Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1546/2020 16.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Atabala oğlunun cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Atabala oğlu cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. Hakim qeyd edir ki, ərizəçi tərəfindən verilmiş iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyil. Qanunun yuxarıda göstərilən tələbindən göründüyü kimi iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbini göstərməlidir. Yəni bu tələb konkret olmalıdır. İddiaçı isə iddia ərizəsində sağlamlığına vurulmuş ziyanın ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, tələb etdiyi ödənilməmiş ziyanın məbləğini konkret göstərməmişdir. Hakim izah edir ki, iddiaçı iddia ərizəsində ziyan məbləğini konkret göstərməlidir. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməməklə verildiyindən geri qaytarılmalıdır . AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən nöqsanı aradan qaldırıb yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Atabala oğlunun cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1546/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1546/2020
16.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver