Məhkəmə qərarları › İş №2(009)-1561/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(009)-1561/2021

03.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1561/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin оğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tomayev Deputat Süleyman oğlunun katibliyi, 3-cü şəxsin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğvi və s” tələbinə dair və 3-cü şəxs X1 cavabdehlər Cavabdeh MTK-ya və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” iddia tələbinə dair “əlavə qətnamənin çıxarılması” barədə 3-cü şəxsin ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğvi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə X2 və X3 ilə bağlanmış müqavilələrin ləğv edilməsi və binanın istismara verilməsi barəsində təhvil-təslim aktının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdehlər Cavabdeh MTK-ya və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildən İddiaçı əşyaları ilə birlikdə çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi-vəkili Vəkil1 bildirmişdir ki,3-cü şəxs öz iddia tələbini üçüncü şəxslə Cavabdeh MTK ilə 18.05.2008-ci il tarixdə bağlanmış mənzilin alqı-satqı müqaviləsinə istinad edərək sözügedən mənzili pay haqqı tam ödənilməklə əldə edildiyi bildirilmişdir. Həmçinin 3-cü şəxsin iddia ərizəsində iddiaçının öz tələbini istinad etdiyi 19.09.2018ci il tarixli müqavilə barəsində əsasları təkzib olunmuş və qeyd olunmuşdur ki, hələ 19.09.2018-ci il tarixli müqavilədən əvvəl 3-cü şəxslə Cavabdeh MTK arasında mənzil barəsində 18.05.2008-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında sözügedən mənzil barəsində mülkiyyət hüquqları tam şəkildə 3-cü şəxsə keçmişdir. Səbail rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qətnaməsi ilə 3-cü şəxsin iddiası təmin olunmuşdur. Qətnamədə mənzilin alqı-satqısına dair yalnızca 13 iyul 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət olunmuş və 19.09.2018-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamənin nəticə hissəsində qeyd olunmamışdır. Qətnamədə etibarsız hesab olunan 13 iyul 2021-ci il tarixli müqavilənin əsasında daha əvvəl bağlanmış 19.09.2018-ci il tarixli müqavilə dayanır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan: 3-cü şəxs C.Mahmudovanın iddia ərizəsindən görünür ki, 3-cü şəxs ərizəsində Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 19 sentyabr 2018-ci il tarixli Müqavilədən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yaşayış sahəsi 140,3 kv.m olan mənzilin əldə edilməsi müqabilində 170.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Bundan başqa mülki prosessual aspektdən vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsi baxımından məhkəmə tərəfindən əlavə qətnamə 3(üç) halda çıxarıla bilər. 1- İşdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; 2- Hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 3- Məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Məhkəmə iş materiallarında olan sənədləri 3-cü şəxsin ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, qətnamədə etibarsız hesab olunan 13 iyul 2021-ci il tarixli müqavilənin əsasında daha əvvəl bağlanmış 19.09.2018-ci il tarixli müqavilə dayandığından və 3-cü şəxs iddia ərizəsində İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab olunmasını xahiş etdiyindən 3-cü şəxsin ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə 10.11.2021-ci il tarixli qətnamə ilə 3-cü şəxsin iddia tələbini təmin edərkən, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 13 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə münasibət bildirsə də, eyni tərəflər arasında bağlanmış 19 sentyabr 2018-ci il tarixli müqaviləyə münasibət bildirməmiş və qətnamənin nəticə hissəsində göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış 19.09.2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar