdır. Belə ki, həmin əqt aldatma yolu ilə bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən mərhum anasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ev 20.07.2010-cu ildə bağlanmış 10.06- 3928/005710-Sİ saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 bankın əməkdaşı kmim özünü təqdim edərək mərhum X1nı aldatmış, İddiaçı1 banka olan kredit borcunun uzadılmasıadı ilə müqavilə bağlayaraq faktiki olaraq kredit götürmüşdür. Bu səbəbdən onlar və onlar kimi aldadılmış onlarla şəxslər onun barəsində şikayət etmiş və həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar Cavabdeh ASC ilə mərhum X1 arasında bağlanmış 10.06-3928/005710 saylı, 03.06.2010-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə tələb irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunun yuxarıda qeyd olunan normasının tələblərinə əməl olunmadığından, işin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya əməl etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar