Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-155/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin 10.000 (on min) manat dəyərləndirərək, həmin məbləğin, habelə ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Mülkiyyətində olan və ailə üzvləriylə daimi yaşadığı ünvan 1, 45 nömrəli mənzil binanın 2-ci mərtəbəsində yerləşir və həmin mənzilin üstündə, yəni 3-cü mərtəbədə cavabdeh yaşayır. Ona məxsus mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır və DƏDRX tərəfindən ona reyestrdən çıxarış verilmişdir. Uzun illər ərzində artıq neçənci dəfədir ki, yuxarı qonşusunun səhlənkarlığı nəticəsində ona məxsus mənzilə su və çirkab su sızması halları baş verir. Son hadisədən sonra o, sahəyə xidmət edən 5 saylı MKİS-nə müraciət etmiş və həmin qurumun rəisi, mühəndisi və sahə nəzarətçisi tərəfindən xx.xx.2023-cü il tarixdə hər iki mənzilə baxış keçirilmiş, akt tərtib edilmişdir. Həmin akta əsasən müəyyən edilir ki, cavabdehə məxsus 83 saylı mənzildən su axması nəticəsində alt mərtəbədə yerləşən 45 saylı mənzilin mətbəxinə ziyan dəymişdir. Nəticədə ona məxsus 45 saylı mənzilin mətbəx otağının divar kağızları qopub, tavanın hissəsi yararsız hala düşüb, elektrik xətləri qısa qapanma nəticəsində sıradan çıxıb, laminant döşəmə şişib. Bundan sonra tanış ustaya müraciət etmiş və mövcud olan zərər barədə xəbər vermişdir. Usta təmir üçün sərf ediləcək inşaat materiallarını, divar kağızlarını və sair materialları hesablayaraq 5000 manat material pulu, əlavə olaraq 5000 manat zəhmət haqqı istəmişdir. Hesab edir ki, mənzilinin təmirinə cavabdehin mülki-hüquq pozuntusu nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün həmin pul vəsaitləri cavabdehdən tutularaq ona ödənilməlidir. Etirazın dəlilləri: O, həqiqətən də Səməd Vurğun küçəsi ev 1, mənzil 83-də 27 ildir ki, yaşayır. Sözü gedən ünvanda sıxlaşdırılmış şəraitdə (uplatneniya şəraitində) ömür sürmüş, yanındakı qonşular yaşlı olduqları üçün nəinki qapılarından içərini, bayır hissələri də yığışdırıb qaydaya və səliqəyə salmaq onun borcuymuş kimi hərəkət etmişdirOnlar bura yeni yerləşəndə istifadə etdikləri ümumi sanitar qovşağının turbaları da (belə ki, ümumi 3 ayaqyolu kabinası mənzillərindən xeyli kənarda pilləkən marşının üstündə yerləşir. Bu ayaqyollarından 6 ailə istifadə edirdi), mənzilin içərisində yerləşən su ötürücü borular da hamısı çuqundan idi və onların yəqin ki, bir 50 yaşları vardı, xeyli keçəndən sonra qonşusu Nina xalanın mənzilinin altını yenicə almış Vüsalə qonşu ona şikayətə gəldi ki, onun evə giriş qapısının üzərindən kanalizasiya borusundan su tökülür. Vüsalənin hamam otağı da qonşuların ümumi ayaqyollarının altında yerləşir. Amma elə cür yerləşir ki, onlarınkılarla Vüsalənin hamamı arasında açıq mərtəbə var və onların kabinalarının altı, oradan çıxan borular görünür. Hətta, bərbad halda olub az qala qəza vəziyyətində olan bu sanitariya qovşağını nəhayət 2012-ci ildə Səbail rayon İcra Hakimiyyətinin göstərişi ilə yüksək səviyyəli təmir etmişlər. O ildən bu ilə kimi kabinaların altında bir damcı su görünməyib. Vüsalə isə indi yaşadığı mənzili həmin təmirdən sonra alıb. İddiaçının ərizəsi ilə bağlı qeyd edir ki, yeni qonşusu Şəhla xanım 2023-cü ilin avqust ayından ona bitişik olaraq aldığı evini təmir edir, ustalar ilnən burada işlədikləri üçün bu bina və həyətdə artıq onları hamı tanıyır və müəyyən işləri onlara gördürürdülər. O cümlədən onun evində də yuxarıda qeyd etdiyi 20 il bundan əvvəl dəyişdirilmiş boruları da Rasim usta yeniləmiş və o boruları döşəmənin altından keçirmişdir. İçəridə onların balaca bir kabinası, onun da içərisində su və paltar yuyan maşınları olmuşdur. Həmin kabinanı da yeniləyib qranit örtüklə işlədib yeni bir rakovina, maşının yerinə isə nəhayət iyirmi yeddi ilin başında bir çanaq (unitaz) qoymuşlar. Bir gün (oktyabrın ilk on günlüyü idi) həmin çanağı və əl-üz yuyanı ustalar qoşub sınaq üçün bir vedrə bəlkə vedrə yarım su tökdülər və mənə “müəllimə gördünüzmü hər şey qaydasındadır!” dedilər, yarım saat keçməmiş Vüsalə onların üstünə gəldi nə gəldi ki, bəs onun tavanından su tökülüb stolunun üstündə də yığılıb qalıb. Evdə deyildik indi gəldik və gördük. Ustalar (Nazim, Sərhad) və o dərhal aşağı endik həqiqətən də Vüsalənin qapısı açılan kimi onun girəcəkdə olan stolunun üstündə yığılıb qalmış suyu gördük. Bura tökülən su isə təzə turbadan keçmiş tərtəmiz sınaq suyu idi iyrənib eləmə dedim” və biz yuxarı qalxıb su tökülən yerə uyğun gələcək yeri müəyyənləşdirdik (bizim giriş qapısının bayır tərəfində olduğuna qərar verdik. Yeri gəlmişkən deyir ki, onun da baza təhsili mühəndislikdir). Ustalar həmən oradakı döşəmə örtüyünü sökdülər. Həqiqətən su oradan tökülmüşdü. Saat birə işləmişə qədər o boruların da, içəridə olan boruların da su sızdırmadığına, əmin olub çıxıb getdilər. O minvalla onlar tam əmin olmaq üçün düz bir həftə o borulardan su keçirmədik ki, tam qurusun və möhkəm olsunlar. O həftə ərzində o, Vüsalə ilə görüşmüş Vüsalə sənə “20 manat verə bilirəm bu pula müşəmbə al stolunun üstünə və 10 manat da verərsən MİS-in elektrikinə o işığa baxsın hər ehtimal. Vüsalə isə ona siz mənim işıqlarımı da, lambrinimi də, laminatımı da düzəldəsisiniz!” dedi. “Bizə qədər olan şeyləri mən düzəltdirməyə borclu deyiləm” demişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Lakin məhkəmənin hazırlıq iclaslarında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, o iddianı qəbul etmir, onların evində sanitar qovşağı olmadığından ümumi sanitar qovşağından istifadə ediblər. Son dövrdə məhz özlərinə məxsus sanitar qovşağı tikdirməyə qərarına gəlmişlər. Bununla bağlı bir dəfə yeni sanitar qovşağının quraşdırılması zamanı suyun axıdılmasını yoxlamaq üçün su axıdılmış və bu zaman iddiaçının mənzilinə çox az miqdarda su sızmışdır, lakin iddiaçı mənzilində olan bütün təmirə ehtiyacı olan hissələrin əsassız olaraq onun hesabına düzəldilməsini istəyir. İddia əsassızdır. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 5 saylı MKİS tərəfindən tərtib edilmiş Aktından görünür ki, Səməd Vurğun küçəsi 1 saylı evin 45 saylı mənzilin sahibi İddiaçı 06 oktyabr 2023-cü il tarixdə ərizə ilə MKİS-nə müraciət edərək bildirmişdir ki, 01 oktyabr 2023-cü il tarixdə onun yaşadığı mənzilinin üst mərtəbəsində yerləşən 83 saylı mənzildən (mənzil sahibi Cavabdeh) su axıntısı baş verib. Mənzilə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, 83 saylı mənzildən su axması nəticəsində 45 saylı mənzilin mətbəx otağına ziyan dəymişdir. Belə ki, mətbəx otağının divar kağızların bir hissəsi qopub, tavanın bir hissəsi yararsız hala düşüb, elektrik xətlərində qısa qapanma müşahidə olunub (halhazırda mətbəxdə işıq yoxdur), laminat döşəməsi 2 kv.m sahəsi nəmişlikdən şişib. 83 saylı mənzilin sahibi tərəfindən su xətti bağlanıldı və 45 saylı mənzilə axan suyun qarşısı alındı. Baxış keçirilən zaman su axıntısı aşkar olunmayıb. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 22,8 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 45 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 22,8 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 83 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 may 2024-cü il tarixli 3-16-16/2-10/9901 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzilin hamamayaqyolu tikilisinin tavanı üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin hamam-ayaqyolu tikilisinin tavanı üzərində qüsurlar olduğunu nəzərə alaraq, 45 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 83 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 45 saylı mənzilə su sızması 83 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 83 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1205,0 manat məbləğində müəyyən olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzilin mülkiyyətçisidir, Cavabdeh isə iddiaçının üst mərtəbədə yerləşən 83 saylı mənzilin mülkiyyətçisi olmaqla qonşusudur. Cavabdeh mülkiyyətində olan 83 saylı mənzilindən su sızması nəticəsində İddiaçı 45 saylı mənzilinə ziyan vurulması iddiası ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus 83 saylı mənzilindən həmin ünvan üzrə iddiaçıya məxsus 45 saylı mənzilə su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 may 2024-cü il tarixli 3-16-16/2-10/9901 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzilin hamam-ayaqyolu tikilisinin tavanı üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin hamam-ayaqyolu tikilisinin tavanı üzərində qüsurlar olduğunu nəzərə alaraq, 45 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 83 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 45 saylı mənzilə su sızması 83 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 83 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 45 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1205,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş zərərin 10.000 manat olmasını iddia etsə də, iddiasının təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan ünvan 4 ünvanda yerləşən yaşayış evinin 45 saylı mənzilə cavabdehə məxsus üst mərtəbədə yerləşən 83 saylı mənzildən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 1205 (bir min iki yüz beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materialları ilə müəyyən edilir ki, məhkəmə xərcləri məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manatdan və 120 (bir yüz iyirmi) manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 1205 (bir min iki yüz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməli, həmçinin ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 32 (otuz iki manat) manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 20 (iyirmi) manatı Cavabdeh, 80 (səksən) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 1205 (bir min iki yüz beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 20 (iyirmi) manatı Cavabdeh, 80 (səksən) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-155/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-155/2024
23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver