Məhkəmə qərarları › İş №2(009)-1493/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1493/2020

16.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1493/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əliyeva Aygün Həsən qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzinin” ona göndərdiyi məktubundan məlum olur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ipoteka ilə yüklü edilmiş həmin əmlakım satılması üçün açıq hərraca çıxarılacaqdır. O yalnız həmin vaxt Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin mövcudluğunu bilmişdir. Qətnamədə o, həmin mülki işdə tərəf kimi göstərildiyim halda, məhkəmə onun iştirakını təmin etməmiş, məhkəmə qətnaməsini tərəf kimi ona göndərməmişdir. Məhkəmənin sözügedən qətnaməsindən məlum olur ki, X6 və X2 Cavabdeh ASC-dən xx.xx.2016-cı il tarixli Kİ 883 saylı maliyyələşdirmə ərizəsinə əsasən onlara 25 ay müddətinə illik 25 % olmaqla 258744,96 AZN manat mənəbləğində kredit verilmişdir. Həmin kredit üzrə öhdəliklərin icrasının təmini kimi onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixli sonrakı ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 564000 manat məbləğində qiymətləndirilmişdir. O, yuxarıda qeyd edilən ipoteka müqaviləsi ilə razı deyil və hesab edir ki, həmin ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, X6 və X2 Cavabdeh ASC-dən xx.xx.2016-cı il tarixli K1883 saylı maliyyələşdirmə ərizəsinə əsasən onlara 25 ay müddətinə illik 25% olmaqla 258744,96 AZN manat mənəbləğində kredit verilməsindən məlumatlı olmuşdur. X4 verdiyi etibarnaməyə əsasən həmin kredit üzrə öhdəliklərin icrasının təmini kimi onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü etmişdir. Lakin oğlu həmin ipotekanın mahiyyəti, şərtləri, ipoteka edilmiş əmlakın qiyməti və bu kimi mühüm əhəmiyyət kəsb edən digər məlumatlar barədə ona məlumat verməmişdir. Sonradan bilmişdir ki, İpoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi 564000manat məbləğində qiymətləndirilmişdir. O bununla qətiyyən razı deyil. Bu qiymət həmin əmlakı o zaman mövcud olan bazar qiymətindən xeyli aşağı məbləğdə qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxx” MMC-nin həmin daşınmaz əmlıkala bağlı verdiyi 03/SR/12-18 saylı, xx xxxxxx 2018-ci iltarixli Qiymətləndirmə Hesabatına görə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirmə hesabatı tərtib edilən tarixə olan bazar dəyəri 640000 manathəcmində müəyyən edilmişdir. Əgər nəzərə alınsa ki, daşınmaz əmlakın bazar qiyməti hər il yüksələn şakala üzrə artır, onda ipoteka ilə yüklü edilmiş əmlakının xx.xx.2016-cı tarixə 564000 manat məbləğində qiymətləndirilməsi həqiqəti əks etdirmir.İpoteka ilə yüklü edilmiş əmlakının qiymətləndirilməsinin kifayət qədər fərqli olması və fəqrqin onun üçün olduqca əhəmiyyətli olması səbəbindən hesab edir ki, ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyriyaşayış sahəsi ipoteka ilə yüklü ediləsinə dair İpoteka müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunun yuxarıda qeyd olunan normasının tələblərinə əməl olunmadığından, işin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya əməl etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar