Məhkəmə qərarları › İş №2(009)-1594/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1594/2022

28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1594/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh yetkinlik yaşına çatmayan X1 üçün hər ay qazancının və digər gəlirlərin ¼ hissəsi nisbətində alimenten tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, rəsmi nikahdan xx.xx.2016-cı il tarixdə X7 adlı bir övladları anadan olmuşdur. Sonradan Cavabdeh ilə xasiyyətləri uyğun gəlmədiyi üçün ona qarşı Şirvan şəhər məhkəməsində "nikahın pozulması uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair" iddia qaldırmışdır. Şirvan şəhər məhkəməsinin 27 iyul 2017-ci il tarixli iş № 2(032)-1645/2017 saylı qətnaməsi ilə iddiası qismən təmin olunaraq nikah pozulmuş, övladları onun himayəsində saxlanılmaqla borcludan 15 mart 2017-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü övladları X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (və ya başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Belə ki, cavabdeh alilment öhdəliyindən yayınmaq məqsədi ilə 2017-ci ilin sentyabr oktyabr aylarında onunla barışmağa çalışmış, övladının atasız böyüməməsi və yeni qurulmuş Ailələrinin qorunub saxlanılması üçün Cavabdeh yalan vədlərinə aldanaraq onunla barışmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh qətiyyətli təkidi ilə Sabirabad rayon İcra və probasiya şöbəsinə gələrək Şirvan şəhər məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2(032)1645/2017 saylı icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. 20 aprel 2018-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru 1 dərəcəli ədliyyə qulluqçusu X2 şəhər məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2 (032)1645/2017 saylı icra sənədinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Qərarın ləği ilə əlaqədar olaraq Şirvan şəhər məhkəməsinə rəsmi ərizə ilə müraciət etmiş, Şirvan şəhər məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli iş№ 2(032)-1942/2018 saylı qətnaməsi ilə ərizəsi qismən təmin olunmuş xx.xx.2016-cı il təvəllüdlü övladları X6 yetginlik yaşına çatana kimi saxlanılması üçün əvvəli 20 iyul 2018-ci idən hesablanmaqla Cavabdeh hər ay qazancının və ya başqa gəlirinin 4/1 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sonradan cavabdehlə barışdığı üçün Şirvan Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli 2(106)-2645/2017 saylı qərardadı ilə Şirvan şəhər Məhkəməsinin 1645 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh yenə onu aldatmışdır. Sonda məcburiyyət qarşısında qalaraq aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etdmədiyini bildirmişdir. Məhkəmə, işə baxıb, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(032)- 1645/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasından Şirvan şəhər qeydiyyat şöbəsində nikah bağlanması haqqında akt qeydləri kitabında 95 nömrə ilə qeyd edilmiş nikahın pozulması, qızının onun himayəsində saxlanılmaqla Cavabdeh 15 mart 2017-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü övladları X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (və ya başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir İş materiallarına əlavə edilmiş Şirvan şəhər məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli iş№ 2(032)-1942/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli 20 iyul 2018-ci idən hesablanmaqla Cavabdeh hər ay qazancının və ya başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2(032)-1942/2018 saylı icra sənədinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən tutulmağa başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı veriməli idi, lakin xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən icra və probasiya şöbəsinə ərizə ilə müraciət edilərək sözügedən icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması xahiş edildiyindən icra sənədi Şirvan şəhər Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan AA1567778 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Qanunla 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə cavabdehdən alimentin hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tutulacaq alimentin məbləği iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh, xx.xx.2022-ci ildən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar