Məhkəmə qərarları › İş №2(009)-1511/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1511/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1511/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrina 750 (yeddi yüz elli) manat va 30 (otuz) manat dövlat rüsumunun, cami 780 (yeddi yüz saksan) manat mablağinin tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə borcunu tam olaraq ödədiyinə görə iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddiadan imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPMin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının nümayəndəsi və vəkilinin iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsi və vəkili iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada ərizə tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməli, MPM-in 262.4-cü maddəsinin tələbləri iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar