Məhkəmə qərarları › İş №2(009)-16/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-16/2020

18.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-16/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı2, Cavabdeh “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi Sevinch Kuliyevanın, cavabdehin nümayəndəsi və vəkili X31, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X37 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X32 iştirakları ilə, İddiaçılar İddiaçı2, X16 və X26 (Azərbaycan Respublikası Əmək və X37 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin üçüncü şəxs qismində cəlb edildiyi) cavabdeh “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmək haqqına əlavələrin, normadan artıq işə görə əmək haqqının, məzuniyyət pulunun və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, X33, İddiaçı2, X17, X48, X11, X38, X13, X34, X6, X39, X18, X20 və X12 cavabdeh “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmək haqqına əlavələrin, normadan artıq işə görə əmək haqqının, məzuniyyət pulunun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X35 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 25748 manat, 11 ilə görə 283228 manat, susuzluğa görə - 1 ilə görə 13760 manat, 1 ilə görə 151360 manat, gecə puluna görə - 1 günə görə 80 manat, 86 günə görə 6880 manat, 11 ilə görə 25680 manat, normadan artıq işə görə - 1 ilə görə 3992 manat, 11 ilə görə 43915 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə - 15972 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X21 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 21378 manat, 10 ilə görə 213780 manat, susuzluğa görə - 1 ilə görə 11401 manat, 10 ilə görə 14010 manat, gecə puluna görə - 1 günə görə 65.15 manat, 87 günə görə 5668 manat, 10 ilə görə 568000 manat, normadan artıq işə görə - 1 ilə görə 3258 manat, 10 ilə görə 32580 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə - 10924 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, İddiaçı2 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 15869 manat, 8.5 ilə görə 134887 manat, susuzluğa görə - 1 ilə görə 7811 manat, 8.5 ilə görə 394 manat, gecə puluna görə - 1 günə görə 58.37 manat, 72 günə görə 4203 manat, normadan artıq işə görə - 1 ilə görə 2918 manat, 8.5 ilə görə 24803 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə - 1095 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X8 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 14609 manat, 9 ilə görə 131481 manat, susuzluğa görə - 1 ilə görə 7792 manat, 9 ilə görə 70128 manat, gecə puluna görə - 1 günə görə 55.26 manat, 71 günə görə 3924 manat, 9 ilə görə 35316 manat, normadan artıq işə görə - 1 ilə görə 2763 manat, 9 ilə görə 24867 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə - 5678 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X40 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 11602 manat, 6 ilə görə 69612 manat, susuzluğa görə - 1 ilə görə 6187 manat, 6 ilə görə 37122 manat, gecə puluna görə - 1 günə görə 48.72 manat, 64 günə görə 3118 manat, 6 ilə görə 18712 manat, normadan artıq işə görə - 1 ilə görə 2436 manat, 6 ilə görə 14616 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə - 3549 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X2 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 12164 manat, 4 ilə görə 48656 manat, susuzluğa görə - 1 ilə görə 6487 manat, 4 ilə görə 25948 manat, gecə puluna görə - 1 günə görə 46.67 manat, 70 günə görə 3267 manat, 4 ilə görə 13068 manat, normadan artıq işə görə - 1 ilə görə 2334 manat, 4 ilə görə 9336 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə 2232 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X26 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 7613 manat, 6.5 ilə görə 49485 manat, susuzluğa görə - 1 ilə görə 4067 manat, 6.5 ilə görə 26436 manat, gecə puluna görə - 1 günə görə 46.67 manat, 44 günə görə 2054 manat, 6.5 ilə görə 13351 manat, normadan artıq işə görə - 1 ilə görə 2334 manat, 6.5 ilə görə 15171 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə - 3381 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X4 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 7963 manat, 4.5 ilə görə 35834 manat, susuzluğa görə - 1 ilə görə 4247, 4.5 ilə görə 19112 manat, gecə puluna görə - 1 günə görə 46.67 manat, 46 günə görə 2147 manat, 4.5 ilə görə 9662 manat, normadan artıq işə görə - 1 ilə görə 2334 manat, 4.5 ilə görə 10503 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə - 2108 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X22 xeyrinə mülki iş üzrə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 12076 manat, 3 ilə görə 36228 manat, susuzluğa görə - 1 ilə görə 6441 manat, 3 ilə görə 19323 manat, gecə puluna görə - 1 günə görə 46.67 manat, 69 günə görə 3220 manat, 3 ilə görə 9660 manat, normadan artıq işə görə - 1 ilə görə 2334 manat, 3 ilə görə 7002 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə - 1476 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X1 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən, dəniz əmsalına görə - 1 ilə görə 2205 manat, 1.5 ilə görə 3308 manat, susuzluğa görə - 1 ilə görə 1200 manat, 1.5 ilə görə 1800 manat, gecə puluna görə - 1 günə görə 40 manat, 15 günə görə 600 manat, 1.5 ilə görə 900 manat, normadan artıq işə görə - 1 ilə görə 1960 manat, 1.5 ilə görə 2960 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X27 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 12055 manat, 2.5 ilə görə 30138 manat, susuzluğa görə - 1 ilə görə 6560 manat, 2.5 ilə görə - 16400 manat, gecə puluna görə - 1 günə görə 40 manat, 82 günə görə 3280 manat, 2.5 ilə görə 8200 manat, normadan artıq işə görə - 1 ilə görə 1960 manat, 2.5 ilə görə 4150 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə - 1071 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X9 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 6542 manat, 3.5 ilə görə 22897 manat, susuzluğa görə - 1 ilə görə 3560 manat, 3.5 ilə görə - 2460 manat, gecə puluna görə - 1 günə görə 40 manat, 45 günə görə 1800 manat, 3.5 ilə görə 6300 manat, normadan artıq işə görə - 1 ilə görə 1960 manat, 3.5 ilə görə 5810 manat, istifadə edilməmiş əlavə məzuniyyətə görə: 1095 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X7 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz misalına görə - 1 ilə görə 880 manat, 1.5 ilə görə 1320 manat, susuzluğa görə - 1 ilə görə 469 manat, 1.5 ilə görə 764 manat, gecə puluna görə - 1 günə görə 33.53 manat, 7 günə görə 235 manat, 1.5 ilə görə 353 manat, normadan artıq işə görə - 1 ilə görə 1676 manat, 1.5 ilə görə 2514 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması, X12 xeyrinə cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalına görə - 1 ilə görə 7670 manat, 1.5 ilə görə 11505 manat, susuzluğa görə - 1 ilə görə 4310 manat, 1.5 ilə görə 6425 manat, gecə puluna görə - 1 günə görə 33.53 manat, 7 günə görə 235 manat, 1.5 ilə görə 3067 manat, normadan artıq işə görə - 1 ilə görə 1676 manat, 1.5 ilə görə 2514 manat və maddi ziyanın əvəzi kimi 5000 manat pulun tutulması barədə məhkəmə qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, əmək müqaviləsi bağlamaqla, cavabdeh müəssisə olan “Cavabdeh” şirkətinə müxtəlif vəzifə və peşələr üzrə işə qəbul edilmişlər. Hər biri müxtəlif vaxt və müddətlərdə bu şirkətlə əmək münasibətlərindədirlər və halhazırda da əmək münasibətləri davam edir. Əmək münasibətlərində olduğu müddətdə “Cavabdeh” şirkəti tərəfindən aşağıda göstərilən əmək hüquqları pozulmuşdur. Bu barədə cavabdeh müəsissənin rəhbərliyinə müraciət etsələr də, heç bir nəticəsi olmamış və onların əmək hüquqları bərpa olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq qəbul edilmiş, Azərbaycan Respublikası Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı - “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü maddəsinə əsasən Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı quru yol əlaqəsi olmadıqda və sahildən 70-km-dən artıq məsafədə yerləşdikdə 1,75 məbləğində əlavə ödəniş müəyyən edilmişdir. “Cavabdeh” şirkəti Şirkətində müxtəlif müddətlərdə əmək münasibətlərində olduqları müddətdə onlara Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinin və bu maddəyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü maddəsinə uyğun olaraq onların əmək haqqlarına göstərilən qaydada dəniz əmsalına görə tarif vəzifə maaşının 75 faizi məbləğində əlavə ödəniş edilməmişdir. Onlarla bağlanmış əmək müqavilələrində də, tarif maaşlarına 1,75 məbləğində əlavə ödənişin ödənilməsi barədə müvafiq bəndin salınmaması da təsdiq edir ki, cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulan bu ödəniş onlara ödənilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd olunan 1 ilə görə dəniz əmsalına görə əlavə əmək haqqı, əmək münasibətlərində olduqları müddətə hesablanmaqla cavabdehdən tutulmalıdır. Göstərilən əmək haqqı mülki iş üzrə cavabdeh “Cavabdeh” şirkəti tərəfindən könüllü şəkildə ödənilmədiyindən məhkəmə qaydasında cavabdehdən tutulmaqla onlara ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2, 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilmişdir. “Cavabdeh” şirkətində müxtəlif müddətlərdə əmək münasibətlərində olduğu müddətdə onlara Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinin və bu maddəyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 3-cü maddəsinə uyğun olaraq 40 faiz məbləğində susuzluğa görə əlavə əmək haqqı ödənilməmişdir. Hesab edirlər ki, qeyd olunan susuzluğa görə əlavə əmək haqqı da, əmək münasibətlərində olduqları müddətə hesablanmaqla cavabdehdən tutulmalıdır. “Cavabdeh” Şirkət tərəfindən əmək haqqına bu əlavə ödəniş könüllü şəkildə ödənilmədiyindən, məhkəmə qaydasında cavabdehdən tutulmaqla onlara ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92.1-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin birinci hissəsinə uyğun olaraq Azərbaycan Azərbaycan Respublikasının Nazirlər 'Kabineti tərəfindən təsdiq edilmiş: “işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə xx xxxxxx 2001-ci il tarixli 75 saylı qərarı ilə bu vəzifə və peşələrdə işləyən işçilərə 36 saat qısaldılmış iş saatı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərcinliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89.3-cü maddəsinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən onların normal iş vaxtı həftədə 36 saatdan çox olmamalıdır. Lakin, cavabdeh müəssisə onları hər həftə 40 saatdan artıq işlətsə də, hər həftə üçün 4 saatdan ayda isə 16 saatdan artıq olmaqla əmək haqqları əmək münasibətlərində olduqları dövrdə ikiqat məbləğdə onlara ödənməmişdir. Hesab edirlər ki, 200 saata görə və bu normadan artıq saatlar olduğuna görə birqat məbləğdə deyil, ikiqat məbləğdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2001-ci il tarixli, 74 saylı qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam barəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir. Hesab edirlər ki, qeyd olunan gecə saatlarına görə əlavə əmək haqqı da, əmək münasibətlərində olduqları müddətə hesablanmaqla cavabdehdən tutulmalıdır. “Cavabdeh” Şirkət tərəfindən əmək haqqına bu əlavə ödəniş könüllü şəkildə ödənilmədiyindən, məhkəmə qaydasında cavabdehdən tutulmaqla onlara ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115.2-ci maddəsinə əsasən, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 92 saylı qərarında da onların ən azı 6 təqvim günü əlavə məzuniyyət hüquqları təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Son bir ildə onlara 6 təqvim gününə görə əlavə məzuniyyət pulu ödənilmişdir. Əvvəlki illər üçün isə bu ödəmə həyata keçirilməmişdir. Bu səbəbdən aşağıda göstərilən cədvəldə 1 il ödəmə çıxılmaqla, 1 günlük əmək məzuniyyətinin sayı onların ödənilməyən hər iş ilinə görə 6 əlavə məzuniyyət günləri nəzərə alınmaqla ödənilməlidir. Hesab edirlər ki, yuxarıda qeyd olunan istifadə edilməmiş məzuniyyətlər gününə görə məzuniyyət pulu da “Cavabdeh” Şirkət tərəfindən könüllü şəkildə ödənilmədiyindən, məhkəmə qaydasında cavabdehdən tutulmaqla onlara ödənilməlidir. Əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib olunması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.4-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Onlarla bağlanmış əmək müqavilələrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməmiş və aşağıdakı məlumatlar göstərilməmiş və ya bir-biri ilə ziddiyət təşkil edir. İş rejimi və istirahət vaxtı qanunvericiliyin şərtərinə uyğun göstərilməmişdir. Belə ki, onlar Xəzər dənizində iş növbəsindən qayıtdıqdan sonra onlara əvəz günü verilmir və quruda digər işlərə cəlb olunurlar. Eyni zamanda əmək haqqı hissəsində aylıq əmək haqqının məbləği ümumi şəkildə göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona ödənilən əlavələrin mükafatların və digər ödənclərin məcmusudur. Göstərilənləri əsas tutaraq hesab edirlər ki, əmək müqaviləsində onlara ödənilən aylıq məbləğ, habelə ona ödənilən əlavələrin, mükafatların və digər ödənclərin ayrı-ayrılıqda, iş vaxtı və iş rejimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun qeyd olunmalıdır. Bu zaman qanunvericiliyə uyğun olaraq əlavə əmək haqqları olan dəniz əmsalına görə, susuzluğa və gecə vaxtına görə əmək haqqları, əlavə məzuniyyət günləri və digər ödənclər konkret rəqəmlərlə əmək müqaviləsində öz əksini tapmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1975/2016 saylı, xx xxx 2016-cı il tarixli qərardadı ilə X3, X33, İddiaçı2 və başqalarının cavabdeh “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair 2(009)-1975/2016 saylı mülki iş üzrə iddiaçılar və cavabdehlər müxtəlif olduğundan hazırkı iş üzrə iddiaçılar Zaur Qasımovun, Qurban Məmmədovun, Anar Şəfiyevin, Əhədulla Nazurmetovun, Aleksandr Petrakovun, Ramil Məmmədovun, Rüstəm Hacımuradovun, Elnar Eyyubzadənin, Andrey Kazaçenkonun, Murad İsmayılovun və Azad Hacıyevin “Schlumberger logelco İnc” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi" tələbləri ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili X46 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçılar İddiaçı2, X17 və X38 əmək haqqlarının düzgün hesablanmadığını əsas gətirərək cavabdehdən müvafiq olaraq 8,5 ilə, 9 ilə və 6,5 ilə görə kompensasiyaların ödənilməsini tələb etmişdilər. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 4cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa iddiaçıların iddia ərizələrində qaldırdıqları məsələlərlə bağlı aşağıdakıları bildirmişdir: Dəniz əmsalına görə əsas əmək haqqına əlavə ödənişi haqqında tələbə dair - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü maddəsi Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarını müəyyən edir. İşçilər ilə bağlanmış əmək müqaviləsinin 5.2-ci bəndinə əsasən “Əsas əmək haqqına əlavə olaraq işçiyə seqmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görə əlavə ödənilir. İş şəraitinə görə ödənilən əmək haqqına əlavə qurudan uzaqda işə görə qanunvericilikdə nəzərdə tutulan minimum ödənişi özündə nəzərdə tutur”. Təqdim edilən iddia ərizəsində dəniz əmsalının hesablanması zamanı Şirkət tərəfindən segmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görə ödənilən əlavə məbləğlər nəzərə alınmayıb, işçilərin Xəzər dənizində işə cəlb edildiyi obyektlərin sahildən maksimal uzaqlıqda yerləşməsi fərziyyə olunub və bununla da maksimal əmsal tətbiq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 3-cü maddəsi ilə müəyyən olunan susuzluq əmsalı torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərə ödənilməlidir. Sözügedən əmsal yalnız daimi su mənbəyindən uzaq olan torpaq ərazilərinə şamil edilir. Cavabdehin ofisi Bakı şəhəri daxilində yerləşir və daimi olaraq su ilə təmin olunur. Susuzluq əmsalı Xəzər dənizində yerləşən obyektlərə (platformalara) münasibətdə tətbiq oluna bilməz. Odur ki, susuzluq əmsalına dair iddiaçılar tərəfindən irəli sürülən tələb qanuni əsasa malik deyildir. “36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-ci il tarixli 175 saylı qərarı ilə təsdiq edilmişdir. İddiaçıların peşə vəzifələrinin təsnifatı və əmək müqaviləsi üzrə vəzifələri aşağıda verilir. Göstərilən vəzifələr Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 175 saylı qərarı ilə müəyyən olunan 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı hüququna malik vəzifələr siyahısına daxil deyildir. Yuxarıdakıları nəzərə alaraq qısaldılmış iş vaxtına görə əlavə saatlarda işə görə əmək haqqının ödənilməsi haqqında iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2001-ci il tarixli, 74 saylı Qərarına əsasən, “Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməlidir”. Məhkəmənin nəzərinə çatdırıq ki, iddiaçıların aid olduğu avadanlıqların təmiri üzrə işçi heyət Xəzər dənizində yerləşən platformalarda çoxnövbəli iş rejimi əsasında işləmir və onların əmək funksiyaları əsasən gündüz iş saatlarında həyata keçirməsi nəzərdə tutulur. Əgər işçinin gecə saatlarında işə çıxması tələb olunursa, 74 saylı qərarın tələblərinə əməl edilməklə, işin hər gecə saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi miqdarında haqq ödənilir. Təmir heyətinin çoxnövbəli iş rejimində işləməməsi, o cümlədən bu kateqoriya işçilər üçün axşam növbəsinin və daimi gecə növbəsinin müəyyən olunmadığı üçün əmək haqqına 40% əlavənin edilməsi tələbi də əsassızdır. "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2004-cü il tarixli, 92 saylı qərarı ilə müəyyən edilir. İddiaçıların peşə vəzifələrinin təsnifatı yuxarıda verilmiş və Nazirlər Kabinetinin qeyd olunan 92 saylı qərarı ilə müəyyən olunan siyahıya daxil deyildir. İddiaçılar ilə bağlanılmış əmək müqaviləsinə xx xxxx 2014-cü il tarixində edilmiş dəyişikliklərə əsasən peşəsindən asılı olmayaraq dənizdə işlərə cəlb edilən bütün işçilər üçün şirkət əlavə 6 məzuniyyət günü müəyyən etmişdir. Lakin, əvvəlki iş illəri üçün əlavə 6 gün məzuniyyətin qanun ilə təsbit edilmiş əsası yoxdur. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin 1-ci bəndinə əsasən: “İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı” müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir”. Həmin maddənin 3-cü bəndinə əsasən “İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər”. Şirkətin iş fəaliyyətinin xüsusiyyətlərindən irəli gələrək və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 95-ci maddəsinin 3-cü bəndinin verdiyi hüquqdan istifadə edərək, şirkətin Salyan Soşsessi 10 ünvanında yerləşən bazasında, həm də şirkətin bilavasitə xidmət göstərdiyi dəniz obyektlərində işləməsinə ehtiyac olan işçilər üçün uçot müddəti 1 təqvim ili (yanvar ayının 1-dən dekabr ayının 31-ə kimi) olmaqla iş vaxtının cəmlənmiş uçotunun tətbiq edilməsi ilə operativ tənzimlənən növbəli iş rejimi müəyyən olunmuşdur. İşçinin illik iş saatlarının sayı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş həftəlik 40 saat iş norması əsasında müəyyən olunmuş illik iş saatlarının normasından çox olmamalıdır. İşçinin gündəlik iş saatlarının sayı əmək funksiyalarını faktiki yerinə yetirdiyi iş yerindən asılı olaraq fərqlənir: - işəgötürənin baza və ofisində işlədikdə, 8 saatlıq iş günü və 1 saat nahar fasiləsi. Nahar fasiləsi iş vaxtına daxil deyildir; - qurudakı və ya dənizdəki qazına sahəsində olduqda, toplamda 2 saat istirahət və nahar vaxtına verilməklə 12 saatdan çox olmayan iş növbəsi. İstirahət və nahar müddəti iş vaxtına daxil deyildir. Operativ tənzimlənən növbəli iş rejimində çalışan işçilərin növbə cədvəlləri əməliyyat zəruriyyətinə uyğun olaraq operativ qaydada korrektə oluna bilər. Yuxarıda göstərilən iş rejim qaydası işçilər ilə razılaşdırılmış və X23 o cümlədən X36ydalarında öz əksini tapmışdır. Nəzərə çatdırmaq istərdik ki, ilin yekunlarına görə işçi illik iş normasından artıq işlədikdə, həmin saatlar dekabr ayının əmək haqqısı ilə qanunvericilikdə nəzərdə tutulduğu kimi ikiqat məbləğində ödənilir. Yekunda qeyd edirlər ki, işçilər ilə bağlanmış fərdi əmək müqavilələsinin 11.5-ci maddəsinə əsasən: “işçi və işəgötürən bütün mübahisələri qarşılıqlı anlaşma və razılıq yolu ilə heç bir hüquq pozuntusuna yol vermədən danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar, bu mümkün olmadıqda mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin həllinə təqdim edilməlidir”. Göstərilənlərə əsasən İddiaçı2, X16 və X26 cavabdeh “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmək haqqına əlavələrin, normadan artıq işə görə əmək haqqının, məzuniyyət pulunun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X37 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X47 bildirmişdir ki, Müəssisə tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların əmsalların minimum miqdarının müəyyən edilməsi haqqında “Qərarın 4-cü maddəsinə uyğun olaraq Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif vəzifə maaşına 75 faiz məbləğində əlavə ödəniş edilməsi nəzərdə tutulsa da iddiaçılara dəniz əmsalına görə əlavə ödəniş hesablanmamış və ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173-cü maddəsinin 2-ci bəndində işçilərin haqq-hesab sənədlərində aşağıdakı məlumatlar göstərilir:- əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri. Müəssisənin haqq-hesab sənədlərində tarif vəzifə maaşına 75 faiz Dəniz əmsalına görə əlavə ödənişlər barədə heç bir məlumat yoxdur. Susuzluq əmsalına görə əsas əmək haqqına 40 faiz əlavə ödəniş edilməsi tələbinə dair bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarının 3-cü maddəsi ilə müəyyən olunan susuzluq əmsalı torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərə ödənilməlidir. Bu əmsal yalnız daimi su mənbəyindən uzaq olan torpaq ərazilərinə şamil edilir. Cavabdehin ofisi Bakı şəhəri daxilində yerləşir və daimi olaraq su ilə təmin edilir. Susuzluq əmsalı Xəzər dənizində yerləşən obyektlərə (platformalara) şamil edilmir. Odur ki, iddiaçıların sususzluq əmsalına görə tələbləri qanunauyğun deyildir. Zərərli işə görə əlavələrin ödənilməsinə dair bildirir ki, hər hansı işin ağır və zərərli olub-olmamasını müəyyən etmək üçün həmin iş yerinin müvafiq attestasiyası olunmalıdır. Cavabdeh özünün iş yerlərini Fövqaladə Hallar Nazirliyi sənayedə işlərin Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X24-Tədqiqat İstitutu ilə birlikdə xx.xx.2015-ci il tarixdə attestasiyadan keçirmiş və həmin attestasiyanın nəticəsində heç bir zərərli iş yeri (ağır) müəyyən olunmamışdır. Bu səbəbdən iddiaçıların tələbləri qanunauyğun deyildir. Gecə vaxtı yerinə yetirilən işlərə görə əlavələrin ödənilməsi bələbinə dair bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2001-ci il tarixli, 74 saylı qərarına əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər satına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi gecə növbəsində isə 40 faizi həddində əlavə müəyyən edilmişdir. İddiaçılar çoxnövbəli iş rejimi iə işləmədiyinə görə onlara gecə yerinə yetirilən işin hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi hesablanıb ödənilir. Bu səbəbdən də iddiaçıların tələbləri qanunauyğun deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi həmin iddiaşıların iştirakı olmadan da işə baxılıb mahiyyəti üzrə qətnamə qəbul edilməsini tələb etmişdir. Məhkəmə MPM-in 185.4-cü maddəsinə əsasən mülki işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “Cavabdeh” şirkəti ilə X25 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 700059 nömrəli müqavilədən görünür ki, X25 “Cavabdeh” şirkətində təmir üzrə mexanik vəzifəsinə qəbul edilmişdir. - “Cavabdeh” şirkəti ilə İddiaçı2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 700074 nömrəli müqavilədən görünür ki, İddiaçı2 “Cavabdeh” şirkətində təmir üzrə mexanik vəzifəsinə qəbul edilmişdir. - “Cavabdeh” şirkəti ilə X38 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 000081 nömrəli müqavilədən görünür ki, X38 “Cavabdeh” şirkətində təmir üzrə mexanik vəzifəsinə qəbul edilmişdir. - Həmin Müqavilələrin 5.2-ci bəndinə əsasən əsas əmək haqqına əlavə olaraq işçiyə seqmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görü əlavə ödənilir. İş şəraitinə görə ödənilən əmək haqqına əlavə qurudan uzaqda işə görə qanunvericilikdə nəzərdə tutulan minimum ödənişi özündə nəzərdə tutur. Seqmentlərin əmək haqqına əlavələr strukturları şirkət tərəfindən baxıla və dəyişdirilə bilər. - Həmin Müqavilələrə əlavənin 1.1-ci bəndinə əsasən əmək məzuniyyətinə əlavə olaraq işçiyə əmək funksiyalarının xarakterinə əsasən ağır şəraitdə çalışdığına görə 6 gün əlavə məzuniyyət verilir. - İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 15574 saylı rəyindən görünür ki, 2015-ci ilin aprel- 2016-cı ilin mart ayınadək (mart ayı daxil) İddiaçı2, X14 və X29 ödənilməli olan, lakin ödənilməmiş 75 faiz dəniz əmsalına əlavənin və həmin ödənişə hesablanmış 5% məbləği - İddiaçı2 -14132.45 (on dörd min yüz otuz iki manat qırx beş qəpik), 5 faiz - 706.60 (yeddi yüz altı manat altmış qəpik) manat, X14 -13.820 (on üç min səkkiz yüz iyirmi) manat, 5 faiz - 691 (altı yüz doxsan bir) manat, X29 6565.70 (altı min beş yüz səksən beş manat, yetmiq qəpik) manat, 5 faiz 328.30 (üç yüz iyirmi səkkiz manat otuz qəpik) manat müəyyən olunmuşdur. - İş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 6848 saylı rəyindən görünür ki, iddiaçılar İddiaçı2, X16 və X26 "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə əmək münasibətlərində olduğu dövrdə sahildən uzaq məsafədə (müvafiq km-lər üzrə) və işlədikləri vaxt nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçılara ödənilmiş əlavələrin (sahillə əlaqə şəraitinə görə) məbləği ilə onlara dəniz əmsalına görə hesablanmalı və verilməli olan əlavə ödənişin miqdarı arasındakı fərq olması müəyyən olunmaqla həmin fərqin məbləği - İddiaçı2 -14.132.45 (on dörd min yüz otuz iki manat qırx beş qəpik) manat, 5 faiz - 2575,22 manat, X14 - 13.820 (on üç min səkkiz yüz iyirmi) manat, 5 faiz - 2518,31 manat, X29 - 6.565.70 ( altı min beş yüz altmış beş manat yetmiş qəpik) manat, 5 faiz – 1196,43 manat müəyyən olunmuşdur. - İş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 31594 saylı rəyindən görünür ki, iddiaçılar İddiaçı2, X16 və X26 "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə əmək münasibətlərində olduğu dövrdə sahildən uzaq məsafədə (müvafiq km-lər üzrə) və işlədikləri vaxt nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçılara ödənilmiş əlavələrin (sahillə əlaqə şəraitinə görə) məbləği ilə onlara dəniz əmsalına görə hesablanmalı və verilməli olan əlavə ödənişin miqdarı arasındakı fərq olması müəyyən olunmaqla həmin fərqin məbləği - İddiaçı2 - 14.132.45 (on dörd min yüz otuz iki manat qırx beş qəpik) manat, 5 faiz - 3238,66 manat, X14 - 13.820 (on üç min səkkiz yüz iyirmi manat) manat, x xxxx 3167,08 manat, X29 - 6.565.70 (altı min beş yüz altmış beş manat yetmiş qəpik) manat, x xxxx 1504,65 manat müəyyən edilmişdir. - İş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1475 saylı rəyindən görünür ki, 2015-ci ilin aprel-2016-cı ilin mart ayınadək (mart ayı daxil) İddiaçı2, X14 və X29 ödənilməmiş 75 faiz Dəniz əmsalına görə ödənilməli olan əlavə - İddiaçı2 - 14.132.45 (on dörd min yüz otuz iki manat qırx beş qəpik) manat, X14 - 13.820 (on üç min səkkiz yüz iyirmi) manat, X29 - 6.565.70 (altı min beş yüz altmış beş manat yetmiş qəpik) manat müəyyən edilmişdir. - X5 xx xxxxxxxx 2020-ci il tarixli, 309 saylı rəyindən görünür ki, 1) cavabdehlə bağladıqları əmək müqavilələrinin 5.2-ci bəndinə əsasən seqmentdəki işin şəraitinə görə (bonus) ödənilmiş olan əlavələrin məbləği xx.xx.2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixədək cəmi 24744,50 manat, o cümlədən - İddiaçı2 hesabı üzrə 10155,00 manat, X15 hesabı üzrə 10200,00 manat, X26 hesabı üzrə isə 4389,50 manat müəyyən edilir. 2) Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sahillə əlaqə şəraitinə görə məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1475 nömrəli rəyinin nəticələrinə əsasən əmək haqqına ödənilməli əlavənin məbləği cəmi 34518,15 manat, o cümlədən - İddiaçı2 - 14132,45 manat, X19 - 13820,00 manat, X29 - 6565,70 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2, X17 və X38 “xxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin işçiləri olmaqla onlar xx.xx.2014-cü il tarixdən müvafiq olaraq 700074, 700059 və 000081 saylı müqavilələr əsasında təmir üzrə mexanik vəzifəsinə qəbul edilmişlər. İddiaçılar əmək münasibətlərində olduğu müddətdə “Cavabdeh” şirkəti tərəfindən onlara dəniz əmsalına, susuzluğa, gecə puluna, normadan artıq işə və istifadə edilməmiş əlavə məzuniyyətə görə ödənilməyən pulları ilə bağlı əmək hüquqlarının pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsində sadalanan formada əmək haqqlarının düzgün hesablanmadığını əsas gətirərək cavabdehdən müvafiq olaraq 8,5 ilə, 9 ilə və 6,5 ilə görə kompensasiyaların ödənilməsini tələb etmişlər. Məhkəmə ilk növbədə iddia tələbləri ilə bağlı cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi iddiaçıların hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilmələrinə dair dəlilinə qiymət verməyi zəruri hesab edir və qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründyüü kimi, qanunverici pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraicət müddətini konkret müəyyən etmişdir ki, bu da qanunvericiliyin mühüm əhəmiyyət kəsb edən institutlarından biridir. Belə ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki, eləcə də əmək hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların 2015-ci ilin aprel ayından məhkəməyə müraciət etdikləri 2016-cı ilin mart ayınadək (mart ayı da daxil) olan müddət, yəni son 1 il ərzində əmək münasibətlərində olduğu müddətdə “Cavabdeh” şirkəti tərəfindən onlara dəniz əmsalına, susuzluğa, gecə puluna, normadan artıq işə və istifadə edilməmiş əlavə məzuniyyətə görə ödənilməyən pulları ilə bağlı əmək hüquqlarının pozulub-pozulmamasına hüquqi qiymət verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Dəniz əmsalına görə əsas əmək haqqına əlavə ödənişi haqqında tələblərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı - “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü maddəsinə əsasən, Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı quru yol əlaqəsi olmadıqda və sahildən 70-km-dən artıq məsafədə yerləşdikdə 1,75 məbləğində əlavə ödəniş müəyyən edilmişdir. İşçilər ilə bağlanmış əmək müqaviləsinin 5.2-ci bəndinə əsasən, əsas əmək haqqına əlavə olaraq işçiyə seqmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görə əlavə ödənilir. İş şəraitinə görə ödənilən əmək haqqına əlavə qurudan uzaqda işə görə qanunvericilikdə nəzərdə tutulan minimum ödənişi özündə nəzərdə tutur. Seqmentlərin əmək haqqına əlavələr strukturları şirkət tərəfindən baxıla və dəyişdirilə bilər. Məhkəmə tələbin bu hissəsi ilə bağlı cavabdeh tərəfin iddiaya etirazlarının əsası kimi istinad etdikləri hallara qiymət verərək hesab edir ki, qeyd edilən ödənilmiş əlavələrin 75 faiz Dəniz əmsalına aid olması öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173-cü maddəsinin 2-ci bəndinə əsasən işçilərin haqq-hesab sənədlərində aşağıdakı məlumatlar göstərilir:hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri və s. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh müəssisə tərəfindən iddiaçıların əmək haqqı hesablanarkən əmək haqqı, əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri tam göstərilsə də, iddiaçılara aid haqqhesab sənədlərində tarif vəzifə maaşına 75 faiz Dəniz əmsalına görə də əlavə ödənişlərin ödənilməsi barədə hər hansı bir məlumat öz əksini tapmamışdır. İşin araşdırılmış halları əsasında həmçinin müəyyən olunur ki, cavabdeh iddianı bu hissədə qəbul etməsə də, ekspertizalarla bağlı vəsatətlərində və işdə olan şikayətlərində iddiaçılarla bağlanan əmək müqaviləsinin 5.2-ci bəndinin tələblərinə uyğun qaydada onlara ödənilmiş seqmentdəki işin şəraitinə görə əlavələrlə qanunvericiliklə müəyən edilmiş sahillə əlaqə şəraitinə görə əlavələr arasında fərqin olub-olmamasının müəyyən edilməli olmasını göstərməklə faktiki olaraq 2015-ci ilin aprel ayından 2016-cı ilin mart ayınadək (mart ayı da daxil olmaqla) iddiaçıların vəzifə maaşına 75 faiz Dəniz əmsalına görə əlavə ödənişin hesablanmamasını dolayısı ilə inkar etməmişdir. Məhkəmə “Cavabdeh” şirkəti ilə iddiaçılar arasında bağlanmış Müqavilənin 5.2-ci bəndinin məzmununda göstərilənlərə qiymət verərək hesab edir ki, bu bəndin İ və İİİ hissələri işəgötürənə əsas əmək haqqına əlavə olaraq işçiyə seqmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görə əlavə ödənilməsi və seqmentlərin əmək haqqına əlavələr strukturlarının şirkət tərəfindən baxıla və dəyişdirilə billməsi hüququnu vermişdir. Həmin bənddə göstərilən “iş şəraitinə görə ödənilən əmək haqqına əlavənin qurudan uzaqda işə görə qanunvericilikdə nəzərdə tutulan minimum ödəniş” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının yuxarıda qeyd edilən 4-cü maddəsində nəzərdə tutulan ödənişi nəzərdə tutur ki, məhkəmənin qənaətinə görə, cavabdeh əsas əmək haqqına əlavə olaraq işçiyə seqmentin əmək haqqına əlavələr ilə sözügedən qərarda nəzərdə tutulan 1,75 məbləğində əlavə ödənişi eyniləşdirməkdə haqlı olmamışdır. Başqa sözlə, məhkəmə iddiaçılara tərəflər arasında bağlanmış müfaviq müqavilənin 5.2-ci maddəsinə istinad etməklə ödənilən əlavələrin hesablamaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının müvafiq maddəsinə əsasən, ödənilməli olan əlavələrdən çıxılaraq, yəni fərq müəyyən edilməklə hesablanmasını əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin a və b bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxil edilmişdir. Məhkəmə, iddianın Dəniz əmsalına görə əsas əmək haqqına əlavə ödənişi haqqında hissəsinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, cavabdeh “Cavabdeh” şirkətindən dəniz əmsalı ilə bağlı - 1 ilə görə iddiaçılar İddiaçı2 15869 manat, X17 14609 manat, X38 isə 7613 manat pulun tutulmasını xahiş etsələr də, iş üzrə aparılmış ekspertizalar və eləcə də, cavabdeh tərəfin təqdim etdiyi X5 xx xxxxxxxx 2020-ci il tarixli, 309 saylı rəyi ilə müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sahillə əlaqə şəraitinə görə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1475 nömrəli rəyinin nəticələrinə əsasən əmək haqqına ödənilməli əlavənin məbləği cəmi 34518,15 manat, o cümlədən - İddiaçı2 - 14132,45 manat, X19 - 13820,00 manat, X29 - 6565,70 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İşin araşdırılmış halları və qeyd edilən prosessual normanın tələbləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1475 nömrəli rəyinin hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut növü kimi qəbul edilməsinə əsas verir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Həmçinin məhkəmə nəzərə alır ki, araşdırma zamanı məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1475 nömrəli rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmiş, həmin ekspert rəyinin nəticəsi X5 xx xxxxxxxx 2020-ci il tarixli, 309 saylı rəyi ilə eynilik təşkil etmiş, həmçinin bu halı da cavabdehin nümayəndəsi təkrar mühasibatlıq ekspertizasının geri götürülməsi barədə ərizəsində də təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin Dəniz əmsalına görə əsas əmək haqqına əlavə ödənişi hissəsi qismən təmin edilməklə “xxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Rspublikasındakı nümayəndəliyi tərəfindən iddiaçılar İddiaçı2 - 14132,45 manat, X19 - 13820,00 manat, X29 - 6565,70 manat ödənilməlidir. Məhkəmə, iddiaçıların əmək münasibətlərində olduğu müddətdə “Cavabdeh” şirkəti tərəfindən onlara “susuzluğa, gecə puluna, normadan artıq işə və istifadə edilməmiş əlavə məzuniyyətə görə ödənilməyən pulları ilə bağlı əmək hüquqlarının pozulması” tələblərinə hüquqi qiymət verərək, bu hissələrlə bağlı cavabdehin nümayəndəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X37 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin nümayəndəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarının 3-cü maddəsinə, “36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 175 saylı qərarına, “Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməsi» barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2001-ci il tarixli, 74 saylı qərarına, "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2004-cü il tarixli, 92 saylı qərarına, Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin 1 və 3-cü bəndlərinə, Əmək Məcəlləsinin 95-ci maddəsinin 3-cü bəndinə istinadən iddia tələblərinin əsassız olması ilə bağlı hüquqi mövqeləri ilə razılaşır və belə qənaətə gəlir ki, iddiaçı tərəf iddialarının bu hissələri üzrə verilən etirazların əsası kimi istinad edilən halları təkzib edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbləri bu hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 30 manat dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 10 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, 75 faiz Dəniz əmsalına görə ödənilməli olan əlavə olaraq 14.132.45 (on dörd min yüz otuz iki manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə, 13.820 (on üç min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaiti X10 xeyrinə, 6.565.70 (altı min beş yüz altmış beş manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti X26 xeyrinə cavabdeh “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. 30 manat dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 10 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 75 faiz Dəniz əmsalına görə ödənilməli olan əlavə olaraq 14.132.45 (on dörd min yüz otuz iki manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə, 13.820 (on üç min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaiti X10 xeyrinə, 6.565.70 (altı min beş yüz altmış beş manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti X26 xeyrinə cavabdeh “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq ödənilsin. 30 manat dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdeh “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar