Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1553/2020 15.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı cavabdehlər “X1 İttifaqı” MMC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı “müqavilələrin, kassa məxaric orderinin və rəylərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X1 İttifaqı” MMC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı “müqavilələrin, kassa məxaric orderinin və rəylərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə, yəni Bakı şəhəri Füzuli Rayon Məhkəməsinə təqdim edilməli olduğu halda Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, qanuvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə “X1 İttifaqı” MMC hüquqi ünvanı üzrə Füzuli Rayon Məhkəməsinə müraciət etlməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı digər cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı “ekspertizaı rəylərinin qanunsuz hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə də yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (76.2) Həmin Məcəllənin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İddia ərizəsindən göründüyü kimi hazırda mübahisələndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 23321 saylı və xx xxxx 2020-ci il tarixli 3420 saylı ekpert rəylərinin verilməsinə əsas olmuş iddia tələbi hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə hesab edir ki, qeyd edilən rəylər birbaşa iddiaçı barəsində hər hansı hüquqi nəticə yaratmır və həmin rəydə göstərilənlərin əsaslı olub-olmaması rəyin ünvanlandığı müvafiq məhkəmə tərəfindən qiymətləndirilir. Bu baxımdan sözü gedən rəylər ekspert tərəfindən aparılmış ekspertizanı əks etdirən və yalnız iz üzrə sübut növü kimi əhəmiyyət kəsb edən sənəddir. Qeyd etmək lazımdır ki, iddiaçının sözü gedən rəylə bağlı razılaşmadığı məqamları onun üçün hüquqi nəticə yaradacaq məhkəmənin yekun qətnaməsindən narazı qaldığı halda yuxarı instansiya məhkəməsində (apelyasiya qaydasında) mübahisələndirilməsi zamanı şikayətinin dəlillərinin əsaslandırılmasında irəli sürmək hüququ saxlanılır. Həmçinin qeyd edilməlidir ki, iş üzrə tərəf verilmiş ekspert rəyindən narazı qaldığı halda təkrar məhkəmə ekspertizasının keçirilməsinə dair vəsatətlə məhkəməyə (mülki işin icraatında olan məhkəməyə) müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “X1 İttifaqı” MMC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı “müqavilələrin, kassa məxaric orderinin və rəylərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia ərizəsinin tələbinin birinci hissəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etməlidir. İddia ərizəsinin tələbinin ikinci hissəsi ilə bağlı izah edilsin ki, iddiaçının sözü gedən rəylə bağlı razılaşmadığı məqamları onun üçün hüquqi nəticə yaradacaq məhkəmənin yekun qətnaməsindən narazı qaldığı halda yuxarı instansiya məhkəməsində (apelyasiya qaydasında) mübahisələndirilməsi zamanı şikayətinin dəlillərinin əsaslandırılmasında irəli sürmək hüququ saxlanılır və ya verilmiş ekspert rəyindən narazı qaldığı halda təkrar məhkəmə ekspertizasının keçirilməsinə dair vəsatətlə məhkəməyə (mülki işin icraatında olan məhkəməyə) müraciət edə bilər. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1553/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1553/2020
15.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver