Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1534/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.M.Nağıyevin Cavabdeh MTK-nın, eyni zamanda üçüncü şəxs N.E.Mirzəyevin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 ünvanda yerləşən ümumi sahəsi 70,5 kv.m. 1 mərtəbəli qeyri-yaşayış sahəsi AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş MH ******* seriya nömrəli çıxarışa əsasən onun mülkiyyətində olmuşdur. Sonradan göstərilən qeyri-yaşayış sahəsinin üstündə əlavə olaraq 2-ci və 3-cü mərtəbə inşa etdirmişdir, lakin həmin sahələr Reyestr Xidmətində qeydiyyata alınmamışdır. Həmin ərazidə “xxxxxxxxxxxxxxxxxxx” MTK pilot layihə üzrə hündür mərtəbəli bina inşa etdiyi üçün iddiaçının mülkiyyətində olan 1 mərtəbəli qeyri-yaşayış sahəsini Bakı şəhəri 14 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 102900 manata MTK-nın təsisçisi cavabdeh X2. Bundan əlavə aralarındakı razılığa əsasən istifadəsində olan 2 və 3-cü mərtəbənin əvəzinə cavabdeh MTK-ya Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 2 ünvanda yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasında təmir işləri görməsini və Badamdar qəsəbəsi 2-ci yaşayış massivində ona məxsus torpaq sahəsində 3 mərtəbəli yaşayış evi inşa etməyi üzərinə götürmüşdür. Cavabdeh təmir işlərinə 41942,40 manat, evin inşa edilməsinə isə 179766,1 manat məbləğində vəsait sərf etdiyini bildirmişdir. Həmin işlərin görülməsinə çəkilən xərclə əlaqədar aralarında fikir ayrılığı olmuş və o, mülkiyyətinin sökülməsinə etiraz etmişdir. Bundan sonra MTK-nın və onun şikayətinə əsasən Səbail rayon prokurorluğunda, sonra isə Bakı şəhər Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 320-ci və 178-ci maddələri ilə cinayət işi qaldırılmışdır. İstintaq zamanı alqı-satqı müqaviləsinə əsasən ödənilən 102900 manat, təmir xərcinə görə 41942,40 manat və evin inşasına sərf edilən 179766 manat, cəmi 324608,5 manat pul onun tərəfindən cavabdeh MTK-ya qaytarılmışdır. Bakı şəhər Prokurorluğunun cinayət işi üzrə icraata hissəvi xitam verilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilir ki, “xxxxxxxxxxxxxxxxxxx” MTK-dan daxil olmuş xx.xx.2019-cu il tarixli məktuba əsasən MTK-a tərəfindən Fərhad Nağıyevə verilmiş nağd pul, eləcə də tikinti və təmir işlərinə çəkilmiş xərc sonuncu tərəfindən tam ödənilmişdir. Bundan sonra həmin qərarda göstərilmişdir ki, MTK tərəfindən tikinti və təmir işlərinə çəkilmiş xərcin dəyəri, eləcə də nağd formada verilmiş pul, ümumilikdə 324608,5 manat Fərhad Nağıyev tərəfindən geri qaytarılmışdır. Cinayət işinin icraatına xitam veriləndən sonra Bakı şəhəri 14 saylı Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2020-ci il tarixli Saziş bağlayaraq cavabdehin təsisçisi X7 ödədiyi 102900 manat məbləğin notariusun depozit hesabı vasitəsi ilə geri qaytarılmışdır. Həmin müqavilənin ləğvinə dair sazişin 3-cü bəndində göstərilmişdir ki, tərəflərin ümumi razılığa əsasən X13, İddiaçı verdiyi 102900 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə geri aldıqdan sonra qeyd olunan daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə xitam verildi. Bununla yanaşı Cavabdeh MTK tərəfindən Bakı şəhər prokurorluğuna yazılan 046/19 saylı, xx.xx.2019-cu il tarixli ərizədə 324608,5 manat pulun onun tərəfindən tam ödənilməsi təsdiq edilmişdir. Göründüyü kimi o, mülkiyyətini satarkən aldığı 102900 manat vəsaiti həm istintaq zamanı, eləcə də alqı-satqı müqaviləsinin ləğv edən zaman təkrarən geri qaytarmışdır. Hesab edir ki, mülkiyyətinin alqı-satqısının ləğvi ilə əlaqədar 102900 manat cavabdehin təsisçisi X9 qaytarıldığına görə həmin alqı-satqı müqaviləsi ilə bağlı istintaq dövründə cavabdeh MTK-ya ödənilən 102900 manat vəsait geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri 14 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar 102900 manat cavabdeh MTK-nın təsisçisi X9 qaylarıldığına görə, istintaq müddətində həmin müqavilə üzrə ödənilən 102900 manat məbləğində pulun cavabdeh MTK-dan tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı etibarnamə əsasında nümayəndəsi X10 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, pul notariat kontoruna onun tərəfindən gətirilmiş, sonra isə notarius müqavilənin ləğv edilməsində şəxsən həyat yoldaşı İddiaçı iştirakının zəruri olduğunu bildirmiş, Nailə xanım notariat kontoruna gələrək həmin müqaviləni imzalamışdır. Pul onun tərəfindən ödənilmişdir. Əgər şirkətin nümayəndəsinin dediyi kimi pul şirkətin pulu olardısa, notariat kontorunda onlar arasında hər hansı saziş də bağlanmalı idi. Yəni pulun şirkətə məxsusluğunu təsdiq etmək üçün. Belə bir saziş də mövcud deyil. O, şirkətə verdiyi artıq pulu geri istəyir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili (eyni zamanda 3-cü şəxs qismində cəlb edilmiş X7 nümayəndəsi və vəkili) Vəkil iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, müqavilənin ləğvinə dair saziş bağlanarkən notariat kontorunda ödənilən pul məbləği şirkətin pulu olmuşdur. Bu halları təsdiq edən şahidlər mövcuddur. Ona görə də qaldırılan iddia əsaslı deyil, iddiaçı həmin pulu ödəməişdir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh MTK-nın sədri Rauf Əsədullayev qaldırılan iddiaya dair verdiyi yazılı etirazda göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, istintaq zamanı alqı-satqı müqaviləsinə əsasən ödənilən 102900 manat, təmir xərclərinə görə 41942,40 manat və evin inşasına görə sərf edilən 179766 manat, cəmi 324608.5 manat pul onun tərəfindən cavabdeh MTK-ya geri qaytarılmışdır. İlk baxışdan belə başa düşülür ki, iddiaçı MTK-ya 324608.5 manatı pul şəklində geri qaytarmışdır. Halbuki, istintaq zamanı iddiaçı 324608.5 manatın yalnız 140000 manat hissəsini pul şəklində (o cümlədən, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilən 102900 manat) qalan 184608.5 manat hissəsini isə əmlak şəklində, yəni «xxxxxxxxxxx» MTK-nın inşa etdiyi, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi 539-cu məhəllə, 4-cü blok, 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət sahəsi 106 kv.m olan 148 saylı mənzil və kooperativdəki paydan cavabdehin təsisçisi Namik Mirzəyevin xeyrinə imtina etməklə qaytarmışdır. Bununla bərabər, iddiaçının həyat yoldaşı və hazırkı iş üzrə nümayəndəsi Fərhad Nağıyev də həmin mənzilin MTK-nın təsisçisi Namik Mirzəyevin adına rəsmiləşməsinə Bakı şəhəri 28 saylı notariat ofisində razılıq vermişdir (Qoşma 2). Qeyd edilməlidir ki, «xxxxxxxxxxx» MTK-nın inşa etdiyi adı çəkilən mənzilin qiyməti iddiaçı və cavadbeh arasında qarşılıqlı razılıqla 196100 manat (106 kv.m x 1850 manat) məbləğində razılaşdırılmışdır. Bu səbəbdən yaranmış olduğu fərqi (196100 manat - 184608.5 manat) = 11500 manat fərqi MTK-nın təsisçisi Namik Mirzəyev iddiaçının həyat yoldaşı Fərhad Nağıyevə ödəmişdir (Qoşma 3). 102900 manat pulun notariusun depozit hesabına ödənilməsinə dair bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (AR MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2020-ci il tarixli Saziş bağlayaraq cavabdehin təsisçisi X8 ödədiyi 102900 manatı notariusun depozit hesabı vasitəsi ilə geri qaytarmışdır. Lakin, iddiaçı 102900 manatın məhz onun tərəfindən ödənildiyi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin təsisçisi X14 tərəfindən iddiaçıya ödənilən 102900 manat pul istintaq zamanı geri qaytarıldığı üçün həmin sözügedən alqı-satqı müqaviləsi ləğv olunmalı və əmlak iddiaçıya geri qaytarılmalı idi. Hamıya bəlli olan haldır ki, müqavilə ləğv edildiyi halda notariusun depozit hesabı vasitəsi ilə pulun hərəkəti baş verməlidir. Məhz bu məqsədlə, cinayət işinin icraatına xitam verildiyindən sonra Bakı şəhəri 14 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixdə «müqavilənin ləğvinə dair» iddiaçı və cavabdedin təsisçisi Namik Mirzəyev arasında Saziş bağlanmış və iddiaçının əvəzinə cavabdehin nümayəndəsi, MTK-nın maliyyə direktoru (Qoşma 4) X12 şəxsən Bakı şəhəri 14 saylı Notariat ofisinin “Muğan” bankda olan depozit hesabına 102900 manat ödəmiş, sonra da həmin pulu cavabdehin təsisçisi X14 şəxsən götürmüşdür (X4 şahid ifadələri). Bundan əlavə bank xərclərini də məhz X12 ödəmişdir. Bundan sonra ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə 14 saylı Notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı cavabdehin təsisçisi X11 ünvan 1 ünvanında yerləşən 0.0121 ha torpaq sahəsini satmış və sonuncu iddiaçıya görə buna görə 85000 manat ödəmişdir. (Qoşma 5). Məlum olduğu kimi, ümumi yurisdiksiyalı məhkəmələr icraatlarında olan işin faktiki hallarını müəyyən edib qiymətləndirməlidir. Yuxarıda qeyd edilən işin faktiki halları və təqdim edilən sübutlardan açıq şəkildə aydın olur ki, Bakı şəhəri 14 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixdə «müqavilənin ləğvinə dair» iddiaçı və cavabdehin təsisçisi Namik Mirzəyev arasında bağlanmış Sazişə əsasən, 102900 manat pul formal olaraq cavabdeh MTKnın nümayəndəsi X12 tərəfindən “Muğanbank”ın kassasına yaxınlaşaraq iddiaçının adından notariusun depozit hesabına ödənilmiş və sonda cavabdehin təsisçisi Namik Mirzəyev həmin pulu götürülmüşdür. Bütün bunlar onu deməyə kifayət qədər əsas verir ki, iddiaçı cavabdehə qarşı vicdansızcasına əsassız iddia vermiş, bununla da pandemiya dövründə həm iddiaçının, həm də məhkəmənin iş vaxtının itirilməsinə səbəb olmuşdur. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən AR MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hesab edirəm ki, iddiaçı hüquqdan sui-istifadə edərək qanunsuz yolla varlanmaq niyyətinə düşmüş. İddiaçının bu kimi hərəkətləri məhkəmə tərəfindən hüquqa zidd hərəkət olaraq qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi İddiaçı Cavabdeh MTK-ya qarşı «pul tələbinə dair» iddia ərizəsinin rədd edilməsi və vicdansızcasına əsassız iddia vermiş İddiaçı iş vaxtının itirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrə yardım Fondunun xeyrinə 50000 manat və X20 xeyrinə 50000 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, o Cavabdeh MTK-da maliyyə direktoru vəzifəsində işləyir. İddiaçının nümayəndəsini tanıyır. MTK-nın şikayəti əsasında prokurorluq orqanında araşdırma aparılan zaman iddiaçı tərəfindən ziyanın əvəzi kimi qaytarılmalı olan 324608,5 manat məbləğindən 140.000 manat nağd şəkildə, yerdə qalan ziyan isə əmlak şəklində ödənilmişdir. Bundan sonra iddiaçı bildirmişdir ki, pulu qaytardığı üçün əmlak təkrar onun adına qaytarılmalıdır. Bu məqsədlə alqı-satqısın həyata keçirən 14 saylı notariat kontoruna müraciət etmişlər. Notariat kontorunda bildirmişlər ki, pul depozitə keçməlidir. Şirkətin bir müddət pulu olmadığı üçün evin alğı-satqı müqaviləsinin ləğvinə dair sazişi bağlaya bilməmişlər. 2020-ci ilin yanvar ayında da şirkətdə müəyyən maliyyə problemləri olmuşdur, fevral ayında isə Fərhad müəllimə zəng edərək pul vəsaitinin əldə olunmasını bildirmiş və notariusa müqavilənin rəsmiləşdirilməsi üçün getməli olmalarını demişdir. Şirkətin pul vəsaitindən 102900 manat götürülərək notariat kontorunun depozit hesabına keçirilmişdir. Həmin müqavilə bağlanarkən müəyyən olunmuşdur ki, Fərhad müəllimin etibarnaməsində səlahiyyət nəzərdə tutulmamış və bu səbəbdən Nailə xanım notariat kontoruna dəvət edilmiş və sənədlər imzalanmışdır. Şahid həmçinin göstərmişdir ki, istintaq zamanı ziyan əvəzi onlara təqdim olunan daşınmaz əmlakın qiyməti borcdan bir qədər çox olmuş, onlar artıq məbləği də ödəmişlər. Şahid eyni zamanda ifadəsində göstərmişdir ki, bütün danışıqlarda iddiaçının həyat yoldaşı Fərhad müəllim iştirak etmiş, onunla mübahisənin həll edilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edildiyindən, notariat kontorunda depozitə oturulan pulun şirkətə məxsusluğunu təsdiq edilməsi məqsədilə Fərhad müəllimlə hər hansı sənəd tərtib edilməmiş və imzalanmamışdır. Yəni Fərhad müəllimlə barışdıqları üçün münasibətləri yaxşılaşdığından və gələcəkdə belə bir mübahisənin olacağına inanmadıqlarından, pulun şirkət tərəfindən verilməsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o şirkətdə sürücü işləyir. xx.xx.2020-ci il tarixdə Nailə xanımı notariat kontoruna o gətirmiş. Həmin vaxtı Nailə xanımın əlində sumka olmamışdır. İş üzrə Cavabdeh MTK tərəfindən Bakı şəhər X5 ünvanlanmış ərizənin kserosurətindən görünür ki, Səbail rayonu, Badamdar qəsəbə sakini X10 tərəfindən Cavabdeh MTK-ya vurulmuş 324608.50 manat ziyandan son qalıq 184608,50 manat məbləğində ödəniş ödənilməklə onun tərəfindən vurulmuş maddi ziyan tam ödənilmişdir. İş üzrə Bakı şəhər X3 mühüm işlər üzrə müstəntiqinin xx.xx.2019-cu il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarının kserosurətinə əsasən Fərhad Nağıyevin əməlində Azərbaycan Respublikası CM-nin 178, 188 və 320-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, torpaq sahələri üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, saxta sənəd tərtib etmə və saxta sənəddən istifadə etmə cinayətlərinin tərkib əlamətləri olmadığı üçün həmin hissədə cinayət işinin icraatına xitam verilməsi, ********* No-li cinayət işi üzrə icraata Dövlət Arxiv İdarəsinin Bakı filialının direktoru Ağakişi Allahverdiyevin və Dövlət Arxiv İdarəsinin Bakı filialının digər əməkdaşlarının, Səbail RİH Başçısının keçmiş müavini Vilayət Muxtarov, Səbail RİH Ümumi şöbəsinin keçmiş müdiri Voronin Baris, Səbail RİH Başçısının Badamdar qəsəbəsi üzrə keçmiş nümayəndəsi Həsən Qasımzadənin və qeyrilərinin əməllərində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrinin tərkib əlamətləri olmadığından cinayət işi üzrə icraata həmin hissədə xitam verilməsi, cinayət işinin Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1, 313 və 320-ci maddələrpindən həmin Məcəllənin 320.1-ci maddəsinə tövsif edilərək aidiyyəti üzrə Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda müəyyən edilmişdir ki, Fərhad Nağıyev 2017-ci ilin dekabr ayının ortalarında Cavabdeh MTK-nın təsisçiləri X13 və X16 ilə həmin MTK-nın ofisində görüşüb tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının qonşuluğunda T.Məmmədov 3 ünvanında yerləşən, onun istifadəsində olan 3 mərtəbəli qeyriyaşayış obyektinin sənədlərinin olmasını deyərək almaları üçün obyekti həmin şəxslərə təklif etmiş, Namiq Mirzəyev və Eyvaz Mirzəyev qeyd olunan obyekti almağa razı olduqdan sonra arvadı İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 ünvanında olan, 0,01015 ha torpaq sahəsində yerləşən, 70,5 kv.m. sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmiş, Namiq Mirzəyev ilə xx.xx.2018-ci il tarixdə ******* nömrəli alqı-satqı müqaviləsi bağlayıb sonuncudan 102900,0 manat pul almış, daha sonra aralarındakı razılığa uyğun olaraq MTK-a “Altay Dental” tibb klinikasının köçürülməsi üçün 2018-ci ilin mart-iyul ayları ərzində Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 2 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasında 41942,40 manat dəyərində təmir işləri görülmüş və Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsində 3 mərtəbəli evin tikintisinə 179766,1 manat məbləğində xərc çəkilmişdir. Bundan sonra MTK tərəfindən xx.xx.2018-ci il tarixdə Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanda yerləşən qeyri-yaşayış binası sökülmüşdür. Lakin tərəflər arasında fikir ayrılığı olmuş, F.Nağıyev çəkilmiş xərcin MTK tərəfindən şişirdilməsini bildirmişdir. MTK tərəfindən tikinti və təmir işlərinə çəkilmiş xərcin dəyəri, eləcə də nağd formada verilmiş pul, ümumilikdə 324608,50 manat Fərhad Nağıyev tərəfindən geri qaytarılmışdır. İş üzrə İddiaçı ilə X17 arasında bağlanılmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli müqavilənin ləğvinə dair sazişinin kserosurətindən görünür ki, Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə/30 reyestr nöməsilə qeydə alınaraq xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş MH ******* seriya nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 ünvanında yerləşən ü/s 70,5 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını X9 102900 manata satmışdır. X13 qeyd olunan əmlaka Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə RX ******* seriya nömrəli çıxarış almışdır. Hazırki sazışlə qeyd olunan müqaviləyə xitam verirlər: tərəflərin ümumi razılığa əsasən X13, İddiaçı verdiyi 102900 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə geri aldıqdan sonra qeyd olunan daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə xitam verildi. İş üzrə İddiaçı və X10 tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli ərizələrdən görünür ki, onlar Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 539-cu məhəllə, 148 saylı mənzili və kooperativdəki payın X7 adına keçirilməsinə və rəsmiləşdirilməsinə razılıq vermişlər. İş üzrə “xxxxxxxxxxx” MTK ilə X13 arasında bağlanımış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 539-cu məhəllə, 148 saylı mənzili 196100 manata payçı N.Mirzəyevə verilmişdir . İş üzrə “xxxxxxxxxxx” MTk tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışa əsasnə X13 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 539-cu məhəllə, 148 saylı mənzili üçün 196100 manat tam ödənilmiş və N.E.Mirzəyevin MTK-ya borcu yoxdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də tərəflər arasında Bakı şəhəri, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanda yerləşən, ümumi sahəsi 70,5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsi 102900 manata Cavabdeh MTK-nın təsisçisi X1. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MTK-nın təsisçisi X13 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanılmış müqavilənin ləğvinə dair sazişə əsasən ləğv edilmiş və xx.xx.2020-ci il tarixdə tərəflər arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 56C ünvanda yerləşən qyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Cavabdeh MTK-nın maliyyə direktoru Əli Hüseynzadənin şikayəti əsasında iddiaçının həyat yoldaşı Fərhad Nağıyev barəsində bağlanılmış cinayət işinin icraatına xx xxxxxx 2019-cu il tarixli qərarla hissəsi xitam verilmiş və Fərhad Nağıyevin əməlində AR CM-nın 178, 188 və 320-ci maddələrin tərkib əlamətləri olmadığı üçün həmin hissədə cinayət işinin icratına xitam verilmişdir. İstintaq zamanı aparılmış araşdırma zamanı X13 və X10 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Fərhad Nağıyev etiraf etmişdir ki, onunla Namiq Mirzəyev arasında Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən obyekt üçün N.Mirzəyev tərəfindən 102900 manat pul ödənilmiş, eyni zamanda T.Məmmədov küçəsi, 2 ünvanda yerləşən obyektin təmiri üçün 41942,40 manat və Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 179766,1 manat dəyərində bina tikilmişdir. İddiaçı tərəfindən irəli srülmüş tələbdən görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsinin üstündə 2-ci və 3-cü mərtəbəli tikililər inşa edilmiş, lakin həmin tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin ərazidə cavabdeh çoxmərtəbəli yaşayış evi inşa etdiyi üçün iddiaçıya qeyri-yaşayış sahəsinin alğı-satqısını təklif etmişdir. Eyni zamanda aralarında olan razılığa əsasən qeyri-yaşayış sahəsinin 2 və 3-cü mərtəbəsinin əvəzinə cavabdeh Bakı şəhəri, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 2 ünvanda yerləşən 3 mərtəbəil qeyri-yaşayış binasında təmir işlərinin görülməsi və Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində iddiaçıya məxsus torpaq sahəsində 3 mərətbəli yaşayış evinin inşasını üzərinə götürmüşdür. Lakin cavabdehlə aralarında həmin işlərə çəkilən xərclə əlaqədar fikir ayrılığı olmuş və o, mülkiyyətinin sökülməsinə etiraz etmişdir. Bundan sonra şikayət əsasında Bakı şəhər prokurorluğunda cinayət işi açılmış və alğı-satqı müqaviləsinə əsasən ona ödənilən 102900 manat, təmir xərcinə görə 41942,40 manat və evin inşasına sərf edilən 179766 manat, cəmi 324608,5 manat onun tərəfindən cavabdehə qaytarılmışdır. Lakin baxmayaraq ki, onun tərəfindən istintaq zamanı cavabdehə vurulan ziyan tam ödənilmişdir, 14 saylı DNK təsdiq edilmiş atqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2020-ci il tarixli saziş üzrə də onun tərəfindən MTK-ya 102900 manat ödənilmişdir. Yəni o, mülkiyyətinə satarkən aldığı 102900 manat vəsaiti həm istintaq zamanı, eləcə də alqı-satqı müqaviləsinin ləğv edən zaman təkrarən geri qaytarmışdır. Bu səbəbdən iddiaçı MTK-ya ödənilən 102900 manat vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanlandığı yazılı etirazdan və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan belə məlum olur ki, MTK tərəfindən hündür mərtəbəli evin tikintisi ilə bağlı İddiaçı alğı-satqı müqaviləsi ilə alınmış Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsi sökülərkən cavabdeh həmin yerə gələrək söküntünün qanunsuz olduğunu bildirmişdir. MTK-nın nümayəndələri həmin əmlakın artıq MTKnın təsisçisi N.Mirzəyevin mülkiyyətində olmasını və bu səbəbdən söküntünün qanuni olmasını bildirsələr də, iddiaçının həyat yoldaşı Fərhad Nağıyev sökülən ünvanın MTK-ya satılmadığını, satılan əmlakın həmin ünvanda deyil başqa yerdə yerləşməsini, sökülən əmlakın ünvanının isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 56C olmasını bildirmişdir. MTK iddiaçının həyat yoldaşı Fərhad Nağıyev tərəfindən aldadıldığını və onlara qarşı dələduzluq cinayətinin törədilməsi ilə bağlı prokurorluğa şikayət verdikdən sonra Fərhad Nağıyev istintaq zamanı verdiyi izahatda etiraf etmişdir ki, onun tərəfindən faktiki satılan əmlak - Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsi olmuşdur. Lakin notariat orqanında faktiki olaraq həmin ünvanda yerləşən əmlakın (Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 56C ünvanda yerləşən qeyri-yaşayış sahəsi) deyil, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən 3 mərtəbəli əmlakın alğısatqısı rəsmiləşdirilmişdir. Bununla belə sonradan tərəflər arasında xx.xx.2020-ci il tarixdə (Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə bağlanmış alğı-satqı müqaviləsi ləğv edildikdən sonra) Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 56C ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısı həyata keçirilmiş və həmin alğı-satqı müqaviləsi üzrə Namiq Mirzəyev (cavabdeh şirkətin təsisçilərindən biri) tərəfindən İddiaçı 85000 manat pul ödənilmişdir. Göründüyü kimi tərəflər arasında olan mübahisənin mahiyyəti ondan ibarət olmuşdur ki, İddiaçı MTK-nı aldadaraq faktiki inşası həyata keçirilən binanın ərazisində yerləşən (Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 56C ünvanda yerləşən qeyri-yaşayış sahəsi) əmlakı deyil, başqa əmlakı (Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsi) MTK-ya satmışdır. Bu səbəbdən də MTK iddiaçının həyat yoldaşının bu hərəkətləri ilə bağlı (aldatma ilə bağlı külli miqdarda ziyan vurma faktına görə) prokurorluq orqanlarına müraciət etmiş və istintaq zamanı Fərhad Nağıyevin MTK-ya 324608 manat ziyan vurulması faktı öz təsdiqini tapmışdır (həmin hal iddiaçının özü tərəfindən də iddia ərizəsində etiraf olunmuşdur). Lakin sonradan tərəflər arasında istintaq zamanı barışıq əldə edilmiş və MTK vurulmuş ziyanın (102900 manat çıxılmaq şərti ilə) ödənilməsi ilə bağlı Bakı şəhər prokurorluğuna məktub ünvanlamışdır. Cinayət işinə xitam verilməsi barədə qərardan da göründüyü kimi ümumi ziyan məbləğinə (324608 manat) eyni zamanda Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı əldə edilmiş 102900 manat məbləğində pul da daxil olmuşdur. Lakin cinayət işinə xitam verilərkən həmin əmlak MTK-nın mülkiyyətində olmuş və tərəflər arasında olan razılaşmaya əsasən Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsini ləğv edilir və tikiləcək hündürmərtəbəli binanın faktiki ərazisində yerləşən əmlaka dair alğı-satqı müqaviləsi bağlanılır. İddiaçı alğı-satqı müqaviləsi üzrə əldə etdiyi 102900 manat məbləğində pulu olmadığı üçün Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi cinayət işinə xitam verilməsi ərəfədə mümkün olmamışdır. Bu səbəbdən də tərəflər belə razılığa gəlmişlər ki, həmin pulu formal olaraq cavabdeh tərəf ödəyəcəkdir. Bu səbəbdən də MTK-nın maliyyə direktoru Əli Hüseynzadə MTK-ya məxsus pul vəsaitini iddiaçının əvəzinə notariusun depozit hesabına mədaxil etmiş və alğı-satqı müqaviləsi ləğv edildikdən sonra həmin pulu özü də götürmüşdür. Eyni zamanda növbəti gün Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 56C ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısı həyata keçirilmiş və iddiaçıya həmin əqd üzrə 85000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, MTK tərəfindən ödənilən ziyanla bağlı Bakı şəhər Prokurorluğuna xx.xx.2019-cu il tarixdə məktub yazması məhz onunla bağlı olmuşdur ki, tərəflər Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanımlış alğı-satqı müqaviləsinin ləğv edilməsini və onun əvəzində Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 56C ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair yeni müqavilənin bağlanılmasını həyata keçirəcəklər. Lakin iddiaçı iddia ərizəsində işin bu hallarını göstərməmiş və verdiyi iddia ərizəsində elə təsəvvür yaratmaq istəmişdir ki, onun tərəfindən qeyri-yaşayış sahəsinə görə MTK-ya iki dəfə pul ödənilmişdir. Məhkəmə tərəfindən isə araşdırılmış sübutlarla iddiaçının bu dəlilləri tam təkzib olunmuş, alğı-satqı müqaviləsinin bağlanılmasına dair saziş üzrə ödənilən 102900 manat pulun iddiaçı tərəfindən deyil, MTK-nın maliyyə direktoru Əli Hüseynzadə tərəfindən ödənilməsi tam təsdiq olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin ləğvi ilə bağlı bağlanmış sazişdə 102900 manat məbləğində pulun faktiki olaraq MTK tərəfindən notariusun depozit hesabına mədaxil edilməsinin göstərilməsi mümkün olmasa da, işin faktiki hallarından, tərəflər arasında yaranmış mübahisənin mahiyyətindən və sonrakı davranışlarından tam təsdiq olunmuşdur ki, həmin pul məbləği cavabdeh tərəfindən mədaxil olunmamışdır. Yəni iddiaçı MTKya vurduğu 102900 manat ziyanın iki dəfə qaytarılmasını iddia etsə də, bu hallar öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, alğı-satqı nəticəsində əldə edilən pul vəsaitinin geri qaytardıqdan sonra əmlakın təkrar əvvəlki mülkiyyətçinin adına keçirilməsi ilə bağlı tərəflər arasında rəsmiləşdirilmiş saziş zamanı pulun iddiaçı tərəfindən depozitə qoyulması, həmçinin ağlabatan və məntiqli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrini hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2. maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. X26 Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X26 Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X26 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə hesab edir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov ünvanında yerləşən 3 mərtəbil qeyri-yaşayış sahəsinə görə xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsinin ləğvinə dair bağlanmış saziş üzrə iddiaçı tərəfindən MTK-ya hər hansı pul məbləğinin ödənilməsi öz təsdiqini tapmadığından, iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı Bakı şəhəri 14 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar 102900 manat cavabdeh MTK-nın təsisçisi X9 qaylarıldığına görə, istintaq müddətində həmin müqavilə üzrə ödənilən 102900 manat məbləğində pulun cavabdeh MTK-dan tutularaq ona qaytarılması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1534/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1534/2020
25.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver